İçəri batmış yanaqlar

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2988

içəri batmış yanaqların korreksiyasıİçəri batmış yanaqlar dərialtı yumşaq toxumaların həcminin az olması səbəbindən onların sallanması ilə xarakterizə olunur. Belə yanaqlar üzün normal konturunu pozaraq, insanı xəstə, yorğun və yaşlı göstərir. Qüsurun korreksiyası yanaqların içəri batma səbəbi nəzərə alınmaqla aparılır. Yanaqların həcm və formasını bərpa etmək məqsədilə kontur plastikası, lipofilinq, endoprotezlənmədən istifadə olunur. Yanaq toxumalarının çökməsinə diş sıralarının qüsuru və adentiya səbəb olduqda problem çıxarılan və çıxarılmayan protezlərlə həll oluna bilər.

İçəri batmış yanaqlar üz skeletinin anadangəlmə xüsusiyyətləri, dərialtı piy qatında yaşla əlaqədar baş verən atrofik proseslər, üzün yumşaq toxumalarının ptozu, arıqlama, dişlərin itirilməsi nəticəsində formalaşa bilər. Üzün anatomik quruluşu və ya yaşlanma ilə bağlı içəri batmış yanaqları plastik cərrahiyyənin  köməyi olmadan korreksiya etmək mümkün deyil.

Yaş artdıqca əzələlərin həcmi azalır, üzün forması dəyişilir. Həcm itkisi ilk növbədə yanaq,  almacıq nahiyəsi, ağız bucaqları, burun-dodaq büküşlərində özünü büruzə verir. Üz ovalının dəyişməsi, yanaqların içəri batması və yaranan qırışlar insanı olduğundan yaşlı göstərir. Zaman keçdikcə içəri batmış yanaqları nə makiyaj, nə də saç düzümü ilə gizlətmək olmur.

İçəri batmış yanaqların korreksiya üsulları 

İçəri batmış yanaqlar-ın həcm və formasının başlıca korreksiya üsullarına lipofilinq, kontur plastikası və dəri altına xüsusi vasitələrin (implantatlar) implantasiyası aiddir.

Lipofilinq (ingilis dilindən tərcümədə «piylə doldurma») – pasiyentin piy toxumasının köçürülməsi yolu ilə yanaqların həcminin böyüdülməsi üsuludur. Piy toxuması onun həddindən artıq toplandığı zonalardan (qarın, bud, sağrı) götürülür. Xüsusi üsulla işlənmiş piy hüceyrələri mikroinyeksiyalar vasitəsilə üzün tələb olunan nahiyələrinə yeridilir. Orqanizmin öz piy toxuması yad cisim kimi qəbul edilmir, ona qarşı allergik reaksiyalar yaranmır. Lipofilinqin davamlı effekti köçürülmüş piy toxumasına qan damarlarının infiltrasiyası ilə izah olunur. Piy hüceyrələrinin normal qan təhcizatı nəticəsində yanaqların forma və həcmi qorunub saxlanılır.

Yaşlanma nəticəsində çökən yanaqların həcm və formasının korreksiyası ümumi cavanlaşdırıcı effektə malikdir. Lipofilinq prosesində piy hüceyrələri ilə doldurulmuş toxumaların təbii konsistensiyası və yanaqların proporsional konturu əldə olunur.

Lipofilinq əməliyyatı yerli anesteziya altında aparılır. Reabilitasiya müddəti qısa olur; toxumaların cüzi ödemi 3-4 gündən sonra keçib gedir.

Lipofilinqin arzuolunmaz uzaq nəticələrinə köçürülmüş piy toxumasının bir hissəsinin sorulması aiddir, belə hallarda içəri batmış yanaqların təkrar korreksiyası tələb olunur.

Yanaqların forma və həcmi kontur plastikası və ya fillinq (ingilis dilindən tərcümədə filling – doldurulma) vasitəsilə də korreksiya oluna bilər. Кontur plastikasının mahiyyəti dəri və dərialtı toxuma qüsurlarının (büküş, qırış, çapıq) inyeksion doldurulması, eləcə də dodaqların həcm və formasının böyüdülməsindən ibarətdir. Yeridilən preparatlar – fillerlər qismində hialuron turşusunun sintetik törəmələri (müvəqqəti və ya biodeqradasiyaya uğrayan fillerlər): Restilayn, Teosiyal, Perlayn, Yuviderm, Surciderm, Stilajdan istifadə olunur. Prosedur təxminən 30 dəqiqə davam edir, pasiyentin həyat tərzini pozmur. Kontur plastikasının effekti dərhal gözə çarpır, tətbiq olunan preparat və yeridilmə zonasından asılı olaraq, 6-12 ay müddətində saxlanılır.

Dəri altına xüsusi vasitələrin implantasiyası

İçəri batmış yanaqların digər korreksiya üsulu kimyəvi  tərkib (silikon, qoreteks, proplast) və formasına görə fərqlənən vasitələrin implantasiyasıdır. Ehtiyac yarandıqda implantat fərdi qaydada hazırlana bilər. İmplantasiya damardaxili sedasiya ilə yerli anesteziya altında aparılır. İmplantatlar onlar üçün hazırlanmış xüsusi cibə yerləşdirilir və xaricdən leykoplastırla fiksə olunur. 1-1,5 aydan sonra implantatın ətrafında onu yanaq daxilində möhkəm saxlayan birləşdirici toxuma mənşəli kapsul formalaşır. Hər iki yanaqda əməliyyatın davam etmə müddəti adətən 1 saatdan artıq olmur. Çapıqlar az sayda və zəif nəzərə çarpan olur. İmplantatlar üst dodağın həssaslığını təmin edən sinir şaxələrinin yaxınlığında yerləşdiyindən bu nahiyədə tez-tez keyimə müşahidə olunur. Lakin bir neçə aydan  keyimə hissi keçib gedir. Ödem 1 neçə həftədən sonra itir.

İçəri batmış yanaqların cərrahi korreksiya üsulları üzün əvvəlki görünüşünü bərpa edir, dərin büküşlər və qırışları aradan qaldırır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: