Uşaqlığın atreziyası

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 2248

uşaqlığın atreziyası nədir?Uşaqlığın atreziyası – uşaqlıq boynu və cisminin anomaliyası olub, onların bitişməsi və keçməməzliyi ilə səciyyələnir. Uşaqlığın atreziyası yalançı amenoreya, aybaşının ehtimal olunan dövrlərində ağrı, hematometr və hematosalpinks (ağır hallarda –piometr və piosalpinks) ilə xarakterizə edilir. Diaqnoz ginekoloji müayinələr: müayinə, USM, MRT əsasında qoyulur. Uşaqlığın atreziyasının müalicəsi cərrahi yolladır, servikal kanalın atreziyası zamanı onun keçməməziliyi bujlanma və ya lazer rekanalizasiyası vasitəsilə aradan qaldırılır.

  • Uşaqlığın atreziyasının yaranma səbəbləri
  • Uşaqlığın atreziyasının əlamətləri
  • Uşaqlığın atreziyasının diaqnostikası
  • Uşaqlığın atreziyasının müalicəsi
  • Uşaqlığın atreziyasının profilaktikası

Uşaqlığın atreziyası barədə ümumi məlumat

Yaranma səbəbinə görə uşaqlığın atreziyasının 2 forması ayırd edilir: qazanılmış və anadangəlmə (rüşeym və daxili cinsiyyət orqanlarının inkişaf anomaliyaları nəticəsində yaranan).  Keçməməzliyin lokalizasiyasına görə  ginekoloqlar uşaqlıq boynu və cisminin atreziyasını qeyd edirlər. Servikal kanalın atreziyası xarici və ya daxili tağ səviyyəsində, bəzən isə boyun kanalı boyunca müşahidə olunur. Uşaqlığın atreziyası çox hallarda sidik çixarıcı yolların anomaliyaları ilə müşayiət edilir.

Uşaqlığın atreziyasının səbəbləri

Uşaqlığın atreziyasının səbəbləriUşaqlığın anadangəlmə atreziyası adətən embrional və fetal dövrdə teratogen amillərin təsirindən yaranır. Normada uşaqlıq və uşaqlıq yolunun proksimal hissəsi distal müller axacaqlarının birləşməsi nəticəsində yaranır. Axacaqların  birləşmə və kanalizasiya baş verməyən hissəsindən asılı olaraq uşaqlıq atreziyasının bu və ya digər formaları inkişaf edir.  Hüceyrənin bölünməsi və metabolizm proseslərinin pozulmasına səbəb olan əlverişsiz ekzogen amillərə ananın infeksion xəstəliklikləri (herpes, xlamidioz, toksoplazmoz, sifilis və s.), ionlaşdırıcı şüalanma, dərman preparatları, alimentar səbəblər aiddir.

Qazanılmış atreziyanın inkişafı uşaqlıq boşluğunun kobud qaşınması, gümüş nitrat və ya elektrokoaqulyasıya ilə servikal kanalın yandırılması, endoservisit, endometrit, abortlar (hamiləliyin suni dayandırılması), uşaqlıq boynunun xərçəngi ilə əlaqədardır. Travmatik müdaxilələr və ya iltihabi proseslər nəticəsində bir-birinə yaxın olan qranulyasiya səthləri birləşərək, uşaqlığın atreziyası və ya uşaqlıqdaxili sinexiyaların (Aşerman sindromu) formalaşması ilə nəticələnir. Bəzi hallarda hipertrofik çapıqlaşmalar da uşaqlığın atreziyasına səbəb olur. Ahıl dövrdə bəzən uşaqlıq boynu kanalının spontan atreziyasına rast gəlinir.

Uşaqlığın atreziyasının əlamətləri

Uşaqlığın atreziyasının əlamətləriAnadangəlmə atreziyanın klinik əlamətləri cinsi yetişkənlik dövründə təzahür edir. Uşaqlığın atreziyasının əsas əlamətlərinə yalançı amenoreya – orqanizmin aylıq siklik dəyişiklikləri fonunda aybaşı ifrazatının xaricə axınının olmaması aiddir. Aybaşı ifrazatı atreziya sahəsindən yuxarıda ləngiyərək, hematometranın (uşaqlıqda qan kütlələrinin toplanması və orqanın gərilməsi) inkişafına gətirib çıxarır.

Uşaqlığın atreziyası fonunda hematometrin inkişafı xəstələrin əksər hallarda cərrahi stasionara hospitalizasiya olunmasına səbəb olan kəskin xarakterli, siklik təkrarlanan ağrılarla müşayiət olunur. Hematometra zamanı ağrı spastik olub, ürəkbulanma, bağırsaq və sidik kisəsinin funksiyasının pozulması, hətta huşun itirilməsinə səbəb olacaq qədər güclü olur. Qan uşaqlıq boşluğundan fallopiya borularına keçərək, hematosalpinksin yaranması ilə nəticələnə bilər. İkincili infeksiyanın qoşulması uşaqlıq və fallop borularında irinli proseslərin (piometrapiosalpinks) inkişafına şərait yaradır. Uşaqlığın atreziyası anatomik sonsuzluğun səbəbi sayılır.

Uşaqlığın atreziyasının diaqnostikası

Uşaqlığın atreziyasına şübhə yaranarsa qadın mütləq ginekoloq müayinəsindən keçməlidir.  Müayinə anamnezin toplanması, cinsi və ümumi fiziki inkişafın qiymətləndirilməsi, cinsi orqanların yoxlanılmasından ibarətdir. Ginekoloji müayinədə uşaqlıq yolu tağlarının düzlənməsi və uşaqlığın hamarlanması müşahidə olunur. Uşaqlıq ağrılı kürəşəkilli torəmə şəklində palpasiya olunur. Hematosalpinks zamanı uşaqlığın yan tərəflərində az hərəkətli elastik ağrılı törəmələr-fallopiya boruları aşkarlanır.

Uşaqlıq boynu kanalının atreziyasının diaqnozu zondlama üsulu ilə qoyulur. Kiçik çanaq orqanlarının USM və US-histerosalpinqoskopiyası zamanı aparılan müayinələrin nəticələrinin düzgünlüyü yazılı şəklində təqdiqlənir. USM uşaqlığın ölçülərinı, endometriumun qalınlığını, arakəsmələrin olmasını, hematometrin divarlarının ölçüləri və qalınlığını dəqiq təyin etməyə kömək edir.

Uşaqlığın mürəkkəb və qeyri-tipik atreziyalarının diaqnozu zamanı frontal, aksial və sagittal proyeksiyalarda MRT müayinəsinə üstünlük verilir. Sidik-cinsiyyət sisteminin müştərək anomaliyalarında endouroloji müayinələrdən (uretrosistoskopiya) istifadə olunur.  Adətən bu kompleks müayinələrın aparılması uşaqlığın atreziyasının təyini və cərrahi üsulun seçimi üçün kifayət edir.

Uşaqlığın atreziyasının müalicəsi

Uşaqlığın atreziyası zamanı anatomik maneənin aradan qaldırılması və hematometrin təmizlənməsi həyata keçirilir. Uşaqlıq boynu kanalının atreziyasının müalicəsində onun bujlanması və ya lazer rekanalizasiyasından istifadə olunur. Tez-tez residivləşən atreziyalar divarların yapışmasının və boyun kanalının bitişməsinin qarşısını alan alloplastik imlantların qoyulmasına göstəriş hesab olunur. Bir sıra hallarda servikal kanalla uşaqlıq yolu arasında anastomozunun formalaşması tələb olunur

Uşaqlıqdaxili bitişmələr (sinexiyalar) zamanı histeroskopun köməyilə onlar kəsilir, uşaqlıq boşluğunun lazer rekonstruksiyası aparılır.  Hematometr və hematosalpinksin dağılması zamanı qarın boşluğu yoxlanılır, drenajlanır, bir çox hallarda histerektomiya, uşaqlığın uyaqlıq yolu üstü amputasiyası və ya panhisterektomiya (uşaqlığın uşaqlıq artımları ilə birgə çıxarılması)  əməliyyatlarından istifadə olunur.

Uşaqlığın atreziyasının profilaktikası

Uşaqlığın ikincili atreziyasının profilaktik tədbirlərinə servikal kanal və uşaqlığın iltihabi xəstəliklərinının qarşısının alınması və vaxtında müalicəsi, uşaqlıqdaxili müdaxilələrin  (hamiləliyin dayandırılması, diaqnostik qaşıma) və doğuş prosesinin ehtiyatla aparılması, uşaqlıq boynu və cismində aparılan əməliyyatların təkmilləşdirilməsi aiddir.

Anadangəlmə atreziyaların profilaktik tədbirləri hamiləliyin diqqətlə aparılması və dölün inkişafına neqativ təsir edən əlverişsiz amillərin aradan qaldırılmasından ibarətdir. Servikal kanalın atreziyasının müalicəsi və uşaqlığın qorunması hamiləliyin baş tutmasına şərait yaradır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: