Yumurtalığın fibroması

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1404

yumurtalığın fibroması nədən yaranır?Yumurtalığın fibroması – birləşdirici toxumadan ibarət xoşxassəli hormonal qeyri-aktiv şişdir. Kiçik ölçülü fibromalar uzun müddət heç bir əlamətlə özünü büruzə verməyə bilər, şişin ölçüləri artdıqda xəstəlik assit, anemiya, bəzən hidrotoraks (Meyqs sindromu) ilə təzahür edir. Diaqnostik məqsədlə ginekoloji müayinə, USM, KT istifadə olunur; yumurtalğın fibromasının son diaqnozu şiş toxumalarının histoloji müayinəsinin nəticələsinə əsasən qoyulur. Müalicə cərrahi yolladır, şiş bəzən zədələnmiş uşaqlıq artımı ilə birgə xaric edilir.

  • Yumurtalığın fibromasının yaranma səbəbləri
  • Yumurtalığın fibromasının əlamətləri
  • Yumurtalığın fibromasının diaqnostikası
  • Yumurtalığın fibromasının müalicəsi
  • Yumurtalığın fibromasının proqnoz və profilaktikası

Yumurtalığın fibroması barədə ümumi məlumat

Yumurtalığın fibromasının yaranma səbəbləriYumurtalığın xoşxassəli törəmələri arasında fibroma 10% hallarda rast gəlinir; cinsi yetişkənlik dövründən başlayaraq, inkişaf edə bilər, lakin xəstəlik daha çox premenopauza və menopauza dövrlərində (40-60 yaş) müşahidə olunur. Yumurtalığın fibroması hamar və ya düyünlü səthli yumru və yaxud oval törəmə olub, ölçüləri 10-12sm-ə qədər böyüyə bilir. Fibromanın konsistensiyası psevdoboşluqlar olduqda sərt-elastik, ifadəli ödem zamanı yumşaq, kalsium duzları toplandıqda isə bərk olur. Yumurtalığın fibroması birtərəfli lokalizasiyaya malikdir, ayaqcıq hesabına hərəkətlidir.

Kəsikdə yumurtalığın fibroması ağ və ya ağımtıl-boz rəngdədir, adətən çox az sayda damarlara rast gəlinir; uzunmüddətli şişlərdə mərkəzi hissədə nekroz, qansızma, degenerativ dəyişikliklərin izlənildiyi qonur-qırmızı rəngli işemiya ocaqları qeydə alınır. Histololoji baxımdan şiş birləşdirici toxumanın öz aralarından müxtəlif istiqamətlərdə kəsişən iy hüceyrələrinin  yığınından  ibarətdir, ödem zamanı hüceyrələr ulduz formasını alır.

Yumurtalığın fibromasının 2 forması ayırd edilir: məhdud (şiş aydın nəzərə çarpan kapsula malikdir) və diffuz (yumurtalıq tam zədələnir). Yumurtalığın fibromasının toxumaları adətən ödemli olur.

Yumurtalığın fibroması ləng böyüyən şişlərdəndir, lakin toxumalarda distrofik proseslər zamanı onun böyüməsi sürətlənə bilər. Şişin miotik aktivliyinin artması aşağı bədxassəli potensiala malik keçid vəziyyət sayılır.

Kiçik ölçülü firbomalar adətən yumurtalığın fəaliyyətinə təsir etmir, hamiləliyin baş verməsinə və hestasiya dövrünə mane olmur. Yumurtalığın hipersellülyar fibroması residivləşməyə meyllidir, xüsusən əməliyyat prosesində onun kapsulunun zədələnməsi zamanı belə hallara tez-tez rast gəlinir. Yumurtalığın fibromasının ağırlaşmalarına ayaqcığın burulması, nekroz, qansızma, şişin irinləməsi, maliqnizasiya ehtimalı aiddir.

Yumurtalığın fibromasının yaranma səbəbləri

Yumurtalığın fibromasının etiologiyası dəqiq müəyyənləşdirilməmişdir. Onun risk amillərinə pasiyentin qeyri-qənaətbəxş premorbid fonu – endokrin patologiya (aybaşı və reproduktiv funksiyaların pozulması), immun müdafiənin zəifləməsi, uşaqlıq artımlarının iltihabını (adneksit, ooforit) aid etmək olar. Yumurtalığın fibroması uşaqlığın mioması, yumurtalığın kistası ilə müştərək şəkildə inkişaf edə bilər, onun bu xəstəliklərlə ümumi etioloji amillərə malik olması ehtimal edilir.

Yumurtalığın fibromasının əlamətləri

Yumurtalığın fibromasının əlamətləriÖlçüsü 3sm-dən böyük olmayan fibromalar yumurtalığın funksiyalarının saxlanıldığı hallarda uzun müddət heç bir əlamətlə özünü büruzə verməyə bilər. Şişin ölçüləri artdıqca köp, ağrı, təngnəfəslik, halsızlıq, tez yorulma, taxikardiya ilə təzahür edən Meyqs sindromu (assit, anemiya, plevrit) inkişaf edir.

Assit yumurtalığın fibromasının ən çox rast gəlinən əlaməti olub, transsudatın şişin tərkibindən qarın boşluğuna axması nəticəsində yaranır. Hidrotoraks assitik mayenin qarın boşluğundan diafraqma yarığı ilə plevra boşluğuna keçməsi ilə əlaqədar baş verir. Yumurtalığın fibroması bəzən poliserozit və kaxeksiya (bir qayda olaraq, şişin maliqnizasiyası zamanı) ilə müşayiət olunur. Xəstəliyin ağırlıq dərəcəsi transsudatın qonşu orqanlara təzyiqinə əsasən  (xüsusən poliserozitlərdə) qiymətləndirilir.

Peritonun ifadəli qıcıqlanma əlamətləri qansızma və nekroz, eləcə də şişin ayaqcığının burulması zamanı müşahidə edilir. Aybaşı sikli adətən pozulmur. Yumurtalığın fibroması cinsiyyət sisteminin digər xəstəlikləri ilə birgə inkişaf etdikdə klinik şəkil onların əlamətlərinin müştərəkliyi ilə xarakterizə olunur: məsələn, uşaqlığın fibroması zamanı menorragiya izlənilə bilər.

Yumurtalığın fibromasının diaqnostikası

Yumurtalığın fibroması uzun müddət simptomsuz gedə  və müayinə və yaxud digər xəstəlik səbəbindən aparılan əməliyyat prosesində təsadüfən aşkarlana bilər. Diaqnoz klinik əlamətlər, bimanual müayinə ilə ginekoloqun baxışı; laborator diaqnostika (qanın ümumi analizi, CA-125, HE 4); instrumental üsullar (kiçik çanaq orqanlarının USM, MRT, KT) və xaric olunmuş şiş toxumasının histoloji analizinə əsasən qoyulur.

Ginekoloji müayinədə uşaqlıqdan arxada və ya onun yan hissəsində hamar və ya düyünlü səthli, sərt, bəzən bərk konsistensiyalı, hərəkətli, ağrısız törəmə aşkarlanır. Rəngli doppleroqrafiya ilə ultrasəs müayinədə dəqiq hamar konturlara malik, həmcinsi exopozitiv quruluşlu, orta exogenlikli, bəzən exoneqativ əlavələrdən ibarət yumru və ya oval törəmə müəyyən edilir. Rəngli doppleroqrafiya zamanı damarlar vizualizasiya olunmur, bu da yumurtalığın fibromasının avaskulyarlığına dəlalət edir.

Yumurtalığın fibromasının diaqnostikasında MRT və KT həssalıq və spesifikliyinə görə USM ilə eynidir. Plevra və ya qarın boşluğunun punksiyası ilə alınmış transsudatın sitoloji müayinəsi aparıla bilər. Yumurtalığın fibromasının ən dəqiq müayinə metodu diaqnostik laparoskopiyadan sonra xaric edilmiş şiş toxumasının histoloji müayinəsidir.  Yumurtalığın fibroması  uşaqlığın subseroz miomatoz düyünləri, yumurtalığın kistoması, yumurtalığın metastatik xərçəngi, yumurtalığın follikulyar kistası, sarı cismin kistası ilə differensiasiya edilir.

Yumurtalığın fibromasının müalicəsi

Yumurtalığın fibromasının konservativ (medikamentoz) müalicəsi aparılmır. Yeganə müalicə yolu şişin cərrahi üsulla xaric edilməsidir. Cərrahi müdaxilənin həcmi şişin ölçüsü, xəstənin yaşı, digər yumurtalıq və uşaqlığın vəziyyəti, yanaşı gedən patologiyadan asılıdır.

Cavan qadınlarda yumurtalığın fibromasının ölçüsü böyük olmadıqda aybaşı və reproduktiv funskiyalar qorunmaqla şiş laparoskopik üsulla çıxarılır (soyulur). Premenopauza dövründə ooforektomiya və ya adneksektomiya məqsədəuyğundur; yumurtalıqların ikitərəfli zədələnmələrində onlardan birinin müəyyən hissəsini saxlamağa çalışırlar.

Yumurtalığın fibromasının proqnoz və profilaktikası

Yumurtalığın fibromasının proqnozu qənaətbəxşdir, maliqnizasiya ehtimalı 1% təşkil edir. Hamiləliyin planlaşdırılmasına yalnız reabilitasion terapiya kursu başa çatdıqdan sonra icazə verilir.

Yumurtalığın fibromasının spesifik profilaktika üsulları mövcud deyil; xəstəliyi vaxtında aşkar etmək üçün ildə ən azı 1 dəfə ginekoloji müayinə, kiçik çanaq orqanlarının ultrasəs müayinəsi məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: