Dolu baldır və budlar

Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 4024

dolu bud və baldırların korreksiyasıUzun və biçimli ayaqlar qadına gözəllik verir, dolu baldır və budlar isə boyu alçaq göstərir, yerişi ağırlaşdırır. Bədənin aşağı hissəsinin köklüyünə lokal piy yığıntıları və ya əzələlər səbəb olur. Nəticədə bədənin harmonik konturları pozulur. Qadın qısa ətək və hündür daban ayaqqabılardan imtina edir. Estetik görünüşün pozulması ilə yanaşı tibbi nöqteyi nəzərdən də problemlər yaranır. Dolu baldır və budlar-a sahib olan insanlar ayaqlarda ağrı və şişkinlik, budun daxili səthində dərinin sürtünməsindən şikayət edir.

Kök ayaqlara limfedema – qan dövranı və limfa axınının pozulması nəticəsində inkişaf edən filayaqlılıq səbəb ola bilər. Bu xəstəlik estetik təbabətin problemi olmadığından onun müalicəsi fleboloq  tərəfindən aparılır.

Ayaqların həcmi və forması baldır və bud sümüklərinin qalınlığı, əsas əzələ qruplarının inkişafı, eləcə də piy toxumasının miqdarından asılıdır. İdeal ayaqların parametrlərinin təyinində «üç pəncərə» prinsipindən istifadə olunur, bu zaman ayaqları birləşdirdikdə 3 iyəbənzər qüsur yaranır: topuqlarla baldırlar arasında, baldırlarla dizlər arasında, diz oynaqları ilə budun yuxarı 1/3 arasında. Normada son pəncərə daha dar olmalıdır.

Biçimli və gözəl ayaqların əsas düşməni problemli zonalarda piy toxumasının toplanmasına səbəb olan oturaq həyat tərzi və hipodinamiyadır. Qadınların təxminən 20%-i ayaqlarının formasından məmnun olmadıqlarını bildirir, həddindən artıq arıq və ya əksinə kök ayaqlarla ağır pəhriz və yaxud idman hərəkətləri ilə mübarizə aparır. Lakin bu üsullarda çox zaman baldır və budlarda yığılan piy toxumasından azad olmaq mümkün olmur.

Dolu baldır və budların plastik korreksiyası

Aşağı ətraflarda piy toxumasının izafi miqdarda toplanması ilə əlaqədar yaranan köklük liposaksiya vasitəsilə aradan qaldırıla bilər. Plastik əməliyyat mərhələli şəkildə – əvvəlcə ayaq dairəsinin bir yarısında, 5-6 aydan sonra digər hissəsində aparılır. Korreksiyadan əvvəl piy toxumasının qalınlığı və hərəkətliliyi müəyyən edilir, bu məlumatlar əsasında prosedurun növü təyin olunur.

Liposaksiya mexaniki yolla yerinə yetirilə bilər, belə hallarda perforasiyaedici ucluğa malik küretlə piy toxumaları dağıdılır, vakuum sorucu vasitəsilə xaric edilir. Ultrasəs liposaksiya zamanı piy yığıntıları ultrasəsin köməyilə parçalanır. Budun daxili səthində kövşək piy toxumasının toplandığı insanlarda ultrasəs liposaksiya daha effektiv sayılır.

Liposaksiya venadaxili narkozla həyata keçirilir, prosedur orta hesabla 1 saat davam edir. Kəsiklər  dizaltı çuxurda aparılır, bu səbəbdən çapıqlar nəzərə çarpan olmur. Liposaksiyadan sonra 1 ay ərzində xüsusi elastik geyimdən istifadə olunur.

Daxili orqanların ağır xəstəlikləri, laxtalanmanın pozulması, şəkərli diabet, endokrin mənşəli piylənmə, ürək qüsurları liposaksiyaya əks-göstəriş sayılır.

Cərrahi korreksiyadan sonra göyərmələr, dərinin həssaslığının müvəqqəti itməsi, lokal ödemlər  müşahidə oluna bilər. Liposaksiyanın nadir rast gəlinən ağırlaşmalarına infeksiyalaşma və əməliyyat zonasında kələ-kötürlüyün yaranması aiddir.

Baldır və budların köklüyü əzələ toxuması ilə bağlı olduqda onların korreksiyası çətinləşir. Əzələ lifləri hərəki funksiyaların yerinə yetirilməsində iştirak etdiyindən onları xaric etmək olmaz. Belə hallarda arıq topuqların dolu baldırlara kəskin keçidi endoprotezlənmə yolu ilə korreksiya edilir. Bu məqsədlə baldırlara proporsional, simmetrik forma verən silikon implantatlardan istifadə olunur.

Bədən konturlarını qaydaya salmaq üçün çox zaman dolu baldır və budların korreksiyasından sonra bud, sağrı nahiyəsinin dartılması, abdominoplastika aparılır.

Dolu baldır və budların estetik korreksiyasının müasir üsulları ayaqlardakı artıq piy yığıntılarını xaric etməklə yanaşı, həm də onlara estetik normalara uyğun forma verir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: