skip to Main Content

Layihə haqqında

Med-portal – həkimlər tərəfindən hazırlanılan tibbi onlayn-portaldır. Bizim başlıca məqsədimiz insanların vaxtına qənaət etməklə onlara sağlamlıq və xəstəliklər barədə dolğun məlumat verməkdir. Bu sayt əhalinin bütün təbəqələri – kişilər və qadınlar, uşaqlar, cavan və yaşlı nəslin nümayəndələri üçün nəzərdə tutulmuşdur.

Layihəmizdə yerləşdirilən informasiya kontenti kompetent mənbələrdən əldə olunaraq, insanların dar ixtisaslı tibbi termin, xəstəliklərin əlamətləri və diaqnostika-müalicə üsullarını rahat şəkildə anlamasına şərait yaradır. Onlayn-portalda kataloqun tematik bölmələri, əlifba və ya söz üzrə axtarış aparmaq mümkündür. Saytda xəstəliklərlə yanaşı qadınların daima maraq dairəsində olan kosmetik və estetik problemlərə, onların aradan qaldırılma yollarına geniş yer verilmişdir.

Hər bir cəmiyyətin zənginliyi və sosial rifahı onun əhalisinin sağlamlıq səviyyəsi ilə ölçülür. Etinasız yanaşdığımız hər hansı bir əlamət ciddi xəstəliyin inkişafına səbəb olaraq, daha ağır fəsadların yaranmasına gətirib çıxara bilər. Odur ki, vaxt itirmədən özümüzün və yaxınlarımızın ən qiymətli sərvəti olan sağlamlığın qayğısına qalaq.

Back To Top