Postinfarkt stenokardiya

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1303

postinfarkt stenokardiya nədir?Postinfarkt stenokardiya – miokard infarktından sonra 24 saat – 2 həftə müddətində anginoz tutmaların yaranması ilə xarakterizə olunan sindromdur. Postinfarkt stenokardiya döş sümüyü arxasında təzyiq, ağırlıq, göynəmə hissi; ürək nahiyəsində ağrı, onun sol qol, kürək, boyuna irradiasiyası ilə müşayiət olunur. Diaqnoz klinik məlumatlar (yaxın keçmişdə miokard infarktının qeydə alınması), EKQ, EKQ-nin sutkalıq monitorinqi, yüklənmə sınaqları, koronar angioqrafiyanın nəticələrinə əsasən qoyulur. Postinfarkt stenokardiyanın müalicəsi medikamentoz (β-adrenoblokatorlar, nitratlar, kalsium antaqonistləri, antikoaqulyantlar) və kardiocərrahi üsullarla (koronar şuntlama, ballon angioplastikası, stentləmə) aparılır.

  • Postinfarkt stenokardiyanın yaranma səbəbləri
  • Postinfarkt stenokardiyanın əlamətləri
  • Postinfarkt stenokardiyanın diaqnostikası
  • Postinfarkt stenokardiyanın müalicəsi
  • Postinfarkt stenokardiyanın proqnozu

Postinfarkt stenokardiya barədə ümumi məlumat

Postinfarkt (qayıdan) stenokardiya miokard infarktından sonra erkən vaxtlarda stenokardiya tutmalarının bərpası və ya proqressivləşməsi ilə səciyyələnir. Nyu-York Ürək Assosiasiyasının kriteriyalarına əsasən postinfarkt stenokardiyanın yaranma müddəti miokard infarktının inkişaf anından etibarən 1-14 gün təşkil edir; yerli kardiologiyada isə bu interval 3 gün – 4 həftə sayılır.
Postinfarkt stenokardiya (stenokardiyanın digər formaları: ilkin, proqressivləşən və Prinsmetal stenokardiyası kimi) qeyri-stabil stenokardiyaya aid olub, onun ən ağır variantıdır (E.Braunvald təsnifatı üzrə C funksional sinfi). Postinfarkt stenokardiya miokard infarktı səbəbindən hospitalizasiya olunan xəstələrin 25%-də aşkarlanır və təkrari infarktın yaranmasının risk amili hesab olunur.

Postinfarkt stenokardiya erkən (miokard infarktından sonra ilk 2 həftə ərzində baş verir) və gecikmiş (daha gec müddətlərdə meydana çıxır) olur. Erkən postinfarkt stenokardiya yaxın bir il ərzində ölüm göstəricilərini 2%-dən 17-50%-ə qədər artırır.

Postinfarkt stenokardiyanın yaranma səbəbləri

Postinfarkt stenokardiyanın səbəbləriPostinfarkt stenokardiyanın inkişafında həm ümumi (stenokardiyanın digər tiplərinə aid), həm də yerli amillər rol oynayır. Ümumi səbəblər sırasına  koronar ateroskleroz, hiperlipidemiya, piylənmə, arterial hipertoniya, şəkərli diabet, tromblaşmaya yüksək meyllik, stresslər daxildir.

Postinfarkt stenokardiyanın spesifik amillərinə spontan və ya medikamentoz trombolizisdən sonra tac arteriyalarının qalıq stenozu, ürək damarlarının çoxsaylı zədələnməsi, sol mədəcik boşluğunun postinfarkt dilatasiyası, onun sistolik disfunksiyası; diastolik təzyiqin yüksəlməsi aiddir. Postinfarkt stenokardiya əsasən ST seqmentinin yüksəlməsinin müşahidə edilmədiyi infarktlardan sonra yaranır.

Erkən postinfarkt stenokardiyanın patogenezinin əsasında tac arteriyalarının ağır aterosklerotik zədələnmələri, aterosklerotik lövhələrin tamlığının pozulması (laylanma, hemorragiyalar), damarların proqressivləşən stenozu dayanır, onlar funksional pozğunluqlar – koronar spazm, fibrinoliz və hemokoaqulyasiyanın pozulması, damar endotelinin zədələnməsi  ilə müşayiət olunur.

Postinfarkt stenokardiyanın əlamətləri

Postinfarkt stenokardiyanın əlamətləriPostinfarkt stenokardiya kəskin miokard infarktının inkişaf anından etibarən 1-3 gündən 2-4 həftəyə qədər müddətdə anginoz ağrı tutmalarının bərpa olunması ilə təzahür edir. Ağrı stenokardiya üçün tipik lokalizasiya (döş sümüyü arxasında) və irradiasiyaya (sol qol, kürək, aşağı çənə, boyun nahiyəsinə) malikdir; nitroqliserinə çətinliklə tabe olur, əksər hallarda onu aradan qaldırmaq üçün analgetiklərin (o cümlədən narkotik) yeridilməsi lazım gəlir. Ağrı tutmaları sakit vəziyyətlərdə, eləcə də cüzi psixoemosional və fiziki yüklənmələr  zamanı meydana çıxa bilər.

Postinfarkt stenokardiya tutmalara səbəb olan yüklənmələrin aşağı həddi ilə xarakterizə edilir.  Bəzən eyni pasiyentdə sakitlikgərginlik stenokardiyasının tutmaları növbələnir. Gərginlik stenokardiyası AT-nin yüksəlməsi və ya arterial hipotoniya ilə müşayiət oluna bilər.

Postinfarkt stenokardiyanın atipik halları zəif ifadəli ağrı sindromu ilə gedir və ya ağrı ümumiyyətlə izlənilmir. Belə hallarda adətən miokard işemiyası aritmiyaürək çatışmazlığı ilə birgə rast gəlinir, bu da qeyri-qənaətbəxş proqnostik əlamət sayılır. Postinfarkt stenokardiya miokard infarktının residivi ilə ağırlaşa bilər.

Postinfarkt stenokardiyanın diaqnostikası

Postinfarkt stenokardiyanın diaqnozu klinik-laborator və instrumental üsullarla: EKQ, ürəyin USM, EKQ Holter monitorlaşması, koronaroqrafiya və s. ilə təsdiqlənir. Elektrokardioqrammada ST-seqmentinin 1 mm və daha çox depressiyası, ağrı tutması zamanı T dişciyinin inversiyası qeydə alına bilər. Lakin ST-seqmentinin elevasiyası həm kəskin işemiya, həm də keçirilmiş miokard infarktı ilə bağlı dəyişikliklərə dəlalət edə bilər, bu da postinfarkt stenokardiyanın elektrokardioqrafik diaqnostikasının həssaslığını azaldır. Kreatinkinaza və troponinin miokardial fraksiyasının aktivliyinin yüksəlməsi miokard infarktının residivinin differensial-diaqnostik əlaməti sayılır.

Postinfarkt stenokardiyanı fərqli həssaslıq dərəcəsi ilə aşağıdakı üsulların köməyilə aşkar etmək mümkündür: yüklənmə testləri (58%), EKQ Holter monitorlaşması (27%), hiperventilyasiya sınağı (11%). Sol mədəcik miokardının yığılma funksiyasının ümumi və regionar yığılma qabiliyyətini qiymətləndirmək üçün ExoKQ və sol ventrikuloqrafiya icra olunur.

Koronaroqrafiya prosesində (КТ-koronaroqrafiya, MSKT- koronaroqrafiya) əksər pasiyentlərdə mədəciklərarası (ön enən) koronar arteriyanın stenozu, 8-12% hallarda isə sol tac arteriyasının kötüyünün zədələnməsi müəyyən edilir. Postinfarkt stenokardiya zamanı həmçinin sol koronar arteriyanın dolanan və ya diaqonal şaxəsi, sağ koronar arteriya zədələnə bilər; çox vaxt multidamar zədələnmələrinə rast gəlinir.

Postinfarkt stenokardiyanın müalicəsi

Postinfarkt stenokardiyanın konservativ müalicəsi anginoz tutmaların aradan qaldırılması və qarşısının alınması, təkrari infarktın və onun ağırlaşmalarının profilaktikasına yönəldilir.  Xəstələrə yataq və ya yarımyataq rejimi, tam fiziki və psixi sakitlik, az kalorili qidalanma, monitor nəzarət təyin olunur.

Postinfarkt stenokardiyanın medikamentoz müalicəsi beta-adrenoblokatorlar (metoprolol, propranolol, atenolol), nitratlar (nitrosorbid), kalsium antaqonistləri (nifedipin) ilə aparılır. Bəzi kardioloqlar ifadəli ağrı sindromunda eyni zamanda nitroqliserinin damar daxilinə damcı üsulu ilə yeridilməsini məsləhət görür. Postinfarkt stenokardiyanın kompleks müalicəsində antitrombotik preparatlar (asetilsalisil turşusu, tiklopidin), bibaşa təsirli antikoaqulyantlar (dəri altına heparin) tətbiq edilir.

Postinfarkt stenokardiya təkrari infarkt riskini əhəmiyyətli dərəcədə yüksəltdiyindən təkrarlanan tutmalar zamanı koronaroqrafiyadan sonra aorto-koronar şuntlama, dəri səthindən keçməklə translüminal koronar angioplastika və zədələnmiş koronar arteriyanın stentlənməsi barədə qərar qəbul edilir. Kardiocərrahi müdaxilə klinik vəziyyəti yaxşılaşdırır, medikamentoz terapiya ilə müqayisədə pasiyentlərin sağ qalma ehtimalını xeyli artırır. Planlı cərrahi müalicə adətən miokard infarktından 3-4 həftə sonra həyata keçirilir.

Postinfarkt stenokardiyanın proqnozu

Erkən postinfarkt stenokardiya təkrari infarkt və qəfləti ölüm riskini dəfələrlə artıran qeyri-qənaətbəxş proqnostik əlamət hesab olunur.  Postinfarkt stenokardiya medikamentoz terapiyaya çətin tabe olur, bu səbəbdən pasiyentlərin təxminən 60%-də miokardın revaskulyarizasiyası üzrə əməliyyatlar icra edilir.

Cərrahi müdaxilələr xəstələrin 80-90%-də klinik vəziyyətin yaxşılaşmasına və 60%-də isə postinfarkt stenokardiya sindromunun aradan qalxmasına səbəb olur. Perioperativ miokard infarktı 5-7% hallarda inkişaf edir, letallıq orta hesabla 1% təşkil edir. Pred- və postoperasion dövrdə pasiyentlər kardiocərrahın dinamik müşahidəsi altında olmalıdır.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: