Qaşların sallanması

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 3676

qaşların sallanmasının korreksiyasıQaşların sallanması – qaş qövsünün vəziyyətinin dəyişməsidir. Qaş qövsünün aşağı enməsi, qaşların dəri və dərialtı toxumasının yuxarı göz qapağına doğru yerdəyişməsi bu nahiyədə artıq dərinin yaranması ilə müşahidə olunur. Qaşların sallanması irsi xüsusiyyət olur və ya alın toxumalarının yaşla bağlı dəyişiklikləri nəticəsində baş verir. Hər iki halda qaşların sallanması, burun kökü və alın nahiyəsinin qırışları üzə yorğun və kədərli ifadə verir. Bundan əlavə yuxarı göz qapağının dərisinin sallanması vizual maneə yaradır, görmə sahəsini məhdudlaşdırır.

  • Qaşların sallanmasının səbəbləri
  • Qaşların sallanmasının korreksiya üsulları

Qaşların sallanması barədə ümumi məlumat

Cavanlarda alın nahiyəsi hamar kontura malik olur, büküş və qırışlara rast gəlinmir. Qaşlar göz yuvasının kənarı ilə eyni səviyyədə və ya bir qədər yüksəkdə, onların maksimal hündür nöqtəsi isə gözün xarici bucağı ilə qüzehli qişanın yan kənarı arasında yerləşir.

Ətraf toxumaların yaşla bağlı dəyişiklikləri qaşların sallanmasına gətirib çıxarır, üzün estetikasına mənfi təsir edir. Qaşların enməsi onların göz yuvasının yuxarı səviyyəsindən hissəvi şəkildə və ya tamamən aşağı enməsi, qaşların aşağı kənarı ilə yuxarı kirpik xətt arasındakı məsafənin kiçilməsi, gicgah və alın nahiyələrinin yumşaq toxumalarının boşalması və turqorunun azalması ilə xarakterizə olunur.

Qaşların sallanmasının səbəbləri 

Qaşların sallanmasına toxumaların atrofiyası və ya qravitasion dəyişməsi, birləşdirici toxumanın anadangəlmə hiperelastikliyi, həmçinin üz sinirinin alın şaxəsinin zədələnməsi səbəb ola bilər. Qaşların sallanması əksər hallarda asimmetrik olur. Sallanma əzələ tonusunun daha çox azaldığı tərəfdə ifadəli olur.

Alın və qaş nahiyəsinin yaşlanması təkcə dəri, subdermal və piy qatında baş verən dəyişikliklərlə məhdudlaşmır, o, həm də bağ aparatı, sümükləri əhatə etməklə degenerativ proseslərin inkişafına səbəb olur. Alın nahiyəsində qırışların inkişafı göz yuvası (m. orbicularis oculi), alın (m. frontalis) və  burun kökünün əzələlərinin (m. corrugator) uzunmüddətli hiperaktivliyi ilə bağlıdır.

Ətraf mühitin əlverişsiz təsirləri (çirklənmə, insolyasiya və s.) qırışlar, piqmentasiya, damar şəklinin yaranmasında iştirak edir. Dəyişikliklərin hərtəfəli qiymətləndirilməsi üzün bu zonasının təhlükəsiz və optimal cavanlaşdırma üsulunun seçilməsində mühüm əhəmiyyət kəsb edir.

Yaş artdıqca dəyişikliklər proqressivləşərək, psixoloji diskomfort törədir. Qaşların uzunluğu və eni, konfiqurasiyası, vəziyyəti ilə bağlı ciddi standartların olmamasına baxmayaraq, insanların əksəriyyəti onların hündürdə yerləşməsinə üstünlük verir. Pasiyentlərin çoxu alın və qaşların yaşlanması, üz cizgiləri arasındakı harmoniyanın pozulması ilə hec cür barışa bilmədiklərindən cavanlaşdırma üsullarının aparılması  üçün mütəxəssisə müraciət edirlər.

Qaşların sallanmasının korreksiya üsulları

Müasir kosmetologiya və plastik cərrahiyyədə qaşların sallanma problemini həll etmək üçün müxtəlif üsullardan istifadə olunur.

Alın və qaşların dartılması üzrə plastik əməliyyatlar qaş, alın, gicgah nahiyəsinin yumşaq toxumalarının sallanmasının (ptoz) aradan qaldırılmasına yönəldilir. Bu üsulla alındakı horizontal , burun kökündəki boylama qırışlar, yuxarı göz qapağı nahiyəsindəki artıq dəri korreksiya olunur.

Alın və qaşların plastika üsulu alın və gicgah nahiyəsinin toxumalarının enmə səviyyəsi, alın və burun kökündə olan qırışların sayı, eləcə də tüklərin böyümə xəttinin vəziyyətinə nəzərən seçilir. Bu amillərdən asılı olaraq, pasiyentlərə gicgah liftinqi, alın və qaşların endoskopik liftinqi, klassik («коronar») liftinq, üzün yuxarı 1/3 hissəsinin liftinqi təklif olunur.

Gicgah liftinqi gicgah nahiyəsi toxumaları və qaşların xarici 1/3 hissəsinin izoləolunmuş şəkildə sallandığı yetkin və yaşlı şəxslər üçün nəzərdə tutulmuşdur. Endoskopik liftinq aşağıdakı kateqoriyaya aid olan pasiyentlərdə tətbiq olunur:

  • qaşların və gicgah nahiyəsinin ifadəli ptozunun müşahidə olunduğu orta yaşlı şəxslər;
  • qaşların aydın nəzərə çarpan ptozu, alın və burun kökündə qırışlar, eləcə də üz və boyun dərisinin ifadəli dəyişiklərinə malik olan yaşlı şəxslər.

Endoskopik liftinqin göz qapaqlarının konservativ plastikası ilə birgə aparılması daha effektiv sayılır. Endoskopik liftinq zamanı qaşarası və alın nahiyəsinin əzələlərinin reduksiyası həyata keçirilir, bu da öz növbəsində alın qırışlarının hamarlaşması ilə müşayiət olunur. Əməliyyat başın tüklü hissəsində uzunluğu 1 sm olan 3-5 ədəd kəsikdən icra edilir.

Yetkin və yaşlı insanlarda qaşarası və alın nahiyəsində dərin qırışlar, üzün yuxarı 1/3 hissəsinin ptozu, qaçların və gicgah nahiyəsinin toxumalarının enməsi, qaşların ifadəli asimmetriyası zamanı klassik (koronar) liftinqdən istifadə olunur. Bu üsulun köməyilə qaşların konturu qaldırılır, gicgah və alın nahiyəsinin toxumaları hamarlaşdırılır.

Yuxarıda sadalanan üsullarla yüksək kosmetik və funksional nəticələr əldə edilir. Yuxarı qaldırılmış qaşlar üzü cavan göstərməklə yanaşı öz mimiki funksiyalarını itirmir.

Qaşların sallanma problemini həll edən cərrahi üsullar sırasına qaşüstü kəsikdən icra olunan liftinq də daxildir. Plastikadan sonra aydın nəzərə çarpan çapıq bu üsulun tətbiqini məhdudlaşdırır.

Qaşların transpalpebral (yuxarı göz qapağından) fiksasiyası yuxarı blefaroplastika zamanı yerinə yetirilə bilər.

Cərrahi üsullara alternativ prosedur – botulotoksin tərkibli preparatların (BOTOKS, LANTOKS, DİSPORT) yeridilməsidir. Bu üsulla sinir-əzələ impulslarının ötürülməsi blokada olunur, üzün yuxarı 1/3 hissəsinin əzələlərinin hərəkəti məhdudlaşdırılır. Lakin əldə olunan effektin saxlanılması üçün inyeksiyalar periodik şəkildə təkrarlanmalıdır.

Lazer və kimyəvi pilinqlər əksər hallarda əsas müalicə ilə yanaşı aparılır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: