Qadınlar hər zaman gözəl və sevimli olmağa çalışırlar. Lakin yaş ötdükcə dərinin sallanması, qırışlar, sellülit və striyaların yaranması qaçılmazdır. Həttaçillər və ya xallar da hiperpiqmentasiya, hipertrofiya hallarında xarici görünüşün pozulmasına səbəb olur.
Kosmetik problemlər genetik meylliklə bağlı olub, nəsildən-nəsilə ötürülə bilər. Problemli və ya həssas dəri, kuperoz, hiperhidroz, çillər çox zaman irsi xarakter daşıyır.
Orqanizmin ümumi vəziyyəti, daxili orqanların keçirilmiş və ya xroniki xəstəlikləri dəridə çat, hiperkeratoz, həddindən artıq tərləmə, çapıq, postakne, sellülit kimi reaksiyalara səbəb olur.
Və ən nəhayət, təbii yaşlanma prosesləri üz və bədən nahiyəsində qırış, striyalar, sellülit kimi xoşagəlməz dəyişikliklər əmələ gətirir.
Kosmetologiyanın imkanları
Xarici görünüşdə yaranan arzuolunmaz halları aradan qaldırmaq üçün kosmetoloji xidmətlərdən istifadə olunur. Tarixi sənədlərə əsasən insanlar hələ qədim dövrlərdən təbiətdən əldə etdikləri vasitələrlə kosmetik problemləri həll etməyə çalışırdılar. Bu yolla sağlamlıq və gözəllik haqqında elmin – kosmetologiyanın əsası qoyulmağa başladı. Hazırda kosmetologiya tibbin ayrıca sahəsi olub, insanlara yenidən həyatdan zövq almaqda kömək edir.
Günümüzdə istifadə olunan modifikasiyaolunmuş məhsullar, stress halları, çirkli ekologiya, az hərəkətli həyat tərzi sellülit, hiperkeratoz, dərinin erkən yaşlanması və s. kimi kosmetik problemlərə zəmin yaradır.
Müasir kosmetologiyada estetik qüsurlara gətirib çıxaran xəstəliklərlə mübarizə aparan küllü miqdarda effektiv vasitələr vardır. Damar ulduzcuqları ilə örtülən həssas dəriyə malik, həmçinin çapıq və digər qüsurları olan insanlar möcüzəvi kosmetoloji prosedurlarla itirilmiş cavanlıq və gözəlliklərini tez bir zamanda qaytara bilərlər.
Müxtəlif aparat və preparatlar vasitəsilə qısa müddət ərzində postakne, sellülit, hiperkeratoz, fotoyaşlanma və bir çox kosmetik problemlərdən qurtulmaq mümkündür.
Med-portal.az saytının «Kosmetik problemlər» bölməsində üz və bədən nahiyəsində rast gəlinən estetik qüsurlar və onların həlli ilə tanış ola bilərsiniz.