ARS sindromu

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 2337

ARS sindrom nədir?ARS sindromu – simfizə və qasıq sümüyünə bağlanan bağ və vətərlərinin zədələnməsi ilə gedən xəstəlikdir. Patologiya başlanğıcda iltihabi, sonralar isə degenerativ-distrofik xarakter alır. ARS sindromu eyni şəkilli yüklənmə və təkrarlanan mikrotravmalarla bağlıdır. İdmançılarda aşkar olunur. Qarnın aşağı nahiyəsində və qasıqda lokalizasiya olunan, budu uzaqlaşdırdıqda güclənən ağrılarla təzahür edir. Şikayətlər, anamnez, obyektiv müayinə, rentgenoqrafiya, USM və MRT-nin nəticələrinə əsasən diaqnostika olunur. Müalicə fiziki yüklənmənin məhdudlaşdırılması, dərman preparatları, fizioterapiya və cərrahi müdaxilədən ibarətdir.

  • Səbəbləri
  • Patogenez
  • Simptomlar
  • Ağırlaşmaları
  • Diaqnostika
  • ARS sindromunun müalicəsi
  • Proqnoz və profilaktika

ARS sindromu barədə ümumi məlumat

ARS sindromu – idmançılar arasında kifayət qədər geniş yayılmış xəstəlikdir. ARS abreviaturası Adduktor-Rectus-Symphysis olub zədələnmiş strukturların latınca adlarından ibarətdir: budun yaxışlaşdırıcı əzələsi, qarnın düz əzələsi və  qasıq bitişməsi. Sindrom 1958-ci ildən məlumdur; ilk dəfə bolqar həkim M. Bankov tərəfindən təsvir olunmuşdur. Patologiya çanaq nahiyəsində lokalizasiya olunmuş miofassial ağrı sindromları qrupuna aiddir. Daha çox futbolçularda diaqnostika olunur. İdmanın ayaqlara intensiv yüklənmə düşən istənilən növü ilə aktiv məşğul olan insanlarda rast gəlinə bilər. Pasientin imkanlarını xeyli məhdudlaşdırır; böyük idmandan məcburi gedişinə səbəb ola bilər.

ARS sindromunun səbəbləri

Xəstəliyin inkişafının əsas səbəbi xüsusən çanaq nahiyəsi və aşağı ətrafların sərt və yumşaq toxuma strukturlarının qeyri-stabilliyi fonunda fiziki yüklənmənin həcmi ilə orqanizmin özünü bərpası arasında uyğunsuzluqdur. Sindrom budlara, qarnın aşağ nahiyəsinə və qasıq nahiyəsinə eyni qeyri-simmetrik yüklənmə (məs., topa zərbə zamanı aşağı ətrafın tezləşdirilmiş uzaqlaşdırılması) ilə təşviq olunur. Vəziyyət düzgün planlaşdırılmamış məşq rejimi və travmadan sonra idman məşqlərinə vaxtından əvvəl qayıtma zamanı ağırlaşır.

ARS sindromunun patogenezi

Vətərlərin və bağların həddən artıq yüklənməsi zamanı daha çox gərginliyə məruz qalmış zonalarda mikrocırılmalar baş verir. Zədələnməyə cavab olaraq lokal ödem və iltihab ocaqları əmələ gəlir. Vətərin yüklənməyə davamlılığı zəifləyir, zədələnmiş nahiyədə qan dövranı pisləşir. Bu sadalananlar isə daha çox mikrocırılmalara, mikroçapıqların və piy toxumasının formalaşmasına gətirib çıxarır. İltihabi prosesə degenerativ-distrofik dəyişikliklər də qoşulur. Bud və qarın əzələlərinin vətərlərinin entezopatiyası, tendiniti və tendovaginiti; bağların və simfizin vətərlərinin oxşar prosesləri inkişaf edir.

ARS sindromunun simptomları

Patologiya idmanla aktiv məşğul olan cavanlarda, adətən, profesional idmançılarda aşkar olunur. Pasientlər qasıq nahiyəsində meydana çıxan və zədələnmiş əzələnin gedişi boyunca irradiasiya edən ağrılardan şikayətlənirlər. Ağrı sindromunun intensivliyi zəif və mülayim ağrılardan xəstənin aktivliyini xeyli məhdudlaşdıran ağrılara qədər dəyişə bilər. Ağrılarla müəyyən fiziki yüklənmə arasında əlaqə qeyd olunur. Palpasiyada vətərin proyeksiyasında lokal ağrı müəyyən olunur. Funksional sınaq (budun müqavimətlə yaxınlaşdırılması, budun uzaqlaşdırılması, qarın əzələlərinin gərginliyi) aparıldıqda ağrı sindromu güclənir.

ARS sindromunun ağırlaşmaları

ARS sindromu uzun müddət davam etdikdə vətər toxumasının geniş degenerasiyası səbəbindən iri travmalar (hissəvi və tam cırılma) ehtimalı artır. Bir sıra hallarda xəstəliyin simptomatikası uzun müddət saxlandıqda hərəki aktivliyin məcburi məhdudlaşmasına, yarışlardan və hətta idman karyerasından imtinaya gətirib çıxarır. Ağırlaşmalar patologiyanın dərman terapiyası ilə əlaqəli də ola bilər. Belə ki, qlükokortikosteroidlərlə blokadalar tez-tez həyata keçirildikdə zədə nahiyəsində degenerativ proseslərin dərinləşməsi mümkündür.

ARS sindromunun diaqnostikası

İlkin diaqnoz bir çox hallarda idman həkimi tərəfindən qoyulur. Yekun diaqnostika üçün ortoped müayinəsi və instrumental müayinə tələb olunur. Xarakterik anamnez (intensiv, eyni formalı, qeyri-simmetrik yüklənmələr), qasıq nahiyəsində hərəkət zamanı güclənən ağrılar, funksional sınaqların müsbət olması patologiyanı ehtimal etməyə imkan verir. Diaqnozun təsdiqlənməsi üçün aşağıdakı instrumental müayinələr aparılır:

  • Rentgenoloji müayinəsiXəstəliyin davamlı gedişində çanağın rentgenoloji şəkillərində qasıq sümüklərin birləşməsi nahiyəsində degenerativ-distrofik dəyişikliklər aşkar olunur. İleosakral oynaqların analoji zədələnməsi də mümkündür.
  • Qasıq bitişməsinin USM-i. Sonoqrafiyada sümük və qığırdaq quruluşunun, bud əzələlərinin yuxarı nahiyələrinin və onların vətərlərinin birləşdiyi nahiyələrin (entez) vəziyyəti qiymətləndirilir. Prosedurun nəticələrinə əsasən simfizin genişlənməsi, vətər və əzələ liflərinin, xüsusən sümüklərə yaxın zonalarda daha çox nəzərə çarpan degenerasiyası təyin olunur.
  • Çanağın MRT-i.Bu müayinə metodu entezislərdə və yaxınlıqda yerləşən strukturlarda, o cümlədən simfiz nahiyəsində və ileosakral oynaqlarda iltihab və degenerasiyanı müəyyənləşdirməyə imkan verir.

ARS sindromun müalicəsi

Patologiyanın müalicəsi ambulator və ya ortopediya və travmatologiya şöbəsində stasionar şəraitdə həyata keçirilə; konservativ və ya cərrahi ola bilər. Uğurlu müalicənin əsas şərti intensiv fiziki yüklənmənin aradan qaldırılmasından ibarətdir. Xəstələrə müvəqqəti olaraq məşq etməmək tövsiyə olunur. Erkən mərhələlərdə dərman terapiyası və fizioterapiya istifadə olunur. Ümumi təsirli QSİƏP təyin olunur; zədə nahiyəsinə kortikosteroidlər yeridilir. Pasientlər lazer terapiyasına, maqnitoterapiyaya, Bernar cərəyanı, ağrıkəsici preparatlarla elektroferez, massaj, müalicəvi bədən tərbiyəsinə yönəldilir. Qasıq bitişməsinə və ətraf əzələlərə kinezioterapiya təyin olunur. Konservativ müalicə metodunun daha effektiv üsulu zərbə-dalğa terapiyasıdır.

Konservativ müalicə effektsiz olduqda, tez-tez residivlər meydana çıxdıqda cərrahi müdaxilə göstərişdir. ARS sindromunun cərrahi əməliyyatının gedişində patoloji prosesə cəlb olunmuş qarın və bud əzələlərinin hissəvi diseksiyası (təşrihi) və birmomentli plastik rekonstruksiyası həyata keçirilir. Cərrahi müdaxilədən sonrakı ikinci gün xəstəyə qalxmağa icazə verilir. Postoperativ dövrdə analgetiklər, antibakterial preparatlar təyin olunur. 3 həftə sonra USM göstəriciləri qaneedici olduqda, yəni cərrahi əməliyyat olunmuş strukturlar kifayət qədər bərpa olunduqda reablitasiyaya başlanır. Bu məqsədlə müalicəvi bədən tərbiyəsi, elektrostimulyasiya və hidrokinezoterapiya tətbiq olunur. Bir ay sonra maneəsiz və sürətlənməmiş qaçışa icazə verilir. 1,5 ay sonra məşqlərə icazə verilir, fiziki yüklənmənin tədricən artırılması tövsiyə olunur.

ARS sindromunun öroqnoz və profilaktikası

ARS sindromu zamanı proqnoz şərti-kafi hesab olunur. Konservativ müalicənin effekti yüksək deyil; fizioterapiya və dərman maddələrindən istifadədən sonra 20-25% xəstədə yaxşılaşma başlayır. Ən yaxşı nəticələr zərbə-dalğa terapiyasından sonra əldə olunur. Cərrahi müalicədən sonra ağrı sindromu keçib gedir, pasientlər vərdiş etdikləri rejimdə idman məşqlərinə geri qayıdırlar, lakin uzaq dövrlərdə residivlər mümkündür. Profilaktik tədbirlər məşq rejiminin düzgün təyini, fiziki yüklənmənin tədricən artırılması, travmalardan sonra kifayət edəcək bərpa dövrünün gözlənməsindən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: