Hamiləlik dövründə sistit

Oxuma vaxtı: 14 dəq Oxunma sayı: 12724

Hamiləlik dövründə sistit necə olur?Hamiləlik dövründə sistit — sidik kisəsinin daxili qişasının hestasiya zamanı yaranan və ya kəskinləşən kəskin və yaxud xroniki iltihabıdır. Sidik ifrazının tezləşməsi və ağrılı olması, qasıqüstü nahiyədə ağırlıq və ya ağrı hissi, sidiyin bulanıqlığı, ağır hallarda subfebrilitet, halsızlıq, ümumi intoksikasiyanın digər əlamətləri ilə təzahür edir. Diaqnoz sidiyin ümumi analizi və bakterial müayinəsi, USM, sistoskopiyanın nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə penisillinlər, sefalosporinlər, nitrofuranlar, fosfon turşusunun törəmələri, uroantiseptiklərdən istifadə olunur.

  • Hamiləlik dövründə sistitin yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Hamiləlik dövründə sistitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Hamiləlik dövründə sistitin müalicəsi
  • Proqnoz və profilaktika

Hamiləlik dövründə sistit barədə ümumi məlumat

Sistit qadın cinsinə məxsus pasiyentlər arasında ən geniş yayılmış uroloji xəstəliklərdəndir. 20-25% qadınlar həyatlarında ən azı bir dəfə xəstəliyin bu və ya digər formasını keçirmişdir, 10%-i isə sidik kisəsinin residivləşən iltihabından əziyyət çəkir. Kəskin infeksion-iltihabi proses və ya xroniki sistitin kəskinləşməsi hamilələrin 0,3-1,3%-də qeydə alınır, pozğunluğun yayılma tezliyi ilə simptomsuz bakteriuriya  arasında birbaşa korrelyasiya mövcuddur. Xəstəlik əsasən aşağı sosial-ekonomik statusa malik, anamnezində sidik-ifrazat orqanlarının inkişaf anomaliyaları, şəkərli diabet, uroloji traktın rekurrent infeksiyaları olan reproduktiv yaşlı cinsi aktiv qadınlarda rast gəlinir. Simptomsuz bakteriuriyanın vaxtında diaqnostikası və müalicəsi patologiyanın yayılmasını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Hamiləlik dövründə sistitin yaranma səbəbləri

Hamiləlik dövründə sistitin səbəbləriƏksər hamilələrdə sistit infeksion mənşəli olur. 86% pasiyentlərdə xəstəlik uropatogen bağırsaq çöpünün aktivləşməsi nəticəsində inkişaf edir. İnfeksion sistit həmçinin klebsiella, stafilokokk, streptokokk, enterokokk, kandida, bzəən isə klostridium, vərəm mikobakteriyaları tərəfindən törədilə bilər. Hamilələrin bir qismində sidik kisəsinin selikli qişasında iltihabi prosesə cinsi yolla ötürülən infeksiyalar  – qonoreya, sifilis, xlamidioz, ureaplazmoz səbəb olur.

Hamiləlik zamanı qeyri-infeksion sistitlərin etioloji amilləri hestasiyadan kənar dövrlə eynidir— sidik daşları və ya invaziv müayinələrdə tibbi alətlə mexaniki zədələnmə, böyrəklərlə ifraz olunan medikamentlər və digər kimyəvi vasitələrin toksiki təsiri, şüa yüklənmələri.

Aseptik iltihab adətən infeksiyalaşma ilə ağırlaşır. Hamilə olmayan qadınlarda sistitin inkişafına səbəb olan adi provokasiyaedici amillərdən —qısa sidik kanalı, soyuqlama, hipovitaminoz, disbakterioz, bakterial vaginoz, cinsiyyət orqanlarının iltihabi xəstəlikləri (kolpit, endoservisit), soyuqdəymə xəstəliklərindən sonra immunitetin zəifləməsindən əlavə hestasiya dövründə sidik-ifrazat sistemində baş verən xarakterik fizioloji dəyişikliklər patologiyanın yaranma ehtimalını artırır:

  • Sidik kissəsinin hipotoniyası. Hamilələrdə progesteronun səviyyəsinin artması ilə əlaqədar sidik kisəsinin əzələ divarının tonusu proqressiv şəkildə azalır. III trimestrdə sidik kisəsində saxlanılan sidiyin həcmi pasiyentə heç bir diskomfort törətmədən 2 dəfə artır. Vezikoureteral reflükslərin formalaşması nəticəsində infeksiyalaşmış sidiyin axını ləngiyir, buda infeksiyanın yayılmasına səbəb olur.
  • Sidiyin kimyəvi tərkibinin dəyişməsi. Sistitlərin inkişafında hamillər üçün xarakterik dəyişikliklər – sidiyin pH artması, qlükozauriya, aminoasiduriya müəyyən rol oynayır. Belə kimyəvi mühitdə uropatogen mikroorqanizmlər daha tez replikasiya olunur, bu da əvvəlcə simptomsuz bakteriuriyaya, sonralar isə sidik-ifrazat sistemi orqanlarının selikli qişasının qalxan və ya enən yolla infeksiyalaşmasına gətirib çıxarır.

Hestasiya zamanı və doğuşdan sonra sistitin yaranmasında həmçinin  immun sistemdə hamiləliyin qorunmasına yönəldilmiş fiizoloji dəyişikliklər, sidik-ifrazat traktına infeksion agentlərin keçməsini asanlaşdıran uretral sfinkterin zəifləməsi, uşaqlığın sidik axarları, böyrəklər və sidik kisəsinə təzyiqi nəticəsində təbii urodinamikanın pozulması, doğuşdan sonra kateterizasiya səbəb ola bilər.

Hamiləlik dövründə sistitin patogenezi

Baxmayaraq ki, patogen mikroorqanizmlər sidik kisəsinin selikli qişasına hematogen və ya limfogen yolla daxil ola bilər, xəstəliyin inkişaf mexanizminin əsasını infeksiyanın qalxan (sidik kanalı) və enən (hestasion pielonefrit, ureterit və digər infeksion-iltihabi proseslər zamanı sidik axarları və böyrəklərdən) yayılması təşkil edir. Patogen və periuretral nahiyə məskunlaşan və yaxud sidikdə rast gəlinən şərti-patogen flora müəyyən şərtlər daxilində (sidiyin durğunluğu, lokal və ümumi immunitetin zəifləməsi, selikli qişanın mexaniki, kimyəvi, şüa zədələnmələri) epiteldə kolonizasiyalaşır. Mikroorqanizmlərin zədələyici amilləri sitokinlər və digər iltihab mediatorlarının ifrazını, makrofaqlar və limfositlərin aktivləşməsini, mikrosirkulyasiyanın pozulmasını potensə edir. Alterasiya, eksssudasiya müşahidə olunur, bir müddətdən sonra toxumalar bərpa olunur.

Hamiləlik dövründə sistitin təsnifatı

Sidik kisəsinin iltihabi zədələnməsi zamanı həkim taktikası patologiyanın formasından asılıdır. Hamilələrdə yaranan sistitlərin sistemləşdirilməsi hestasiya dövründə kənarda tətbiq edilən kriteriyalara əsaslanır. Gediş xüsusiyyətlərinə əsasən iltihab kəskin (parlaq klinik şəkillə) və xroniki ( periodik residivlərlə müşahidə olunan latent gedişli) olur. Urologiya, mamalıq və ginekologiya sahələrinin bəzi mütəxəssisləri hamiləlik, doğuş zamanı və doğuşdan sonrakı dövrdə sidik kisəsini zədələyən kəskin iltihabi prosesi sidik kisəsi mənşəli olmayan ikincili sistitlərə aid edir. Bundan əlavə xəstəliyin aşağıdakı formaları ayırd edilir:

  • Etiologiyasına görə: infeksion və qeyri-infeksion. Əksər hamilələrdə infeksion agentin təsirindən yaranır. Bəzi hallarda sistit kimyəvi, allergik, metabolik, parazitar, neyrogen, yatrogen etiologiyalı olur.
  • Mənşəyinə əsasən: birincili və ikincili. Birincili proseslərdə iltihab sidik kisəsində başlanır. İkincili sistitlər digər sidik kisəsi və sidik kisəsi mənşəli olmayan (daş, yad cisim, uretranın strikturası) səbəblərdən baş verir.
  • Lokalizasiyasına görə: diffuz (iltihabi prosesə selikli qişanın bütovlükdə qoşulması), boyun (sidik kisəsinin boyun hissəsində lokalizasiyalaşan), triqonitlər (sidik kisəsinin dib nahiyəsində Lyeto üçbucağının zədələnməsi). Hamilələrdə adətən diffuz sistitlərə rast gəlinir.
  • Morfoloji dəyişikliklərin tipinə əsasən. Törədicinin aqressivliyi və orqanizmin reaktivliyindən asılı olaraq, iltihabın kataral, fibrinoz-xoralı, xoralı, hemorragik, qanqrenoz, interstisial və digər növləri formalaşa bilər.

Hamiləlik dövründə sistitin əlamətləri

Hamiləlik dövründə sistitin əlamətləriProvokasiyaedici amilin (soyuqlama, keçirilmiş KRX və s.) təsirindən bir qədər sonra qəfil yaranan kəskin proses zamanı klinik təzahürlər daha parlaq olur. Hamilə qadın imperativ çağırışlar,  diskomfort və ya ağrı hissi ilə müşayiət olunan tezləşmiş sidik ifrazından şikayət edir. Hisslərin intensivliyi iltihabın lokalizasiyası, morfoloji dəyişikliklərin dərəcəsindən asılı olub, sidik ifrazı sonunda və ya bütün akt boyunca qarnın aşağısında ağırlıqdan tutmuş zəif, mülayim və ya güclü, eləcə də qasıqüstü nahiyədə palpasiya zamanı güclənən ağrılara kimi dəyişə bilər.

Adətən hamilələr sidiyin bulanıqlığını, bəzən qan qarışıqlı olmasını qeyd edir. Ağır gedişli sistitlərdə sistit zamanı hərarət yüksəlir, sidiyin miqdarı azalır, intoksikasiya əlamətləri: halsızlıq, tez yorulma, tərləmə artır. Yüngül formalarda əlamətlər 2-3 gündən sonra öz-özünə itir, lakin xəstəlik çox zaman 6-8 gündən 10-15 günə qədər davam  edir, belə hallarda medikamentoz terapiyanın aparılması tələb olunur. Doğuşdan sonrakı kəskin sistitlər üçün sidiyin ləngiməsi, sidik ifrazının sonunda ağrı hissi və ilk porsiyanın bulanıqlığı xarakterikdir.

Hamiləlik dövründə urodinamik pozğunluqlar çox zaman xroniki simptomsuz sistitin gedişini ağırlaşdırır, onun yeganə əlamətləri laborator yolla təyin edilən bakteriuriya və leykosituriya olur. Kəskin proseslərə xas olan tezləşmiş sidik ifrazı, sidiyin bulanıqlığı, duziruk hallar residivin başlanmasına dəlalət edir. Ümumintoksikasiya əlamətləri çox nadir hallarda izlənilir. Bəzi hamilələrdə xrioniki sistit daimi minimal əlamətlərlə davam edir.

Hamiləlik dövründə sistitin ağırlaşmaları

Adekvat terapiya aparılmadıqda sistit erkən mərhələlərdə spontan düşüklər, uzaq dövrlərdə isə vaxtından əvvəl doğuşla ağırlaşa bilər. Tezləşmiş ağrılı sidik ifrazı hamilələrdə gecə yuxusunu pozaraq, astenik və emosional pozğunluqlara gətirib çıxarır. İnfeksiyanın qalxan yolla yayılması sidik axarlarının iltihabına (ureterit) və kəskin hestasion pielonefritə səbəb olur. Patoloji prosesə böyrəklərin qoşulması hestoz, dölün bətndaxili infeksiyalaşması, fetoplasentar çatışmazlıq, hamilə qadının infeksion-septiki vəziyyətinin yaranma ehtimalını artırır.

Hamiləlik dövründə sistitin diaqnostikası

Birincili kəskin və ya residivləşən gediş zamanı diaqnozun qoyulmasında heç bir çətinlik yaranmır. Müayinələrlə təsdiqlənmiş tipik klinik şəkil hamilələrdə sistitin tez bir zamanda aşkarlanmasına və adekvat terapiyanın təyininə səbəb olur. Uzun sürən xroniki proseslərdə müayinə daha geniş formada aparılmalıdır. Sistitin diaqnostikasından istifadə olunan ən informativ üsullar aşağıdakılardır:

  • Sidiyin ümumi analizi. Müayinə zamanı leykositlər, bakteriyalar, mülayim miqdarda zülal, bir sıra hallarda eritrositlər müəyyən edilir. Epitel hüceyrələrinin miqdarı artmışdır. Göstərişlərə əsasən bu metod Neçiporenko üsulu ilə analiz və Zimnitski sınağı ilə tamamlanır.
  • Bakterioloji müayinə. Qidalı mühitlərə əkilmə törədicinin identifikasiyasına, onun sidiyin 1ml-də miqdarının və antibiotiklərə həssaslığının təyininə imkan verir.
  • Sidik kisəsinin USM. Exoqrafiya zamanı divarları qalınlaşmış sidik kisəsi, qeyri-homogen möhtəviyyat izlənilir. Təhlükəsizlik və qeyri-invazivliyinə görə bu üsul skrininq diaqnostikada istifadə oluna bilər.
  • Sistoskopiya. Müayinə məhdud şəkildə xroniki proseslərdə aparılır. Sistit əlamətlərinə selikli qişanın ödemi, hiperemiyası, qanaması, xoralaşması, onun səthinin nahamarlığı aiddir. Kəskinləşmə dövründə infeksiyanın yayılma riski ilə əlaqədar bu üsul tətbiqi məsləhət görülmür.

Qanın ümumi analizində iltihabi dəyişikliklər – leykositlərin miqdarının cüzi artması, leykosotar formulanın mülayim dərəcədə sola yerdəyişməsi, EÇS-nin yüksəlməsi sistit diaqnozunu dolayı yolla təsdiq edir. Patologiyanın inkişafına təkan verən amilləri aşkar etmək üçün uşaqlıq yolu mikroflorasının disbakterioza görə müayinəsi, qan zərdabında qlükozanın səviyyəsinin təyini, böyrəklər və kiçik çanaq orqanlarının USM məsləhət görülür.  Cinsi infeksiyaların törədicilərini PZR-analizlə də aşkar etmək mümkündür, bu üsul mikrob agentinin DNT fraqmentinin təyininə əsaslanır.  Sistit pielonefrit, nefrolitiaz, uretrit, sistalgiya, genital infeksiyalar – urogenital kandidoz, mikoplazmoz, xlamidioz, genital herpes, digər CYKİ mənşəli vulvovaginit, kolpit, servisitlə differensiasiya edilir. Göstərişlərə əsasən pasiyent uroloq, nefroloq, dermatoloq, veneroloq, infeksionist tərəfindən konsultasiya olunur.

Hamiləlik dövründə sistitin müalicəsi

Sidik kisəsinin selikli qişasının iltihabında xəstəliyin törədicilərinin həssaslığı nəzərə alınmaqla antibakterial terapiya aparılır. Uroloqların tövsiyyələrinə əsasən sistitin aktiv medikamentoz müalicə kursunun davametmə müddəti 3-7 gündür. Simptomsuz bakteriuriya zamanı bakteriya əleyhinə vasitələr 3-5 gün ərzində qəbul edilir. Hamilələrə dölə toksiki təsir göstərməyən uroseptik təsirli antibiotiklər təyin edilir:

  • Yarımsintetik penisillinlər. Geniş təsir spektrinə malik, turş mühitə davamlı preparatlar əksər qram-müsbət və qram mənfi mikroorqanizmlərə (sistitin ən geniş yayılmış törədicisi bağırsaq çöpü də daxil olmaqla) bakterisid təsir göstərir. Penisillinlərin β-laktamazanı inhibə edən klavulan turşusu ilə kombinasiyası daha effektivdir.
  • Sefalosporinlər. Yarımsintetik antibiotiklər – sefalosporinlərin bakterisid təsiri sistitin törədiciləri sayılan əksər infeksion agentlərin bakteriya divarının sintezinin pozulmasına əsaslanır. II nəsil prepartaları mikrob florasının rezistentliyinə səbə olan β-laktamazaların təsirinə davamlıdır, bu da dərmna vasitələrinin terapevtik təsirini gücləndirir.
  • Nitrofuranlar. RNT, DNT, proteinlərin sintezinin inhibə olunması, hüceyrə membranının formalaşmasının pozulması, aerob metabolizmin tormozlanması sayəsində bu qrupa daxil olan antibiotiklər sidik-ifrazat yollarının infeksiyalarını törədən geniş spektrli mikrob agentlərinə bakteriostatik və bakterisid təsir göstərir. Mikrorqanizmlərin nitrofuranlara qarşı rezistentliyi çox nadir hallarda formalaşır.
  • Fosfon turşusunun törəmələri. Bakterial hüceyrə membranının peptidoqlikanlarının formalaşmasının ilkin mərhələsinin pozulması hesabına preparatlar sistitin törədicilərinin çoxalmasını tormozlayır. İnfeksion agentlərin sidik kisəsinin epitelinə adgeziyasının pozur. Geniş təsir spektrinə malikdir. Mutagen və ya genotoksiki təsir göstərmir.

Yarımsintetik və sintetik antibiotiklərlə aparılan ümumi iltihab əleyhinə terapiyanın alternativ üsulu antimikrob təsirli məhlulların sidik kisəsinə instillyasiyası sayılır.  Yerli müalicə iltihabəleyhinə, antioksidant, spazmolitik, ağrıkəsici, antibakterial, diuretik təsirli uroantiseptiklər və sidik qovucu otların dəmləmələrinin qəbulu ilə  kombinə edilir. Sistit keçirən hamilələrə təbii doğuş məsləhət görülür. Qeysəriyyə əməliyyatı yalnız mamalıq göstərişlərinə əsasən icra olunur.

Hamiləlik dövründə sistitin proqnoz və profilaktikası

Erkən diaqnostika və adekvat müalicə zamanı hamilə və döl üçün proqnoz qənaətbəxşdir. Xroniki sistitdən əziyyət çəkən pasiyentlər hamiləlik planlaşdırdıqda urogenital traktın sanasiyası, bakterial vaginoz və genital infeksiyaların müalicəsi göstəriş sayılır.

Hamiləlik dövründə iltihabi prosesin inkişafı və ya kəskinləşməsinin profilaktikası məqsədilə sidiyin müntəzəm müayinəsi, soyuqlamanın istisna edilməsi, əks-göstərişlər olmadıqda qəbul edilən mayenin miqdarının artırılması, sidik kisəsinin vaxtında boşaldılması, spirtli içkilər, kəskin, duzlu, ədəvalı, qızardılmış, duza qoyulmuş qida məhsullarından imtina məsləhət görülür. Doğuşdan sonrakı kateterizasiyanın aparılması zamanı aseptika qaydalarına ciddi  riayət etmək lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: