Hamilə qadınlarda anemiya

Oxuma vaxtı: 15 dəq Oxunma sayı: 2551

 

Hamilə qadınlarda anemiyanın müalicəsiHamilə qadınlarda anemiya — hestasiya dövründə yaranan və onunla patogenetik əlaqədə olan hemoqlobinin səviyyəsinin azalmasıdır. Halsızlıq, tez yorulma, başgicəllənmə, dad və iy hissiyyatının təhrifi, kardial ağrılar, əzələ zəifliyi, paresteziyalar, saç, dəri və dırnaqların dəyışməsi ilə təzahür edir. Diaqnoz qanın ümumi klinik analizi və dəmir metabolizminin laborator müayinələrinə əsasən qoyulur. Müalicə zamanı dəmir tərkibli preparatlar, fol turşusu, sianokobalamin təyin olunur, göstərişlərdən asılı olaraq, hipoksiya əleyhinə kompleks terapiya aparılır.

  • Hamilə qadınlarda anemiyanın yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Hamilə qadınlarda anemiyanın əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Hamilə qadınlarda anemiyanın müalicəsi
  • Proqnoz və profilaktika

Hamilə qadınlarda anemiya barədə ümumi məlumat

Hestasion anemiyalar (hidremiya) yaranmasında fizioloji amillərin olması bu xəstəliyi hamiləlik dövrünün ən çox rast gəlinən patologiyalarından hesab etməyə əsas verir. Ekonomik cəhətdən inkişaf etmiş ölkələrdə xəstəliyin ifadəli simptomlarla təzahür edən ilkin formalarinın yayılması 16-21%,  inkişaf etmiş ölkələrdə isə 80% təşkil edir. Bununla yanaşı gizli (latent) dəmir defisiti qida rasionun tamlığı nəzərə alınaraq, hamiləliyin sonlarında 50-100% qadınlarda rast gəlinir. Anemiyanın hestasion dövrdə daha çox yayılmış formasına 75-95% hallarda aşkar olunan dəmirdefisitli anemiya aiddir. Patologiyanın vaxtında aşkar olunmasının aktuallığı fəsadlaşmış hamiləlik və oksigenə təlabatın 15-33% artdığı zaman  hipoksiya hallarının yaranma ehtimalının yüksəlməsi ilə əlaqədardır.

Hamilə qadınlarda anemiyanın yaranma səbəbləri

Hamilə qadınlarda anemiyanın səbəbləriHamilə qadının qanında hemoqlobin və eritrositlərin səviyyəsinin azlığı həm  bilavasitə hestasiya ilə bağlı amillərdən, həm də ona səbəb olan xəstəliklərlə əlaqədardır.  Mamalıq və ginekologiya sahəsinin mütəxəsislərinin müşahidələrinə əsasən əksər pasiyentlərdə hestasion hidremiya asan izah olunan aşağıdakı fizioloji səbəblərdən yaranır:

  • Dəmirə qarşı yüksək təlabat. Hamiləliyin II trimestrindən başlayaraq fetoplasentar kompleksin adekvat inkişafı üçün daha çox miqdarda dəmir tələb olunur. Bu mikroelement inkişaf edən döl tərəfindən sürətlə istifadə olunur, ciftə daxil olur, ananın qanında sirkulyasiya edən eritrisitlərin ümumi miqdarının artırılması üçün istifadə olunur.  III trimestrin əvvəllərində hamilə qadının dəmirə olan gündəlik təlabatı minimum  4-6 mq, 32-34–cü həftələrdə isə 10 mq-dan artıq olur.
  • Fizioloji hemodilyusiya. Hamiləlik zamanı sirkulyasiya edən plazmanın həcmi 40-50%, lakin eritrositar kütlənin həcmi isə ancaq 20-35% artır. Bu orqanizmin dəmir və plastik maddələrə olan olan təlabatının artması ilə izah olunur. Orqanizmə bu maddələrin kifayət qədər daxil olmaması zamanı eritropoezin sürəti  sirkulyasiya edən qanın həcminın artma sürətinə  uyğun gəlmir. ÜST tərəfindən verilən tövsiyyələrə görə hamilələrdə hemoqlobinin yolverilən həddi 110,0 q/l-ə,  hematokrit isə —33%-ə kimi azalmış olur.

Doğuşdan sonrakı dövrdə anemiyanı artıran faktor kimi qanın doğuş zamanı 150ml-ə qədər fizioloji qan itirilməsi (qanın hər 2.0-2,5 ml-də 1 mq dəmir olur) hesab olunur. Mütəxəssislər həmçinin xəstəliyi yaradan digər patoloji səbəbləri də qeyd edirlər. Hemoqlobinin səviyyəsinin aşağı düşməsi ilə müşayiət olunan eritrositlərin həcminin azalması (anemiyanın mikrositar forması) məişət zəhərlənmələri (məsələn, qurğuşun), bir çox xroniki xəstəliklər (revmatizm, şəkərli diabet, xora xəstəliyi, qastrit, xroniki infeksion proseslər), sideroblast anemiya, talassemiya zamanı müşahidə olunur. Bu hal həmçinin qida rasionunda kifayət qədər ətin olmaması və tərkibində hem forması olmayan mikroelementlərdən ibarət qida məhsullarının (bitki tərkibli qidalar, süd və süd məhsulları) qəbulu səbəbindən yaranan dəmir çatışmazlığı zamanı meydana çıxır.

Normal eritrositlərin miqdarının azalması ilə müşahidə olunan normasitar anemiyaya əsasən ciftin patologiyaları, xroniki böyrək çatışmazlığı, hipotireoz, hipopituitarizm, xəstəliyin autoimmun hemolitik forması, sümük iliyində  eritropoezin zəifləməsi zamanı rast gəlinir. Eritositlərin həcminin artması ilə müşahidə olunan makrositar anemiyalar  fol turşusu və B12 vitamini çatışmazlığı, kəskin mielodisplastik sindrom, qaraciyər patologiyaları (hepatit, sirroz), spirtli içkilərdən asılılıq, retikulositoz fonunda inkişaf edir. Digər risk amillərinə aşağı səviyyəli həyat tərzi, çoxsaylı doğuş,  çoxdöllü hamiləlik, doğuşlararası  qısa intervalla uzunmüddətli əmizdirmə, hazırki hamiləliyin  fəsadlaşmış gedişi (çoxsaylı qusmalarla müşayiət olunan erkən toksikoz, hestozlar) aiddir.

Hamilə qadınlarda anemiyanın patogenezi

Hamilə qadınlarda anemiyanın formalaşma mexanizmi orqanizmə dəmirın zülal, fol turşusu, B 12 vitamini ilə müştərək şəkildə daxil olması ilə dölün inkişafı üçün istifadəsı arasındakı balansın pozulması aiddir. Patogenezin əlavə həlqəsinə estradiol konsentrasiyasının artması və sümük iliyinə toksiki təsir edən metabolitlərin toplanması nəticəsində eritropoezin zəifləməsi aiddir. Bu vəziyyət dölün antigenləri tərəfindən ana orqanizminin toxuma əleyhinə sensibilizasiyanı artıran daimi stimulyasiyası səbəbindən yaranan immunoloji dəyişikliklər fonunda daha da ağırlaşır.  Patofizioloji proseslər metabolizm dəyişiklikləri və maddələr mübadiləsinin zərərli məhsullarının toplanması ilə müşayiət olunan toxuma, hemik və sirkulyator hipoksiyalarla nəticələnir.

Hamilə qadınlarda anemiyanın təsnifatı

Hamilə qadınlarda anemiyanın formalarının sistemləşməsinin optimal kriteriyalarına qanda hemoqolobinin konsentrasiyası və xəstəliyin yaranmasına səbəb olan element və ya maddələrin miqdarının çatışmazlığı aiddir. Bu yanaşma ehtimal olunan ağırlaşmaların daha dəqiq proqnozlaşdırılmasına və hamiləliyin aparılmasında düzgün sxemin seçilməsinə şərait yaradır.  Müasir mama-ginekoloqlar hestasion anemiyanın aşağıdaki variantlarını ayırd edirlər:

  • Ağırlıq dərəcəsinə əsasən: ÜST-nın təsnifatına görə hemoqlobinin səviyyəsinə əsasən xəstəliyin 3 forması –yüngül (90-109 q/l), mülayim (70-89 q/l), ağır  ( 70 q/l-dən az ) müşahidə olunur.
  • Çatışmazlıq tipinə əsasən: xəstəliyin ən çox yayılmış varantı dəmirdefisitli anemiyadır (xəstəliyin təxminən 95%-ni təşkil edir) , az hallarda xəstəliyin foldefisitli və B12 defisitli formalarına rast gəlinir.

Hamilə qadınlarda anemiyanın əlamətləri

Hamilə qadınlarda anemiyanın əlamətləriYüngül dərəcə adətən adətən gizli gedişə malik olur. Dəmirin konsentrasiyası 90 q/l-dən aşağı olduqda hemik hipoksiyanın əlamətləri (xüsusilə anemik sindrom) və toxumalarda dəmir çatışmazlığı (sideropenik sindrom) nəzərə çarpır.  Oksigen aclığından ümumi halsızlıq, başgicəllənmələr, qulaqda küy, prekardial sahədə diskomfort və ağrı, ürək ritmlərinin artması, fiziki iş zamanı təngnəfəslik əlamətləri xəbər verir. Selikli qişalar və dəri solğunlaşır. Qadın əsəbi, nervoz, dağınıq fikirli olur, yaddaşı zəifləyir, iştahı pisləşir.

Toxumalarda dəmir defisiti tez yorulma, dadın təhrif olunması (suvaq, təbaşir, gil, qum, farş, çiy ət yemək istəyi), dırnaq lovhələrinin qalınlaşması və kövrəlməsi saçların quruluğu  və tökülməsi, əzələ zəifliyi, sfinktor aparatının zəifləməsi nəticəsində sidik saxlamazlığı ilə özünü büruzə verir. Bir sira pasiyentlərdə epitel qişası zədələnir: dodaq ətrafında çatlar yaranır, agız boşluğunun selikli qişası iltihablaşır, xarici cinsiyyət orqanında qaşınma, göynəmə müşahidə olunur.  Mülayim və ağır anemiyalarda dəmir defisiti fonunda karotin mübadiləsinin pozulması nəticəsində ovucların və burun-dodaq üçbucağının azacıq saralması, distrofik proseslər səbəbindən yaranan ağlı qişanın göyərməsi  müşahidə olunur.

Hamilə qadınlarda anemiyanın ağırlaşmaları

Hamiləliyin ağırlaşma ehtimalı birbaşa olaraq pozğunluqların ağırlıq dərəcəsi və xəstəliyin yaranma müddətindən asılıdır. Mayalanma qabağı yaranan anemiyalar daha təhlükəli hesab olunur. Bele hallarda ilkin plasentar çatışmamazlıq, döl qişalarının hipoplaziyası, ciftin aşağıda yerləşməsi, gift gəlişi, erkən düşüklər, inkişaf etməmiş hamiləlik yarana bilər. Hamiləliyin II-III trimestrlərində abemik simptomokompleksin yaranması hestozların, gecikmiş düşüklər və vaxtından qabaq doğuş, normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması riskini artırır. Xəstəliyin ağır gedişi zamanı miokardiodistrofiya inkişaf edir, ürək əzələsinin yığılma qabiliyyəti zəifləyir. Nəticədə hemik və toxuma hipoksiyası sirkulyator hipoksiya ilə ağırlaşır, ana orqanizmində parenximatoz orqanların fəaliyyəti pozulur, onların funksiyalarının dekompensasiyası müşahidə olunur. Doğuş zamanı hamilələrin 10-15%-də doğuş gücünün zəifləməsi, hipotonik tipli gur qanaxmalar müşahidə olunur. Doğuşdan sonra 10-12% zahılarda və  35-37% yenidoğulmuşlarda müxtəlif irinli-septik proseslər inkişaf edir. Hər 10 qadından 4-də hipoqalaktiya müşahidə olunur.

Hamilə qadınlarda anemiya-nın olması döl üçün birbaşa təhlükə törədir. Bu patologiyada perinatal xəstəliklər 100%-ə, ölüm halları isə 14-15%-ə qədər yüksələ bilər. Fetoplasentar çatışmamazlıq nəticəsində 63% hallarda dölün hipoksiyası, 40% hallarda – beyin hipoksiyası, 32% — inkişafdan qalma müşahidə olunur. Yenidoğulmuşların  təxminən 1/3 hissəsi asfiksiya ilə doğulur. B12 vitamini və fol turşusu çatışmamazlığı onurğa və sinir siteminin inkişaf qüsurlarına (spina bifida və s.) gətirib çıxarır. Hamiləlik zamanı mülayim və ya ağır və ya kəskin anemiyadan əziyyət çəkən qadınların uşaqlarında, xarici tənəffüs funksiyaları çətin müəyyən olunur. Postnatal dövrdə belə uşaqlar çox zaman boy və çəkidə geri qalır, infeksion xəstəliklərə daha meylli olurlar.

Hamilə qadınlarda anemiyanın diaqnostikası

Hamilə qadınlarda anemiya-ya şübhə yarandığı zaman diaqnostikanın əsas vəzifəsi pozğunluğun ağırlıq dərəcəsinin təyini və ağırlaşmaların vaxtında aşkara çıxarılmasıdır. Əksər hallarda anemiyanın dəmirdefisitli formasına rast gəlindiyindən diaqnozun qoyulması üçün dəmir və hemoqlobinin səviyyəsinin təyin edən laborator metodlar daha informativ sayılır:

  • Qanın ümumi analizi. Hemoqlobinin səviyyəsi 110 q/l-dən aşağı olur. Rəng göstəricisi 0,85-ə qədər azalır. Eritrositlərin sayı 3,5х1012 hüceyrə/l-dən azdır. Mikrositoz əlamətləri (eritrositlərin diametrinin 6.5 mkm-dən az olması)  qeyd olunur. Eritrositlərin morfoloji şəklində poykilositoz, anizositoza rast gəlmək olar
  • Dəmir mübadiləsinin müayinəsi. Zərdab dəmirinin səviyyəsi 12 mkmol/l-dən aşağıdır. Zərdabın ümumi dəmir birləşdirmə qabiliyyəti (ZÜDBQ) 85 mkmol/l-dən çoxdur. Ferritinin konsentrasiyası (15 mkq/l) transferrinin dəmirlə doyması (16%-dən az) azalır. Qanın latent dəmirbirləşdirmə qabiliyyəti yüksəlir.

Hamiləlik zamanı yaranan B12 vitamini və fol turşusu defisitli anemiyaları inkar etmək üçün zərdabda sianokobalamin və fol turşusunun səviyyəsi yoxlanılır. Döldə yarana biləcək agırlaşmaları nəzərə alaraq fetometriya, kardiotokoqrafiya, fonokardioqrafiya aparılır. Xəstəliyin müxtəlif formaları arasında, hamiləlik dövründə yaranan ağırlaşmalar (hemoqlobinopatiyalar, anemizasiya sindromu) və ekstragenital patologiyalarla differensial diaqnostika aparılır. Agır hallarda pasiyent hematoloq, qastroenteroloq, hepatoloq, uroloq, nefroloq, nevropatoloq, dermatoloq, infeksionist, onkoloq müayinəsinə göndərilir.

Hamilə qadınlarda anemiyanın müalicəsi

Hemoqlobin səviyyəsi azalmış hamilələrdə müalicənin əsas vəzifəsi dəmir çatışmamazlığının korreksiyası, hipoksiya əlamətlərinin aradan qaldırılması, hemodinamika və metabolizmin stabilizasiyasından ibarətdir. Mülayim и ağır gedişli anemiyalarda fetoplasentar kompleksin adekvat fəaliyyətinə diqqət yetirilir. Müalicə sxeminə aşağıdakı dərman preparatları daxil edilir:

  • Hemoqlobinin səviyyəsinin bərpa edən. Dəmirdefisitli anemiyalarda dəmirin optimal yüksək dozalarla və asan sorulan ikivalentli formada peroral qəbulu məsləhət görülür. Tərkibində dəmirin  tədricən azad olunan forması olan preparatlara üstünlük verilir. İkivalentli dəmirin daxilə qəbulu MBT-da onun sorulmasının pozulması, mədə və ya on iki barmaq bağırsaq xorasının kəskinləşməsi hallarında anemiyanın parenteral yolla korreksiyası aparılır. Dəmirin daha effektiv sorulması üçün askorbin turşusu təyin olunur. ÜST ekspertləri fol turşusu defisitli anemiyanın qarşısını almaq üçün fol turşusu ilə dəmir tərkibli preparatların birgə qəbulunu məsləhət görülür. Sianokobalamin çatişmamazlığı B12 vitaminin parenteral yolla qəbuluna əsas verir.
  • Hipoksiyanın agırlaşmalarını aradan qaldıran. Dölün oksigen və qida maddələri ilə adekvat təmini üçün ana-cift qan dövranı sisteminin müxtəlif elementlırinə kompleks təsir göstərilir. Qanın ciftə axınını gücləndirmək məqsədilə uşaqlıq divarının tonusunu azaldan tokolitiklərdən istifadə olunur. Mikrosirkulyasiya angioprotektor və qanın reologiyasına təsir edən preparatların köməyilə yaxşılaşdırılır. Membranostabilizatorlar, antioksidantlar və aktoveginin təyini dölün hipoksiyaya dözümlülüyünü artıtır. Antihipoksik terapiyadan adətən anemiyanın fetoplasentar çatışmazlıqla ağırlaşmış II və III dərəcələrində istifadə olunur. Ehtiyac olduqda metabolik asidozu korreksiya edən və hamilələrdə ürək fəaliyyətini yaxşılaşdıran preparatlar təyin olunur.

Anemiyaəleyhinə terapiya adətən uzunmüddətli olub, qırmızı qan göstəricilərinin müalicənin ancaq 5-8-ci həftəsində normallaşmasına səbəb olur.  Dərman maddələrinin effektivliyini artırmaq üçün pəhrizə riayət olunmalıdır. Qida rasionu dəmirə zəngin məhsullarla: dana və quzu əti, mal və toyuq ciyəri, balıqla zənginləşdirmək məsləhət görülür. Dəmirin sorulmasının azaldan qidaların: dənli bitkilər, kəpək, soya, qarğıdalı, çay, kofe, süd, karbonat, hidrokarbonat, fosfat tərkibli mineral suların miqdarı azaldılmalıdır. Anemiyanı ağırlaşdıran vasitələr: almagel, terasiklin, maqnezium və kalsium duzlarıdan ehtiyatla istifadə etmək lazımdır.

Hamilə qadınlarda anemiyanın proqnoz və profilaktikası

Hamilələrin əksəriyyətində aşkar olunan hemoqlobinin azalması ilə müşahidə olunan yüngül dərəcəli anemiyalar ana və dölün həyatı üçün heç bir təhlükə törətmir. Xəstəliyin mülayim və agır formalarının vaxtında korreksiyası qan göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olur, ağırlaşmaların inkişafının qarşısını alır. Perinatal və ana orqanizmində fəsadların yaranma ehtimalını azaltmaq üçün balanslaşdırılmış qidalanma, həmçinin anamnezində menorragiyalar, doğuş arası intervalın qisa olması, laktasiya müddətinin uzun olması, çoxdöllüluk aşkarlanan xəstələrə dəmir preparatlarının erkən təyini məsləhət görülür.

Anemiyalı pasiyentlərdə doğuş fəaliyyətinin pozulmaları və doğuşdan sonra qanaxmaların yaranma ehtimalı olduğundan doğuş zamanı onlara xüsusi  diqqət ayırmaq lazımdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: