Quru, tez qırılan saçlar

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1978

quru, tez qırılan saçlara qulluqQuru, tez qırılan saçlar (trixoklaziya) əksər hallarda daxili orqanların xəstəliklərinin simptomları və/ və ya saçlara qeyri-düzgün qulluğun nəticəsidir; belə ki, pasiyentlərin az hissəsi anadangəlmə saç anomaliyasından – düyünlü trixoklaziyadan əziyyət çəkir. Quru və tez qırılan saçlar mədə-bağırsaq traktının xroniki patologiyaları, sidikçıxarıcı sistemin fəaliyyətinin pozulması, xroniki infeksiyalar (tonzillit, vərəm), qurd invaziyası, saçların boyanması və kimyəvi maddələr vasitəsilə burulması kimi prosedurların tez-tez tətbiqinin nəticəsi ola bilər. Tez qırılan saçların müalicəsi saça aqressiv təsir göstərən prosedurlardan imtina və səbəb olan xəstəliyin korreksiyası ilə başlanmalıdır.

  • Tez qırılan saçların səbəbləri
  • Tez qırılan saçların xarici təzahürləri və diaqnostikası
  • Tez qırılan saçların müalicəsi

Quru, tez qırılan saçlar barədə ümumi məlumat

Quru, tez qırılan saçlar – saçların dəri piyinin yetərsiz ifrazı ilə bağlı olan vəziyyətidir. Patologiya saçlarda parıltı, yumşaqlıq və elastikliyin olmaması, onların haçalanması; quru, kiçik kəpəklərin olması, baş dərisinin gərilməsi ilə təzahür edir. Saçlar cansız görünür, asanlıqla bir-birinə dolaşır. Saçların quruluğu onların çox tökülməsinə gətirib çıxarır. Quruluğa və tez qırılmaya səbəb olan amillər (yuyulmanın tezliyi; uyğun olmayan şampundan, isti fendən istifadə, boyama və burma, qeyri-düzgün qidalanma və s.) aradan qaldırıldıqdan sonra saçların vəziyyəti normallaşır.

Tez qırılan saçların səbəbləri

Dəri artımları orqanizmin ümumi vəziyyətini əks etdirir. Quru və tez qırılan saçlar dəmirdefisitli və oral hüceyrəli anemiyalarda müşahidə olunur; belə ki, bu patologiyalar zamanı orqanizmin bütün hüceyrələri hipoksiyadan əziyyət çəkir. Baş dərisinin mikrosirkulyasiyası pisləşir, follikulların qidalanması pozulur; bu isə saçların quruluşunun dəyişilməsinə, onların quru və tez qırılan olmasına gətirib çıxarır.

Mədə-bağırsaq traktının vitamin və mikroelementlərin sorulmasının pozulması ilə gedən xəstəlikləri, həmçinin vitaminlərin mənimsənilməsi pozulan orqanizmin patoloji vəziyyətləri quru və tez qırılan saçların anemiyadan sonra daha çox rastlanan ikinci səbəbidir.

Böyrəklərin və ağciyərlərin xroniki xəstəlikləri tez-tez dəri artımlarının vəziyyətində əks olunur: quru, tez qırılan saçlar; dırnaqların laylanması xroniki böyrək çatışmazlığı və vərəm infeksiyasında tez-tez müşahidə olunur. Dişlərin kariesi, badamcıqların xroniki iltihabı kimi xroniki infeksiya ocaqları, həmçinin parazitar xəstəliklər – lyamblioz, helmint invaziyası diskomfort yaratmasa da, haçalanan və tez qırılan saçlar şəklində təzahür edə bilər.

Lakin trixologiya sahəsində aparılan son tədqiqatlar təsdiqləyir ki, tez qırılan saçların əsas ekzogen səbəbi onlara qeyri-düzgün qulluqdur. Bu zaman başlıca yalnışlıq ondadır ki, yağlı saçlar quru ola bilmir. Saçların quruluğu onların quru olmasındadır, aqressiv yağsızlaşdırma isə problemi daha da dərinləşdirir. Nəticədə saçlar nəinki quru, həm də tez qırılan olur.

Saçların tez-tez boyanması, kimyəvi maddələrlə burulması üçün sancaqlardan istifadə saçların quruluğuna və tez qırılmasına gətirib çıxarır. Ultrabənövşəyi şüalanma, dəniz suyu, suyu xlorlaşdırılmış hovuzlarda çimmək, bəzi preparatların qəbulu pasiyentin vəziyyətini pisləşdirir, onları tez qırılan və haçalanan edir. İlin soyuq fəsillərində baş geyimlərindən istifadə etməmək və ya onları istifadə edən zaman saçın bir hissəsinin xaricdə qalması yaz-qış dövründə, xüsusən hipovitaminozla müşayiət olunduqda saçların tez qırılmasının əsas səbəbidir.

Stress vəziyyətləri, tükənmə, fiziki və zehni tükənmə, quru və tozlu hava, sərt su və saçlara qulluq üçün qeyri-düzgün vasitələrin seçilməsi də onlara mənfi təsir göstərir. Saçların tez qırılması saç dizayn vasitələrindən (onların natamam təmizlənməsi) sui-istifadə və metal saç sancaqlarından istifadə ilə də izah oluna bilər. Saç spiralının və follikulununn anadangəlmə patologiyaları tez qırılan saçların bütün klinik hallarının 3%-ini təşkil edir.

Tez qırılan saçların xarici təzahürləri və diaqnostikası

Saçların tez qırılan və quru olması vizual diaqnostika olunur. Saçlar cansız, onun hissələri müxtəlif hündürlükdə sınmış olur; bu isə bütün saçı nizamsız edir. Tez qırılan və quru saçlar zamanı ətraflı analiz və qanın biokimyəvi analizi mütləq aparılmalıdır. Pasiyentin anamnezi onun saçların tez qırılan xarakter almasına gətirib çıxaran xroniki patologiyalardan hansından əziyyət çəkməsinin müəyyənləşdirilməsinə kömək edir. Ümumi müayinə az informativ olduqda və ya saçların dəqiq vəziyyətini aydınlaşdırmaq lazım gəldikdə saçların spektral analizi metoduna müraciət olunur. Bu metodun köməyilə quru, tez qırılan saçların spektrometriyası təyin olunur və onlarda mikroelementlərin konsentrasiyası müəyyənləşdirilir.

Tez qırılan saçların müalicəsi

İlk növbədə saçların tez qırılmasının əsas səbəbi aradan qaldırılmalıdır. Əsas xəstəliyin korreksiyası və quru, tez qırılan saçlar üçün müalicəvi kosmetikadan istifadə optimal müalicə metodudur. Quru və tez qırılan saç simptomlu hər bir klinik halda dərman korreksiyası və müalicəvi kosmetika fərdi şəkidə, trixoloqun konsultasiyasına əsasən seçilir.

B qrupu, A, C, E vitaminləri, dəmir, sink, selen, maqnezium təyin olunur. Nəzərdə saxlamaq lazımdır ki, kompleks preparatların qəbulu həmişə məqsədəuyğun deyil; belə ki, vitaminləri yeməkdən sonra qəbul etmək lazımdır və onlardan bəziləri birlikdə qəbul zamanı mənimsənilmirlər. Mədə-bağırsaq traktı xəstəlikləri səbəbindən vitaminlər sorulmadıqda, daha çox qastritlə əlaqəli dəmirdefisitli anemiyalarda B qrupu vitaminləri və dəmir preparatları əzələdaxili inyeksiya şəklində təyin olunur.

Qidalanmanın və həyat tərzinin korreksiyası quru və tez qırılan saçların müalicəsində az əhəmiyyət daşımır; belə ki, qidalar zülal və tərəvəzlərlə zəngin olmalıdır; bu zaman sərt pəhrizlər yolverilməzdir. Çoxlu miqdarda su, mineral sular içmək saçların quruluğunu dəf etməkdə kömək edir. Qapalı məkanlarda hava çox quru olduqda havanəmləndiricilər və ozonatorlardan istifadə etmək lazımdır. Siqaretdən, kofedən və spirtli içkilərdən imtina saçların vəziyyətinə müsbət təsir göstərir.

Sadə olmasına baxmayaraq, müalicə proqramı quru və tez qırılan saçlar probleminin öhdəsindən yaxşı gəlir. Müalicəvi kosmetikanı istifadəyə başlamazdan əvvəl saçların bir hissəsini kəsmək tövsiyə olunur. Belə ki, saç kəsimi saçın strukturunu yaxşılaşdıra bilər, lakin saç spiralının qırılmış uclarının normal vəziyyət alması üçün uzun zaman tələb olunur. Saçlara qulluq vasitələrinin tərkibinə quruluşuna görə keratinə bənzəyən dəniz yosunlarının trixosaxaridləri daxil olmalıdır. Bu maddələr asanlıqla saç spiralına daxil olub onu möhkəmləndirməklə saçların tez qırılmasının qarşısını alır. Saçların müalicə proqramına daxil olan qidalandırıcı-bərpaedici komplekslər yetkin saçları möhkəmləndirir və yumşaldır, saç follikullarını stimulyasiya edir.

Adi şampunların tərkibində aktiv maddələrin konsentrasiyası az olduğundan onlar quru və tez qırılan saçlara ilkin görünüşünü qaytara bilmir. Klinika şəraitində mezoterapiya və fizioterapiyadan istifadə tövsiyə olunur. Mezoterapiya zamanı başın dərisi altına müalicəvi kokteyllər yeridilir. Dəriyə yüksək tezlikli elektrik impulslarının və kriomassajın təsiri mikrosirkulyasiyanı yaxşılaşdırır və follikulların inkişafını stimulyasiya edir.

Quru və tez qırılan saçlar zamanı baş dərisinin ev şəraitində massajı və saçların tez-tez taxta daraqla daranması göstərişdir. Lakin istənilən halda həyat tərzini dəyişmədikdə saçlar mexaniki və termiki təsirə məruz qalır; belə olan halda quru və tez qırılan saç problemi həll olunmur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: