Uşaqlarda qəbizlik

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 6356

Uşaqlarda qəbizlik fniyə yaranır?Uşaqlarda qəbizlik — gün ərzində və yaxud daha uzun müddətdə nəcis ifrazının baş verməməsidir. Bəzən isə defekasiya tezliyi normal olur, sadəcə bərk nəcis xaric edilir. Qəbizlik qidalanma pozğunluqları, həyəcan, MBT-nin anadangəlmə anomaliyaları, həzm sisteminin xroniki xəstəlikləri ilə əlaqəli ola bilər. Onun səbəbini üzə çıxarmaq üçün koproloji analiz, USM, irriqoqrafiya, rektoromanoskopiya aparılır. Defekasiyanın tezliyi düzgün qidalanma, fizioterapevtik üsullar, işlədici preparatlar və imalə ilə normaya salınır.  

  • Uşaqlarda qəbizliyin səbəbləri
  • Diaqnostika
  • Müalicə

Uşaqlarda qəbizliyin yaranma səbəbləri

Qeyri-düzgün qidalanma

Uşaqlarda qəbizliyin müalicəsi6 ayından sonra uşaqların qida rasionuna əlavə yeməklərin daxil edilməsi alimentar qəbizlik törədə bilər. Bu, rasionda bərk məhsullar və sıyığın çoxluq, ana südünün isə azlıq təşkil etməsi ilə izah olunur. Nəcis sutkada 1 dəfə və ya daha gec ifraz olunur. Yaranan hal südəmər körpələr üçün xarakterik deyil. Quru nəcis düz bağırsağı zədələdiyindən defekasiya zamanı uşaq ağlamağa başlayır.  

Böyük uşaqlarda qəbizlik qida lifləri ilə bol olan meyvə və tərəvəzlərin az yeyilməsi fonunda meydana çıxır. Həmçinin qeyri-rasional rasion (kəsmik, ət və sıyıqdan çox istifadə olunması) və qeyri-adekvat su rejimi də nəcisin ləngiməsinə yol açır. Nəcis düz bağırsaqda çox qaldıqda suyunu itirir, nəticədə defekasiya zamanı quru, kələ-kötür, silindr formalı nəcis xaric olur.  

Psixogen amillər

Uşaqlarda qəbizlik əleyhinə dərmanBəzən qəbizlik uşağı qorşoka öyrəşdirmə mərhələsində yaranır. Bu dövrdə valideynlər səbr və qayğı göstərmədikdə, hər defekasiya aktı stresslə müşayiət olunur. Düz bağırsaq reseptorlarının iştirakı ilə şərti-reflektor reaksiyalar baş verir. Uşaq qeyri-iradi olaraq, nəcis ifrazını ləngidir. Zamanla defeksiya çağırışları azalır.   

Digər psixogen səbəblər: uşaq bağçasında qorşoka oturmaqdan utanmaq, məktəbdə tualetə getməklə bağlı narahatlıqlar az yaşlı uşaqlarda qəbizlik törədir. Belə hallar çox vaxt nəcis saxlamazlıq – enkoprez ilə müşayiət olunur. Vaxtında diaqnostika və  müalicə aparılmadıqda ciddi psixi problemlər ortaya çıxır.   

Disbakterioz

Normal mikrofloranın pozulması və patogen bakteriyaların çoxalması uşaqlarda qəbizliyin tez-tez rast gəlinən səbəblərindəndir. Belə ki, faydalı mikroorqanizmlər süd turşusu ifraz edərək, bağırsaq divarının peristaltikasını stimulə edirlər. Disbakterioz zamanı nəcis 2-3 gündə 1 dəfə xaric edilir. Nəcis kütlələri az miqdarda və üfunətli olur. Bəzən nəcisin üzərində boz ərpə rast gəlinir. Böyük uşaqlar qarında qurultu və tutmaşəkilli ağrılardan şikayətlənirlər.  

Qızdırma

Bədən temperaturu yüksəldikdə uşaq orqanizmi tezləşmiş tənəffüs və tərləmə vasitəsilə intensiv şəkildə su itirir. Susuzlaşma ilə əlaqədar nəcis kütlələri bərkiyir, xarici görünüşcə qoyun qığını xatırladırlar. Febril temperatur zamanı 3-4 gün nəcis ifraz olunmaya bilər. Bu, ev şəraitində müalicəsi mümkün olmayan ağır dərəcəli hipohidratasiyadan xəbər verir.  

Düz bağırsaq xəstəlikləri

Selikli qişanın zədələnmələrində defekasiya kəskin ağrı ilə müşayiət olunur. Ağrı hiss etməmək üçün uşaq nəcis ifrazını ləngidir. Düz bağırsaqda külli miqdarda nəcis toplandıqda vəziyyət ağırlaşır, 5-7 gün qəbizlik müşahidə edilir. Belə uşaqlarda anal nahiyə və qarında dözülməz ağrılar yaranır. Oturaq vəziyyətdə ağrı daha da artır.  

Uşaqlarda proktitparaproktit olduqda qəbizlik digər əlamətlərlə: dəqiq lokalizasiya olmayan ağrılar, iştahsızlıq, zəiflik ilə birgə rast gəlinir. Anal çat üçün defekasiya zamanı anusdan qan damcısının xaric olması səciyyəvidir. Düz bağırsaq fistulalarında uzunmüddətli qəbizlik ilə yanaşı anus yaxınlıqdakı dəlikdən qanlı və yaxud irinli ifrazat izlənilir.  

Hirşprunq xəstəliyi

Simptomatikanın ifadəliliyi Hirşprunq xəstəliyinin formasından asılıdır. yoğun bağırsağın diffuz zədələnmələrində qəbizlik demək olar ki, doğuşdan dərhal sonra əmələ gəlir, yenidoğulmuşların iradi defekasiyası baş vermir. Uşaq daim ağlayır, ayaqlarını çırparaq, qarnına yaxınlaşdırmağa çalışır. Müalicə edilmədikdə  bağırsaq keçməməzliyi formalaşır.  

Anomaliyanın latent və yaxud prolonq formalarında defeksiya tezliyi həftədə 2-3 dəfəyə qədər seyrəlir, qəbizlik imalədən sonra aradan qalxır. Belə vəziyyətlərə əsasən məktəblilərdə və yeniyetmələrdə təsadüf olunur. Nəcis kütlələrinin durğunluğu xroniki intoksikasiya törədir. Onun əlamətlərinə başgicəllənmə, baş ağrıları, dərinin avazıması, tez yorulma aiddir.  

Anadangəlmə inkişaf anomaliyaları

Düz bağırsağın atreziyası həyatın ilk günlərindən təzahür edir: anal dəlik olmur, nəcis xaric edilmir. Yalançı qəbizlik qurdağızlıqdovşandodaqlıq üçün patoqnomikdir. Üz kəlləsinin bu quruluş anomaliyalarında ana südü tənəffüs yolunda qalır və yaxud ağızdan xaricə tökülür. Kifayət qədər qidalanmayan uşaqlarda qəbizlik meydana çıxır.  

Dolixosiqma üçün həyatın 6 ayından sonra qəbizlik xarakterikdir. Buna rasiona əlavə qidaların daxil edilməsi səbəb olur. Qəbizlik əvvəlcə epizodik olub, 2-3 gün davam edir. Zamanla nəcisin ləngimə müddəti artır. Nəcis palıd qozasını xatırladır, iri diametrə və üfunətli iyə malik olur. 30% uşaqlarda qəbizlik 3-6 yaşda yaranır.  

Helmintozlar

Az yaşlı uşaqlar gigiyenaya əməl etmədiyindən parazitlər mədə-bağırsaq traktına keçir – qəbizlik inkişaf edir. Helmintozlarda qidanın mənimsənilməsi və bağırsaq motorikası pozulur. Bəzi parazitlər (askaridlər) bağırsaq ilgəklərində iri «yumaqlar» əmələ gətirirlər. Bu səbəbdən askaridoz zamanı nəcis kütlələrinin hərəkəti məhdudlaşır. Nəcis ifrazının ləngiməsi ilə əlaqədar uşaqlarda qarın ağrısı və qusma müşahidə olunur.  

Mədə-bağırsaq traktının xroniki xəstəlikləri

Qəbizlik qastroduodenit və xora xəstəliyinin əsas əlamətlərindəndir. Bu patologiyalar mədə-bağırsaq traktının motorikasını pozur, nəticədə natamam həzm olunan qida bağırsaqda uzun müddət ləngiyir. Defekasiya 2-3 gündən sonra öz-özünə keçib gedir və yaxud vəziyyət imalədən sonra düzəlir. Qəbizlik mütəmadi qaydada təkrarlanır, buna qidalanma pozğunluqları və stress səbəb olur.

Qarında kəskin ağrı, tenezm fonunda gedən qəbizlik uşaqlarda qeyri-spesifik xoralı kolit üçün xarakterikdir. Defekasiya çağırışlarında anal dəlikdə qan və selik axır. Kəskinləşmə mərhələsində 1 həftə nəcis ifraz olunmur. Qəbizlik bəzən profuz ishalla növbələnir. Bu zaman nəcis kütlələri sulu, üfunətli və qan qarışıqlı olur.  

Farmakoterapiyanın fəsadları

Həkim təyinatı olmadan işlədici vasitələrin tez-tez istifadəsi daimi qəbizlik ilə nəticələnir. Bu dərmanların nəzarətsiz qəbulu bağırsağın boşalması üçün təbii refleksi ləngidir, düz bağırsağın əzələ lifləri onurğa beynindən gələn impulslara reaksiya vermir. Sərbəst defekasiya çətinləşir və yaxud ümumiyyətlə baş vermir. Həmçinin antixolinergik vasitələr və kimyaterapiya da qəbizlik törədir. З 

Nadir səbəblər

  • Endokrin patologiyalar: hipotireoz, şəkərli diabet, feoxromositoma  
  • Uşaqlarda botulizm
  • Sinir sisteminin zədələnmələri: serebrel iflic, neyro-artritik diatez  
  • Həcmli törəmələr: düz bağırsağın polipləri, yuvenil polipoz, bağırsaq xərçəngi  
  • Enteropatiyalar: seliakiya, laktoza çatışmazlığı.

Uşaqlarda qəbizliyin diaqnostikası

Uşaqlarda qəbizlik ilə pediatr məşğul olur. Ehtiyac yarandıqda diaqnostika prosesinə uşaq qastroenteroloqu cəlb olunur. Həkim ilk növbədə anamnez toplayır, uşağın qidalanma tərzi və yanaşı gedən xəstəliklərlə maraqlanır. Qəbizliyin səbəbini aşkar etmək üçün mədə-bağırsaq traktının instrumental müayinəsi və laborator üsullar təyin edilir:   

  • Barmaqla müayinə. Düz bağırsaq ampulasının vəziyyətinin qiymətləndirilməsi diaqnostikanın əsasını təşkil edir. Müayinə əsnasında nəcis daşları, həcmli törəmələr, ən ağrılı hissə müəyyən edilir. S-vari bağırsağın böyüməsini, köp və spazmları üzə çıxarmaq üçün müayinədən əvvəl qarın palpasiya edilir.  
  • Ultrasəs müayinəsi. Qarın boşluğunun USM – sadə, qeyri-invaziv üsul olub, iltihabi prosesləri, həzm traktının quruluş anomaliyalarını, həcmli törəmələri aşkarlayır.  
  • Rentgenoqrafiya. Qarın boşluğunun icmal rentgenoqrafiyası kifayət qədər informativdir. Onun vasitəsilə bağırsaq ilgəklərinin genişlənməsi və bağırsaq keçməməzliyinin əlamətləri müəyyən olunur. Yoğun bağırsağın vəziyyətini izlləmək üçün barium məhlulu ilə irriqoqrafiyadan istifadə edilir.  
  • Koproqramma. Nəcisin mikroskopik müayinəsi həzm olunmamlş qida qalıqlarının, yağ turşularının, eritrosit və leykositlərin təyininə yönəldilir. Disbakteriozu inkar etmək üçün nəcis kütlələrinin bakterioloji əkilməsi mütləqdir. Nəcis həmçinin helmint yumurtaları və protozoy infeksiyalarına görə yoxlanılır.  
  • Laborator göstəricilər. Daimi qəbizlik zamanı qanın biokimyəvi analizi, qaraciyər sınaqları aparılır. Endokrin xəstəliklərdən şübhələndikdə hormonların səviyyəsi yoxlanılır.  
  • Əlavə üsullar. Bağırsağın üzvi patologiyalarını və şişləri inkar etmək üçün rektoromanoskopiya və yaxud kolonoskopiya məsləhət görülür. Hirşprunq xəstəliyinin və qeyri-spesifik xoralı kolitin diaqnostikasında bağırsaq divarından bioptat götürülür. Sinir sisteminin pozğunluqlarının əlamətləri ilə qarşılaşdıqda nevroloqun konsultasiyası, EEQ və ExoEQ göstərişdir. 

Qəbizlik zamanı müalicə

Diaqnoz qoyulana qədər yardım

Ümumi vəziyyətin pozulmaması fonunda qısamüddətli (2 günə qədər) qəbizlik xüsusi müalicə tələb etmir. Südəmər körpələrdə nəcis ifrazını normaya salmaq üçün rasiona meyvə və tərəvəz püreləri kifayətdir. Böyük uşaqlara isə təzə və yaxud bişmiş tərəvəzlər, süd məhsulları verilir. Fiziki aktivliyin artırılması bağırsağın fəaliyyətini stimulə edir, motorikanı yaxşılaşdırır.  

Uşağını qorşoka öyrədən valideynlərə səbrli olmaq, körpənin üstünə qışqırmamaq və onu defekasiyaya məcbur etməmək məsləhət görülür. Nəcis ifrazının ləngiməsi qarında ağrı və ümumi vəziyyətin pisləşməsi ilə müşayiət olunduqda mütləq həkimə müraciət etmək lazımdır.  

Konservativ terapiya

Əksər hallarda uşaqlarda qəbizlik sərbəst patologiya olmayıb, əsas xəstəliyin əlaməti kimi meydana çıxır. Bu səbəbdən qəbizliyin müalicəsi əsas patologiyanın aradan qaldırılmasına yönəldilir. Uzunmüddətli qəbizlik zamanı təmizləyici imaləkər təyin edilir. Pəhrizə riayət olunmasına baxmayaraq, nəcisin ləngidiyi ağır xəstəliklərdə müalicə sxeminə aşağıdakı dərmanlar daxil edilir:  

  • İşlədici vasitələr. Pediatriyada yan effekti olmayan yümşaq preparatlara (laktuloza, sennozid) üstünlük verilir. Laktuloza faydalı bağırsaq mikroflorasının artırdığından disbakterioz zamanı istifadəsi tövsiyə olunur.  
  • Prokinetiklər. MBT-nin saya əzələlərinin kifayət qədər yığılmaması nəticəsində yaranan hipotonik qəbizlikdə effektivdir. Onlar həzm traktının bütün şöbələrinin fəaliyyətini tənzimləyir, nəcis kütlələrinin hərəkətini tezləşdirir.  
  • Spazmolitiklər. Uşaqlarda spastik qəbizlik zamanı bu preparatlar saya əzələləri boşaldaraq, defeksiyanı asanlaşdırır. Onlar həm də bağırsaq ağrısını azaldır.  
  • Rektal şamlar. Qliserinli şamlar yümşaq işlədicilərdir. Onlar nəcis kütlələrini yumşaldır, defekasiya aktını ağrısız edirlər. Anus nahiyəsində güclü ağrılar baş verdikdə anestetik tərkibli şamlardan istifadə olunur.  

Fizioterapiya

Hipotomiya zamanı qalvanizasiya, impuls cərəyanı və digər stimuləedici üsullar təyin edilir. Bağırsağın hipertonusunda qarın nahiyəsinə parafin applikasiyaları göstərişdir. Bağırsaq hipotoniyasını aradan qaldırmaq üçün müalicəvi bədən tərbiyəsi elementləri ilə masaj edilir. Bu yolla bağırsaq motorikası güclənir və sinir-əzələ ötürülməsi sürətlənir. Qəbizlik psixogen mənşəli olduqda uşaq psixoloqunun konsultasiyası lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: