Ciftin bitişməsi

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 3668

ciftin bitişməsi nədir?Ciftin bitişməsi — xorial xovların anomal inkişafı olub, trofoblastların qopan bazal qişaya, miometriuma, perimetriuma, ətraf orqanlara invaziyası ilə xarakterizə olunur. Ciftin ayrılması əlamətlərinin olmaması, doğuşdan sonrakı dövrdə profuz uşaqlıq qanaxmaları, qonşu orqanların cəlb olunmasının simptomları (çanaq ağrıları, sidik və nəcisdə qan izləri, qəbizlik və s.) ilə təzahür edir. Diaqnostik məqsədlə çanaq orqanlarının USM, rəngli doppleroqrafiya, MRT-pelviometriya, alfa-fetoproteinin səviyyəsinin təyinindən istifadə olunur. Müalicə: ciftin əllə ayrılması, Qeysəriyyə əməliyyatı, uşaqlığın supravaginal amputasiyası, histerektomiya, metroplastika.

  • Ciftin bitişməsinin səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Ciftin bitişməsinin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Ciftin bitişməsinin müalicəsi
  • Proqnoz və profilaktika

Ciftin bitişməsi barədə ümumi məlumat

Ciftin bitişməsi ilk dəfə 1836-cə ildə ingilis ginekoloqu Ceyms Simpson tərəfindən təsvir olunmuşdur.  Pozğunluğun morfoloji əsasını 1889-cu ildə alman patoloqu Frederik Hart müəyyən etmişdir. Son 50 il ərzində patologiyanın tezliyinin 10 dəfələrlə yüksəlməsi (hər 2500 hamiləliyə 1 pozğunluq) qeydə alınır,  bu da Qeysəriyyə əməliyyatlarının sayının sürətlə artması ilə birbaşa əlaqəlidir. Çox zaman xorionun patoloji dərin invaziyası cift gəlişi ilə müştərək şəkildə rast gəlinir. Tədqiqatların nəticələrinə əsasən doğuşun ilk dəfə cərrahi yolla aparılmasından sonra ciftin bitişmə riski 10%, 4-5 dəfədən sonra isə 60% və daha çox yüksəlir.

Ciftin bitişməsinin səbəbləri

Ciftin bitişməsinin səbəbləriXorion xovlarının uşaqlıq qişalarına patoloji invaziyasına həm endometriumun lokal distrofik dəyişiklikləri, həm də blastogenezin pozulması səbəb olur. Pozğunluğun inkişaf riski qadının yaşı və hamiləliklərinin sayına mütənasib şəkildə artır. Mamalıq və ginekologiya sahəsinin əksər mütəxəssislərinin fikrincə cift toxumasının bitişməsinin başlıca səbəbləri aşağıdakılardır:

  • Uşaqlıq divarının çapıqlı dəyişiklikləri. Endometriumun lokal distrofiyası keçirilmiş cərrahi müdaxilələr, invaziv manipulyasiyalar – Qeysəriyyə əməliyyatı, miomektomiya, abort, diaqnostik qaşınmadan sonra yarana bilər. Qan dövranının pozulması və epitelin çapıq degenerasiyası distrofik dəyişikliklərə gətirib çıxarır.
  • Uşaqlığın xəstəlikləri. Xlamidioz, qonoreya, vərəm və cinsiyyət orqanlarının digər infeksion xəstəliklərinin törədiciləri tərəfindən yaranan qeyri-spesifik və spesifik endometrit zamanı epitel qişasının normal arxitektonikası pozula bilər. Çox zaman bitişmə Aşerman sindromu, uşaqlıq boşluğunun tək sayda iri ölçülü və ya çoxsaylı submukoz miomalarla əlaqədar deformasiyası fonunda baş verir.
  • Xorionun yüksək proteolitik aktivliyi. Blastogenezin anomaliyaları bir sıra hallarda qametogenezin pozulmaları və dölün inkişaf qüsurlarının formalaşması ilə deyil, xorionun yüksək invaziya qabiliyyəti ilə təzahür edir. Ən dərin implantasiya (blastosista ilə desidual qişa arasındakı hialuron turşusu) hialuronidaz sistemində fermentativ tarazlığın pozulması zamanı müşahidə edilir.

Xorial xovların anomal inkişafına səbəb olan əlavə risk amillərinə ciftin aşağıda yerləşməsi və ya cift gəlişi, çoxdöllülük, vaxtından keçmiş hamiləlik, inkişaf anomaliyaları (ikibuynuzlu uşaqlıq, uşaqlıqdaxili arakəsmələr) daxildir. Patologiya əsasən müxtəlif orqanlarda mikrosurkulyator dəyişikliklərlə müşahidə olunan xroniki qlomerulonefrit, ağır formalı hestozdan əziyyət çəkən qadınlarda aşkarlanır.

Ciftin bitişməsinin patogenezi

Ciftin bitişmə mexanizmi trofoblastın invaziya qabiliyyətinin desidual qişanın qalınlığı və quruluşuna uyğun gəlməməsinə əsaslanır. Endometriumun nazikliyi fizioloji hipotrofiya (selikli qişanın funksional qatı uşaqlığın aşağı seqmentində  adətən nazik olur) və patoloji proseslərlə bağlıdır. Blastosistanın uşaqlıq divarına sirayət etməsini təmin edən fermentlərin proteolitik aktivliyinin yüksəldiyi hallarda vəziyyət daha da dərinləşir. Posttravmatik, iltihabi, distrofik dəyişikliklər zamanı ciftin ayrılan hissəsinin süngərəbənzər maddəsinin çapıqlı degenerasiyası qeyd olunur. Plasentar xovların sərtləşmiş toxumaya invaziyası onların uşaqlıq divarından sərbəst şəkildə ayrılmasını mümkünsüz edir.

Epitelin kifayət qədər nazilməsi süngərəbənzər qatın hissəvi və ya tam itməsi ilə müşayiət olunur. Nəticədə xorial xovlar fibrinoid yığıntıları ilə miometriumdan aralanır, daha ağır hallarda əzələ lifləri ilə birbaşa təmasda olur, hətta əzələ qatına invaziya edir. Plasentar arakəsmələrin bir hissəsi miositlərdən formalaşır, plasentar sahənin altında yerləşən miometrium güclü vaskulyarizasiya olunur.  Doğuşdan sonra kavernoz dəyişilmiş əzələ toxuması oksitosinin təsirindən yığıla bilmir, bu da massiv uşaqlıq qanaxmalarının inkişafı ilə nəticələnir.

Ciftin bitişməsinin təsnifatı

Cift bitişməsinin əsas növlərinin sistematizasiyasının kriteriyalarına cift toxumasının anomal bitişmə sahəsi və onun uşaqlığa invaziyasının dərinliyi aiddir. Bu yanaşma ağırlaşmaların daha dəqiq proqnozlaşdırılmasına və optimal həkim taktikasının seçilməsinə kömək edir. Bitişmə tam (bütün ciftin prosesə cəlb olunması) və hissəvi (normal və patoloji plasentasiya ocaqları ilə) olur. İnvaziyanın dərinliyindən asılı olaraq, pozğunluğun aşağıdakı növləri ayırd edilir:

  • Yalançı bitişmə (placenta adhaerens). Uşaqlığın saxlnılması baxımından daha qənaətbəxş proqnoza malik olur. Həqiqi bitişmələrlə müqayisədə daha çox rast gəlinir. Süngərəbənzər maddənin çapıqlı dəyişiklikləri zamanı yaranır. Xorial xovlar desidual qişaya sıx formada sirayət edərək, bazal membrana çatırlar. Miometriuma invaziya müşahidə olunmur. Cift sərbəst şəkildə ayrılmır, cift toxumasının əllə ayrılması boşluqlu əməliyyatların qarşısını almağa kömək edir.
  • Həqiqi bitişmə. Süngərəbənzər toxumanın atrofiyası fonunda inkişaf edir, Развивается на фоне атрофии губчатого слоя, xoroin xovlarının əzələ lifləri, miometrium və uşaqlığın hüdudlarından kənara invaziyası ilə təzahür edir. Ciftin əllə ayrılması mümkün olmur. Əksər hallarda zahının həyatını xilas etmək üçün yeganə üsul uşaqlığın cərrahi yolla çıxarılması hesab edilir.

Ciftin bitişməsinin əlamətləri

Ciftin bitişməsinin əlamətləriHamiləlik dövründə pozğunluq heç bir klinik əlamətlə müşahidə olunmur. Patologiya doğuş prosesində dölün qovulmasından sonra yarım saat ərzində ciftin ayrılmasının xarici əlamətlərinin olmaması ilə təzahür edir; uşaqlıq dibi göbəkdən yuxarı qalxmır, ciftin simfiz üzərində qabarması qeyd edilmir. Göbək ciyəsinin qalan ucu uzanmır, qadın gücəndikdən sonra dartılır, qarına təzyiq etdikdə isə qısalır. Tam yalançı və həqiqi bitişmələr zamanı doğuşdan sonra qanaxmalar baş vermir. Hissəvi bitişmələr və  bitişmiş ciftin əllə ayrılması profuz uşaqlıq qanaxmaları ilə müşayiət edilir. Müxtəlif intensivlikli çanaq ağrıları, defekasiyanın çətinləşməsi, sidik və nəcisdə qanın olması ciftin qarın boşluğu və digər orqanlara invaziyasına dəlalət edir.

Ciftin bitişməsinin ağırlaşmaları

Blastogenezin pozulması zamanı ciftin bitişməsi dölün inkişaf qüsurları ilə müştərək şəkildə inkişaf edir, lakin onların birbaşa səbəbi sayılmır. Doğuş önü mərhələdə plasentasiya pozulmasının rast gəlindiyi qadınlarda əksər hallarda fetoplasentar çatışmazlıq, dölün hipoksiyası, onun inkişafının ləngiməsi, ciftin vaxtından əvvəl qocalması baş verir. Doğuş prosesində cift toxumasının bitişməsi uşaqlıq qanaxmaları ilə ağırlaşır, təcili tibbi yardım göstərilmədikdə belə vəziyyətlər xeyli miqdarda qanitirmə, hemorragik şok, qadının ölümü ilə nəticələnə bilər. Nadir hallarda qadınlarda hava emboliyası, respirator distress-sindrom, DDL-sindromu inkişaf edir.

Ciftin bitişməsinin diaqnostikası

Patologiyanın vaxtında aşkar edilməsi məqsədilə risk qrupuna daxil olan bütün qadınlarda – anamnezində çoxsaylı doğuşlar, abort, uşaqlıq anomaliyaları olan, Qeysəriyyə əməliyyatı keçirən, ciftin aşağıda yerləşməsi və ya cift gəişi müşahidə edilən hamilələrdə skrininq müayinə aparılır. Ultrasəs müayinə cifin bitişməsinin diaqnostikasının ən informativ üsuludur:

  • Uşaqlıq və dölün transvaginal USM. Cift toxumasının anomal bitişməsi üçün retroplasentar damarlarla perimetrium arasındakı məsafənin 10mm-ə qədər və daha çox azalması, ciftin qalınlığında kista, hiperexogen törəmələrin olması xarakterikdir. Uşaqlığın əzələ divarında lakunar tipli qan cərəyanı, hipo- və anexogen sahələrin aşkarlanması zamanı bitişmə ehtimalı yüksəlir.
  • Rəngli doppleroqrafiya. Bitişmənin prenatal diaqnostikasının qızıl standartı hesab olunur. Müayinə prosesində anomal damar sahəsinin lokalizasiyası dəqiq müəyyən edilir. Pozğunluğun patoqnomik əlaməti subplasentar venoz kompleksin genişlənməsidir. Bu üsul həmçinin xorial xovların miometriuma invaziya dərinlliyini dəqiq qiymətləndirir.

Son illər diaqnostik məqsədlə mama-ginekoloqlar çox vaxt MRT-pelviometriya təyin edirlər. Onun köməyilə şübhəli hallarda uşaqlıq divarının nahamarlığı, miometrium və cift toxumasının patoloji qeyri-həmcins quruluşu dəqiq vizualizasiya olunur. Pozğunluğun dolayı laborator əlamətinə alfa-fetoproteinin konsentrasiyasının yüksəlməsi aiddir.

Doğuşlarda patologiyanın aşkar edilməsi zamanı ciftin əllə ayrılması üsulu ilə həqiqi və yalançı bitişmə arasında differensial diaqnostika aparılır. Cift toxumasının bərk bitişməsi zamanı onun əllə tam şəkildə ayrılması mümkündür, bu yolla profuz qanxmaların  qarşısı alınır. Ciftin vahid formada ayrılmasının mümkün olmaması, toxumaların cırılması, uşaqlıqda ayrıca paycıqların müşahidə edilməməsi həqiqi bitişməni sübut edir. Xəstəlik massiv uşaqlıq qanaxmaları ilə müşayiət edilən digər pozğunluqlarla: uşaqlığın hipotoniyası, DDL-sindromu, koaqulopatiyalar, ikiləşmiş və ya ikibuynuzlu uşaqlığın boru bucağı nahiyəsində normal bitişən ciftin rast gəlindiyi hamiləliklər və s. ilə differensiasiya olunur. Göstərişlər olduqda pasiyent uroloq, proktoloq, cərrah, anestezioloq-reanimatoloq tərəfindən konsultasiya edilir.

Ciftin bitişməsinin müalicəsi

Patologiyanın aşkarlanması cərrahi əməliyyatın aparılması üçün göstəriş hesab olunur. Bitişmənin antenatal diaqnostika zamanı təbii doğuşların aparılması qadağandır. Hestasiyanın 37-39-cu həftəsində  planlı, pozğunluğun doğuş prosesində müəyyən olunduğu hallarda isə həyati vacib göstərişlər üzrə təcili Qeysəriyyə əməliyyatı icra edilir. Müdaxilənin həcmi ciftin bitişmə növünə əsasən təyin edilir:

  • Ciftin əllə ayrılnması. Bu üsul yalançı bitişmələr zamanı damardaxili anesteziya altında aparılır. Müdaxilə prosesində mama tibb bacısı bitişmiş cift toxumasının əllə ayırır və xaric edir.
  • Uşaqlığın xaric edilməsi. Xorion xovlarının miometriuma və ya saya əzələ liflərinə invaziyası zamanı ənənəvi olaraq, uşaqlığın supravaginal amputasiyası və ya histerektomiya tətbiq olunur. Travmatikliyinə baxmayaraq, belə əməliyyatlar son zamanlara kimi qanaxmanı dayandırmağın yeganə üsuluu hesab olunurdu.
  • Orqanqoruyucu müdaxilələ. Antenatal diaqnostika, Qeysəriyyə əməliyyatının və ya metroplastikanın aparılması hətta həqiqi bitişmə zamanı uşaqlığın qorunmasına imkan verir.

Uşaqlıq divarının bitişməsi zamanı cift toxumasının tam şəkildə çıxarılmasına yönəldilmiş kombinəolunmuş uroginekoloji və ya proktoginekoloji müdaxilələr  məsləhət görülür. Əksər hallarda uşaqlıq qanaxmasının profilaktikası və ya dayandırılması məqsədilə az invaziv cərrahi üsullar endovaskulyar metodllarla (uşaqlıq arteriyasının embolizasiyası, müvəqqəti ballon okklüziyası) tamamlanır. Təcili əməliyyat zamanı infuzion terapiya (qan və onun komponentlərinin, kolloid və kristalloid məhlulların köçürülməsi) ilə sirkulyasiya edən qanın həcminin bərpası göstəriş sayılır. Simptomatik müalicə uterotoniklər (uşaqlıq xaric edilmədikdə), hemostatiklər, təzyiq və ürək fəaliyyətinin normal səviyyədə saxlanılması üçün preparatların təyini ilə həyata keçirilir.

Ciftin bitişməsinin proqnoz və profilaktikası

Proqnoz yalnız patologiyanın vaxtında diaqnostikası və optimal müalicə üsulunun seçilməsi zamanı qənaətbəxş olur. Proqnozun yaxşılaşdırılması məqsədilə antenatal skrininq və məsləhət görülən həcmdə əməliyyatın aparılması ilə planlı cərrahi müdaxilədən istifadə olunur.

Birincili profilkatika əsassız diaqnostik və uşaqlıqdaxili müdaxilələrdən imtina, hamiləliyin planlaşdırılması, uşaqlığın iltihabi xəstəliklərinin müalicəsi, Qeysəriyyə əməliyyatının yalnız mamalıq və ya ekstragenital göstərişlərə əsasən icra edilməsindən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: