Uşaqlıqdaxili arakəsmə

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 2949

uşaqlıqdaxili arakəsmə nədir?Uşaqlıqdaxili arakəsmə – bətndaxili inkişaf anomaliyası olub, uşaqlıq boşluğunda arakəsmə vasitəsilə ayrılmış 2 hissənin (hemiboşluqlar) olması ilə xarakterizə edilir. Uşaqlıqdaxili arakəsmə alqodismenoreya, uşaqlıq qanaxmaları, sonsuzluq və ya hamiləliyin sona çatdırılmaması ilə təzahür edə bilər. Diaqnoz USM, US-histerosalpinqoskopiya, histeroskopiya, MRT və ya spiral KT, laparoskopiyanın nəticələrinə əsasən qoyulur. Bu qüsurun müalicəsi arakəsmənin histeroskop altında transservikal kəsilməsindən ibarətdir. Uşaqlıqdaxili arakəsmənin kəsilməsindən sonra hamiləliyin daşınması və təbii doğuş ehtimalı xeyli artır.

  • Uşaqlıqdaxili arakəsmənin yaranma səbəbləri
  • Uşaqlıqdaxili arakəsmənin əlamətləri
  • Uşaqlıqdaxili arakəsmənin diaqnostikası
  • Uşaqlıqdaxili arakəsmənin müalicəsi
  • Uşaqlıqdaxili arakəsmənin kəsilməsindən sonra proqnoz

Uşaqlıqdaxili arakəsmə barədə ümumi məlumat

Uşaqlıqdaxili arakəsmə ümumi populyasiyada qadınların 2–3%-də rast gəlinir və qadın reproduktiv sisteminin ən çox yayılmış (48-55%) inkişaf qüsuru sayılır. Uşaqlıqdaxili arakəsmə uzunluğundan asılı olaraq, natamam və tam (servikal kanala çatan) formalara bölünür. Çox zaman uzunluğu 1-6 sm olan boylama, az hallarda isə köndələn arakəsmələr müşahidə olunur. Uşaqlıqdaxili arakəsmənin olması nisbətən gec, adətən pasiyentin aybaşı disfunksiyası, adəti düşüklər və ya sonsuzluq səbəbilə müayinəsi zamanı aşkarlanır. Bu inkişaf qüsuru pasiyentlərin bir qismində  böyrək anomaliyaları ilə müştərək inkişaf edir.

Uşaqlıqdaxili arakəsmənin səbəbləri

Uşaqlıqdaxili arakəsmənin səbəbləriBətndaxili inkişaf dövründə uşaqlıq paramezonefral (müller) axacaqlarının birləşməsi nəticəsində inkişaf edir. Normada hestasiyanın 19-20-ci həftəsində uşaqlıq-uşaqlıq yolu kanallarını ayıran orta arakəsmənin kanalizasiya və sorulma prosesləri başa çatır. Əlverişsiz amillərin təsirindən orqanogenezin pozulması uşaqlıq boşluğunda orta arakəsmənin saxlanmasına gətirib çixarır.

Uşaqlıqdaxili arakəsmənin inkişafında genetik amillər, erkən və gecikmiş toksikozlar, ciftin patologiyaları, ananın infeksiyaları (məxmərək, qızılca, toksoplazmoz və s.), şəkərli diabet, zərərli vərdişlər, qeyri-kafi qidalanma, ionlaşdırıcı şüalanma, bəzi dərman preparatlarının qəbulu böyük rol oynayır.

Uşaqlıqdaxili arakəsmənin əlamətləri

Uşaqlıqdaxili arakəsmənin əlamətləriUşaqlıqdaxili arakəsməsi olan pasiyentlərdə adətən alqomenoreya və ya patoloji uşaqlıq qanaxmaları tipli aybaşı siklinin pozğunluqları müşahidə olunur. Patologiyanın digər təzahürü adəti düşüklər (hamiləliyin özbaşına pozulması), nadir hallarda isə sonsuzluqdur. Uşaqlıqdaxili arakəsməli qadınlarda düşük riski I trimestrdə 30—60%, II trimestrdə  —5% təşkil edir.

Embrionun damarsız uşaqlıqdaxili arakəsməyə implantasiyası zamanı onun inkişafı pozularaq düşüklə nəticələnir. Bundan əlavə, uşaqlıqdaxili arakəsmənin olması uşaqlıq boşluğunun həcmini azaldır, hamiləlik prosesində dölün böyüməsinə mane olur. Çox zaman uşaqlıqdaxili arakəsmə II trimestrdə hamiləliyin pozulmasına səbəb olan istmiko-servikal çatışmazlıqla müştərək şəkildə inkişaf edir. Eləcə də uşaqlıqdaxili arakəsmənin olması dölün köndələn vəziyyəti, vaxtından əvvəl doğuş halları, doğuş prosesində uşaqlığın yığılma qabiliyyətinin zəifləməsinə səbəb olur. Belə patologiyalı xəstələrdə mayalanma qabiliyyətinin azalması müşahidə olunur.

Uşaqlıqdaxili arakəsmənin diaqnostikası

Kliniki ginekologiyanın statistik məlumatlarina əsasən uşaqlıqdaxili arakəsmə adətən xəstələrin sonsuzluq, hamiləliyin sona çatdırılmaması səbəbilə müayinəsi və ya diaqnostik qaşınma zamanı aşkar olunur. Kiçik çanağın USM vasitəsilə uşaqlıqdaxili arakəsməni müəyyən etmək hər zaman mümkün olmur. Bəzən arakəsmə öndən arxaya doğru istiqamətlənmiş nazikdivarlı toxuma şəklində müşahidə olunur. USM vasitəsilə uşaqlıqdaxili arakəsmənı ikibuynuzlu uşaqlıqdan fərləndirmək çətinlik törədir.

Bu anomaliyanın diaqnostikasında US-histerosalpinqoskopiya daha informativ üsul hesab edilir. Müayinə zamanı arakəsmənin uzunluğu və qalınlığı təyin edilir. Sidik sisteminin anomaliyalarını inkar etmək üçün böyrəklərin USM aparılır. Diaqnostika prosesində həmçinin endoskopik üsullar-histeroskopiya və laparoskopiyadan da istifadə olunur. Laparoskopiya zamanı uşaqlığın köndələn istiqamətdə genişlənməsi, ağımtıl zolaqlar, sagittal istiqamətdə azacıq dartılmalar və ya uşaqlıq hemiboşluqlarının assimmetriyası aşkar olunur.

Uşaqlıqdaxili araskəsmələrdə aparılan histeroskopiya qüsurun tipinin dəqiqləşdirilməsi və onun cərrahi yolla aradan qaldırılması məqsədi daşıyır. Histeroskopiya prosesində ginekoloq uşaqlıq boşluğunu  hər birində uşaqlıq dəlikləri olan 2 izoləolunmuş hemiboşluğa bölən, müxtəlif uzunluq və qalınlıqlı uçkünc zolaqşəkilli toxuma aşkar edir.   Arakəsmənin tipini differensiasiya etmək mümkün olmadıqda MRT və ya multispiral KT məsləhət görülür. Uşaqlıqdaxili arakəsmənin diaqnostikasında histerosalpinqoqrafiyanın imkanları təxminən 50% təşkil edir.

Uşaqlıqdaxili arakəsmənin müalicəsi

Uşaqlıqdaxili arakəsmənin aşkarlanması zamanı uşaqlıq fizioloji quruluşunu bərpa etmək məqsədilə metroplastika həyata keçirilir.  Əksər hallarda transservikal yolla histeroskopun kanalından boylama və köndələn istiqamətdə keçməklə, arakəsmənin cərrahi yolla kəsilməsi icra olunur. Nazik və dar arakəsmələrin kəsilməsi üçün endoskopik qayçı; vaskulyarizasiyali enli və qalın arakəsmənin aradan qaldırılması üçün histerorezektoskopdan istifadə olunur. Cərrahi histeroskopiya zamanı uşaqlıq boşluğunun lazer rekonstruksiyasının aparılması mümkündür.

Sevikal kanala kimi uzanan uşaqlıqdaxili tam arakəsmələrdə ikincili istmiko-servikal çatışmazlığın qarşısını almaq üçün arakəsmənin boyun hissəsinə toxunulmur.  Metroplastika zamanı fallopiya borularının simmetrik yerləşmiş uşaqlıq dəlikləri müşahidə olunur. Cərrahi histeroskopiya və laparoskopiyanın  birgə aparılması uşaqlıq toxumalarının kəsilmə dərinliyinə nəzarət etməyə imkan verir. Uşaqlıqdaxili arakəsmə kəsildikdən sonra epitelləşmə proseslərini sürətləndirmək və uşaqlıqdaxili sinexiyaların yaranma riskini aradan qaldırmaq üçün estrogenlər təyin olunur və ya uşaqlıqdaxili spiral (UDS) qoyulur.

Uşaqlıqdaxili arakəsmənin kəsilməsindən sonra proqnoz

Uşaqlıqdaxili arakəsmənin transservikal histeroskopik kəsilməsi az travmatik və qoruyucu əməliyyat olub, müdaxilədən sonra çapıq toxumasının yaranmaması ilə xarakterizə olunur.  Əməliyyat olunmuş xəstələrdə düşük təhdidləri azalır, normal doğuşların tezliyi 70—85% artır. Hamiləliyin daşınması problemi aradan qalxmadıqda xəstə köməkçi reproduktiv texnologiyalardan (surroqat analıq) istifadə edə bilər. Xəstənin yumurtahüceyrəsinin EKM kişinin spermatozoidləri və ya donor spermasından istifadə etməklə həyata keçirilir, sonra isə embrion surroqat ananın uşaqlıq boşluğuna yerləşdirilir.

Uşaqlıqdaxili arakəsmənin histeroskopik kəsilməsi uşaqlığın perforasiyası ilə ağırlaşa bilər. Histeroskopik rezeksiya uşaqlıq dibinin nazilməsi ilə müşayiət olunduğundan, hamiləlik prosesində uşaqlığın cırılma riski mövcuddur. Uşaqlıqdaxili arakəsmənin kəsilməsindən sonra pasiyentlərdə hamiləliyin aparılması xüsusi diqqət və nəzarət tələb edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: