Parametrit

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 3142

parametrit nədir?Parametrit – uşaqlıq boynu və enli bağın səhifələri nahiyəsində uşaqlığı əhatə edən birləşdirici toxuma-parametriumun irinli-infiltrativ iltihabıdır. Parametrit ağırlaşmış abort, doğuş, ginekoloji əməliyyatlar, uşaqlığın irinli-iltihabi xəstəliklərindən sonra yaranır. Febril temperatur, əzginlik, titrətmə, qarnın aşağı hissəsində ağrılarla təzahür edir. Parametritin diaqnostikası anamnestik məlumatlara, ginekoloji müayinələr və USM nəticələrinə əsaslanır. Müalicə məqsədilə aktiv mikrobəleyhinə, infuzion, desensibilizəedici, immunokorreksiyaedici terapiyadan istifadə olunur. Parametriumun absesinin formalaşması zamanı irinliyin yarılması və drenajlanması göstəriş sayılır.

  • Parametritin yaranma səbəbləri
  • Parametritlərin təsnifatı
  • Parametritin əlamətləri
  • Parametritin diaqnostikası
  • Parametritin müalicəsi
  • Parametritin proqnoz və profilaktikası

Parametrit barədə ümumi məlumat

Parametrit zamanı makroskopik şəkil limfatik və venoz damarların genişlənməsi, perivaskulyar ödem və ekssudasiyanın inkişafı ilə xarakterizə olunur. Əvvəlcə infiltrat giriş qapısının yaxınlığında – uşaqlıqətrafı sahədə formalaşır, sonra isə iltihab limfogen və ya venoz yolla diffuz şəkildə aşağıya, önə və arxaya doğru – paravaginal, paravezikulyar və pararektal toxumalara yayılır. Bu sahələrin fassiyalarının irinli əriməsi zamanı bütün çanaq dibi toxumasının diffuz iltihabı-pelviosellülit baş verir. Qalxan infeksiyalaşma zamanı prosesə uşaqlıq boruları və yumurtalıqlar, retroperitoneal sahə (paratiflit, paranefrit) qoşula bilər. Nadir hallarda parametrit qarın divarı və xarici cinsiyyət orqanlarının fleqmonası ilə ağırlaşır.

Əksər hallarda (70-75%) parametrit zamanı iltihab kiçik çanaq toxumasının hüdudlarından kənara çıxmır. Ginekologiyanın hazırkı inkişaf mərhələsində parametritin vaxtında aşkarlanması və antibiotiklərin tətbiqi ilə əlaqədar xəstəliyin gedişi yüngül olur, ilfiltrat isə adətən absesləşmə fazasına çatmadan sorulur.

Parametritin yaranma səbəbləri

Parametritin səbəbləriParametrit zamanı əksər hallarda qarışıq mikrob florası müşahidə edilir, bağırsaq çöpləri, klebsiellalar, proteylər, spor əmələ gətirməyən anaeroblar, stafilokokk və streptokokklar üstünlük təşkil edir. Parametriumun infeksiyalaşması uşaqlıq boynunun doğuşdan sonra yaranan, lakin aşkar olunmayan və tikilməyən cırılmalarından; ağırlaşmış və xəstəxanadan xaric abortlar, uşaqlıq boynunda əməliyyatlar zamanı servikal kanaldan baş verə bilər.

İnfeksiyanın uşaqlıq artımlarından (adneksitlərdə) və ya uşaqlıq boşluğundan (uşaqlıq divarının zədələnməsi ilə ağırlaşan endometrit, metrotromboflebit, diaqnostik qaşıma, UDS-in yeridilməsi zamanı) limfogen yolla yayılması mümkündür. Bəzən perimetrit bakterial ekstragenital proseslər fonunda – çanaq sümüklərinin osteomieliti, paraproktit, sistit, appendisit, angina, vərəm, qarın yatalağı və s. zamanı törədicinin qanla yayılması nəticəsində inkişaf edir.

Parametritlərin təsnifatı

Uşaqlıqətrafı toxumanın iltihabının topoqrafiyasına görə ön, arxa və yan perimetritlər ayırd edilir. Ön perimetrit zamanı infiltrat uşaqlığın önündə yerləşərək, uşaqlıq yolunun ön tağının hamarlaşmasına səbəb olur; çox zaman prosesə sidik kisəsi önü toxuma, ön qarın divarı da cəlb olunur. Arxa parametritlərdə iltihab düz bağırsaq-uşaqlıq sahəsinə yayılır; pararektal toxumanın infiltrasiyası düz bağırsağın mənfəzinin daralmasına gətirib çıxara bilər. Yan perimetrit zamanı iltihab yuxarıdan enli bağ, aşağıdan kardinal bağlar, öndən kiçik çanağın divarları ilə məhdudlaşır; infiltrat  uşaqlığın yan tərəfində yerləşir və uşaqlıq yolunun yan tağlarını hamarlaşdırır.

Patogenezə əsasən birincili və genital və ya ekstragenital iltihabın ağırlaşması olan ikincili perimetritlər qeyd olunur. Parametritin klinik gedişi kəskin, yarımkəskin və ya xroniki olur.

Parametritin inkişaf mərhələləri 4 qrupa bölünür: infiltrativ, ekssudativ, sərtləşmə və ekssudatın sorulması. İlfiltrasiya mərhələsi damarların genişlənməsi və hissəvi tromblaşması, perivaskulyar ödemin inkişafı ilə xarakterizə edilir. Ekssudativ dəyişikliklər mərhələsində damar məcrasından leykositlər və qanın digər elementləri parametral toxumaya keçir; infiltratın çanaq divarlarına qədər diffuz, yelpikvarı yayılması müşahidə olunur. Bərkimə fazasında ekssudatdan fibrinin ayrılması nəticəsində infiltratın orqanizasiyası; ilfiltratı sağlam toxumalardan ayıran qranulyasion valın formalaşması baş verir. İnfiltratın sorulması qənaətbəxş hal hesab olunur. Eksudatın irinləməsi zamanı boşluqlu orqanlara (sidik kisəsi, düz bağırsaq, uşaqlıq yolu) və ya qarnın ön divarından xaricə açıla bilən abses əmələ gəlir. İrinciyin tam təmizlənmədiyi hallarda iltihab residivləşərək yenidən qonşu orqanlara açılır, fistulalar formalaşır.

Parametritin əlamətləri

Parametritin əlamətləriAdətən kəskin parametritin klinikası doğuşdan, hamiləliyin cərrahi yolla dayandırılmasından, uşaqlıqdaxili müdaxilələrdən, ginekoloji əməliyyatlardan 7-10 gün sonra təzahür edir. Parametritin ilk və erkən əlamətlərinə febrilitet (hərarətin 38-39 °С–yə qədər yüksəlməsi), qarında daimi, deşici və ya kəsici xarakterli ağrılar aiddir. Ağrı hissi oma və bel nahiyəsinə irradiasiya edir. Parametriumun irinləməsi zamanı xəstənin ümumi vəziyyəti pisləşir: hərarət daha da yüksələrək, hektik xarakter alır; taxikardiya, titrətmə, yanğı hissi, baş ağrıları qeyd olunur.

Sidik kisəsi və düz bağırsağın iltihabi prosesə qoşulması zamanı sistit və ya tenezmlərlə müşayiət olunan proktit əlamətləri izlənilir. Parametritin bel-qalça əzələsinə yayıldığı hallarda onun iltihabı –zədələnmiş tərəfdə budun tipik bükücü kontrakturası ilə xarakterizə olunan psoit inkişaf edir. Xroniki parametrit zamanı ağrının intensivliyi azalır, yalnız cinsi əlaqə zamanı güclənir; ürək-damar və sinir sisteminin funksional dəyişiklikləri, aybaşı funksiyasının pozğunluqları qeyd oluna bilər.

Parametritin diaqnostikası

Diaqnoz anamnestik məlumatlar, ginekoloji müayinələr (vaginal və rektovaginal), USM əsasında qoyulur. Vaginal müayinədə kəskin ağrılı parametrium, uşaqlıq yolunun tağlarının qısalması, uşaqlığın yuxarı və ya sağlam tərəfə yerdəyişməsi, hərəkətsiz sərt infiltratla vahid konqlomerat yaratması aşkar olunur. Rekrovaginal müayinə zamanı infiltratın (absesin) düz bağırsağa görə vəziyyəti və iltihabi bərkimə üzərindəki selikli qişanın hərəkətlilik dərəcəsi qiymətləndirilir.

Parametrit zamanı qanın ümumi analizində EÇS-nin 30-60mm/saata qədər artması, leykositoz, neytrofilyoz qeyd olunur. Parametritin exoskopik şəkli ilfiltratların – dəqiq sərhədləri olmayan, qeyri-düzgün formalı exopozitiv törəmələrin vizualizasiyasına imkan verir. İrinləmə zamanı infiltratların strukturunda daxilində qatı heterogen möhtəviyyat olan aydın kapsul müəyyən edilir.

Absesləşmə mərhələsində irinciyin sidik kisəsi və ya düz bağırsağa açılması zamanı diaqnostik prosesə uroloq və proktoloq cəlb olunur. Parametral absesin sidik kisəsinə açılması sistoskopiya, sidiyin ümumi analizi, bakterioloji əkilməsi; irinliyin düz bağırsağa açılması isə koproqram, vizual olaraq nəcis kütlələrində qanın aşkarlanması və rektoskopiyanın nəticələrinə əsasən təsdiqlənir. Parametritin inadlı gedişi zamanı aktinomikozun istisna edilməsi tələb olunur. Diaqnostika prosesində parametrit boru-yumurtalıq absesləri, şişlər, pelvioperitonitlə differensiasiya edilir.

Parametritin müalicəsi

Parametritin infiltrativ mərhələsinin müalicəsi kəskin salpinqooforitlə eynidir: yataq rejimi, qarın nahiyəsinə soyuq kompress; törədici və ya mikrob assosiasiyalarının növləri və onların preparatlara qarşı həssaslığı nəzərə alınmaqla antibiotiklər; infuzion, desensibilizəedici, immunomoduləedici terapiya təyin olunur.

İlfiltratın sorulma mərhələsində QSİƏP, biostimulyatorlar, vitaminlər, enzimlərdən istifadə edilir. Parametritin bu fazasında MBT, ginekoloji massaj, elektroprosedurlar (maqnezium, bal, yod, sinklə elektrofarez; diadinamoterapiya, UYT), fototerapiya (UBŞ, QUBŞ, qanın venadaxili lazer şüalanması), maqnitoterapiya, induktometriya geniş tətbiq edilir.

Parametritin endogen intoksikasiya sindromu ilə müşayiət olunan uzunmüddətli gedişi plazmafarezin aparılmasına göstəriş sayılır. Parametritli xəstələrin reabilitasiyası aktiv fizioterapevtik yanaşmadan: oksigenoterapiya, mikrodalğalı terapiya, US-terapiya, ultrafonofarez, palçıq applikasiyalarının təyinindən; kurort müalicəsinin aparılmasından (hidrogen-kükürdlü vannalar və vaginal yuyulmalar, massaj, palçıqlı tamponlar və s.) ibarətdir.

Parametral absesin formalaşması zamanı uşaqlıq yolunun tağından keçməklə onun punksiyası icra edilir. İrin aşkar olunduqda vaginal və ya qarın divarı yolu ilə irinliyin yarılması, parametriumun drenajlanması tələb olunur. Boşluğa drenaj qoyulduqdan sonra sanasiyaedici tədbirlər: dezinfeksiyaedici məhlullarla yuyulma, antibiotiklərin yeridilməsi tətbiq edilir.

Parametritin proqnoz və profilaktikası

Parametritin qeyri-qənaətbəxş sonluqlarına kiçik çanaqda fistulaların, bitişmələrin, çapıqlı proseslərin formalaşması, sepsisin inkişafı aiddir. Kolpotomiya prosesində irinliklərin kəsilməsi zamanı sidik axarları, sidik kisəsi və ya uşaqlıq damarları zədələnə bilər. Parametritin vaxtında və düzgün aparılan müalicəsi iltihabi dəyişikliklərin geriyə inkişafı ilə nəticələnir.

Parametritin profilaktik tədbirlərinə doğuşların rasional aparılması, abortların (xüsusən kriminal) qarşısının alınması, uşaqlıqdaxili manipulyasiyalar zamanı aseptika qaydalarına riayət olunması və  infeksion ocaqların vaxtında sanasiyası aiddir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: