Qolların liposaksiyası

Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 2911

Qolların liposaksiyası nədir?Qolların liposaksiyası – vakuum aspirasiya üsulu ilə çiyin və qoltuqaltı nahiyədə lokal piy yığıntılarının aradan qaldırılmasından ibarətdir. Liposaksiya sayəsində çapıq qoymadan qolların forma və xarici görünüşünü yaxşılaşdırmaq mümkündür.  

Bu cərrahi müdaxilə adətən qollarında artıq piy yığıntısı olan qadınlarda icra edilir. Əməliyyat zamanı yalnız piy qatı çıxarıldığından qol dərisi sallanmış və boşalmış insanlarda liposaksiyanın aparılması məsləhət görülmür. Belə vəziyyətlərdə qol gərmə əməliyyatı (braxioplastika) göstərişdir. Estetik əməliyyatın nəticəsinin mükəmməl alınması üçün bir sıra hallarda qolların liposaksiyası və qol gərmə əməliyyatı (braxioplastika) kombinə edilir.

Qolların liposaksiyası barədə vacib məqamlar

Qolların liposaksiyası necə aparılır?Liposaksiyanın məqsədi piy toxumasının maksimum deyil, optimal miqdarda xaric edilməsindən ibarətdir. Belə ki, piy qatı normadan artıq çıxarıldıqda qollar kişiyəbənzər, kobud görünüş alır. Qolların liposaksiyası üçün kiçik mikrokəsiklərdən nazik konyulalarla aparılan gücləndirilmiş tumessent üsul məqsədəuyğundur.

Bu yolla toxumaların zədələnmə ehtimalı minimuma enir, piy yığıntısı daha dəqiq və effektiv formada xaric edilir, dəridə gözəçarpan çapıqlar qalmır. Həmçinin əməliyyatdan sonra sağalma dövrü qısa olur.  

Qoltuq altında kürək və ya sinə tərəfdə qeyri-mütənasib və izafi piy toxuması olduqda plastik cərrah həmin nahiyələrdə tumessent liposaksiya üsulunu tətbiq edir. Bu cərrahi müdaxilə qolların liposaksiyası ilə birgə həyata keçirilə bilər.  

Qol nahiyəsində liposaksiya zamanı dirsək və qoltuqaltı hissələrdə kiçik kəsik aparılır. Buradan nazik kanyula keçirilməklə, piy toxuması sorulur. Əməliyyat çox vaxt yerli anesteziya altında icra olunur. Orta hesabla 1 saat davam edir. Kəsiklərin kiçik ölçülü olması zədələnmə və qanitirməni azaldır. Əməliyyatdan sonrakı dövrdə cüzi göyərmə və şişkinlik müşahidə olunur. Sadlanan əlamətlər 3-5 həftədən sonra keçib gedir.

Tikişlər əsasən liposaksiyadan 1 həftə keçdikdə sökülür. Bundan sonra insan gündəlik qayğılara və iş fəaliyyətinə qayıdır. Fiziki aktivliyə isə 3-5 həftə məhdudiyyət qoyulur. Liposaksiyadan sonra qolların arıqlaması ən qısa zamanda və aydın şəkildə nəzərə çarpır. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: