Vaginizm
Vaginizm – cinsiyyət yollarının əzələlərinin intim yaxınlıq və ginekoloji müdaxilələrə mane olan reflektor qıcolmaşəkilli spazmıdır. Vaginizm nevrozlara aid olub, uşaqlıq yolunu yığan və arxa dəliyi qaldıran əzələlərin qeyri-ixtiyarı yığılması ilə xarakterizə olunur. Vaginizmin diaqnostikası xarakterik şikayətlər və ginekoloji müayinənin əsasında qoyulur. Müalicə ginekoloq, psixoterapevt, seksoloq tərəfindən aparılır.
- Vaginizmin təsnifatı
- Vaginizmin yaranma səbəbləri
- Vaginizmin əlamətləri
- Vaginizmin diaqnostikası
- Vaginizmin müalicəsi
- Proqnoz
Vaginizm barədə ümumi məlumat
Vaginizm (kolpospazm, vulvizm, seksual nevroz) qadınların 2-3%-də rast gəlinir, istənilən yaş dövründə yarana və müxtəlif dərəcədə təzahür edə bilir. Vaginizm intim yaxınlıq zamanı cinsi akt və deflorasiya önü qorxu ilə əlaqədar yaranır və reflektor- müdafiə xarakteri daşıyır. Bu da budların reflektor yaxınlaşdırılması, aralıq, uşaqlıq yolu, qarın divarı əzələlərinin yığılması və bədənin digər müdafiə hərəkətləri ilə nəticələnir. Qadınların bıq qismində libido və orqazm hiss etmək qabilliyyəti saxlanılır və ya tədricən artır. Bəzi hallarda vaginizm illərlə edən virqoqamiyaya (bakirə nigah) səbəb olur.
Vaginizmin təsnifatı
Birincili vaginizm ilkin cinsi əlaqəyə cəhd anında yaranan çətinlik; ikincili vaginizm isə cinsi həyata başladıqdan sonra yaranan pozulmalardır. Bundan əlavə vaginizmin prekoital (ancaq cinsi əlaqəyə girmək cəhdi zamanı yaranır) və generalizə olunmuş (nəinki cinsi əlaqə, həmçinin ginekoloji müayinə, tamponların qoyuulması və s. hallarda reflektor olaraq baş verir) formaları ayırd edilir.
Vaginizmin 3 ağırlıq dərəcəsi qeyd olunur: yüngül dərəcə uşaqlıq yoluna salınan alət, həkimin barmağı, kişi cinsi orqanına cavab olaraq əzələlərin spazmı ilə xarakterizə olunur. Orta dərəcəli vaginizm zamanı reflektor reaksiya cinsi orqana toxunduqda yaranır. Ağır dərəcəli vaginizm ginekoloji müayinə və ya intim yaxınlıq barədə fikirləşdikdə yaranan spazmdır.
Həqiqi vaginizmi psevdovaginizmdən fərqləndirmək lazımdır. Psevdovaginizm – travma, inkişaf anomaliyaları (uşaqlıq yolunun və ya qızlıq pərdəsinin atreziyası), cinsi yolların xəstəlikləri (kolpit, bartolinit, genital herpes, selikli qişalanın quruluğu, anal çat, uşaqlıq yolunun girəcəyinin çapıq mənşəli daralmaları və s.) zamanı ağrı qıcığına qarşı yaranan əzələ spazmıdır. Eləcə də vaginizmi koitofobiya- spastik əzələ yığılması ilə müşayiət olunmayan cinsi akt qorxusu ilə səhv salmaq olmaz.
Vaginizmin yaranma səbəbləri
Sübut olunmuşdur ki, vaginizm psixogen xarakter daşıyır və çox zaman nevrasteniya, sayrışan hallar nevrozu, isteriya ilə əlaqəli olur. Nevrasteniya zamanı vaginizm cinsi əlaqəyə qarşı qorxu hissi olmayıb, sinir sisteminin ümumi oyaqnıqlığı nəticəsində yaranan şərtsiz müdafiə reaksiyasıdır. Belə simptomokopleks çox hallarda bəzi somatik xəstəliklərdə – tireotoksikoz, travmatik serebrasteniyada müşahidə olunur.
Psixasteniya zamanı (sayrışan hallar nevrozu) vaginizm fobiya xarakteri daşıyır, yəni ginekoloji müayinələr və cinsi əlaqəyə qarşı sayrışan qorxu nəticəsində yaranır. Vaginizm çox zaman ağrılı deflorasiya və cinsi akt haqqında mənfi təəssüratları olan (qızlıq pərdəsinin rigidliyi, vulvovaginit, uşaqlıq yolunun çat və cılırmaları) vəsvəsəli, həyəcanlı qadınlarda rast gəlinir.
İsteriya zamanı vaginizm qadının cinsi partnyorla anlaqlı və anlaqsız intim əlaqəyə girməmək istəyidir. İsterik şəxslərdə vaginizmin səbəbi məcburi evlilik, partnyora qarşı antipatiya, onun kobud davranışı, təcavüz, kişilərdə erektil dinsfunksiya və s. ilə bağlı ola bilər. Əksər hallarda vaginizmə bakirə qızlarda rast gəlinir, lakin evli və hətta uşaq doğan qadınlarda da müşahidə oluna bilər.
Vaginizmin əlamətləri
Vaginizmin əlamətləri adətən cinsi həyatın başlanması ilə əlaqədardır. Əzələlərin qıcolma tipli spazmı qorxu və ya ağrılı deflorasiyanı gözləmə fonunda inkişaf edir, lakin bəzi hallarda qəfil yarana bilər. Vaginizm zamanı uşaqlıq yolu, bud, çanaq dibi, qarın divarı əzələlərinin yığılması cinsi orqanlara toxunma, intim yaxınlıq, hətta bu haqda düşündükdə belə baş verir Analoji reaksiyalar gigiyenik tampon, uşaqlıq yolunun müayinəsi və ya onu aparmaq cəhdi zamanı baş verir.
Əgər spazm cinsi orqanlara təmas zamanı yaranırsa, koitus aparılması mümkün olmur. Cinsi akt zamanı spazm baş verdikdə kişi cinsi orqanın uşaqlıq yolunda sıxılması güclü ağrı və orqanın ödemi ilə müşayiət olunur. Vaginizmli xəstələrin çox hissəsinin anamnezində müxtəlif növ uşaqlıq dövrü bağlı qorxusu, dismorfofobiya, yuxu pozulmaları, depressiyalara rast gəlinir.
Nervrastenik pozğunluqlar zamanı yüngül və orta, fobik nevrozlarda – orta və ya ağır, isteriyalar zamanı isə orta dərəcəli vaginizm müşahidə olunur. Psevdovaginizm psixi cəhətdən sağlam qadınlarda cinsi akt zamanı yaranan ağrı sindromunun fonunda inkişaf edir. Vaginizmdən əziyyət çəkən qadınların əksəriyyətində cinsi istək və orqazm hissi saxlanılır, onların həkimə müraciət etmə səbəbi ana olmaq istəyi və özlərini natamam qadın kimi hiss etmələri ilə bağlı olur.
Vaginizmin diaqnostikası
Vaginizmin diaqnostikası şikayətlər və anamnezin toplanması, obyektiv müayinələrin əsasında qoyulur. Qadının fiziki və cinsi inkişafının xüsusiyyətləri, seksə münasibəti, keçmiş seksual təcrübə hazırkı cinsi həyatın təfsilatı araşdırılır. Bundan əlavə istifadə olunan kontraseptik vasitə, hamiləliyin planlaşdırılması, uşaqlıq yoluna yad cismin daxil olması zamanı yaranan ağrı hissinin xarakteri dəqqiləşdirilir.
Ginekoloji kresloda müayinə zamanı uşaqlıq yolunun girişini əhatə edən əzələlərin qeyri-ixtiyari spazmı müşahidə olunur. Vaginizmin ağır hallarında ginekoloq tərəfindən aparılan vaginal müayinə ancaq narkoz altında mümkün olur. Psevdovaginizmin yaranma səbəbini təyin etmək üçün yaxmanın baterioloji, mikroskopik və PZR müayinələri aparılır.
Vaginizmin müalicəsi
Vaginizmin müalicəsinə ginekoloq, psixoterapevt, psixoloq, seksoloq, proktoloq cəlb olunur. Vaginizmin kompleks terapiyası etioloji amillər nəzərə alınmaqla aparılır. Psevdovaginizmin müalicəsində ilkin addım cinsi akt zamanı ağrını yaradan səbəbi aradan qaldırmaqdır. Vulvit, kolpit, bartolinit zamanı törədici nəzərə alınmaqla iltihabəleyhinə terapiya, anal çatlar zamanı yerli müalicə və presakral blokada aparılır.
Həqiqi vaginizmin terapiyası psixoterapiya, hipnoz seansları, maarifləndirici söhbətlər, partnyorun erektil disfunksiyasının müalicəsi, cinsi maarifləndirmənın aparılmasından ibarətdir. Vaginizmli xəstələrə çanaq və bud əzələlərinin boşalmasına yönəldilmiş xüsusi fiziki hərəkətlər, tənəffüs gimnastikası, refleksoterapiya məsləhət görülür. Seans zamanı xəstəyə ginekoloji müdaxilələrin ağrısız olması başa salınır, uşaqlıq yolunun əvvəl 1, sonra isə 2 barmaq və müxtəlif ölçülü genişləndiricilərlə tədricən genişləndirilməsi həyata keçirilir. Bununla yanaşı vaginizmin əlamətlərini azaltmaq üçün trankvilizator, antidepressant, miorelaksant, valerian, brom preparatları və uşaqlıq yoluna 2%-li dikain məhlulun yaxılması təyin olunur.
Qızlıq pərdəsinin saxlandığı və vaginizm hallarda cərrahi deflorasiya aparıla bilər. Vaginizmin müalicəsi zamanı cinsi partnyorun da psixoterapevt və ya seksoloqun köməyinə ehtiyacı var. İsterik vaginizmin terapiyası psixikanı zədələyən anların aradan qaldırılması ilə bağlıdır.
Vaginizmin proqnozu
Vaginizmli xəstələrin normal cinsi həyat baxımından proqnozu əksər hallarda qənaətbəxşdir. Gələcəkdə bu qadınlar hamiləlik planlaşdıra bilər.