Axromatopsiya

24 Yanvar 2019 Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 30

axromatopsiya Axromatopsiya – torlu qişanın fotoreseptorlarını kodlaşdıran müxtəlif genlərin mutasiyaları ilə əlaqəli irsi xəstəlikdir. Patologiya rəng duyğusunun tam (çöp monoxromaziyası) və ya hissəvi itirilməsi ilə xarakterizə olunur. Bu zaman ağ-qara görmə saxlanır, görmə aparatının fəaliyyətinin başqa pozulmaları – gündüz korluğu (hemeralopiya), nistaqm, görmə itiliyinin azalması, bəzən çəpgözlük də meydana çıxa bilər. Diaqnostika məqsədilə həm oftalmoloji (İşihara, Rabkin testi, elektroretinoqrafiya), həm də genetik (irsi anamnezin öyrənilməsi, patoloji genlərin sekvenləşdirilməsi) müayinələr həyata keçirilir. Xəstəliyin spesifik müalicəsi mövcud deyil; bəzi formaların gen terapiyası işlənir.

  • Axromatopsiyanın səbəbləri
  • Axromatopsiyanın təsnifatı
  • Axromatopsiyanın simptomları
  • Axromatopsiyanın diaqnostikası
  • Axromatopsiyanın müalicəsi

Аxromatopsiya barədə ümumi məlumat

Axromatopsiya (çöp monoxromatizmi, rəng korluğu) rəng duyğusuna cavabdeh olan torlu qişanın fotoreseptorlarının – kolbacıqların fəaliyyətinin pozulması ilə gedən irsi xəstəlikdir. Tam axromatopsiya kolbacıqların hər üç – “göy”, “qırmızı” və “yaşıl” tipinin reseptor funksiyalarının itirilməsi ilə xarakterizə olunur. Bu zaman torlu qişanın fotoreseptorlarından yalnız ağ-qara görməni təmin edən çöplər saxlanır. Ənənəvi olaraq hissəvi axromatopsiya ayırd olunur; bu zaman rəng duyğusu yalnız müəyyən tip – “göy” və ya “qırmızı” kolbacıqlarda itir. Hissəvi axromatopsiya “göy” kolbacıqların monoxromatizmidir; bu zaman bəzi rəng və rəng çalarlarının duyğusu azalır, lakin rəng görməsi ümumilikdə saxlanır.

Axromatopsiyanın rastgəlmə tezliyi orta hesabla 1:300000 nisbətindədir. Bu zaman xəstələrin 70%-dən çoxu patologiyanın tam formasına keçir. Tam axromatopsiya autosom-resessiv tip üzrə irsən ötürülür; buna görə də həm kişilərdə, həm də qadınlarda rastlanır. Hissəvi axromatopsiya X xromosomla əlaqəli irsi patologiyadır; bu səbəbdən əksər xəstələr kişilərdir. Məlumdur ki, “göy” kolbacıq monoxromatizmindən məşhur alim D.Dalton əziyyət çəkib; buna görə də belə patologiya onun şərəfinə tez-tez daltonizm adlandırılır. Hazırda oftalmologiyada rəngli görmənin müayinəsi istənilən profilaktik tibbi müayinənin mütləq komponentidir. Rəng qavrayışında problem olan xəstələrə sürücülük vəsiqəsinin verilməsində, onların bəzi sənaye sahələrində işləməsində müəyyən məhdudiyyətlər vardır.

Аxromatopsiyanın səbəbləri

axromatopsiya Tam axromatopsiya və ya çöp monoxromatizmi hər biri müəyyən genin mutasiyası ilə əlaqəli olan irsi patologiyalar qrupudur; autosom-resessiv tip üzrə irsən ötürülür. Bu genlər informasiyanın rodopsindən hüceyrəyə hüceyrədaxili ötürülməsini təmin edən zülalları kodlaşdırır. Zülal zənciri (G-zülal – transdusin – fosfodiesteraza) vasitəsilə hüceyrənin təsiri altında rodopsinin komformasiyasının dəyişilməsi fotoreseptorların membranlarının hiperpolyarizasiyasına gətirib çıxarır; bu, onlardan qlutamat ifrazını tormozlayır və bipolyar hüceyrələrin oyanmasına səbəb olur. Sonuncular isə hərəkət potensialını görmə siniri liflərinə ötürür. Kolbacıqlarda zülal-nəqledicilərin mutasiyalar nəticəsində strukturunun pozulması işığın təsirinə cavab və protein-fotopiqment komformasiyasının dəyişilməsinə qarşı heç bir hüceyrə reaksiyası və sinir impulsu yaranmır.

Bu zaman torlu qişada yeganə fəaliyyət göstərən fotoreseptorlar çöplər olur. Onlar heç bir rəngə həssaslığı olmayan fotopiqmentlərdir. Buna görə də həmin reseptorlar müxtəlif uzunluqlu işıq dalğalarını boz rəngin çalarları kimi qəbul edir. Tam axromatopsiyada kolbacıqların olmaması ağ-qara görmədən başqa, mərkəzi skotomaya da gətirib çıxarır. Bu zaman sarı ləkə nahiyəsində çöpcüklərə, demək olar ki,rast gəlinmir. Bu da öz növbəsində görmə itiliyinin azalmasına gətirib çıxarır; belə ki, o, sarı ləkənin mərkəzi hissəsində işığın fokuslanması ilə təmin olunur. Çöplər (normada onlar gecə görməni təmin edir) kolbacıqlarla müqayisədə daha həssasdırlar; tam axromatopsiya zamanı fotohəssaslıq kəskin yüksəlir.

Hissəvi axromatopsiya və ya daltonizm X xromosomunda lokalizasiya olunan genlərin mutasiyası ilə əlaqəlidir. Bu genlər kolbacıqların qırmızı (OPN1LW geni) və ya yaşıl (OPN1MW geni) fotopiqmentini kodlaşdırır. Piqmentin strukturunun pozulması nəticəsində göz rəngi qəbul edə bilmir; beləliklə, müəyyən rəng və ya rəng çalarına qarşı rəng duyğusunun pozulması meydana çıxır. Bu xəstəlik zamanı kolbacıqların təxm. 1/3-i fəaliyyət göstərə bilmir; rəng duyğusu saxlanır, lakin bir qədər dəyişilir. Həmçinin görmə itiliyi də tam axromatopsiyadakından bir qədər az zəifləyir, işıqdan qorxma təzahür edir.

Аxromatopsiyanın təsnifatı

Tam axromatopsiya bir sıra genlərin mutasiyaları nəticəsində meydana çıxa bilər; məhz buna əsasən də xəstəlik müxtəlif formalara təsnif olunur. Bu formaların klinikası fərqli olmadığından belə bölünmə praktik həkim-genetik və xüsusən də oftalmoloq üçün ilk baxışda mühüm deyil. Lakin təsnifat axromatopsiyanın müalicə metodlarını, həmçinin xəstəliyin genetik diaqnostikasını axtaran  tədqiqatçılar üçün vacibdir.

ACHM2 tipi – 2-ci xromosomda yerləşən və G – zülalının alfa – 3 – subvahidini – kolbacıqların ikinci messencerini kodlaşdıran CNGA3 geninin mutasiyası ilə əlaqəlidir.

ACHM3 tipi – 8-ci xromosomda yerləşən və G – zülalının beta – 3 – subvahidini kodlaşdıran CNGB geninin mutasiyası ilə əlaqəlidir.

ACHM4 tipi – 1-ci xromosomda yerləşən və transdusin zülalının alfa – 3 – subvahidini kodlaşdıran GNAT2 geninin mutasiyası ilə əlaqəlidir.

ACHM5 tipi – 10-cu xromosomda yerləşən və fosfodiesterazanın alfa – subvahidini kodlaşdıran PDE6C geninin mutasiyası ilə əlaqəlidir.

ACHM6 tipi – 12-ci xromosomda yerləşən və fosfodiesterazanın qamma – subvahidini kodlaşdıran PDE6Н geninin mutasiyası ilə əlaqəlidir.

Beləliklə, tam axromatopsiya zülal-transporterlərin strukturunun pozulması nəticəsində informasiyanın rodopsindən fotoreseptroların başqa strukturlarına ötürülməsinin pozulması ilə əlaqəlidir. Belə ki, bu proteinlər bütün kolbacıqlarda eynidir və kolbacıqların hər üç tipi zədələnir. Tam axromatopsiyadan fərqli olaraq daltonizmdə mutasiya məhz fotopiqmentlə əlaqəli genlərdə baş verir; bununla da, kolbacıqlar üç qrupa ayrılır. Hissəvi axromatopsiyanın daha tez-tez müşahidə olunan tipləri aşağıdakılardır:

  • Protanopiya – X xromosomunun 28-ci lokusunda yerləşən OPN1LW geninin mutasiyası ilə əlaqəli qırmızı rəngə qarşı rəng duyğusunun itməsidir.
  • Deyteranopiya – X xromosomunun 28-ci lokusunda yerləşən OPN1MW geninin mutasiyası ilə əlaqəli yaşıl rəngə qarşı rəng duyğusunun itməsidir.

Аxromatopsiyanın simptomları

Axromatopsiyanın əksər simptomları subyektivdir, lakin xəstəliyin obyektiv göstəriciləri də mövcuddur. Tam axromatopsiya zamanı ağ-qara görmədən başqa xəstələrdə nistaqm və uzağı görmə (hipermetropiya) də tez-tez aşkar olunur. Sarı ləkənin fotoreseptorlarının (əsasən kolbacıqların) işığa həssaslığının olmaması səbəbindən görmə itiliyi tez-tez 0,1 və daha aşağı səviyyəyədək azalır. Axromatopsiya həm də gözlərin işığa həssaslığının yüksəlməsinə, bu fonda işıq qorxusuna və gündüz korluğuna (hemeralopiya) gətirib çıxarır. Yuxarıdakı simptomlar tez-tez çəpgözlüklə ağırlaşır. Tam axromatopsiya zamanı psixoloji faktorlar mühüm rol oyayır: tez-tez baxışlarını aşağı salır (işığa həssaslıq yüksək olduğundan), tünd eynəklərdən istifadənin vacibliyi pasientə üzücü təsir edir.

Natamam axromatopsiyada yuxarıda qeyd olunmuş bütün simptomlar müşahidə olunur; lakin həmin simptomlar zəif təzahür edir. bu, fotoreseptorların yalnız bir hissəsinin (kolbacıqların 1/3-inin) zədələnməsi ilə bağlıdır. Buna görə də işıqdan qorxma və hemeralopiya zəif intensivdir; nadir hallarda görmə itiliyi 0,3-ə qədər enir, uzağı görmə inkişaf edir. subyektiv simptom rəng duyğusunun pozulmasıdır; məs., protanopiya zamanı natamam axromatopsiyalı pasient yaşıl və qırmızı rəngi fərqləndirə bilmir.

Аxromatopsiyanın diaqnostikası

Axromatopsiyanın diaqnostikası oftalmoloq müayinəsi, irsi anamnez və genetik müayinələrə əsaslanır. Xəstəliyin əsas oftalmoloji təzahürü rəng duyğusunun pozulmasıdır. Bu, Rabkin lövhəsi vasitəsilə aşkarlanır. Axromatopsiyalı pasientlər rəsmlərdə rəngarəng dairələrdən ibarət rəqəmləri və təsvirləri fərqləndirə bilmirlər. Oftalmoloq müxtəlif tipli və rəngli lövhələrdən istifadə etməklə axromatopsiyanın tam və ya natamam (protanopiya və ya deyteranopiya) formasını müəyyənləşdirə bilir. Bundan başqa, elektroretinoqrafiyada dəyişikliklər – tam axromatopsiyada kolbacıqların piklərinin amplitudunun azalmasından tam itməsinə qədər.

Diaqnostikanın genetik metodları mutasiyasını aşkarlamaq məqsədilə axromatopsiya genlərinin sekvenləşdirilməsinə yönəlir. Patologiyanın irsiyyətinin xarakterinin təyini məqsədilə ailə anamnezinin araşdırılması xəstəliyin aşkarlanmasına kömək edə bilər. Differensial diaqnostika torlu qişanın piqmentli abiotrofiyasının bəzi formaları ilə aparılır. Belə ki, bu xəstəliyin başlanğıc təzahürləri axromatopsiyanın simptomları ilə oxşar ola bilər.

Аxromatopsiyanın müalicəsi

Axromatopsiyanın istənilən formasının spesifik müalicəsi hazırda mövcud deyil. Gen terapiyası sahəsində aparılan tədqiqatlar laborator heyvanlarında rəng duyğusunun hissəvi bərpasına imkan vermişdir. Axromatopsiyanın başqa simptomlarının (uzağı görmə, hemeralopiya) azaldılması məqsədilə korreksiyaedici və günəş şüalarından qoruyucu eynəklər istifadə olunur. Natamam axromatopsiya zamanı rəng duyğusunun bir qədər yaxşılaşdırılmasına neodim şüşəli eynəklərin istifadəsi kömək edir. Bir sıra ölkələrdə daltonizmli xəstələrə belə eynəklərdən istifadə etdiyi müddətdə avtotransport idarə etməyə icazə verilir.

Tam axromatopsiya zamanı proqnoz əksər hallarda qeyri-kafidir. Belə ki, belə xəstəlik zamanı görmənin pozulması proqressivləşməyə meyillidir. Lakin eyni eynəklər və xəstənin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş başqa tədbirlər bu prosesi ləngidir. Həmçinin vitamin A və E, damargenəldici preparatlarla dəstəkləyici terapiya təyin oluna bilər. Natamam axromatopsiya zamanı rəng duyğusunun azalması və görmənin azacıq pisləşməsi xəstənin ağır vəziyyətlərinə səbəb olmur.

 

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: