Bir böyrəyi olan qadınlarda hamiləlik

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 1561

bir böyrəyi olan qadınlarda hamiləlikBir böyrəyi olan qadınlarda hamiləlik — 1 böyrəyi inkişaf etməmiş və ya çıxarılmış qadınlarda baş tutan hamiləlikdir. Digər orqanın normal fəaliyyəti zamanı spesifik simptomatika müşahidə olunmur. Pozğunluqlar zamanı sidiyin rəng və həcminin dəyişməsi, səhər vaxtlarında üzdə şişkinlik, bel nahiyəsində ağrılar, baş ağrıları, başgicəllənmə, subfebril hərarət, halsızlıq müşahidə olunur. Diaqnoz böyrəklərin USM vasitəsilə  təqsidlənir, funksional aktivliyi qiymətləndirmək üçün qan və sidiyin laborator analizləri, termoqrafiyadan istifadə olunur. Kəskinləşməmiş gediş zamanı profilaktik məqsədlə fitouroseptiklər, kəskinləşmələrin korreksiyası üçün antibiotik, hormon, tokolitiklər, spazmolitiklər və digər preparatlar təyin olunur.

  • Tək böyrəyin yaranma səbəbləri
  • Patogenez
  • Bir böyrəyi olan qadınlarda hamiləliyin gedişi
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Bir böyrəyi olan qadınlarda hamiləliyin aparılması
  • Proqnoz və profilaktika

Bir böyrəyi olan qadınlarda hamiləlik barədə ümumi məlumat

Mama-ginekoloqlar tək böyrəyi olan hamilə qadınlarla çox nadir hallarda rastlaşır. Təqdiqatların nəticələrinə əsasən bu patologiyanın yayılması hər 1000 doğuşun 4,4-9,0% -ni təşkil edir. Bu, böyrək aplaziyasının rastgəlmə tezliyinin qadınlarda kişilərə nisbətən azlığı (0,067-0,11%), eləcə də uroloji xəstəliklərin konservativ terapiyasının effektivliyinin artması ilə əlaqədardır. Nefrektomiyaya birbaşa göstərişlərin sayının azlığına baxmayaraq, böyrəyin xoş və bədxassəli şişləri, iltihabi, destruktiv xəstəliklər səbəbindən orqanın dağılması, travmalar zamanı cərrahi müdaxilə yeganə müalicə üsulu hesab edilir.

Hamiləlik zamanı tək böyrəyin yaranma səbəbi

bir böyrəyi olan qadınlarda hamiləlik necə keçir?Pozğunluq adətən hestasiya dövründən əvvəl yaranır və etioloji olaraq onunla əlaqəli olmur. Lakin hamilə qadının orqanizmində yaranan və urodinamikaya təsir edən fizioloji dəyişikliklər xəstənin sağlamlığına mənfi təsir göstərir. Uroloji patologiya anadangəlmə və qazanılmış olur. Tək böyrəyin yaranma səbəbini izah edən 2 əsas kliniki hal mövcüddur:

  • Böyrəyin ageneziyası (aplaziya). Uroloji sahədə aparılan tədqiqatların nəticələrinə əsasən bu anadangəlmə patologiyanın böyrək xəstəlikləri arasında rastgəlmə tezliyi 1:1 000 – 1:4 000 təşkil edir. Kompensasiya mərhələsində adətən dizontogenetik pozğunluqlar aşkar edilmir, məhz hestasiya dövründə təzahür edir.  Embriogenezin ümumiliyi ilə böyrəyin natamam inkişafı əksər hallarda reproduktiv orqanların qüsurları ilə müşayiət olunur. Bu səbəbdən təkbuynuzlu uşaqlıq, uşaqlıq boşluğu və uşaqlıq yolunun arakəsməsi rast gəlinən xəstələr ehtimal olunan tək böyrəyin vaxtında aşkar olunması  məqsədilə  müayinədən keçməlidir.
  • Nefrektomiyanın nəticəsi. Mamalıq təcrübəsində bir böyrəyi xaric edilmiş hamilələrə tez-tez  rast gəlinir, hestasiya bu əməliyyatı keçirmiş xəstələrin 0,1-1%-də rast gəlinir. Nefroktomiya pionefroz, böyrəyin vərəmi, şiş xəstəliklərində, dayanıqlı terapevtik arterial hipertenziya ilə müşayiət olunan pielonefrit zamanı aparılır. Az hallarda bu əməliyyat hidronefroz, böyrək daşı xəstəliyi, travmatik zədələnmələr və ya terminal böyrək çatışmazlıqlı qohuma orqan köçürülməsi məqsədilə icra olunur. 10-12% hallarda zədələnmiş böyrəyin çıxarılma səbəbi bədxassəli neoplaziya sayılır.

Bir böyrəyi olan qadınlarda hamiləliyin patogenezi

Orqanizmdə yeganə böyrək fəaliyyət göstərdikdə nefronlarının funksional yükü artır. Orqanın ölçüləri böyüyür, böyrək qan dövranı 30-50% güclənir. Anadangəlmə qüsurlar zamanı kompensator dəyişikliklər tədricən, nefrektomiyadan sonra 2 mərhələli inkişaf edir. İlk növbədə sağlam böyrəyin bütün nefronların aktivasiyası ilə müşayiət olunan nisbi funksional çatışmazlığı baş verir. Orqanın bütün ehtiyat imkanları su və natrium-xloridi xaric etmək üçün mobilizə olunur. Qanda azot birləşmələrinin toplanması yumaqcıq və borucuq zonalarının həcmi və funksional hipertrofiyasına səbəb olur. Tədricən orqanın filtrasiya qabiliyyəti 85-95% artır, nefronların funksional ehtiyatı bərpa olunur. Böyrəyin tam funksional qabiliyyətin 1.5-2 il ərzində əldə edilir.

Orqanın yüksək ehtiyat qabiliyyətinə baxmayaraq (normada parenximanın 25% fəaliyyət göstərir) , hamiləlik zamanı əlavə yüklənmə tək böyrəyin funksional üzülməsinə gətirib çıxarır. Sirkulyasiya edən qanın həcminin artması, kasa-ləyən sisteminin dilatasiyası, sidik axarlarının genişlənməsi, uzanması və yığılma aktivliyinin azalması, böyüyən uşaqlıq tərəfindən sidik sisteminin orqanlarının yerdəyişməsi hamilələrdə böyrək patologiyasının inkişafına səbəb olur. Nəticədə böyrəklərin qan təhcizatı və filtrasiyası 35-40% artır, qalxan infeksiyanın inkişafına səbəb olan reflüks yaranır. Tək böyrəyın funksional imkanlarının azlığı tez bir zamanda dekompensasiya mərhələsinin yaranmasına səbəb olur.

Bir böyrəyi olan qadınlarda hamiləliyin gedişi

tək böyrəyi olan qadınlarda hamiləliyin gedişiTək böyrəyin düzgün anatomik quruluşu və fəaliyyəti zamanı hestasiyanın gedişi adi hamiləlikdən fərqlənmir. Tək böyrəyin zədələnməsinin göstəricilərinə ifraz olunan sidiyin həcminin azalması və ya artması, rənginin dəyişməsi (tündləşməsi, sidikdə qan), bel nahiyəsində qasıq, xarici cinsiyyət üzvü, buda yayılma ehtimalı olan ağrılar, səhər vaxtlarında üzdə şişkinlik, başgicəllənmə ilə müşayiət olunan arterial təyziqin qalxması, baş ağrıları, qulaqda küy aiddir. Hamiləliyin astenik əlamətləri – halsızlıq, yuxululuq, tez yorulma güclənir. Hestasiya dövrünün iltihabi böyrək patologiyaları ilə müştərək gedişi zamanı bədən hərarəti 37,5-38,0 °С- və daha yüksək olur, titrətmə müşahidə oluna bilər.

Bir böyrəyi olan qadınlarda hamiləliyin ağırlaşmaları

Uroloji xəstəliklər arasında bir böyrəyi olan qadınların hamiləliyini ağırlaşdıran ən geniş patologiya xəstələrin 78%-də rast gəlinən pielonefritdir (müqayisə üçün- 2 böyrəyi olan hamilələrin 2-20%-də bu pozğunluq aşkar olunur). İltihabın daha ağır gedişi nefrektomiyadan sonra müşahidə olunur, bu hal əməliyyatdan 4-5 il sonra infeksiyalaşmaya meylliyin artması ilə əlaqədardır. Böyrək daşı xəstəliyi zamanı təhlükəli ağırlaşma sayılan ekskretor anuriya müşahidə olunarsa təcili oalraq cərrahi müdaxilə aparılır. Hamiləliyin I trimestrində düşük təhlükəsi ən çox rast gəlinən haldır. Hestozların yayılması -1,87, normal lokalizasiyalı ciftin ayrılması -1,96, vaxtından əvvəl doğuş halları-2,46, dölün inkişafının ləngiməsi 2,92 dəfə artır. Prenatal ölüm 6,1%-ə çatır. 39,4% hallarda hestasiya qeysəriyyə əməliyyatı ilə başa çatdırılır.

Bir böyrəyi olan qadınlarda hamiləliyin diaqnostikası

Anamnezdə nefrektomiyanın olması diaqnozun qoyulmasını asanlaşdırır. Aplaziyalı xəstələrdə hamiləlikdən əvvəl əksər hallarda  böyrək patologiyası üçün xarakterik olan klinik əlamətlər özünü büruzə vermədiyindən belə xəstələrin hamiləliyi zamanı şikayətlər yarandıqda anadangəlmə inkişafdan qalmanı inkar etmək lazımdır.  Diaqnostikanın əsas məqsədi mövcud orqanın funksional imkanlarının qiymətləndirməkdir. Daha informativ müayinə üsulları aşağıdakılardir:

  • Böyrəklərin USM. Hamilələrdə anadangəlmə böyrək aplaziyasına şübhə yarandıqda təhlükəsizlik və informativliyinə görə exoqrafiya ən çox aparılan diaqnostik metoddur. USM müayinə zamanı böyrək paenziması, tək sidikyaradıcı orqanın ayri-ayri struktur elementləri izlənilir. Damarlarının ultrasəs doppleroqrafiyası böyrəyın damar sisteminin xüsusiyyətləri haqqında məlumat toplamağa imkan verir.
  • Bel nayiyəsinin termoqrafiyası. Bədənin böyrəklərin proyeksiyasına uyğun nahiyəsində infraqırmızı şüalanmanın vizual qiymətləndirilməsi və yüksək dəqiqliklə ölçülməsi ilə orqanın funksional aktivliyi yoxlanılır və iltihabi proseslərin olub-olmaması aşkara çıxarılır. Metodun üstünlüyü onun qeyri-invazivliyi və aparılan müalicə fonunda dinamikada dəyişikliklərin izlənilməsinin mümkünlüyüdür.
  • Sidiyin ümumi analizi. Uroloji patologiyanı tez bir zamanda aşkar etməyə kömək edən geniş yayılmış skrininq müayinədir. Diaqnostik kriteriyalara sidikdə leykositlər, eritrositlər, zülal və silindrlərin aşkar olunması aiddir. Leykosituriya və bakteriuriya zamanı infeksion prosesin törədicisinin və onun antibiotiklərə həssaslığını təyin etmək məqsədilə sidiyin mikrofloraya görə əkilməsi aparılır.
  • Qanın biokimyəvi analizi. Kreatinin, azot, sidik cövhəri, sidik turşusu, natrium, kalium, kalsium, qeyri-üzvi fosforun təyini tək böyrəyin filtrasiya qabiliyyətini qiymətləndirməyə kömək edir. Müayinə prosesinə əksər hallarda digər nefroloji analizlər (sidiyin böyrək sınaqları), böyrəyin filtrasiya qabiliyyyətinin qiymətləndirmək üçün Reberq sınağı və konsentrasiyaedici funksiyanın pozulmalarını aşkar etmək məqsədilə Zimnitski sınağı əlavə edilir.

Anadangəlmə böyrək aplaziyasının aortoqrafiya və fleboqrafiya, orqanların funksional imkanlarının isə dinamik sintiqrafiya vasitəsilə qiymətləndirilməsinin rahat olmasına  baxmayaraq, tək böyrəyi olan qadınların hamiləliyi zamanı döl üçün radiasiya təhlükəsi olduğundan bu üsullardan istifadə olunmur. Nefroktomiyanın aparılması haqqında məlumat olmadıqda uroloji patologiyalar- hestasion pielonefrit, qlomerulonefritin kəskinləşməsi, nefrolitiaz,  həcmli törəmə, simptomsuz bakteriuriya ilə differensial diaqnostika aparılır.  Hamiləliyin aparılmasına uroloq cəlb olunur. Ehtiyac olduqda terapevt, nefroloq, oftalmoloq, ftiziatr, onkoloq müayinələri təyin olunur.

Bir böyrəyi olan qadınlarda hamiləliyin aparılması

Həkimin əsas vəzifəsi baş verə biləcək ağırlaşmaların vaxtında aşkarlanması, aradan qaldırılması və hamiləlik dövrünün maksimal dərəcədə üzadılmasıdır. Hamiləliyin saxlanılmasına mütləq əks-göstəriş hidronefroz, nefrolitiaz, vərəm, tək böyrəyin digər xəstəlikləri, azotemiya və arterial hipertenziya sayılır. Belə hallarda hestasion dövrün 10-12 həftəsinə qədər tibbi abortun aparılması məsləhət görülür. Patoloji proseslərin müşahidə olunmaması və orqanın normal fəaliyyəti zamanı mama-ginekoloq və uroloqun dinamik müşahidəsi, sidiyin müntəzəm skrininq müayinəsi aparılmalıdır. Profilaktik məqsədlə hestasiyanın bütün dövrlərində bitki mənşəli uroseptiklər təyin olunur.  İltihab əlamətləri və ya mamalıq ağırlaşmaları aşkar olunduqda medikamentoz terapiya təyin olunur:

  • Antibiotiklər. I trimestrdə dölə mutagen və toksiki təsirlərin qarşısını almaq üçün yalnız geniş təsir spektrli polusintetik penisillinlər, o cümlədən terapevtik effektivlik məqsədilə onların klavulon turşusu ilə kombinasiyasından istifadə olunur. II-III trimestrdə orqanogenez başa çatdıqdan sonra sefalosporinlər, nitrofuranlar, monobaktamların təyininə icazə verilir.
  • Hormonların tokolitiklərlə kombinasiyası. Tək böyrəyi olan qadınlarda hamiləliyin dayanması riski yüksək olduğundan, miometriumun tonusunu azaltmaq məqsədilə gestagenlər, metilksantin, spazmolitik dərman vasitələri, maqneziumun təyini məsləhət görülür. Əlavə olaraq emosional gərginliyi aradan qaldırmaq üçün sedativ fitopreparatlardan istifadə olunur.

Digər mamalıq ağırlaşmalarının aşkar olunması zamanı uyğun müalicə protokolundan istifadə olunur. Hamiləliyin gedişi və tək böyrəyin funksional vəziyyəti ilə əlaqədar doğuşun aparılma üsulu və  vaxtı təyin edilir. Böyrək çatışmazlığının əlamətlərinin yaranması və güclənməsi vaxtından qabaq doğuşa göstərişdir. Digər hallarda təbii doğuşa üstünlük verilir.  Mamalıq göstərişlərinin olması (kliniki dar çanaq, ciftin vaxtından əvvəl ayrılması və ya cift gəlişi, uşaqlığın cırılma təhlükəsi, ana və uşağın həyatına təhlükə törədən digər hallar) Qeysəriyyə əməliyyatına göstəriş sayılır.

Bir böyrəyi olan qadınlarda hamiləliyin proqnoz və profilaktikası

Tək böyrəyi olan qadınlarda hamiləliyin nəticəsi əsas xəstəliyin etiologiyası, nefrektomiyanın aparılma vaxtı və böyrəyin funksional qabiliyyətindən. Hamiləliyin düzgün aparılması və yaranan ağırlaşmaların vaxtında korreksiyası zamanı proqnoz 95% hallarda qənaətbəxş sayılır. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən bir böyrəyi olan qadınlar hamiləliyi asan keçirirlər. Hamiləliyi nefrektomiyadan yalnız 2 il sonra planlaşdırmaq məsləhət görülür. Ağırlaşmaların profilaktik tədbirlərinə qadın məsləhətxanalarında erkən qeydiyyata düşmək, istifadə olunan suyun, duzun, zülalın miqdarını məhdüdlaşdırmaq, qida rasionuna meyvə, tərəvəz, dənli bitkilər, yağsızlaşdırılmış süs məhsullarının əlavə olunması ilə pəhrizin korreksiyası, kofedən imtina etmək aiddir. Soyuqdəymədən qorunmaq, əmək və istirahət rejimini normaya salmaq, ağır yük qaldırmamaq məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: