Doğuş fəaliyyətinin anomaliyaları

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 2646

doğuş fəaliyyətinin anomaliyaları nələrdir?Doğuş fəaliyyətinin anomaliyaları – doğuş prosesində intensivlik, koordinasiya, güc, ritm və uşaqlığın yığılma qabiliyyətinin pozulmaları ilə xarakterizə olunur. Doğuş fəaliyyətinin anomaliyaları qanaxmalar və dölün hipoksiyasına səbəb olur, infeksiyalar və doğuş travmalarının yaranma ehtimalını artırır. Dölün ölümü ilə nəticələnə bilər. Diaqnoz şikayətlər və müayinələrin nəticələrinə əsasən qoyulur. Müalicə konservativ yolla aparılır. Fizioloji doğuş mümkün olmadıqda cərrahi əməliyyat həyata kecirilir.

  • Doğuş fəaliyyətinin anomaliyalarının yaranma səbəbləri və təsnifatı
  • Doğuş fəaliyyətinin anomaliyalarının növləri

Doğuş fəaliyyətinin anomaliyaları barədə ümumi məlumat

Doğuş fəaliyyətinin anomaliyaları (patoloji doğuş) – doğuş zamanı uşaqlığın yığılma aktivliyinin pozulmasıdır. Geniş yayılmış patoloji hal sayılır, 10-20% zahılarda rast gəlinir. Hər 3-cü Qeysəriyyə kəsiyi əməliyyatınin göstərişi doğuş fəaliyyətinin anomaliyaları hesab olunur.  80-85% hallarda ilk dəfə doğan qadınlarda müşahidə olunur.  İlk doğuşun erkən və gec yaşlarda baş tutması bu patologiyanın yaranma ehtimalı daha da artırır. Doğuş fəaliyyətinin anomaliyaları zamanı ana və döl üçün ciddi təhlükələrin yaranması onu müasir mamalığın əsas problemlərindən hesab etməyə əsas verir.  Yarana biləcək ağırlaşmalara – dölün hipoksiyası, doğuş travmaları, infeksiyalar, güclü qanaxmalar və dölün ölümü aiddir. Bu patoloji halın diaqnostikası və doğuşun apaılması mama-ginekoloq tərəfindən həyata keçirilir.

Doğuş fəaliyyətinin anomaliyalarının səbəbləri və təsnifatı

Doğuş fəaliyyətinin anomaliyalarının səbəbləriDoğuş fəaliyyətinin anomaliyaları doğuş prosesini tənzimləyən bir sıra mexanizmlərin sinxron fəaliyyətinin pozulması nəticəsində yaranır.  Bu anomaliyaların yaranma səbəbləri 3 qrupa ayrılır: ümumi pozulmalar, reproduktiv sistemin müəyyən vəziyyətləri və hamiləlik dövrü və doğuş prosesində yaranan problemlər.

Ümumi pozulmalar qrupuna endokrin və somatik xəstəliklər, siqaret çəkmə, narkomaniya, alkoqolizm və sinir sisteminin pozğunluqları (oyanıqlıq, emosional labillik və stressə qarşı davamlığın azalması) aiddir.

Doğuş fəaliyyətinin anomaliyalarına səbəb olan amillər: reproduktiv sistemin vəziyyətlərinə 18 yaşdan kiçik və 30 yaşdan sonrakı yaş dövrü, abortlar, uşaqlığın əməliyyatdan sonrakı çapıqları, qadın cinsiyyət orqanlarının anomaliyaları və xroniki ginekoloji xəstəliklər.

Hestasiya və doğuş dövründə yaranan risk amillərinə hestozlar, dölün anadangəlmə inkişaf qüsurları, dölün vəziyyətinin pozulmaları, uşaqlığın gərilməsi, dölyanı mayenin çoxluğu, çoxdöllülük və  dölün iri olması, hestasiya dövrünün uzanması, ciftin yerləşmə və qopması problemləri, dölyanı mayenin vaxtından qabaq axması, hazırlıq dövrünün uzanması və uşaqlıq boynunun doğuşa hazır olmaması aid edilir. Bütün sadalanan amillər dərman preparatlarının uzunmuddətli, qeyri-rasional təyini fonunda ağırlaşa bilər.

Doğuş fəaliyyətinin anomaliyalarının bir neçə təsnifatı (ACOG, XBT-10) mövcuddur.  Ginekologiya sahəsinin Rusiya mütəxəssisləri miometriumun yığılma aktivliyinin pozulmalarının xarakterinə əsasən tərtib olunan aşağıdakı təsnifatdan istifadə edirlər:

Doğuş fəaliyyətinin anomaliyalarının növləri

Patoloji hazırlıq dövrü

Doğuş fəaliyyətinin anomaliyalarının növləriPatoloji preliminar dövr– doğuş fəaliyyətinin aktiv doğuşdan əvvəl yaranan anomaliyalarıdır. Normada bu dövrdə uşaqlığın yığılmaları əsasən gecələr baş verir, yuxunu pozmur, hamilənin ümumi halına təsir etmir, koordinasiyalı xarakter daşıyır və 6 saatdan az davam edir. Yığılmalar «yetişmiş» uşaqlıq boynu (qısa, yumşalmış, çanaq oxu boyunca yerləşmiş) ilə nəticələnir. Doğuş fəaliyyətinin anomaliyalarında hazırlıq dövrü 6-8 saata (bəzən 1 neçə günə) kimi uzanır. Yığılmalar diskoordinasiyalı olub, gecə ilə yanaşı günortalar da baş verir, ifadəli ağrılarla müşayiət olunur. Yorğunluqlar artır, xəstənin psixi vəziyyəti pozulur.

Uşaqlıq boynu uzun və bərk olub, çanaq oxu boyunca yerləşmir. Servikal kanalın ölçüsü 1 barmaqdan kiçik olur. Dölün gəliş hissəsi hərəkətli qala bilər. Uşaqlığın tonusunun artması qeyd olunur. Dölyanı mayenin vaxtından qabaq axması mümkündür, bu halda proqnoz uşaqlıq boynunun yetişmə dərəcəsinə əsasən təyin olunur. Uşaqlıq boynun kifayət qədər yetişmiş olması bir çox hallarda doğuş fəaliyyətinin bərpasına səbəb olur. Dölyanı mayenin vaxtından qabaq axmasının yetişməmiş uşaqlıq boynu və digər çətin vəziyyətlərlə müşayiət olunması doğuş fəaliyyəti anomaliyalarının ağırlaşma ehtimalını artırır və bu hal qeysəriyyə əməliyyətinə göstəriş hesab olunur.

Müalicə planına uşaqlıq boynunun stumulyasıyası, ağrı sindromu və miometriumun patoloji spazmının aradan qaldırılması, xəstənin fiziki və psixi vəziyyətinin normallaşması aiddir. Spazmolitiklər, narkotik analgetiklər, sakitləşdirici və sedativ dərmanlardan istifadə olunur. Doğuş fəaliyyətinin anomaliyaları aşkar olunan qadınlarda psixoemosional pozğunluqlar zamanı medikamentoz yuxu-istirahət təyin olunmalıdır.

Ehtiyac olduqda müalicəvi tədbirlər 8-12 saatlıq intervalla təkrarlanır. Konservativ müalicənin ümümi davametmə müddəti 2-3 gündən çox olmamalıdır. Müalicə nəticə vermədikdə qeysəriyyə əməliyyatı həyata keçirilir. Adətən proqnoz qənaətbəxş olur – vaxtında aparılan terapiya uşaqlığın yığılma aktivliyini bərpa etməyə və təbii doğuş prosesi üçün zərüri olan uşaqlıq boynunun vaxtında yetışməsinə imkan yaradır, lakin sonradan patoloji preliminar dövrlü hər üç hamilədən birində doğuş prosesində bu və уa digər doğuş anomaliyalarına rast gəlinir.

Doğuş fəaliyyətinin zəifliyi

Doğuş fəaliyyətinin zəifliyi hər 10 zahıdan birində aşkarlanır. Az intensivlikli, uzun zman intervalıyla ayrılmış qısa sancılarla müşahidə olunur. Birincili və ya ikincili ola bilər. Doğuş gücünün birincili zəifliyi –doğuş fəaliyyətinin anomaliyası olub, doğuşun əvvəlindən aşkar olunan zəif, qənaətbəxş olmayan sancılarla xarakterizə olunur. Əksər hallarda əzələ toxumasının gərilməsi, endokrin pozğunluqlar və digər amillərin təsirindən uşaqlığın tonusunun azalması müşahidə olunur. Doğuş müddətini xeyli uzanır, xəstənin yorulmasına səbəb olur. Adətən dölyanı mayenin vaxtından qabaq axması, dölün hipoksiyası və qanaxmalarla müşayiət olunur. İnfeksion mənşəli ağırlaşmalar mümkündür.

Aparılan müşahidələr nəticəsində diaqnoz dolyanı maye axmadıqda 6-8 saat, axdıqda isə 2-4 saat sonra qoyulur. Müalicənin taktikası doğuş fəaliyyətinin anomaliyalarının yaranma səbəblərinə əsaslanaraq təyin olunur. Dölyanı mayenin çox olduğu hallarda amniotomiya heyata keçirilir.  Yorulma zamanı medikamentoz yuxu-istirahət təyin olunur. Prostaqlandinlər, oksitosin və ya onların kombinasiyası ilə  stimulyasiya aparılır. Əməliyyatlardan sonrakı dövr, kliniki dar çanaq, ciftin vaxtından əvvəl ayrılması və dölün hipoksiyası stimulyasiyaya əks-göstəriş hesab olunur.

Doğuş gücünün ikincili zəifliyi – doğuşun I mərhələsinin sonunda və ya II mərhələsində normal sancılardan sonra yaranan doğuş fəaliyyətinin anomaliyasıdır. Sancılar zəif, nadir və qısa xarakterli olur, uşaqlıq boynunun açılması zəifləyir və dölün hərəkəti müşahidə edimir. Bu patologiyanın yaranma amilləri birincili zəifliyin yaranma amilləri ilə eynidir. Xəstənin yorulması müəyyən əhəmiyyət kəsb edir. Doğuş fəaliyyətinin anomaliyaları müşahidələr və kardiotokoqrafiyanın nəticələrinə əsasən təqdiqlənir.  Müalicəyə medikamentoz yuxu- istirahət ilə başlanılır. Medikamentoz yuxudan sonra kliniki əlamətlər təkrarlandıqda prostaqlandinlər, oksitosin və ya onların kombinasiyası ilə stimulyasiya aparılır. Konservativ terapiyanın təsiri müşahidə olunmadıqda qeysəriyyə əməliyyatı həyata keçirilir.

Gücvermələrin zəifliyi– doğuş fəaliyyətinin anomaliyası olub, fiziki zəiflik, piylənmə, infantilizm, miasteniya, parez və ifliclər, qarnın ön divarı nahiyəsində yırtıqlar və ya anamnezdə çoxsaylı doğuşların olması səbəbindən qarın əzələlərinin zəifləməsi ilə xarakterizə olunur.  Bu patologiya zamanı müalicə planı anestetik və trankvilizatorların ləğvi, oksitosinin təyinindən ibarətdir.  Medikamentoz müalicə effekt vermədikdə mamalıq maşalarından istifadə olunaraq doğuş prosesi başa çatdırılır.

Sürətli doğuş fəaliyyəti

Sürətli doğuş fəaliyyəti -– doğuş fəaliyyətinin anomaliyası olub,  doğuş prosesinin nəzərəçarpan dərəcədə tez başa çatması (sürətli doğuş) ilə müşahidə olunur. Adətən emosional həssas və oyaqnıqlı qadınlarda rast gəlinir. İntensiv sancılarla müşayiət olunur. İlk doğuşun müddəti 1-3 saata kimi qısala bilər. «Küçədə doğuş»- təcili yardım gəlməzdən və xəstənin xüsisi müəssisələrə çatdirılmasından əvvəl baş verən doğuş halları da mümkündür. Sürətli doğuş zamanı  uşağın yerədüşmə nəticəsində ağır travma alması hallarına tez-tez rast gəlinir.

Doğuş fəaliyyətinin bu anomaliyası çox hallarda ciftin qopması, cırılmalar, qanaxma,dölün hipoksiyası və yenidoğulmuşun doğuş travmaları ilə nəticələnir. Xəstə təcili sürətdə tibbi müəssisəyə yerləşdirilir, ciddi yataq rejimi təyin olunaraq, dölün vəziyyətinə əks istiqamətdə uzadılır. Tokolitiklərin infuziyası həyata keçirilir. Doğuş fəaliyyəti bərpa olunduqda tokolitiklər spazmolitiklərlə əvəz olunur.

Doğuş fəaliyyətinin diskordinasiyası

Doğuş fəaliyyətinin diskordinasiyası – doğuş fəaliyyətinin anomaliyası olub, aparıcı ritmın (doğuş prosesində uşaqlığın yığılmasını təmin edən hüceyrə qrupu) uşaqlığın bucağından onun orta və ya aşağı hissəsinə yerdəyişməsi ilə xarakterizə olunur. Bəzi xəstələrdə bir neçə aparıcı ritm müşahidə olunur. Miometriumun yığılmalarının sinxronluğu pozulur. Normada yığılma dalğası yuxarıdan aşağıya doğru yayılır, diskordinasiya zamanı isə dalğaların istiqaməti əks istiqamətə dəyişilir. Sancılar intensiv, güclü, ağrılı, nizamsız və qeyri-effektiv olur. Spazm nəticəsində yerli qan və limfa dövranı zəifləyir.

Doğuş fəaliyyətinin bu anomalıyalarında adətən dölyanı mayenin vaxtından əvvəl axması halları müşahidə olunur.  Uşaqlıq boynu ya zəif açılır, ya da 4-5 sm-ə kimi açıldığı mərhələdə qalır. Həyəcan, ürəkbulanma, qusma, sidik ifrazının çətinləşməsi və xaric olunan sidiyin miqdarının azalması müşahidə olunur. Dölün hipoksiyası, ciftin qopması və güclü qanaxmalara rast gəlmək olar. Müalicə: anestetik, sakitləşdirici və spazmolitik vasitələr.

Uşaqlığın tetanusu—doğuş fəaliyyətinin nadir anomaliyalarından olub, doğuş proseslərinin diskordinasiyasının dərinləşməsi nəticəsində yaranır, uşaqlığın tetanik yığılmaları ilə müşayiət olunur.  Miometriumun ayrı–ayrı sahələrinin intensiv, qısa, qeyri-ritmik, bir-birilə uyğunlaşmayan, ürək əzələsinin fibrilyasiya və ya səyriməsı zamanı yığılmalarını  xatırladan vəziyyətidir. Güclü doğuş sancıları doğuş fəaliyyətinin dayanması ilə əvəzlənir. Xəstənin ümumi halının pisləşməsi, dərinin avazıması, taxikardiya və sərbəst sidik ifrazının mümkün olmaması müşahidə olunur. Doğuş fəaliyyətinin bu anomaliyası zamanı Qeysəriyyə kəsiyi əməliyyatının aparılması mütləqdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: