Qol dərisinin sallanması

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 3205

qol dərisinin sallanmasının korreksiyasıQol dərisinin sallanması insanın yaşını büruzə verir. Boşalmış dəri üçün qeyri-sağlam görünüş: sarımtıl-solğun rəng, naziklik, zəif elastiklik, genişlənmiş məsamələr xarakterikdir. Sallanmış dəri digər tiplərə nisbətən boşalma və qırışların yaranmasına daha meylli olur. Yaş artdıqca qol əzələləri zəifləyir, dəri büzüşür, bəzi hallarda piy yığıntıları formalaşır. Əksər qadınlar qısa qollu paltarlardan imtina etməklə bu problemi gizlətməyə çalışır.

  • Qol dərisinin sallanmasının səbəbləri
  • Qol dərisinin sallanmasının korreksiya üsulları

Qol dərisinin sallanmasının səbəbləri

Qol dərisinin sallanması orqanizmin ümumi yaşlanmasının əlaməti sayılır. Artıq 25 yaşdan başlayaraq, dəri qocalmağa başlayır. Yaşla əlaqədar dəri nazilir, yeni hüceyrələrin yaranması ləngiyir, piy mübadiləsi və zülal tərkibi pozulur, nəmlik səviyyəsi azalır, dəri kapilyarlarında qanın mikrosirkulyasiyası zəifləyir. Dəridə melanositlərin fəaliyyətinin dəyişməsi nəticəsində piqment ləkələri yaranır. Fibroblastların funksiyasının pozulması kollagen və elastin sintezinin zəifləməsinə gətirib çıxarır. Bu dəyişikliklərlə əlaqədar dəri  elastiklik və tonusunu itirir, sallanır, onun üzərində büküşlər və qırışlar formalaşır.

Günəş şüalarının birbaşa təsiri altında uzunmüddətli qaralma dərinin qocalmasını sürətləndirir. Ultrabənövşəyi şüalanma dəri hüceyrələrini daxildən dağıtmaqla, onların erkən ölümünə səbəb olan sərbəst radikalların yaranmasında iştirak edir. Ölü hüceyrələr qatının artması hesabına dəri qalınlaşır.

Bundan əlavə soyuq külək, temperatur dəyişikliyi, eləcə də dəri tipinə uyğun seçilməyən kosmetik vasitələrinin istifadəsi dərinin vəziyyətini korlaya bilər. Qol dərisinin sallanması kəskin arıqlama, hormonal dəyişikliklər, ciddi xəstəliklər fonunda meydana çıxır.

Qol dərisinin boşlaması əzələ toxumasının zəifliyi ilə bağlı ola bilər. Qol bazu nahiyəsində ikibaşlı və üçbaşlı əzələlərdən formalaşır. İkibaşlı əzələ daima yüklənməyə məruz qalır, üçbaşlı əzələ isə nadir hallarda yığılır, bu səbəbdən dəri məhz bu nahiyədə boşalır. Mütəxəssislərin fikrincə qol dərisinin vəziyyəti orqanizmin genetik xüsusiyyətlərindən asılıdır.

Qol dərisinin sallanmasının korreksiya üsulları

Xüsusi idman hərəkətləri, masaj, kosmetik prosedurlar, eləcə də plastik cərrahiyyənin köməyilə qolların cazibədarlıq və cavanlığını geriyə qaytarmaq mümkündür. Əvvəllər yuxarı ətraflarda cərrahi müdaxilələr yalnız tibbi patologiya (oynaq xəstəlikləri, sinirlərin sıxılması) səbəbindən aparılırdı. Hazırda estetik təbabət qolların plastikasını bədən konturunun yaxşılaşdırılması üzrə əməliyyatlar kompleksinə daxil etmişdir.

Qol dərisinin sallanması və ya artıq piy yığıntıları problemini həll etmək üçün plastik cərrahiyyə braxioplastika, liposaksiya, lipomodelləşdirmə üsullarını təklif edir.

Qol dərisinin plastikası – braxioplastika 

Braxioplastika  — bazu nahiyəsində dərinin dartılması, sallanmış dərinin artıq hissəsinin kəsilməsi. Dəri sallanması kəskin arıqlama və ya liposaksiya prosesində piyin xaric edilməsindən sonra müşahidə oluna bilər. Bu üsul dərinin itirilmiş tonusunu bərpa etməyə kömək edir.

Braxioplastikanın əks-göstərişlərinə onkoloji xəstəliklər, ürək-damar və tənəffüs sisteminin ağır pozğunluqları, diabet, piylənmə, laxtalanmanın pozulması aiddir. Braxioplastikanın mastektomiya keçirmiş və ya güclü tərləmədən əziyyət çəkən insanlarda aparılmasına icazə verilmir.

Cərrahi müdaxilə yerli və ya ümumi anesteziya altında yerinə yetirilir, onun davametmə müddəti əməliyyatın həcmi və mürəkkəbliyindən asılı olaraq, 1-2 saat təşkil edir.

Braxioplastika bazunun daxili səthində (dirsəkdən qoltuq altına qədər) vertikal kəsikdən icra olunur. Dəri və piy toxumasının artıq hissəsi kəsilib götürülür, dərinin nahamarlığı və müxtəlif ləkələr aradan qaldırılır. Bu üsul artıq dərinin maksimal dərəcədə xaric olunmasına şərait yaradır. Əməliyyatdan sonra bilək nahiyəsindən qoltuqaltı çuxura qədər dəstəkləyici bandaj taxılır.  Kompression geyimdən 1 ay istifadə olunmalıdır. Qançır, qızartı və ödemlər 2 həftə ərzində keçib gedir, tikişlərdə məhz bu dövrdə sökülür. 1,5-2 aydan sonra pasiyent yenidən idmanla məşğul ola, hamam və saunaya gedə bilər. Əməliyyatdan 6 ay sonra postoperasion çapıqlar solğunlaşır, bu da öz növbəsində əməliyyatın çatışmazlığı hesab olunur.

Qol dərisinin dartılmasının effektivliyi bir o qədər də yüksək olmur, əməliyyat qollara həcm və yumşaqlıq vermir. Braxioplastika müəyyən həddə qədər aparıla bilər. Dəri yaşlanmasının aydın nəzərə çapan əlamətlərində bu üsulla qol dərisinin sallanması problemini həll etmək mümkün deyil.

Qolların plastikası – liposaksiya 

Piy yığıntılarının ən sevimli zonası qolların yuxarı hissəsi – dirsəkdən çiyinə qədər olan nahiyədir. Çəki artığının 14kq-dan çox olduğu və piy yığıntılarının qol nahiyəsində qeyri-bərabər paylandığı hallarda bu zonadan artıq piy toxumasını xaric etmək üçün liposkasiya (lipoplastika) tətbiq edilir. Liposaksiya qol dərisinin sallanma prosesini müstəqil şəkildə həll edə bilmir. Bu üsul dəri tonusunun normal olduğu cavan qadınlarda göstəriş sayılır. Sallanmış dəri ilə mübarizədə isə liposaksiyanın braxioplastika ilə kombinasiyasından istifadə olunur.

Əməliyyat prosesində dirsək nahiyəsindəki minikəsiklərdən ultrasəs və vakuumla piy toxuması sorulur. Cərrahi müdaxilədən sonra 3 həftə ərzində qançır və ödem müşahidə oluna bilər. Reabilitasiya dövrü bir neçə ay davam edir. Az miqdarda piyin xaric edilməsindən sonra dəri öz-özünə bərpa oluna, dartıla bilər.

Qolların plastikası –lipomodelləşmə 

Qolların lipomodelləşdirilməsi lipoplastika sahəsində nisbətən yeni prosedur hesab olunur. Onun mahiyyəti piy toxumasının bərabər paylaşdırılması ilə qolun formasının modelləşdirilməsindən ibarətdir. 3 mm-dən böyük olmayan kəsiklərdən kateter və ya şpris vasitəsilə az miqdarda piy toxuması xaric edilir və/və ya əlavə olunur. Bu əməliyyat ağrısızdır, yerli anesteziya altında aparılır, lakin kifayət qədər mürəkkəb və bahalı üsul hesab olunur.

Yaş artdıqca dərialtı piyin azalması biləyin kiçilməsinə gətirib çıxarır. Qolların yaşlı görünməsi təkcə dəri sallanması hesabına deyil, həm də dərialtı piy qatının əriməsi ilə bağlı olur. Lipofilinq (insanın öz piyinin köçürülməsi) düzgün yerinə yetirilməyən liposaksiyanı korreksiya etməyə, bədəndəki kələ-kötürlüyü aradan, qol dərisini cavanlaşdırmağa kömək edir. Lipofilinqdən sonra dəri hamarlaşır və gənclərə məxsus yumşaqlıq əldə edir.

Qol dərisinin pilinqi

Qol dərisinin pilinqi (cilalanması) – üst buynuz qatın qabıqlanması və soyulmasına yönəldilir. Onun məqsədi qol dərisinin xarici görünüşünün yaxşılaşdırılması, cavanlaşdırılması, qırışların hamarlaşdırılması, çapıq və dəriyə batmış tüklərin xaric edilməsindən ibarətdir. Pilinq dərinin daha dərin qatlarına təsir edir, bazal qat hüceyrələrinin bölünməsini sürətləndirir, dərinin yumşalması və bərpasına səbəb olur. Dərinin iltihabi xəstəlikləri və ya zədələnmələri zamanı pilinqin aparılması qadağandır.

Tətbiq olunan üsul, vasitə və aparatlardan fərqli olaraq pilinq kimyəvi, mexaniki, lazer, radiodalğalı ola bilər. Qadınlar arasında kimyəvi pilinq daha məşhurdur. Qlikol pilinqi və dərinin retinoidlərlə müalicəsindən tez-tez istifadə olunur.

Səthi pilinq zamanı epidermisin yalnız buynuz qatı soyulduğundan dəridə cüzi dəyişikliklər baş verir. Prosedurdan sonra azacıq qızartı, quruluq və qabıqlanma müşahidə edilir, qartmaq əmələ gəlmir. Dərin pilinq dərinin daha dərin qatlarına təsir edir, manipulyasiyadan sonra nöqtəvi qansızmalar, toxumaarası mayenin axmasına rast gəlinə bilər. Dərinin regenerasiya prosesində yaranan qartmaq 2 həftə ərzində öz-özünə keçib gedir. Eritema (qızartı) 2 aya qədər davam edə bilər.

İstənilən pilinqin optimal aparıma vaxtı günəş aktivliyinin minimal olduğu dövrdür (payız-yaz ayları).

Lazer terapiyası

Lazer terapiyası (lazerlə cilalanma) – qolların (daxili səthi) konturunun qeyri-cərrahi korreksiyası, yaşla əlaqədar yaranan piqment ləkələrinin aradan qaldırılmasından ibarətdir. Bu üsul ağrısız və qansızdır. Dərinin elastikliyinin itirilmədiyi və azacıq sallandığı hallarda tətbiq olunur. Lazer şüasının təsirindən dərinin üst qatı soyulur, piqment ləkələri, qırışlar, çapıqlar itir, dərinin tonusu artır.

Lazer dərinin dərin qatlarına təsir edir, kollagen sintezini artırır, liftinq effekti yaradır. Postoperasion dövrdə dərinin möhkəmləndirilməsi və teksturunun yaxşılaşdırılması məqsədilə lazer terapiyası məsləhət görülə bilər. Bu üsulun üstünlüklərinə az travmatiklik, qısa reabilitasiya dövrü və prosedurdan sonra hospitalizasiyanın tələb olunmaması aiddir.

Lazer pilinqdən sonra 4-5 gün ərzində dərini günəş şüalarından xüsusi məlhəmlə qorumaq lazımdır. Eritema 2 həftə ərzində davam edir. Dəridə çapıq  qalmır.  Herpes, dəri xəstəliklərinin kəskinləşməsi lazer terapiyanın aparılmasına əks-göstəriş sayılır.

Qol dərisinin sallanması zamanı optimal müalicə üsulu xarici təzahürlər, əks-göstərişlər və arzuolunan nəticə nəzərə alınmaqla seçilir. Tez bir zamanda yüksək nəticə əldə etmək üçün eynizamanda br neçə əməliyyatın aparılması məsləhət görülmür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: