Hamiləlik testi

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 16048

Hamiləlik testi necə edilir?Hamiləlik testi – sidik və ya qan zərdabında xorionik qonadotropinin (XQ) təyininə əsaslanır. Bu, hamiləliyin erkən diaqnostikasıdır. Hamiləlik testi ev şəraitində ekspress-test və ya laborator üsulla aparıla bilər.

Xorionik qonadotropin – hamiləlik hormonu olub, xorion (rüşeym qişası) hüceyrələri tərəfindən aktiv şəkildə ifraz olunur. Normada kişilərdə və hamilə olmayan qadınlarda onun miqdarı 5 mBV/ml-dən az olur. Hamiləliyin I trimestrində qanda XQ kəskin formada artmağa başlayır: 1-ci həftədə onun səviyyəsi 25-300 mBV/ml, 3-cü həftənin sonunda 1500-5000 mBV/ml təşkil edir. Qanda XQ mayalanmadan 6-10 gün sonra, sidikdə isə 12-15 gün keçdikdə müəyyən edilir. 

Ekspress hamiləlik testi

Ekspress testlərin 4 növü mövcuddur: zolaq (və ya strip test), planşet, şırnaq və elektron testlər. Testlərin həssaslığı sayəsində konsentrasiya artımı 10-25 mBV/ml-dən başlayan XQ-ni təyin etməyə imkan verir.  

Zolaq formalı hamiləlik testi

Hamiləlik testi səhv göstərə bilər?Strip-testlər test və nəzarət hissəsinə reaktiv (XQ-yə qarşı anticisimlər) hopdurulmuş kağız zolaqdan ibarətdir. Hamiləliyi yoxlamaq üçün səhər saatlarındakı sidiktələb olunur. Belə ki, məhz səhər vaxtı ifraz olunan sidikdə XQ səviyyəsi daha yüksək olur.  

Zolaq testi sidiyin topladığı qaba salınır, 20-30 saniyə saxladıqdan sonra çıxarılır. Test edərkən sidik zolaq boyunca yuxarı qalxaraq, test zonasına çatır. Bir neçə dəqiqədən sonra (5 dəqiqədən gec olmadan) testin nəticəsi yoxlanılır. Sidikdə XQ səviyyəsi yüksək olduqda test zonasında aydın şəkildə rəngli xətt görünür. Həmçinin test zonasında nəzarət xətt əmələ gəlməlidir. Bu xətt testin işlək formada olmasına dəlalət edir.  

Strip testin üzərində 2 xəttin formalaşması qadının hamilə olmasından xəbər verir. 1 xətt isə hamiləlik faktını inkar edir. Xətlər solğun və yayılmış olarsa, testi təkrarlamaq lazım gəlir. Nəticənin düzgün alınması üçün təlimat qaydasına riayət edilməlidir: zolağı üzərində qeyd olunan sərhəddən dərinə sidiyə saldıqda və ya qabda 20-30 saniyədən çox saxladıqda nəticə səhv ola bilər.

Planşet formalı hamiləlik testi

Hamiləlik testinin nəticəsiBu test 2 pəncərəsi olan plastik planşetə yerləşdirilmiş kağız zolaqdan və pipetdən ibarətdir. Hamiləliyi təqdiq etmək üçün sidik qaba yığılır. Ondan 1 neçə damcı götürüb, 1-ci pəncərəyə damızdırılır. Damcı reaktiv olan qata çatdıqda sidikdəki XQ onunla reaksiyaya girir. Testin nəticəsi 2-ci pəncərədə oxunulur. Planşet formalı testin təsir prinsipi strip testlə analojidir.  

Şırnaqlı hamiləlik testi

Hamiləlik testi nədir?Bu test tutacaqlı kaset və qoruyucu qapaqcıqdan ibarətdir. Kasetin daxilində kanalcıqlardan ibarət lifli mil yerləşir. Onunla sidik test zonasına – reaktiv olan sahəyə çatır. Testi etməmişdən əvvəl qapaqcıq çıxarılır, uc hissə 5 saniyə müddətində sidik şırnağının altına tutulur. 1 dəqiqədən sonra bir və ya iki xətt formasında nəticə bəlli olur. Testin həssaslığı yüksək olduğundan onu günün istənilən vaxtı etmək olar.  

Elektron formalı hamiləlik testi 

Hamiləlik testi zolaq formalıBu test şırnaqlı forma ilə eyni prinsipdə təsir göstərir. Sadəcə nəticə xüsusi tabloda: hamiləlik baş tutduqda «pregnant», əks halda isə «not pregnant» yazısı kimi görünür.

Hazırda 3-cü nəsil hamiləlik testi, yəni zolaq formasında olanlar mükəmməl sayılır. Çünki onların düzgünlüyü 99%-ə bərabərdir.

Hamiləlik testinin effektivliyi

Testi düzgün yerinə yetirdikdə nəticə həqiqətə uyğun olur. Lakin ekspress testlərdə yalnış müsbət və ya mənfi cavab da inkar olunmur.  

Yalnış müsbət cavab (hamiləlik olmadıqda müsbət nəticə) XQ tərkibli dərmanların qəbulu; yumurtalıq kistasışişlər; abortdan sonra yaxın müddətdə; stress amilinin təsiri ilə bağlı ola bilər.  

Yalnış mənfi nəticəyə (hamiləliyin baş verdiyi halda mənfi cavabın alınması) mayalanmadan az vaxt keçdikdə, yəni XQ səviyyəsi hələ aşağı olduqda; sidik qovucu preparatlar və ya testin edilmə ərəfəsində çoxlu miqdarda maye qəbul etdikdə; ürək-damar və böyrək xəstəliklərində; təlimat qaydasına düzgün əməl etmədikdə rast gəlinir.  

Həmçinin hamiləlik testi və analizi uşaqlıqdan kənar hamiləlikdə müsbət nəticə göstərir. Bu səbəbdən testin nəticəsindən asılı olmayaraq, aybaşı gecikdikdə mütləq ginekoloqla əlaqə saxlayın.  

Laborator və funksional üsullarla hamiləlik analizi

Hamiləliyi müəyyən etmək məqsədilə aparılan qan və sidik analizləri ekspress testlərlə müqayisədə daha dəqiqdir. Hamiləliyin laborator diaqnostikası aybaşı gecikməsinin 4-5-ci günündə edilməlidir.  

Qanda XQ səviyyəsi analiz səhər saatlarında acqarnına verilir. Qan venadan alınır. Sidikdə XQ-ni təyin etmək üçün səhər porsiyası gərəkdir. Qadın hər hansı bir hormonal preparat qəbul edirsə, bu barədə həkimi məlumatlandırmalıdır.   

Funksional testlərə bazal temperaturun ölçülməsi aiddir. Aybaşı gecikməsinin növbəti günü səhər oyandıqda ayağa qalxmadan düz bağırsaqda hərarət yoxlanılır. 3-4 gün ərzində temperatur göstəricisinin 37,0°С-dən yuxarı olması hamiləlikdən xəbər verir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: