Genital vərəm

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 6823

genital vərəm nədir?Genital vərəm – qadın cinsiyyət orqanlarının Mycobacterium tuberculosis tərəfindən törədilən infeksiyasıdır. Xəstəlik aybaşı funksiyasının pozulması, sonsuzluq, subfebril hərarət, intoksikasiya, xroniki çanaq ağrıları ilə təzahür edir. Genital vərəmin diaqnozu anamnestik məlumatlar, tuberkulin sınağı, endometriumdan yaxma və sıyrıntının müayinəsi, USM, laparoskopiya, histerosalpinqoqrafiyanın nəticələrinin əsasında qoyulur. Müalicə spesifik dərman terapiyası, fiizoterapiya, göstəriş olduqda cərrahi müdaxilədən ibarət olur.

  • Genital vərəmin yaranma səbəbləri
  • Genital vərəmin təsnifatı
  • Genital vərəmin əlamətləri
  • Genital vərəmin diaqnostikası
  • Genital vərəmin müalicəsi
  • Genital vərəm zamanı proqnoz
  • Genital vərəmin profilaktikası

Genital vərəm barədə ümumi məlumat

Genital vərəm əksər hallarda ikincili zədələnmə olub, ilkin ocaqdan (ağcıyərlərin vərəmi və ya bağırsağın vərəmi) infeksiyanın yayılması nəticəsində yaranır. Sidik-cinsiyyət sisteminin vərəm mənşəli zədələnmələri yayılma tezliyinə görə ağciyərdən kənar vərəm xəstəlikləri arasında birinci yeri tutaraq, onların 6.5%-ni təşkil edir.  Cinsiyyət orqanlarının vərəminə ən çox fallop borularında (90-100% xəstələrdə), sonra isə endometriumda (25-30% qadınlarda) rast gəlinir. Nadir hallarda yumurtalıqlar, uşaqlıq boynu, uşaqlıq yolu və vulvanın zədələnmələri aşkarlanır.

Genital vərəmin səbəbləri

Genital vərəmin səbəbləriXroniki xəstəliklər, stress, pis qidalanma və digər səbəblərdən immunoloji rezistentliyin azalması mikobakteriyaların hematogen, limfogen və ya kontakt yolla ilkin ocaqdan cinsiyyət sistemi orqanlarına yayılmasına gətirib çıxarır. Cinsi əlaqə zamanı vərəmdən əziyyət çəkən partnyordan yoluxma ancaq nəzəri cəhətdən mümkündür, çünki vulva, uşaqlıq yolu, uşaqlıq boynunun vaginal hissəsini örtən çoxqatlı epitel qişa mikobakteriyalara qarşı dözümlü olur.

Genital vərəmin təsnifatı

Genital vərəm cinsiyyət orqanlarında infeksiyaya xas tipik morfohistoloji dəyişikliklərlə xarakterizə olunur. Kliniki-morfoloji xüsusiyyətlərinə görə genital vərəmin aşağıdakı formaları ayırd edilir:

  • Produktiv iltihab və kəskin nəzərə çarpmayan simptomatika ilə xarakterizə olunan xroniki forma
  • Ekssudat və proliferasiya halları, nəzərə çarpan əlamətlərlə gedən yarımkəskin forma
  • Genital vərəmin kəskin və xroniki proseslərlə müşayiət olunan kazeoz forması
  • Sona çatmış vərəm prosesi, kirəcləşmiş ocağın kapsullaşması.

Zədələnmiş hissədən asılı olaraq vərəm mənşəli salpingit, adneksit, endometrit inkişaf edə bilər. Aktivlik dərəcəsinə görə genital vərəm aktiv (2 il müddətində), sönməkdə olan (2-4 il), qeyri-aktiv və ya keçirilmiş vərəm prosesinin nəticəsi kimi xarakterizə oluna bilər.  İlk 4 il ərzində kliniki gedişin ağırlaşması genital vərəmin kəskinləşməsi, sonrakı dövrlərdə isə residiv kimi qiymətləndirilir. Mikobakteriyaların aşkar olunmasına əsasən genital vərəmin MBV(-) və MBV(+) formaları mövcuddur.

Genital vərəmin əlamətləri

Genital vərəmin əlamətləriGenital vərəmin təzahürü adətən 20-30 yaşlarda, az hallarda isə cinsi yetişkənlik və postmenopauza dövrlərində baş verir. Vərəmin gedişi cox zaman silimiş və variabelli olur, bu da morfoloji dəyişikliklərin müxtəlifliyi ilə izah olunur. Əksər hallarda genital vərəmin aparıcı və hətta yeganə əlaməti endometrium və fallop borularının zədələnməsi nəticəsində yaranan sonsuzluq hesab olunur. Qadınların çox hissəsində aybaşı funksiyası pozulur: oliqomenoreya, amenoreya, qeyri-müntəzəm aybaşı, alqodismenoreya, bəzilərində isə metrorragiyamenorragiya inkişaf edir. Genital vərəmdə aybaşı pozğunluqları yumurtalıqların parenximası, endometriumun prosesə cəlb olunması və intoksikasiya ilə əlaqədardır.

Genital vərəmin gedişi kiçik çanaqda bitişmə proseslərinin inkişafı, damarların sklerozu, sinir uclarının zədələnməsi nəticəsində qarnın aşağı hissəsində yaranan dartıcı və sızıltılı xarakterli ağrılarla müşayiət olunur. Vərəm intoksikasiyası-sufebril hərarət, gecələr tərləmə, halsızlıq, arıqlamaəı iştahın pozulması xarakterikdir. Peritonun prosesə qoşulması zamanı genital vərəm çox zaman kəskin qarın əlamətləri təzahür edir, bununla əlaqədar yumurtalığın apopleksiyası, uşaqlıqdan kənar hamiləlik, appendisitdən şübhələnərək xəstələr cərrahi əməliyyata alınır.

Uşaqlıq borularının vərəm mənşəli zədələnməsi əksər hallarda onların obliterasiyası, piosalpinksin inkişafı, əzələ qatında tuberkulaların inkişafına səbəb olur. Uşaqlıq artımlarının vərəmi zamanı periton və bağırsaq ilgəkləri zədələnə bilər, bu da assit, bitişmə və fistulaların yaranmasına gətirib cıxarır. Vərəm mənşəli endometrit tuberkulalar və kazeozlu nekroz sahələrinin olması ilə xarakterizə olunur. Genital vərəm çox zaman sidik çıxarıcı yolların zədələnmələri ilə müştərək şəkildə inkişaf edir.

Genital vərəmin diaqnostikası

Anamnezdə plevrit, pnevmoniya, bronxoadenit, ağcıyərlərin və ya digər orqanların vərəminin olması cinsiyyət orqanlarının vərəm mənşəli iltihabından şübhələnməyə əsas verir. Cinsi həyat keçirməyən cavan xəstələrdə amenoreya və davamlı sufebril hərarətlə müşayiət olunan adneksit genital vərəmin inkişafına işarə ola bilər.

Genital vərəmin təsdiqlənməsi məqsədilə tuberkulin sınağı (ümumi və ocaqlı reaksiyaları qiymətləndirmək məqsədilə dərialtına  tuberkulin yeridilir) aparılır. Genital vərəm zamanı ümumi cavab temperatur reaksiyası, taxikardiya (>100 vurğu/dəq), qan formulunun dəyişməsi ilə şəklində təzahür edir. İnfeksiya ocağında baş verən yerli reaksiyalar qarında ağrının güclənməsi, palpasiya zamanı uşaqlıq artımlarının ağrılı və şişkinli olması, uşaqlıq boynu nahiyəsində hərarətin qalxmasından ibarətdir. Aktiv vərəm, şəkərli diabet, qaraciyər və böyrək çatışmazlıqları tuberkulin sınağının aparılmasına əks göstəriş sayılır.

Genital vərəm zamanı ginekoloji müayinə az informativ sayılır. Vaginal müayinədə uşaqlıq artımlarının iltihabı və kiçik çanaqda bitişmə proseslərinin əlamətləri müşahidə olunur. Kiçik çanağın USM və ultrasəs histerosalpinqoskopiya köməkçi üsullardan sayılır. Genital vərəmin ən dəqiq diaqnostik metodları cinsi yollardan axan ifrazat, aybaşı qanı, uşaqlıq boşluğundan aspirat, endometriumdan götürülmüş sıyrıntının bakterioloji müayinəsi, eləcə də PZR-dianostik üsulla vərəm mikobakteriyalarının aşkar olunması aiddir.

Diaqnostik laparoskopiya vasitəsilə kiçik çanaqda gedən spesifik dəyişikliklər- peritonda vərəm qabarcıqları, bitişmə prosesləri, kazeoz ocaqlar, uşaqlıq artımlarının iltihabı aşkarlanır.  Bundan əlavə laparoskopiya histoloji müayinə üçün materialın götürülməsinə, genital vərəmin nəticələrinin cərrahi korreksiyasına, fallopiya borularının keçiriciliyinin bərpasına və ya uşaqlıq artımlarının çıxarılmasına imkan verir.

Endometriumun biopsiyası və ya diaqnostik qaşınma nəticəsində götürülmüş toxumaların histoloji müayinəsində perivaskulyar infiltrat, kazeoz parçalanma və fibroz əlamətləriylə müşayiət olunan tuberkula izlənilir. Uşaqlıq yolundan götürülmüş aspiratın və uşaqlıq boynu sıyrıntısının sitoloji analizi zamanı çox nüvəli Piroqov-Lanqhans hüceyrələri aşkar edilir.

Histerosalpinqoqrafiya yolu ilə çəkilmiş rentgenoqramda uşaqlığın bitişmə prosesinin nəticəsində yerdəyişməsi, uşaqlıqdaxili sinexiyalar, uşaqlıq borularının obliterasiyası və sərhədlərinin dəyişilməsi, yumurtalıqlar, fallopiya boruları, limfadüyünlərdə kalsinatlar müşahidə olunur. Genital vərəmə şübhə olduqda və ya diaqnoz təsdiqləndikdə  xəstə xüsusi mütəxəssis- ftiziatra yönəldilir.

Genital vərəmin müalicəsi

Genital vərəmin müalicəsi xüsusiləşdirilmiş dispanser, xəstəxana və sanatoriyalarda aparılır. Medikamnetoz müalicənin əsasını ən azı 3 spesifik preparatın təyinindən ibarət kimyəvi terapiya təşkil edir. Birinci sıra vərəm əleyhinə vasitələrə rifampisin, streptomisin, izoniazid, etambutol, pirazinamid aiddir; eləcə də kanamisin, amikasin, ofloksasin və s. təyin olunur. Genital vərəmin müalicə kursu 6-24 aydır.

Xəstələrə tam və balanslaşdırılmış qidalanma, vitaminoterapiya, istirahət, fizioterapiya (hidrokortionla fonoforez, elektroforez, amplipulsterapiya), kurortoterapiya məsləhət görülür. Bəzi hallarda aybaşı siklinin korreksiyası tələb olunur. Tuboovarial törəmələrin olması, aparılan müalicənin qeyri-effektivliyi, fistulalalar və uşaqlıqdaxili sinexiyaların yaranması, kiçik çanaqda kəskin nəzərə çarpan çapıqların olması cərrahi müdaxiləyə göstəriş sayılır.

Genital vərəm zamanı proqnoz

Genital vərəmin residivləri xəstələrin 7%-də qeyd olunur. Xəstəlik bitişmə prosesləri, genital vərəmin fistulalalı formaları ilə ağırlaşa bilər. Reproduktiv funksiyanın bərpası 5-7% qadınlarda müşahidə olunur. Genital vərəm keçirmiş hamilələrdə düşük, vaxtından əvvəl doğuş, döldə hipoksiyanın inkişaf riski müşahidə olunur. Vərəmin dərmanlara tabe olmayan formalarında müalicə uzanır.

Genital vərəmin profilaktikası

Biirncili vərəmin spesifik profilaktikasına yenidoğulmuşların vaksinasiyası (BKG vaksini ilə), uşaq və yeniyetmələrin revaksinasiyası, Mantu reaksiyasının aparılması, profilaktik flüoroqrafiya, aktiv formalı xəstələrin izolyasiyası aiddir. Qeyri-spesifik profilaktik üsulları ümumi sağlamlaşdırıcı tədbirlər, istirahət və düzgün qidalanma təşkil edir. Cinsiyyət orqanlarının aybaşı funksiyasının pozğunluqları və sonsuzluqla müşayiət olunan uzunmüddətli, zəif gedişə malik, müalicəyə çətin tabe olan iltihabi prosesləri zamanı xəstə mütləq genital vərəmə görə müayinədən keçməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: