Xəstəliklər haqqında məlumatlar toplusu
Nümunə olaraq axtara bilərsiniz: Varikoz, Revmatizm və s.

Med-portal.az haqqında

Med-portal.az – insan orqanizmində rast gəlinən müxtəlif növ xəstəliklər haqqında dolğun informasiyanı özündə birləşdirən elektron formalı ensiklopediyadır.  

Xəstəliklər haqqında məlumatlar toplusuna 4000-dən artıq nozoloji vahid daxil edilmişdir. Burada geniş yayılmış patologiyalarla yanaşı, həm də azərbaycan dilində heç bir onlayn-mənbədə təsvir olunmayan xəstəliklər öz əksini tapmışdır.    

Hər bir xəstəliyin yaranma səbəbi, inkişaf mexanizmi, təsnifatı, əlamətləri, müalicə və profilaktika üsulları ayrı-ayrı bəndlər şəklində izah edilmişdir. Mütəxəssislərin fikrincə məqalələrin bu formada tərtib edilməsi oxucunun özünə lazım olan informasiyanı asan, o cümlədən maksimal dərəcədə mənimsəməsinə şərait yaradır.  

Hazırda Med-portal.az layihəsində 30-dan artıq bölüm mövcuddur. Onların ikisi («Estetik problemlər» və «Kosmetik problemlər») Gözəllik, digərləri isə Tibb sahəsinə aiddir. Estetika və sağlamlığın ayrılmaz vəhdəti bu saytın zəruriliyini bir daha sübut edir.   

Xəstəliklər haqqında məlumatlar toplusunun səhifələrində qadın, sinir, uşaq, dəri, zöhrəvi, infeksion, uroloji, endokrin, ürək-damar, göz, tənəffüs və həzm sistemi, LOR-xəstəlikləri barədə gərəkli məlumatlar yerləşdirilmişdir.  

Dərc olunan məqalələr həkimlər tərəfindən yazılır. Bundan başqa yeni mətnlər davamlı şəkildə hazırlanılaraq, sayta əlavə olunur. Bu səbəbdən Siz tibb sahəsində  ən etibarlı və aktual məlumatları əldə etdiyinizdən əmin ola bilərsiniz.  

Med-portal.az saytının unikallığı ondan ibarətdir ki, bu lahiyə sağlamlıqla bağlı fərqli problemlər yaşayan hər bir internet istifadəçisinə fayda verə bilir. Xəstəliklər haqqında məlumatlar toplusu – hər zaman əlinizin altında olan loğmandır!

Lakin onu da vurğulamaq lazımdır ki, burada qeyd olunan informasiya sadəcə maarifləndirmək məqsədi daşıyır. Onlardan özünü diaqnostika və ya müalicə üçün istifadə etmək arzuolunan deyil.   

Qədim dövrlərdə belə bir deyim var idi: «Xəbərdar olmaq – silahlanmaq deməkdir». Latın dilindən gələn bu ifadə müasir günümüzdə də öz aktuallığını itirməmişdir: öz sağlamlığını qoruyub saxlamaq hər bir şəxsin öhdəsinə düşən ən önəmli vəzifədir. Çünki sağlamlıq yer üzündə heç bir var-dövlətlə müqayisə olunmayan yeganə nemətdir. Həyatda uğur qazanmaq, valideyn rolunu doya-doya yaşamaq, uzun və aktiv həyat sürmək üçün mütləq sağlam olmaq gərəkdir. 

Əslində sağlamlıq və gözəllik anlayışları ayrılmazdır; hətta gözəllik sağlam orqanizmin əksidir. Belə ki, ideal dəri, cazibəli saçlar, düz qamətə malik olmaq üçün insan fiziki və ruhi sağlamlığının qayğısına qalmalıdır.  

Xəstəliklər haqqında məlumatlar toplusunun ucsuz-bucaqsız tibb sahəsində Sizin üçün etibarlı bələdçi olacağına ümid edirik!  

Sizə və yaxınlarınıza sağlam həyat diləyirik!

Hörmətlə, Med-portal.az kollektivi.