skip to Main Content

İmpotensiya

impotensiya İmpotensiya (cinsi zəiflik) – potensiyanın pozulması olub, kişinin cinsi aktı yerinə yetirə bilməməsi ilə təzahür edir. İmpotensiya əksər hallarda əsas xəstəliyin (endokrin, sinir, ürək-damar patologiyaları, sidik-cinsiyyət sisteminin pozğunluqları) əlaməti kimi meydana çıxır və onun sağalması ilə aradan qalxır. Ereksiyanın pozulması dərin psixoloji depressiya, cinsi və ailədaxili münasibətlərin disharmoniyasına səbəb ola bilər. Erektil disfunksiya və ya impotensiya ereksiyanın baş verməməsi ilə özünü büruzə verir.

  • Ereksiya və detumessensiyanın fiziologiyası
  • İmpotensiyanın simptomatikası
  • İmpotensiyanın diaqnostikası
  • İmpotensiyanın müalicəsi

Ereksiya və detumessensiyanın fiziologiyası

Kavernoz cisimlər, arteriya və arteriolların saya əzələsi ereksiya və detumessensiya (eyakulyasiya və orqazmdan sonra ereksiyanın sönməsi) prosesində əsas rol oynayır. Sakit vəziyyətdə penisin saya əzələləri simpatik sinir uclarının təsiri altında olur. Cinsi oyanıqlıq və ya penisin stimulyasiyası zamanı parasimpatik sinir lifləri ilə ötürülən impulslar ereksiyanın neyromediatorlarının ifrazına səbəb olur, mağaralı cisimlər qanla dolur. Bu mürəkkəb kimyəvi proses azot-oksidinin iştirakı ilə baş verir. Əvvəlcə saya əzələlər relaksasiyaya uğrayır və boşalır, nəticədə kavernoz cisimlər heç bir maneə olmadan qanla dolur. Arterial qanın hesabına böyüyən mağaralı cisimlər venoz qan axınını hissəvi şəkildə blokada edir. Daxil olan və xaric edilən qan arasındakı fərq kavernoz cisimlərdə təzyiqin artmasına və rigid ereksiyanın inkişafına gətirib çıxarır.

Eyakulyasiya və seksual stimulyasiyanın kəsilməsindən sonra və yaxud digər səbəblərdən əks proses – detumessensiya baş verir. Sinaptik strukturların aktivasiyasından sonra qana neyromediatorlar – noradrenalin və neyropeptid ifraz olunur.

Hər iki proses baş beynin qabıq maddəsinin orta preoptik nahiyəsi tərəfindən tənzimlənir. Ümimilikdə isə kişinin cinsi aktivliyi və davranışı stimuləedici xüsusiyyətə malik dopaminəbənzər və əks təsirli seratoninəbənzər maddələrin konsentrasiyasından asılıdır. Bu prosesin hər hansı bir həlqəsində baş verən pozğunluq impotensiya ilə nəticələnə bilər.

İmpotensiyanın simptomatikası

impotensiya Erektil disfunksiyanın patogenezindən asılı olaraq, impotensiyanın bir neçə tipi ayırd edilir:                                              Psixogen impotensiya daimi və ya müvəqqəti ola bilər. İmpotensiyanın bu növünə gərgin zehni və fiziki əməklə məşğul olan, psixoloji problemləri və ya cinsi partnyor axtarışı ilə bağlı çətinliklər yaşayan kişilər məruz qalır. Müvəqqəti xarakterli psixogen impotensiya həyat tərzinin normallaşmasından sonra keçib gedir.

Baş beynin qabıq maddəsinin zəiflədici və ya onurğa mərkəzlərinin birbaşa təsiri nəticəsində kavernoz toxumaların neyromediatorlara qarşı həssaslığının azalması ilə əlaqədar psixogen impotensiya seksual fobiya və deviasiya, assosiativ psixotravma və dini fikirlər fonunda baş verə bilər.

Neyrogen impotensiya mərkəzi sinir sistemi və periferik sinirlərin xəstəlikləri, travmalar nəticəsində yaranır. Patogenezin əsasını kavernoz cisimlərə sinir impulslarının ötürülməsinin çətinləşməsi və ya tamamilə dayanması təşkil edir. 75% hallarda neyrogen impotensiyaya onurğa beyninin travmaları səbəb olur. Qalan 25% neoplaziyalar, serebrovaskulyar patologiya, fəqərələrarası yırtıq, dağınıq skleroz, sirinqomieliya və digər nevrogen xəstəliklərlə assosiasiyalı olur.

Arteriogen impotensiya yaşla əlaqədar baş verir, bu da koronar və kavernoz arteriyaların aterosklerotik dəyişiklikləri identikdir. Erkən yaşlarda arteriogen impotensiya damarların anadangəlmə anomaliyası, siqaret çəkmə, hipertoniya xəstəliyi, şəkərli diabet və ya travma nəticəsində yarana bilər. Arterial qanın axınının zəifləməsi kavernoz toxumalar və damar endotelinin qidalanması, yerli metabolik proseslər pozulur, bu da mağaralı cismin geridönməyən disfunksional dəyişikliklərinə gətirib çıxara bilər.

Venogen impotensiyanın patogenezi axıra qədər öyrənilməmişdir. Onun inkişafına venaların mənfəzinin genişlənməsi ilə əlaqədar venoz qan dövranının pozulması səbəb olur. Bu tip hallar kavernoz cisimlərin ektopik drenajlanması, zülal qişasının travmatik cırılmaları zamanı formalaşır.  Əksər hallarda venogen impotensiya Peyroni xəstəliyi və kavernoz erektil toxumanın funksional çatışmazlığı ilə müşayiət olunur. Siqaret və spirtli içkilərdən istifadə venogen impotensiyanın əlamətlərini daha da ağırlaşdırır.

Hormonal impotensiya adətən şəkərli diabet fonunda meydana çıxır, belə ki, şəkərli diabet zamanı kavernoz arteriya və mağaralı toxumaların dəyişiklikləri daha ciddi olur. Lakin bununla yanaşı hormonal impotensiyanın yaranmasında əsasən testosteron səviyyəsinin azalması deyil, onun mənimsənilməsinin pozulması mühüm rol oynayır. Hipoqonadizmli şəxslərdə stimulyasiya zamanı normal ereksiyanın müşahidə edilməsi yuxarıdakı fikri təsdiqləyir. Hipoqonadizm və kişi klimaksında əvəzedici hormonal terapiya erektil disfunksiyanın əsas müalicəsi qismində aparılır.

İmpotensiyaya kavernoz çatışmazlıq və ya mağaralı toxumanın disfunksiyası gətirib çıxara bilər. İmpotensiyanın bu formasının patogenezinin əsasında mağaralı cisim, damar və sinir uclarının dəyişilməsi dayanır, bu da erektor mexanizmin fəaliyyətinin pozulmasına səbəb olur.

Ekstrakorporal dializin göstəriş hesab olunduğu böyrək xəstəlikləri 50% hallarda erektil disfunksiya ilə müşayiət olunur. Böyrək transplantasiyasından sonra pasiyentlərin təxminən 2/3 hissəsində ereksiya prosesi bərpa olunur. Prostatit həm qan zərdabında testosteronun miqdarının azalması, həm də sirkulyator psixogen pozğunluqlar: ağrılı, erkən eyakulyasiya və uğursuzluq sindromunun formalaşdığı yatrogen hallar nəticəsində impotensiyaya gətirib çıxara bilər.

Bronxial astma və postinfarkt vəziyyətlərdə impotensiyaya kişilərin cinsi akt zamanı xəstəliyin kəskinləşməsi ilə bağlı qorxu keçirmələri səbəb olur.

Prostatit impotensiyanın əsas səbəbi sayılmır, o, sadəcə cinsi zəifliyin gedişini ağırlaşdıra bilər. Bu faktı nəzərdə saxlamaq lazımdır, çünki əksər kişilər yalnız prostatitin erektil disfunksiya törədə biləcəyini güman edirlər.

İmpotensiyanın diaqnostikası

Diaqnostik prosedurlar impotensiyanın səbəbinin aydınlaşdırılmasına yönəldilir, bu da erektil funksiyanın bərpasına və emosional gərginliklərin aradan qaldırılmasına imkan verir. İlk növbədə psixogen və üzvi impotensiyanı differensiasiya etmək lazımdır. Gecə ereksiyalarının monitorinqi və intrakavernoz inyeksion test (kavercekt-test) ən sadə və etibarlı üsul sayılır. Bu metodların nəticələrinə əsasən impotensiyanın üzvi mənşəyi təsdiqləndikdə əsas səbəbi müəyyən etmək üçün əlavə müayinələr aparılır.

İmpotensiyanın müalicəsi

impotensiyaMüasir andrologiyada erektil disfunksiyanın müxtəlif müalicə üsullarından istifadə olunur. İmpotensiyanın medikamentoz terapiyası klassik üsul sayılır, adətən testosteron və adrenoblokatorlar qrupundan olan preparatlarla əvəzedici terapiya təyin edilir. Əsas müalicə fonunda periodik olaraq trazodon, trimipramin, nitroqliserin, metaxlorfenilpiperazinlə müalicə kursları aparılır. Bu preparalar məlhəm applikasiyaları şəklində tətbiq edilir. Medikamentoz terapiyanın effektivliyi 30%-dən çox olmadığından dərman vasitələri bütün pasiyentlər  üçün yararlı hesab edilmir.

Psixoterapiya psixogen və neyrogen impotensiyanın əsas müalicə üsulu sayıla bilər, lakin bu psixoterapevtik prosedurlar peşəkar mütəxəssis tərəfindən həyata keçirilməlidir. 1970-ci ildə həkim D.Osbon tərəfindən icad olunan vakuum-erektil terapiya düzgün aparıldığı təqdirdə effektivlik 83%-ə çatır; nöqtəvi qansızmalar, ağrılı cinsi əlaqə şəklində ağırlaşmalara çox nadir hallarda rast gəlinir.

İntrakavernoz medikamentoz terapiya impotensiyanın nisbətən yeni müalicə üsuludur. İlk dəfə 1982-ci ildə erektil funksiyanı yaxşılaşdırmaq məqsədilə papaverin intrakavernoz yeridilmişdir, sonralar isə fentolamin, prostaqlandin E1 və digər preparatların istifadəsinə başlanılmışdır. Prostaqlandin E1 minimal yan təsirləri, yüksək effektivliyi və rahat istifadəsi ilə seçilir; bu üsulun tətbiqi 80% hallarda cinsi həyatın məhdudiyyətsiz, keyfiyyətli şəkildə davam etdirilməsinə imkan verir.

İmpotensiyanın intrakavernoz medikamentoz terapiyasında papaverin və fentolaminin tətbiqi zamanı bəzən priapizm və kavernoz fibroz şəklində ağırlaşmalara rast gəlinir. Prostaqlandin E1 ilə müalicə  dövründə bu tip fəsadlara çox nadir hallarda təsadüf edilir. İntrakavernoz terapiyanın yeganə çatışmazlığı inyeksiyanın ağrılı olmasıdır. Məhz bu səbəbdən prostaqlandin E1 inyeksiyasından sonra ağrı sindromunu aradan qaldırmaq məqsədilə 7,5%-li natrium-bikarbonat yeridilir. İmpotensiyanın terapiyasının bu üsulu minimal müdaxilələr zamanı müsbət nəticələr verdiyindən medikamentlərin qeyri-inyeksion intrakavernoz yeridilmə üsulları işlənilib hazırlanılır.

İntrakavernoz falloprotezlənmə ilk dəfə 1936-cı ildə sovet professoru Boqoraz tərəfindən müvəffəqiyyətlə yerinə yetirilmişdir. Protez qismində qabırğa qığırdağından istifadə edilmişdi.  Artıq 70-ci illərin ortalarından falloprotezlənmədən geniş şəkildə istifadə edilməyə başlanılır. Protezlər müxtəlif təsir prinsipinə malik olub, normal cinsi həyata tam şərait yaradır. Protezlənmədə istifadə olunan sistemlərin etibarlılığı və texnikanın keyfiyyəti ağırlaşmaların sayının 3,5-5%-ə qədər azaldılmasına imkan verir. Falloprotezlənmənin həyata keçirildiyi pasiyentlərin 80%-də çoxu bu üsuldan razı qaldıqlarını qeyd edir.

İmpotensiyanın üzvi mənşəli olduğu hallarda pasiyentlərə dərhal falloprotezlənmə məsləhət görülməlidir. Çünki statistik məlumatlara əsasən falloprotezlərdən istifadə edən kişilərin əksəriyyəti əvvəlcə medikamentoz terapiya, vakuum-terapiya və intrakavernoz inyeksiyaları sınaqdan keçirmişdir. İmpotensiya ilə qarşılaşan əksər pasiyentlərin intrakavernoz protezlənməyə üstünlük verməsinin əsas səbəbləri ereksiyanın təbii olması, ağrılı inyeksiyaya və bəzi preparatların daimi qəbuluna ehtiyac duyulmaması, minimal saylı ağırlaşmalardan ibarətdir.

 

Back To Top