Alüminoz

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2303

alüminoz nədir?Alüminoz – pnevmokonioz qrupundan olan peşə xəstəliyidir. Patologiya müntəzəm şəkildə və uzun müddət alüminium buxarı və ya tozları ilə tənəffüs nəticəsində inkişaf edir. Xəstəliyin əsas əlamətləri proqressivləşən təngnəfəslik və öskürəkdir. Xəstəni döş qəfəsində ağrılar və ağırlıq hissi, ümumi intoksikasiya simptomları narahat edir.  Xəstəliyin peşə ilə əlaqədar baş verdiyi təqdirdə diaqnoz döş qəfəsi orqanlarının rentgenoqrafiyası və ya KT-nə əsaslanır. Alüminium mənşəli pnevmokoniozlarda bronxodilatatorlar, kortikosteroidlər və mukolitiklərlə konservativ müalicə təyin olunur.

  • Alüminozun səbəbləri
  • Patogenez
  • Alüminozun simptomları
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Alüminozun müalicəsi
  • Proqnoz və profilaktika

Alüminoz barədə ümumi məlumat

Alüminoz (alüminium ağciyəri, boksit ağciyəri, Shaver-Riddell sindromu) metallokoniozlar yarımqrupuna aid edilir. Əsasən boksit filizindən aluminumun alınması; aşındırıcı materiallar və pirotexnika, təyyarə istehsalı ilə məşğul olan işçilər xəstələnir. 1947-ci ildə S. Şeyver və A. Ridel ilk dəfə pnevmokoniozu korund parladıcılarda ağciyər patologiyası kimi təsvir etmişdilər. Statistikaya əsasən ağciyər alüminozuna 35 yaşdan böyük kişilərdə tez-tez rast gəlinir (bütün xəstələrin 68%-ində). Alüminozdan əziyyət çəkən pasientlərin 3%-i ölür. Xəstə qadınlar arasında ölüm 5,3%-ə qədər yüksəlir.

Alüminozun səbəbləri

Alüminozun birbaşa etioloji faktoru alüminum buxarı və tozları ilə tənəffüsdür. Əksər hallarda buxarın zərərli təsirinə elektroliz metodu ilə boksitdən alüminum əldə edən işçilər məruz qalır. Lakin alüminum filizində silikon çox olduğundan belə xəstələrdə peşə xəstəliyi iki komponentin qarışıq təsiri nəticəsində inkişaf edir. Boksit filizinin əldə olunması zamanı əmələ gələn toz alüminosilikatlara malikdir.

Alüminoz toz şəkilli metalla işləyən, pirotexniki toz, alüminum boyaları, süni aşındırıcı materiallar istehsal edən insanlarda tez-tez əmələ gəlir. Bu zaman peşə xəstəliyinin yaranma səbəbi 0,5-5 mkm ölçülü metallik tozların mikrohissəcikləridir. Alüminoz zərərli şəraitdə işə başladıqdan orta hesabla 18-30 il sonra inkişaf edir. Yanaşı gedən ağciyər patologiyası və alüminuma hiperhəssaslıq metallokonizoun erkən (6-24 ay ərzində) yaranmasına rəvac verir.

Alüminozun patogenezi

Alüminium tozlarının mikrohissəcikləri respirator trakta dərin siraət edə və onun terminal şöbəsinə çata bilir. Burada toz alveolyar makrofaqları tutur. Ağciyərin interstisial toxumasının alüminum hissəciklərinə reaksiyası hüceyrə proliferasiyası tipi üzrə və ya  birləşdirici toxumanın yaranması ilə gedə bilər. Birinci növbədə qranulomatoz proses, ikinci isə interstisial fibroz inkişaf edir. Hissəciklərin interstisial toxumada tədricən yerdəyişməsi nəticəsində ağciyərin birləşdirici toxuması elastikliyini itirir, qazlar mübadiləsi pozulur, hipoksemiya əmələ gəlir.

Makroskopik baxımdan ağciyər parenximası sıx, bozumtul-qara rəngli fibroz hissəciklərlə əvəzləndirir. Tez-tez, əsasən bazal şöbələrdə kisəvari və silindrik bronxoektazlara, subplevral kistalara rast gəlinir. Histoloji müayinədə peribronxial və perivaskulyar sahələrdə daxilində tozlar olan makrofaqların toplanması aşkarlanır. Saxlanmış alveollarda alüminum mikrohissəcikləri təyin olunur.

Alüminozun simptomları

Başlanğıc mərhələdə alüminoz tez-tez kəskin respirator xəstəlik altında maskalanır. Xəstəni residivləşən laringit, traxeit və bronxit narahat edir. Sonralar prosesə davamlı, üzücü, quru və azproduktiv bəlğəm; döş qəfəsində dəlici və sıxıcı ağrılar qoşulur. Başlanğıcda ağrı sindromu epizodik xarakter daşıyır; sonra torakalgiya daimi xarakter daşıyır və döş qəfəsinin yan tərəflərində daha çox hiss olunur. Peşə xəstəliyinin debütündə bronxial sekret çətinliklə xaric olur. Bronxoektazlar meydana çıxdıqdan sonra öskürək yaş, çox miqdarda, sarımtıl bəlğəmli olur.

Pnevmokoniozun fəsadlaşması zamanı meydana çıxan təngnəfəslik tədricən proqressivləşir və daimi xarakter alır. Başlanğıcda pasient yeriyəndə və pilləkan qalxanda; sonralar isə kiçicik yüklənmə və sakitlik vəziyyətində tənəffüsün çətinləşməsindən əziyyət çəkir. Alüminoz tez-tez qarında ağrılar, həzm pozulması ilə müşayiət olunur. Xəstənin ümumi vəziyyəti pozulur – iştaha pisləşir; motivasiyasız zəiflik, subfebril tempratur, arıqlama meydana çıxır.

Alüminozun ağırlaşmaları

Alüminoz tez-tez bronxoektaziyanın inkişafı ilə ağırlaşır. Onlar daimi infeksiya mənbəyidirlər və pnevmoniyanın, qanhayxırmanın və bəzən ağciyər qanaxmasının əmələ gəlməsini təşviq edirlər. Subplevral kistaların parçalanması nəticəsində residivləşə bilən spontan pnevmotoraks yaranır. Nadir hallarda ağciyər alüminozu fonunda vərəm inkişaf edir. Zərərli agentlə kontakt vaxtında aradan qaldırılmazsa, alüminum ağciyərlərdə toplanır və sonralar interstisial toxumanın sklerozlaşmasına səbəb olur. Tənəffüs çatışmazlığı sürətlə proqressivləşir. Xəstənin ağır dərəcəli əlilliyinə gətirib çıxaran xroniki ağciyər ürəyi inkişaf edir.

Alüminozun diaqnostikası

Zərərli şəraitdə işləyən sənaye işçisində ağciyər patologiyasına şübhə olduqda peşə xəstəliyi dəyərləndirilir. Sorğu zamanı peşə zərərinin xarakteri və bu sahədə iş müddəti dəqiqləşdirilir. Alüminozun gecikmiş klinik hallarında inspeksiyada sianoz dodaqlar və dırnaq falanqaları, güclü ağciyər fibrozunda diffuz sianoz aşkarlanır. Sonuncu barmaq falanqalarının və dırnaqların baraban çubuqları və saat şüşəsi formasında deformasiyası xroniki oksigen aclığından xəbər verir. Diaqnoz aşağıdakı metodların köməyilə təsdiqlənir:

  • Obyektiv müayinə. Auskultativ göstəricilər prosesin təzahür dərəcəsindən, ağırlaşmaların olub-olmamasından asılıdır. Erkən mərhələdə hər iki ağciyər üzərində sərt tənəffüs, quru, fitverici və vızıltılı xırıltılar eşidilir. İnterstisial fibroz formalaşdıqda ağciyərin aşağı şöbələrində lokalizasiya olunmuş krepitasiya auskultasiya olunur.
  • Funksional diaqnostika metodları. Xarici tənəffüs funksiyaları əsasən restriktiv tipli pozulur. Tədricən ağciyərlərin həyat tutumu və maksimal ventilyasiyası azalır, qalıq havanın miqdarı artır. EKQ-də ürəyin sağ şöbəsinin yüklənmə əlamətləri müəyyən olunur.
  • Rentgenoloji müayinə. Ağciyərlərin KT-I və rentgenoqrafiyasında deformasiya olunmuş torlu ağciyər şəkli aşkarlanır. Bu şəklin fonunda hər iki ağciyərin orta və aşağı şöbələrində lokalizasiya olunmuş ləkəvari kölgə təyin olunur. Kölgələr birləşə, dairəvi və ya xətti konqlemeratlar əmələ gətirə bilər. Subplevral emfizematoz bullalar müəyyən olunur. Ağciyərlərin bazal şöbələrində bronxoektaziyalara rast gəlinir.
  • Laborator testlər. Köməkçi diaqnostika metodu kimi istifadə olunur. Alüminoz zamanı qanın klinik analizində limfositlərin və eozinofillərin miqdarının artması tez-tez təyin olunur. Qanın qaz tərkibinin müəyyənləşdirilməsi tənəffüs çatışmazlığının dərəcəsini dəqiqləşdirməkdə kömək edir. Ağciyər vərəminin istisnası məqsədilə bəlğəmin müayinəsi aparılır.

Alüminoz vərəmdən başqa ağciyər sarkoidozu, idiopatik fibrozlaşan alveolit, onkoloji proseslərlə differensiasiya edilməlidir. Differensial diaqnostika ilə pulmonoloq məşğul olur. Aydın olmayan vəziyyətlərdə döş qəfəsinin maqnit-rezonans və pozitron-emision tomoqrafiyası icra olunur, ağciyərlərin transbronxial biopsiyası ilə bronxoskopiya təyin olunur.

Alüminozun müalicəsi

Diaqnozu təsdiqlənmiş pasientlərə əmək fəaliyyətini dəyişmək təkidlə tövsiyə olunur. Alüminum kumulyativ xüsusiyyətə malikdir. Onun xəstənin orqanizminə təsiri davam etdikdə alüminoz sürətlə proqressivləşir. Hətta zərərli faktorla kontakt kəsildikdən sonra xəstəlik geri inkişaf etmir. Pulmonologiya və peşə patologiyaları sahəsində çalışan mütəxəssislərin öhdəsinə düşən əsas məqam pnevmokoniozun gedişini ləngitmək və ağırlaşmaların əmələ gəlməsinin qarşısı almaqdır.

Pasientlərə tamdəyərli kalorili qidalanma, müalicəvi bədən tərbiyəsi, masaj, qrip əleyhinə mövsümi vaksinasiya tövsiyə olunur. İnfeksion ağırlaşmalar zamanı bəlğəm mikroflorasının həssaslığı nəzərə alınmaqla antibiotiklər təyin olunur. Bronxların drenaj funksiyasının yaxşılaşdırılması məqsədilə bronxodilatatorlar və mukolitiklər qəbul olunur. İltihab əleyhinə və immunosupressiv məqsədlə inhalyasion və sistemli kortikosteroidlər təyin olunur. Dekompensasiya olunmuş ağciyər-ürək çatışmazlığı zamanı ürək qlikozidləri, kalsium antaqonistləri və diuretiklər təyin olunur.

Alüminozun proqnoz və profilaktikası

Alüminoz müalicə olunmur; proqnozu qeyri-kafidir. Lakin xəstəlik tədricən proqressivləşir. Peşə zərərləri aradan qaldırıldıqdan sonra müalicə düzgün aparıldıqda pasient uzun illər boyunca aktiv həyat keçirə bilər. Ağır klinik hallarda kompleks donor ürəyi və ağciyərləri köçürülməsi mümkündür. Alüminozun profilaktikası məqsədilə iş şəraitində texniki təhlükəsizlik qaydalarına əməl etmək və şəxsi mühafizə vasitələrindən istifadə etmək lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: