Uşaqlıq yolundan qanaxma

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 15516

Uşaqlıq yolundan qanaxmanın səbəbləriUşaqlıq yolundan qanaxma — cinsi yarıqdan qanlı axıntının ifraz olmasıdır. Bu əlamət qarnın aşağısında ağrılar, ümumi halsızlıq, bəzən qızdırma ilə müşayiət olunur. Qanlı ifrazat normada doğuşdan sonra müşahidə edilir. Ona həmçinin hamiləlik patologiyaları, cinsiyyət orqanlarının iltihabi xəstəliklərı, törəmələri və travmatik zədələnmələri zamanı rast gəlinir. Qanaxmanın səbəbi USM, ginekoloji müayinə, kolposkopiya və laborator analizlərlə üzə çıxarılr. Qanlı axıntını dayandırmaq üçün əsas xəstəlik müalicə edilməlidir.  

Uşaqlıq yolundan qanaxmanın səbəbləri  

Doğuşdan sonrakı dövr

Ciftin ayrılmasından sonra uşaqlıqda yara əmələ gəldiyindən normada qanlı axıntılar müşahidə edilir. İlk günlərdə qanaxma güclü olur, sonralar isə ifrazatların miqdarı azalır. Uzunmüddətli, xoşagəlməz iyli qanaxmalara rast gəlindikdə ginekoloqla əlaqə saxlanılmalıdır.  

Cinsiyyət orqanlarının iltihabında uşaqlıq yolundan qanaxma

Uşaqlıq yolundan qanaxmanın müalicəsiQəhvəyi rəngli, o cümlədən “ət suyunu” xatırladan axıntıların ən geniş yayılmış səbəbi qadın cinsiyyət sisteminin müxtəlif şöbələrinin iltihabıdır. Qanaxma epitel toxumasındakı eroziya və destruktiv dəyişikliklərlə, kiçik damarların zədələnməsi ilə bağlıdır. Qanlı axıntı qarnın aşağı hissəsində ağrı, qızdırma fonunda baş verir. Sadalanan əlamətləri aşağıdakı xəstəliklər törədir:  

  • Uşaqlığın patologiyaları: endometrit, uşaqlıq boynunun eroziyası, endoservisit  
  • Uşaqlıq boruları və yumurtalqların iltihabı: salpingit, ooforit, adneksit  
  • Uşaqlıq yolunun xəstəlikləri: kolpit (vaginit), vulvit.

Hamiləlik patologiyalarında qanaxma

Uşaqlıq yolundan qanaxma Uşaqlıq yolundan qanaxma spontangec düşüklərin əsas əlamətlərindəndir. Qanlı ifrazatdan əvvəl qasıqüstü nahiyədə diskomfort yaranır. Bu hiss tədricən omaya yayılan dartıcı və sızıltılı ağrı ilə əvəz olunur. Müalicə aparılmadıqda başlanğıcda qəhvəyi rəngdə olan axıntı güclü qanaxma ilə nəticələnir. Düşükdən savayı uşaqlıq yolundan qanaxma aşağıdakı səbəblərdən baş verə bilər:  

  • Uşaqlıqdan kənar hamiləlik. İlkin mərhələdə yaxılan qəhvəyi ifrazatlar izlənilir. Qadınlar həm də qarnın aşağısındakı ağrılardan şikayətlənirlər. Boru və yaxud uşaqlıq boynu hamiləliyinin pozulması laxtalardan ibarət qanaxma ilə gedir.  
  • Xorionkarsinoma. Bu qrup pasiyentlərin 80%-də qanaxma doğuşdan dərhal sonra yaranır. Şiş infeksiyalaşdıqda axıntılar qan və irin qarışıqlı olur. Düşük və yaxud tibbi abortdan sonra 3-5 həftəlik qanaxma plasentar polipdən xəbər verir.  
  • Doğuş travması. Al-qırmızı qanlı ifrazata dölün baş hissəsi irəliyə doğru keçdikcə doğuş yollarının cırılması zamanı rast gəlinir. Bunu adətən sürətli doğuş və yaxud klinik dar çanaqla əlaqələndirirlər. Güclü qanaxma şokla müşayiət oluna bilər.  
  • Ciftin ayrılması. Ciftin qopma müddətindən asılı olaraq, al-qırmızı və yaxud tünd rəngdə qanaxma müşahidə edilir. Belə hallarda qarın və aralıq nahiyəsində güclü ağrılar formalaşır.  

Travma zamanı uşaqlıq yolundan qanaxma

Yıxıldıqdan və ya aralığın əzilməsindən sonra cinsiyyət orqanlarının zədələnməsi, cırılması vaginal qanaxma törədir. Bu əlamət qasıq nahiyəsində güclü ağrı, sidik ifrazının çətinləşməsi, bəzən sidikdə qanla müşayiət olunur. Uşaqlıq yolundan qanaxma aşağıdakı amillərlə bağlı olur:  

  • Kobud cinsi akt. İntim yaxınlıq zamanı uşaqlıq yolunun selikli qişasının travması ilə əlaqədar azacıq qanlı ifrazat izlənilə bilər. Belə axıntılar qısamüddətli olub, aralıqda dartıcı ağrılarla birgə gedir.  
  • Uşaqlıq yolunun cırılması. Pasiyentlərdə cinsi yarıqdan qanaxma, böyük cinsiyyət orqanlarının ödemi, sianozu, kəskin çanaq ağrıları qeydə alınır. Güclü qan itkisi klitorun zədələnməsi üçün xarakterikdir.  
  • Uşaqlığın perforasiyası. Kriminal abort və yaxud qaşıma nəticəsində  orqanın dəlib-keçən yaralanmaları çoxlu miqdarda al-qırmızı qanaxma ilə müşayiət olunur. Qadının ümumi vəziyyəti pisləşir, qarında şiddətli ağrılar meydana çıxır.   

Oral kontraseptivlərin qəbulu fonunda qanaxma

Hormonal kontraseptiv qəbul edən qadınların 30-40%-də ilk 3 ay ərzində azacıq qanlı ifrazatlar izlənilir. Bu axıntılar orqanizmin xaricdən hormon daxilinə adaptasiyası,  qadının öz estrogenlərinin sintezinin dəyişməsi ilə bağlıdır. Həmçinin tabletlərin qəbul qaydasına düzgün əməl etmədikdə qəhvəyi ifrazatlar yarana bilər. Güclü qanaxma hormonal fonun pozulması səbəbindən uşaqlıqda atrofik proseslərin getməsinə işarə edir. Belə hallarda təcili şəkildə ginekoloqla əlaqə saxlanılmalıdır.  

Endometrioz zamanı uşaqlıq yolundan qanaxma

Endometriozlu qadınların 50-60%-də müntəzəm formada, iysiz, qəhvəyi ifrazatlara rast gəlinir. Qanaxmaya endometriumun hiperplaziyası, uşaqlıq boynunun zədələnməsi səbəb olur. Az miqdarda qanlı axıntı aybaşıdan bir neçə gün əvvəl ortaya çıxır, intensiv çanaq ağrıları, dispareuniya ilə müşayiət edilir. Diffuz endometriozda al-qırmızı, güclü qanaxma mümkündür. Retroservikal endometrioz üçün vaginal və düz bağırsaq qanaxmaları xarakterikdir.  

Xoşxassəli şişlərdə uşaqlıq yolundan qanaxma

İysiz, qəhvəyi axıntılar əsasən uşaqlığın mioması ilə assosiasiyalaşır. Bu xoşxassəli şiş üçün siklin ortasında güclü qanaxma, qarnın aşağı hissəsində ağrı, başgicəllənmə, halsızlıq səciyyəvidir. Aybaşı pozğunluğu fonunda yaranan qanlı ifrazat endometriumun atipik hiperplaziyasına dəlalət edir. Yaxılan, qəhvəyi axıntılara adətən uşaqlığın və servikal kanalın poliplərində cinsi aktdan sonra rast gəlinir. 

Bədxassəli şişlərdə qanaxma

Onkoloji xəstəliklərdə laxta və toxuma qalıqlarından ibarət, üfunətli, qəhvəyi ifrazatlar müşahidə edilir. Vulva və uşaqlıq yolunun xərçəngində əlamətlərin triadası: qanlı axıntı, periodik selikli ifrazatlar və aralıqda ağrı qeydə alınır. Uşaqlıq boynunun xərçənginə cinsi əlaqədən, şırınqalama və vaginal müayinədən sonra qanaxma xasdır. Qanlı axıntı həmçinin uşaqlığın sarkomaadenokarsinomasında, herminogen törəmələrdə yaranır.  

Uşaqlıq yolundan qanaxmanın nadir səbəbləri

  • Genital infeksiyaların ağırlaşmış gedişi: xlamidioz, qonoreya, trixomoniaz  
  • Uşaqlıqdaxili spiralın qoyulması
  • Yatrogen amillər: diaqnostik prosedurlar və qaşıma zamanı endometriumun, uşaqlıq yolunun epitelinin zədələnməsi  
  • Təcili kontrasepsiya
  • Qan sisteminin patologiyaları: trombositopeniya, koaqulopatiya, vazopatiya.

Uşaqlıq yolundan qanaxmanın diaqnostikası

Bu problemin həlli ilə həkim-ginekoloq məşğul olur. Diaqnostika qanaxmanın səbəbinin üzə çıxarılmasına yönəldilir. Bunun üçün kompleks müayinə: fiziki və instrumental üsullar təyin edilir:  

  • Ginekoloji müayinə. Vaginal güzgülərlə uşaqlıq yolu və boynunu yoxlayarkən patoloji dəyişikliklər, eroziya, iltihabi proseslər və endometrioz əlamətləri üzə çıxarılır. Daha informativ üsullara kolposkopiya, servikoskopiya, histeroskopiya aiddir. Onların sayəsində epitelin dəyişilmiş mikroskopik ocaqları aşkarlanır.  
  • Ultrasəs müayinəsi. Çanaq orqanlarının USM-də uşaqlıq və onun artımları vizualizasiya olunur, həcmli törəmələr, endometriumun diffuz çoxalması və qanaxma törədən digər səbəblər müəyyən edilir.  
  • KT və MRT. Şiş törəmələrinin infiltrativ böyümə dərəcəsini qiymətləndirmək üçün kiçik çanaq orqanlarının KT və MRT aparılır.   
  • Biopsiya. İnstrumental vizualizasiya zamanı dəyişilmiş toxuma sahələrinin  aşkarlanması endometrium və uşaqlıq boynundan bioptat götürülməsinə göstəriş sayılır. Hüceyrələrin mikroskopik analizində atipiya dərəcəsi, bədxassəli böyümə əlamətləri qiymətləndirilir.  
  • Diaqnostik qaşıma. Uşaqlığın və servikal kanalın selikli qişasının total qaşınması adi biopsiyadan daha informativliyi ilə seçilir. Bu üsul histoloji analiz üçün xeyli materialın götürülməsinə imkan yaradır.  
  • Laborator analizlər. Xoşagəlməz iyli, vaginal axıntılarda uşaqlıq yolundan yaxma götürülür, mikrofloraya görə yoxlanılır və qidalı mühitə əkilir. Mütləq qaydada qadın cinsi hormonlarının səviyyəsi dəqiqləşdirilir. Qanın ümumi və biokimyəvi analizlərində posthemorragik anemiyanın dərəcəsi və metabolik dəyişikliklər təyin edilir.  

Uşaqlıq yolundan qanaxma zamanı müalicə

Diaqnoz qoyulana qədər yardım

Doğuşdan sonra uşaqlığın involyusiyası və aybaşı ilə bağlı olmayan qanlı axıntılar təcili tibbi yardım tələb edir. Ev şəraitində özbaşına dərman qəbulu və xalq təbabəti üsulları ciddi fəsadlara gətirib çıxara bilər. Qəhvəyi ifrazatlar ağrı ilə müşayiət olunduqda, QSİƏP qəbulu qadağandır. Əks halda qanaxma güclənə bilər.  

Konservativ terapiya

Həkim taktikası qanaxmanın səbəbindən və dərəcəsindən asılıdır. Kiçik həcmli qanaxmalarda əsas patologiyanın terapiyası aparılır. Güclü qanitirmə hallarında isə spesifik hemostatiklər göstərişdir. Qanlı ifrazatların müşahidə edildiyi pasiyentlərdə aşağıdakı dərman qruplarından istifadə olunur:

  • Koaqulyantlar. Trombun formalaşması və qanaxmanın tez kəsilməsi üçün tətbiq edilir. Onlar yalnız güclü qanaxmalarda koaquloqramma göstəricilərinə nəzarətlə təyin olunur.  
  • Hormonal preparatlar. Yumurtalıqlarda estrogen sintezinin pozulması nəticəsində qanaxma baş verdikdə spesifik terapiya aparılır: estrogen və progesteron vasitələrdən istifadə olunur.   
  • İltihabəleyhinə dərmanlar. İltihab mediatorlarının sayını azaldır. Ağrı hissini zəiflədir, cinsi yolların epitelindəki qüsurları sağaldır.  
  • Antibakterial vasitələr. Üfunətli axıntılar və infeksiya əlamətlərində göstərişdir. Səbəbdən asılı olaraq, etiotrop preparatlar: antibiotiklər, antiprotozoy və antifunqal vasitələr təyin edilir. 

Uşaqlıq yolundan qanaxma zamanı cərrahi müalicə

Diffuz endometriozda konservativ terapiya heç bir effekt vermədikdə bu ocaqlar kəsilir və yandırılır. Yumurtalıqların endometriozunda və «şokolad» kistalarında cərrahi laparoskopiya, ovarioektomiya aparılır. Uşaqlıq yolunun eroziyalarında lazer koaqulyasiya tətbiq edilir. Uşaqlığın və yaxud onun boyun hissəsinin polipləri endoskopik üsulla xaric edilir.  

Uşaqlıq qanaxmalarını dayandırmaq üçün əsas qidalandırıcı arteriya bağlanılır. Bu üsul qeyri-effektiv olduqda uşaqlıq amputasiya edilir. İri ölçülü miomaların qanaxma ilə nəticələnməməsi üçün cərrahi müdaxilə aparılır. 

Bədxassəli proseslərdə uşaqlığın artımlarla birgə ekstirpasiyası və şişəleyhinə müalicə (şüa və kimya terapiya) yerinə yetirilir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: