Uşaqların aqressiv davranışları

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 4361

uşaqların aqressiv davranışlarının səbəbləriUşaqların aqressiv davranışları – özünə, ətrafdakı insanlara, heyvanlara və xarici obyektlərə qarşı yönəlmiş, zərər vermə məqsədli verbal və fiziki aktivlikdir. Mənfi emosiyalar, zərər vurmaq arzusundan qaynaqlanır. Sözə qulaq asmamaq (itaətsizlik), qıcıqlanma, təhqir, iftira, təhdid, ünsiyyətdən imtina, zorakılıq (dişləmə, vurma) ilə təzahür edir. Diaqnozu həkim-psixiatr və psixoloq qoyur. Müayinə söhbət, müşahidə metodlarına əsaslanır; anketlər, sorğular, proektiv testlərdən istifadə olunur. Müalicə qrup şəkilli və ya fərdi psixoterpiyadan – emosiyaların kontrolunun, qəzəbin təhlükəsiz ifadəsinin öyrənilməsindən ibarətdir.

  • Uşaqların aqressiv davranışlarının səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Uşaqların aqressiv davranışlarının simptomları
  • Ağırlaşmaları
  • Diaqnostikası
  • Uşaqların aqressiv davranışlarının müalicəsi
  • Proqnoz və profilaktikası

Uşaqların aqressiv davranışları barədə ümumi məlumat

Аqressiv davranışlar istənilən yaş qrupuna mənsub uşaqlarda özünü büruzə verə bilər. Bu davranışlar ilk növbədə qıcıqlanma, qəzəb kimi mənfi emosiyaların ifadəsinə xidmət edir; belə davranışı müşahidə edən uşaq onu lazımlı hesab edir. İkincisi isə uşaqlar müəyyən məqsəd – oyuncaq, yemək əldə etmək; valideynlərin diqqətini cəlb etmək; gücünü, əhəmiyyətini göstərmək; ətrafdakıları özünə tabe etmək naminə öz aqresiyasını nümayiş etdirir. Arzusuna nə qədər tez nail olursa, aqressivlik bir o qədər davranışında möhkəmlənir və uşağın xarakterinin bir hissəsinə çevrilir. Bu fenomenin yayılmasını müəyyənləşdirmək çətindir. Belə ki, hər bir uşaq həyatı boyunca aqressiyasını büruzə verir. Aqresiya oğlanlarda daha əvvəl meydana çıxır və açıq xarakterli olur; qızlarda isə dolayı yolla təzahür edir.

Uşaqların aqressiv davranışlarının səbəbləri

Aqresiyanın səbəbləri müxtəlifdir – toplanmış emosional gərginlik, incikliyini sözlərlə ifadə edə bilməmək, böyüklərin diqqətinin azlığı, başqasının oyuncağını əldə etmək arzusu, yaşıdlarına gücünü göstərmək və s. Bir çox hallarda uşaq özünə və ya ətrafdakılara zərər verir. Çünki köməksizlik, kədər, inciklik hiss edir, lakin öz vəziyyəti ilə bacara bilmir, problemlərinin həlli üçün kommunikativ bacaqrıqlara malik deyil. Aqressivliyin aşağıdakı səbəbləri ayırd edilir:

  • Ailə münasibətləri – qəddarlıq, zorakılıq, hörmətsizlik, ailədə tez-tez konfliktlərin olması, valideynlərin bir-birinə laqeydliyi aqresiyanın formalaşmasına təkan verir. Uşaq anasının davranışlarını təkrarlayır, ata – mübahisə etmək, münaqişələri provokasiya etmək, qəzəbini açıq-aşkar göstərmək, diqqət cəlb etmək məqsədilə itaətsizlik.
  • Fərdi xüsusiyyətlər –emosional vəziyyətin qeyri-stabilliyi qəzəb, qıcıqlanma şəklində təzahür edir. Aqresiya vasitəsilə qorxu, yorğunluq, özünü pis hiss etmə ifadə edilir; günahkarlıq hissi kompensasiya edilir, özünü qiymətləndirmə azalmış olur.
  • Sinir sisteminin xüsusiyyətləri – MSS-i balanslaşdırılmamış zəif tipli olan uşaqlar aqressiyaya meyillidir. Onlar yüklənməni daha çətin yaşayır, fiziki və psixoloji diskomfortun təsirinə qarşı daha dözümsüzdürlər.
  • Sosial-bioloji faktorlar – aqressivliyin təzahürü uşağın cinsi mənsubiyyəti, rol oynama gözləntisi, sosial vəziyyətilə müəyyənləşdirilir. Oğlan uşaqlarına, adətən, təlqin olunur ki, kişi döyüşməlidir, cavab qaytarmağı bacarmalıdır.
  • Situasiya faktorları – uşaq yaşlarında emosional labillik təsadüfi xarici xoşagəlməz hadisələr zamanı qıcıqlanma, qəzəblə təzahür edir. Məktəb qiymətlərinin pis olması, ev tapşırıqlarını yerinə yetirməyin labüdlüyü, aclıq və ya üzücü səfərin (səyahət) yaratdığı fiziki diskomfort uşağı təşviq edə bilər.

Uşaqların aqressiv davranışlarının patogenezi

Uşaqlarda aqressivliyin fizioloji əsası MSS-də oyanma-tormozlanma proseslərinin disbalansı, emosiyaları və davranışları kontrol edən baş beynin ayrı-ayrı strukturlarının funksional olaraq tam formalaşmamasıdır. Qıcıqlandırıcıların təsiri zamanı oyanma aktivləşir, tormozlanma prosesi isə “ləngiyir”. Uşağın aqressivliyinin psixoloji bazası zəif özünü tənzimləmə qabiliyyəti, ünsiyyət bacarıqlarının inkişaf etməməsi, böyüklərdən asılılıq, özünü qiymətləndirmənin qeyri-stabilliyidir. Uşaq aqressiyası emosional, əqli gərginlik zamanı, özünü pis hiss etdikdə yüklənmələrdən azad olma üsuludur. Məqsədyönlü aqressiv davranış arzu olunanı əldə etmək, şəxsi maraqları müdafiəyə yönəlmişdir.

Uşaqların aqressiv davranışlarının təsnifatı

Aqressiv davranışların çoxsaylı təsnifatları hazırlanmışdır. Hərəkətin istiqamətindən asılı olaraq heteroaqressiv – ətrafdakılara zərər vermə və autoaqressiv – özünə ziyan vurma davranışlar qeyd olunur. Etioloji əlamətlərdən asılı olaraq reaktiv və spontan aqresiya ayırd olunur. Reaktiv aqresiya xarici mühit faktorlarına qarşı yaranmış reaksiyadır. Spontan reaksiya isə daxili impulslarla motivasiya olunan reaksiyadır.

Təzahür formasına əsasən aşağıdakı təsnifat praktik əhəmiyyət kəsb edir:

  • Ekspressiv aqressiya – təhrik metodları – intonasiya, mimika, jestlər, pozalar. Diaqnostik baxımdan çətin variantdır. Aqressiv hərəkətlər uşaq tərəfindən ya dərk olunmur, ya da inkar olunur.
  • Verbal aqressiya – sözlərlə reallaşdırılır – təhqir, təhdid, danlama (söymə). Məktəb yaşlı qızlar arasında daha geniş yayılmış formadır.
  • Fiziki aqressiya – fiziki güc tətbiq etməklə zərər verilir. Bu forma erkən yaşlı məktəblilər (oğlanlar) arasında yayılmışdır.

Uşaqların aqressiv davranışlarının simptomları

Aqressivliyin bazal təzahürləri bir yaşa qədər südəmər uşaqlarda müşahidə olunur.  1-3 yaşlı uşaqlarda konfliktlər oyuncaqlar, digər şəxsi əşyalar başqası tərəfindən mənimsənildikdə meydana çıxır. Uşaqlar dişləyir, itələyir, dalaşır, əşyalar atır, tüpürür, qışqırır. Valideynlərin reaksiyanı kəsmək cəhdi kimi uşağı cəzalandırması vəziyyəti dərinləşdirir. Məktəbəqədər uşaqlarda aqressiyanın fiziki ifadəsi nadir hallarda müşahidə olunur. Çünki onlarda nitq aktiv inkişaf edir, kommunikasiyanı yaxşı bacarırlar. Ünsiyyətə ehtiyac yaranır, lakin eqoistlik, başqasının düşüncələrini qəbul edə bilməmək , hadisələri obyektiv qiymətləndirə bilməmək produktiv qarşılıqlı əlaqəyə mane olur. Verbal aqressiyanın – danlama (söymə), təhqir, təhdid yaranmasına səbəb olan anlaşmazlıq, kin meydana çıxır.

Kiçik məktəb yaşlı uşaqlar baza özünü kontrola malikdirlər. Onlar aqressiyalarını inciklik, narazılıq, qorxu şəklində ifadə edə bilirlər. Bununla yanaşı, bu uşaqlar həmin emosiyaları öz maraqlarının müdafiəsi, düşüncələrini dəstəkləmək üçün aktiv istifadə edirlər. Aqressivliyin gender xüsusiyyətlərini müəyyənləşdirməyə başlayırlar. Oğlanlar açıq hərəkət edirlər, fiziki güclərindən istifadə edirlər – dalaşırlar, bir-birlərinin alına vururlar və s.; qızlar isə dolayı və verbal üsullar seçirlər – istehza edirlər, ləqəblər qoyurlar, qeybət edirlər, inkar edirlər, susurlar. Hər iki cinsin nümayəndələrində özünü qiymətləndirmənin azalması, depressiya əlamətləri qeyd olunur.

Yeniyetməlik dövründə aqressivlik hormonal disbalans və bu dövrdə emosional labillik, sosial kontaktların çətinliyi ilə maşayiət olunur. Öz əhəmiyyətini, gücünü, özünə tələbatın olmasını sübut etmək ehtiyacı yaranır. Aqressiya ya fəaliyyətin produktiv növləri ilə basqılanır, ya da daha ağır formalara keçir: gənc oğlanlar və qızlar dalaşırlar, rəqibə xəsarət verirlər, intahara cəhd edirlər.

Uşaqların aqressiv davranışlarının ağırlaşmaları

Aqressivlik bir çox hallarda gücləndirilmiş tərbiyə üsulları, xoşagəlməz ailə şəraitinin təsirindən uşağın fərdi xüsusiyyəti kimi möhkəmlənir. Yeniyetməlik dövründə qəzəb, kin kimi xarakterik xüsusiyyətlər formalaşır. Aqressiyaya malik aksentuasiya, psixopatiyalar – şəxsiyyət pozulmaları inkişaf edir. Sosial dezadaptasiya, deviant davranışlar, cinayətlər riski yüksəlir. Autoaqresiya zamanı uşaqlar özlərinə ziyan vururlar, intahara cəhd edirlər.

Uşaqların aqressiv davranışlarının diaqnostikası

Uşaqlarda aqressiv davranışların diaqnostikası təzahürlər həddən artıq sıx meydana çıxdıqda aktualdır. Həkim-psiaxtra və psixoloqa müraciət qərarı valideynlər tərəfindən sərbəst və ya müəllimlərin tövsiyəsindən sonra verilir. Diaqnostikanın əsasında söhbət dayanır. Həkim şikayətlərə qulaq asır, anamnezi aydınlaşdırır, uşaq bağçasının, məktəbin xüsusiyyətlərini öyrənir. Obyektiv müayinə xüsusi psixodiaqnostik metodlardan ibarətdir:

  • Аnket, müşahidə – valideynlərə, müəllimlərə uşağın davranışı haqda verilən suallara/ iddialara cavab verməkləri təklif olunur. Müşahidə bir sıra kriteriyalardan ibarət sxem üzrə aparılır. Nəticələr aqresiyanın formasını, təzahürünü və səbəblərini müəyyənləşdirməyə imkan verir.
  • Şəxsi sorğu – yeniyetməni müayinə etmək üçün tətbiq olunur. şəxsiyyətin ümumi strukturunda aqressivliyin mövcudluğu, onun kompensasiya üsulları araşdırılır. Yayılmış metodlar – Leonqard-Şmişek anketi, patoxarakterik diaqnostik anket (Liçko).
  • Şəkilli test – şəkilin xüsusiyyətlərinə əsasən simptomların ifadəliliyi, səbəblər, dərk olunmayan emosiyalar müəyyənləşdirilir. Mövcud olmayan heyvanlar, kaktus, insan testləri istifadə olunur.
  • İnterpretasion testlər – proektiv metodlara aiddir; uşağın dərk etmədiyi, gizli narahatlıqlarını ortaya çıxarır. Müayinə Rozentsbeyqin frustrasiya testi, Hand-test (Vaqnerin əl testi) köməyilə aparılır.

Uşaqların aqressiv davranışlarının müalicəsi

Nəzərə çarpan aqressiya zamanı psixoterapiya metodları ilə korreksiya tələb olunur. Qəzəb, impulsivlik, hirs psixoloji pozulmanın (psixopatiyalar, kəskin psixozlar) simptomları olduqda dərmanların qəbulu yol veriləndir. Aqressivliyi ömürlük müalicə etmək mümkünsüzdür; o, uşaqlarda müəyyən həyati situasiyalarda yaranacaq. Psixoloqların, psixoterapevtlərin tapşırığı şəxsi problemləri həll etməyə, hissləri adekvat üsullarla büruzə verməyi öyrənməyə, konfliktli situasiyaları həll etməyə kömək etməkdir. Geniş yayılmış korreksiya metodlarına aşağıdakılar aiddir:

  • Oyun məşqləri – aqresiya təhlükəsinin təzahürünün ekspres-metodları ilə  təqdim olunur.  Uşağa qəzəbini, qıcıqlanmalarını, kinini ətrafdakılara zərər vermədən kənarlaşdırmaq təklif olunur. Topla, boş materialla, su, “qəzəb yarpaqları” ilə oyunlardan istifadə olunur.
  • Kommunikasiya treninqləri – qrup işi uşağa ünsiyyət, emosiyaların ifadə üsulları, başqalarına zərər vermədən öz mövqeyində qalmaqda effektiv strategiyanı qurmağa imkan verir. Uşaqlar əks əlaqə (iştirkçıların reaksiyası) əldə edir, uğurlarını və səhvlərini psixoterapevtlə analiz edirlər.
  • Relaksasiya dərsləri – həyəcanın, emosional gərginliyin azalmasına yönəlmişdir bu faktorlar aqressiv partlayışlar riskini artırır. Uşaqlara dərin tənəffüs, əzələ relaksasiyasına nail olmaq, diqqətini toplanmaq öyrədilir.

Uşaqların aqressiv davranışlarının proqnoz və profilaktikası

Uşaqların aqressiv davranışları valideynlər, müəllimlər və psixoloqların birgə səyi nəticəsində uğurla korreksiya olunur. Əksər hallarda proqnoz kafidir. Aqressiyanın möhkəmlənməsinin qarşısını almaq üçün  qarşılıqlı ünsiyyətin üstün tutulan üsulu kimi tərbiyənin harmoniyasına riayət etmək, konfliktlərin sülh yolu ilə həlli üsullarını göstərmək, uşağa hörmətlə yanaşmaq, qəzəbini təhlükəsiz şəkildə büruzə verməsinə icazə vermək lazımdır. Azacıq aqressiv davranışlara diqqət etməyə dəyməz. Aqressivliyin əmələ gəlməsinin müzakirəsi zamanı şəxsi keyfiyyətlər haqda deyil (“sən qəddar davrandın”, “sən qəddarsan” yox), hərəkət haqda danışmaq lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: