Sarı pilinq

Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1247

Sarı pilinq nədir?Sarı pilinq – səthi-orta pilinqin bir forması olub, təbii və yaxud sintetik retinol turşusunun köməyilə aparılır. Təbii retinol Amazon meşəsində bitən Urukum otundan alınır, onunla yerinə yetirilən sarı pilinq səthi (enzimlərlə) sayılır. Sintetik retinol turşusu ilə keçirilən prosedur təsirinə görə orta pilinq hesab olunur.  

Sarı pilinq haqqında ümumi məlumat

Sarı pilinqin nəticələriSarı pilinqin əsas komponentlərinə retinol turşusu və onun törəmələri (retinoidlər – A vitamininin sintetik analoqları) aiddir. Onlar pilinqdə istifadə olunan vasitəyə parlaq-sarı rəng verir. Retinol turşusu dəri hüceyrələrinin metabolizminə və oksidləşmə-bərpa proseslərinə təsir göstərir: epidermositlərin differensiasiya və keratinizasiyasını tənzimləyir, fibroblastların yaranmasını aktivləşdirir, toxumaların reepitelizasiyasını stimulə edir, piqmentin əmələ gəlməsini ləngidir. Həmçinin sebostatik, bakterisid və komedonolitik təsir göstərir. Sarı pilinq formulunun tərkibinə daxil olan kojik, azelain, askorbin və fitin turşuları retinolun təsirini gücləndirir, hiperpiqmentasiya ocaqlarını yox edirlər.  

Sarı pilinqin üstünlüklərinə onun istənilən fəsildə və bütün dəri tiplərində (həssas, nazik, qalın və s.) aparılması, prosedurdan sonra bərpa dövrünün qısa olması aiddir.  Yumşaq təsiri sayəsində onu həm də boyun və dekolte nahiyəsində tətbiq edirlər. Sarı pilinq – cavanlaşdırıcı prosedurdur. Onun üçün optimal dövr 35-50 yaş sayılır. Buna baxmayaraq, ehtiyac olduqda (məsələn, postakne) 20-25 yaşlarda da məsləhət görülür.  

Sarı pilinq dərinin yaşla bağlı dəyişikliklərinin effektiv formada qarşısını alır. Bu üsul tutqun və atonik dəri, mimik və qocalıq qırışları, hiperpiqmentasiya, dərinin bioloji və foto yaşlanması, disxromiya, postakne, keratoma ilə mübarizə aparır.  

Hamiləlik və südvermə dövrü, retinoidlərin qəbulu, yastı ziyillər, herpes, dermatozun kəskinləşmə dövrü prosedura əks-göstərişdir.   

Sarı pilinqə hazırlıq və onun aparılma qaydası

Sarı pilinqin aparılmasıKosmetoloqların fikrincə hazırlıq mərhələsindən sonra aparılan sarı pilinqin effekti daha yüksəkdir. Prosedurdan 12-14 gün qabaq dəriyə qlikol turşulu krem çəkmək məsləhət görülür. Bu kosmetik vasitə ölü hüceyrə qatını yumşaldır, retinol turşusunun dəriyə daxil olmasını asanlaşdırır. Bəzən seansdan əvvəl enzim və yaxud meyvə turşulu pilinq tövsiyə olunur.  

Sarı pilinq proseduruna başlamazdan əvvəl həkim-kosmetoloq dərini təmizləyir, qlikol və salisil turşularından, rezorsin və xitozandan ibarət məhlulla silir. Bu, ölü epidermositlərin ayrılmasına səbəb olur, dərini retinol maskaya hazırlayır. Sarı retinol maskası üz dərisinə bərabər qat şəklində çəkilir və 20 dəqiqə gözlənilir. Prosedur qızamüddətli göynəmə ilə müşayiət oluna bilər. Vaxt başa çatdıqda retinol pilinq neytrallaşdırılır və silinir.  

Prosedurdan dərhal sonra dəri çəhrayı rəng və hamar görünüş əldə edir. Epidermisin səthi qatının soyulması və susuzlazma ilə əlaqədar pilinqdən 1 gün keçdikdə dəridə dartılma hiss edilir, 3-4 gün sonra qapıqlanma baş verir. Dərinin yenilənməsi və bərpası təxminən 1 həftə çəkir. Nəticədə dəri hamarlanır və təravətlənir.  

Sarı pilinq prosedurunun cavanlaşdırıcı effekti 1 həftə sonra nəzərə çarpır, q ay ərzində tədricən artaraq, 6 ay müddətində qalır. Pilinqdən sonra mimik qırışlar itir, yaşla bağlı dəyişikliklər əhəmiyyətli dərəcədə azalır.  

Nəticənin uzunmüddətli olması üçün sarı pilinq 10-14 gün fasilə ilə 2-3 dəfə təkrarlanmalıdır. Pilinqlər arası dövrdə nəmləndirici krem və ferment maskalarından istifadə edilməlidir. Yaz-yay aylarında sarı pilinq etdikdə dərini ultrabənövşəyi şüalardan qorumaq lazımdır.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: