Göbək ciyəsinin anomaliyaları

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1527

göbək ciyəsinin anomaliyaları nələrdir?Göbək ciyəsinin anomaliyaları – göbək ciyəsinin qeyri-düzgün quruluşu və ya yerləşməsi, düyün, dolanma, şiş, kistalarla müşahidə olunan hallarıdır. Belə hallarda dölün kəskin və xroniki hipoksiyasının aşkar əlamətlərinə: hərəki aktivliyin pozulması, ürək ritmlərinin artması və ya azalmasına rast gəlinir. Göbək ciyəsinin anomaliyalarını aşkar etmək üçün USM, kardiotokoqrafiya, dopplerometriya, ciftin postnatal müayinələrindən istifadə olunur. Müalicə anomaliyanın növündən asılıdır, ana və dölün vəziyyətinə nəzarət etmək məqsədilə hamilə qadın hospitalizasiya olunur, ağır hallarda təcili olaraq Qeysəriyyə əməliyyatı aparılır.

  • Göbək ciyəsinin anomaliyalarının yaranma səbəbləri
  • Göbək ciyəsinin anomaliyalarının təsnifatı və əlamətləri
  • Göbək ciyəsinin anomaliyalarının diaqnostika və müalicəsi

Göbək ciyəsinin anomaliyaları barədə ümumi məlumat

Göbək ciyəsinin anomaliyaları – damarların qeyri-düzgün inkişafı, trombların yaranması, göbək ciyəsinin uzunluğunun dəyişilməsi və onun qeyri-adi bitişməsi, düyün, prolaps, kista və törəmələrdən ibarət mamalıq patologiyalarının kompleksidir. Bele hallar aşkar olunduqda hamiləlik patoloji sayılır. Göbək ciyəsinin erkən diaqnostikası çox vacibdir, çünki vaxtında aparılan tibbi müdaxilə ananın sağlamlığı və dölün həyatını qorumağa imkan verir. Göbək ciyəsinin anomaliyaları planlı USM, dölün auskultasiya və palpasiyası zamanı müşahidə edilir. Bəzən mütəxəssislər bu patologiyanı uşaq doğulduqdan sonra aşkar edir, bu da göbək ciyəsinin anomaliyaları zamanı ana və dölün vəziyyətində pisləşmələrin rastgəlmə tezliyinin azlığı ilə əlaqədardır.

Göbək ciyəsinin anomaliyalarının yaranma səbəbləri

Göbək ciyəsinin anomaliyalarının səbəbləriHal-hazırda göbək ciyəsi anomaliyalarının yaranma səbəbləri dəqiq müəyyən edilməmişdır. Ehtimal olunur ki, belə patoloji hallar dolayı yolla döldə anadangəlmə qüsurlar, xromosom aberrasiyalarinın olmasından xəbər verir.  Bəzi hallarda bu qüsurlar aydın əlamətlərə malik olmur, onların aşkara çıxarılması üçün əlavə müayinələr: kordosentez, həkim-genetikin konsultasiyası, kariotipin təyini tələb olunur. Bəzi mama-ginekoloqlar göbək ciyəsinin anomaliyalarını müxtəlif amillərin hamilə orqanizminə neqativ təsiri ilə əlaqələndirirlər. Zərərli vərdişlər, əlverişsiz iş şəraiti, bəzi dərman vasitələrinin qəbulu belə patoloji vəziyyətin yaranmasına təkan verir.

Göbık ciyəsinin anomaliyalarının təsnifatı və əlamətləri

Göbək ciyəsinin anomaliyalarının təsnifatı pozğunluqların tipinə əsasən tərtib olunur. Anatomik quruluşun ölcüsundən asılı olaraq uzun və qısa göbək ciyəsi kimi patologiyalar qeyd edilir. Birinci halda göbək ciyəsinin uzunluğu 70 sm-dən çox, ikinci halda isə 40 sm-dən az olur. Göbək ciyəsinin geniş yayılmış anomaliyalarına göbək ciyəsi ilgəklərinın dölün müxtəlif bədən hissələrinə dolanması aiddir.  Bu patologiyanın yaranması göbək ciyəsinin ölcülərindən asılı deyil. Anomaliyalar həm normal və ya uzun, həm də qisa ölcülü göbək ciyələrində müşahidə olunur. Patoloji halın aşağıdakı formaları ayırd edilir:

  • İzoləolunmuş– ilgəklər bədənin yalnız bir hissəsinə (məsələn, əl və ya qol) dolanmış olur.
  • Kombinəolunmuş – eyni zamanda bir neçə anatomik sahədə dolanma müşahidə olunur.
  • Kip olmayan – döl üçün daha qənaətbəxş variant hesab olunur, çünki göbək ciyəsinin dölə dolandığı nahiyədə təyziq müşahidə olunmur. Doğuşun ikinci mərhələsində dartılmalar nəticəsində problemlər yarana və ya heç vaxt baş verməyə bilər.
  • Kip – qan damarlarının sıxılmasına və beləliklə dölün hipoksiyasına səbəb olur.

Göbək ciyəsinin anomaliyalarına düyünlərin olması da aiddir. Bu patoloji halın 2 forması mövcuddur:

  • Yalançı düyünlər– göbək ciyəsi damarlarının varikoz genişlənməsi nəticəsində və ya jelatinəbənzər maddənin toplanması fonunda yaranır. Proqnoz qənaətbəxşdir, ana və dölün həyatı üçün heç bir təhlükə yoxdur.
  • Həqiqi– patologiyanın qeyri-qənaətbəxş formasıdır, düyünlər hamiləliyin erkən dövrlərində embrionun kiçik ölcüləri sayəsində göbək ciyəsi ilgəyinə asanlıqla keçməsi nəticəsində yaranır. Güclü dartılma qan dövranının pozulmasına və dölün hipoksiyasına gətirib çıxardır. Bu hal təcili cərrahi müdaxilə  tələb edir.

Digər təsnifat

Göbək ciyəsinin anomaliyaları həm də onun qeyri-düzgün bitişməsi nəticəsində  yaranır. Normada göbək ciyəsi ciftin mərkəzində lokalizasiya olur.  Bu patoloji halın aşağıdakı formaları mümkündür:

  • Kənar bitişmə– göbək ciyəsi ciftin periferik hissəsində yerləşir.
  • Qişalı bitişmə–göbək ciyəsi döl qişalarına birləşir, doğuş zamanı bu hal göbək ciyəsinin qopması və dölün hipoksiyası ilə nəticələnə bilər.

Göbək ciyəsinin anomaliyaları adətən heç bir patoloji əlamətlə təzahür etmir. Kliniki şəkil pozğunluqların növündən asılıdır. Göbək ciyəsinin patoloji bitişməsi doğuş zamanı qanaxmaların yaranmasına səbəb ola bilər.  Bəzi hallarda göbək ciyəsinin anomaliyaları doğuş müddətinin 20 saatdan çox uzanmasına gətirib çixardır.

Göbək ciyəsinin kip dolanması və həqiqi düyünlər zamanı dölün hipoksiyası müşahidə olunur. Kəskin oksigen çatışmazlığında dölün hərəkətləri və ürək ritmləri artır. Xroniki hipoksiyalar zamanı isə əksinə –  hərəkətlər məhdudlaşır, bradikardiya müşahidə olunur. Göbək ciyəsinin kip olmayan dolanma və yalançı düyünlərində ana və döl orqanizmində heç bir dəyişikliklər müşahidə olunmur.

Göbək ciyəsinin anomaliyalarının diaqnostika və müalicəsi

Göbık ciyəsinin anomaliyalarının əlamətləriGöbək ciyəsinin anomaliyalarını aşkar etmək üçün anamnez toplanılır: qadının həyat və iş şəraiti, keçirdiyi xəstəliklər, hamiləlik və doğuşların sayı, onların müvəffəqiyyətlə başa çatdırılması müəyyən edilir. Obyektiv müayinə – auskultasiya zamanı dölün  ürək döyüntüləri yoxlanılır. Göbək ciyəsinin anomaliyalarının əlamətlərini təyin etmək üçün diaqnostikanın instrumental üsullarından istifadə olunur. USM zamanı damarlarda qan axının səviyyəsi, onların diametri, ciftin lokalizasiyası və göbək ciyəsinin ona birləşməsi, dölün ürək döyüntülərinin tezliyi, onun hərəki aktivliyi müəyyən edilir.   Göbək ciyəsinin anomaliyaları zamanı ürək yığılmalarının tezliyinin azalması və ya artması, dölün oksigenlə kifayət qədər təmin olunmaması daşınmaması hallarına rast gəlmək olar. Ultrasəs skanlama metodu dolanma və düyünləri aşkar etməyə kömək edir. Göbək ciyəsinin anomaliyalarının diaqnostikasında kardiotokoqrafiya, dopplerometriya müayinə üsullarından istifadə oluna bilər

Göbək ciyəsi anomaliyalarının müalicəsi patologiyanın növündən asılıdır. Patologiya aşkar olunduqda xəstə ginekoloji stasionara yerləşdirilir. Göbək ciyəsinin kip olmayan dolanmaları və yalançı düyünlər zamanı  hamiləlik həkim nəzarət altında davam etdirilir. Bu hal üçün əsas göstərici ana və dölün vəziyyətinin qənaətbəxş olmasıdır. Göbək ciyəsi dölün hipoksiyasına səbəb olarsa (əsasən kip dolanmalar, həqiqi düyünlər zamanı) təcili qeysəriyyə əməliyyatı aparılır.

Göbək ciyəsinin anomaliyalarının proqnoz və profilaktikası

Göbək ciyəsinin anomaliyaları zamanı əksər hallarda proqnoz qənaətbəxşdir. Kəskin hipoksiya və təcili doğuşlar zamanı vaxtında göstərilən tibbi yardım uşağın həyatını qorumağa imkan verir. Bəzi hallarda oksigen aclığı dölün inkişafın ləngiməsi, fistulalar, Merkel divertikulları, öd yollarında kistoz törəmələrin yaranmasına gətirib çıxardır. Göbək ciyəsinin anomaliyaları səbəbindən dölün ölümunə nadir hallarda rast gəlinir. Bu patologiya zamanı ana orqanizmində doğuş prosesində və doğuşdan sonra qanaxmalar müşahidə oluna bilər. Göbək ciyəsinin anomaliyalarınin profilaktikası hamiləliyin planlaşdırılması, hamiləlik zamanı zərərli vərdişlərdən imtina, zəruri analizlərin vaxtinda verilməsi və mama-ginekoloq tərəfindən aparılan planlı müayinədən ibarətdir. Bununla yanaşı stressdən uzaq olmaq, balanslaşdırılmış qida rejiminə normal gecə yuxusuna riayət etmək məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: