Yenidoğulmuşun asfiksiyası

07 Yanvar 2019 Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 22

Yenidoğulmuşun  asfiksiyası – erkən neonatal dövrün patologiyası olub, körpənin tənəffüsünün pozulması və hipoksiyanın inkişafı nəticəsində yaranır. Yenidoğulmuşun asfiksiyası klinik olaraq doğuşun ilk dəqiqəsində körpədə sərbəst tənəffüsün olmaması və ya ürək fəaliyyəti fonunda tək-tək, səthi və ya qıcolma xarakterli nizamsız tənəffüs hərəkətlərinin olması ilə özünü büruzə verir. Asfiksiyalı uşaqlar reanimasion tədbirlər aparılmasına ehtiyac duyurlar. Yenidoğulmuşun asfiksiyasının proqnozu patologiyanın ağırlığından və vaxtında aparılan müalicə tədbirlərinin tamlığından asılıdır.

  • Yenidoğulmuşun asfiksiyasının yaranma səbəbləri
  • Yenidoğulmuşun asfiksiyasının patogenezi
  • Yenidoğulmuşun asfiksiyasının klinik əlamətləri
  • Yenidoğulmuşun asfiksiyasının diaqnostikası
  • Yenidoğulmuşun asfiksiyasının müalicəsi
  • Yenidoğulmuşun asfiksiyasının proqnozu
  • Yenidoğulmuşun asfiksiyasının profilaktikası

Yenidoğulmuşun asfiksiyası barədə ümumi məlumat

Yenidoğulmuşların ümumi sayının 4-6%-də asfiksiya aşkarlanır. Asfiksiyanın ağırlığı qaz mübadiləsinin (yenidoğulmuşun qan və toxumalarında oksigen çatmamazlığı və karbon qazının toplanması) ağırlıq dərəcəsindən asılıdır. Yaranma vaxtına görə yenidoğulmuşun asfiksiyası birincili (bətndaxili) və doğuşdan sonra ilk sutka ərzində yaranan ikincili (bətnxarici) olur. Yenidoğulmuşun asfiksiyası təhlükəli hal olub, neonatal ölüm və dölün ölü doğulması hallarına  səbəb olur.

Yenidoğulmuşun asfiksiyasının yaranma səbəbləri

Yenidoğulmuşun asfiksiyası ana və dölün xəstəlikləri, hamiləliyin gedişinin pozulması nətisində yaranır. Yenidoğulmuşun birincili asfiksiyasının yaranma səbəbləri kəllədaxili travmalar mənşəli kəskin və ya xroniki oksigen çatmamazlığı, bətndaxili infeksiyalar (məxmərək, sitomeqalovirus, sifilis, toksoplazmoz, xlamidioz, herpes və s.),  ana və dölün qanının immunoloji uyğunsuzluğu, dölün inkişaf qüsurları, yenidoğulmuşun tənəffüs yollarının dölyanı maye və ya seliklə tam və ya hissəvi obturasiyasi (obturasion asfiksiya) hesab olunur.

Yenidoğulmuşun asfiksiyasının inkişafına ananın ekstragenital patologiyaları (anemiya, ürək qüsurları, ağciyər xəstəlikləri, tireotoksikoz, şəkərli diabet, infeksiyalar), ağırlaşmış  mamalıq anamnezi (gecikmiş toksikozlar, ciftin vaxtından əvvəl ayrılması, hestasiya dövrünün uzanması, ağırlaşmış doğuşlar), anada zərərli vərdişlərin olması şərait yaradır. Yenidoğulmuşun ikincili asfiksiyasının səbəbləri körpənin beyin qan dövranının pozulması və pnevmopatiyalardır. Pnevmopatiyalar ağciyırlərin perinatal qeyri-infeksion xəstəlikləri olub, ağciyər toxumasının natamam açılması nəticəsində yaranıratelektaz, ödemli-hemorragik sindrom, hialin membranlarının xəstəliyi ilə təzahür edir.

Yenidoğulmuşların asfiksiyasının patogenezi

Yenidoğulmuşun asfiksiyası zamanı tənəffüs pozğunluqlarının etiologiyasından asılı olmayaraq, onun orqanizmində metabolizm, mikrosirkulyasiya və hemodinamikada eyni pozulmalar inkişaf edir. Yenidoğumuşun asfiksiyasının ağırlıq dərəcəsi hipoksiyanın müddəti və intensivliyindən asılıdır. Oksigen çatışmadıqda azotemiya, hipoqlikemiya, hiperkaliemiya (sonra hipokaliemiya) ilə xarakterizə olunan respirator-metabolik asidoz yaranır. Elektrolitlərin disbalansı zamanı hüceyrə disbalansı artır.

Yenidoğulmuşun kəskin asfiksiyası zamanı eritrositlər hesabına dövr edən qanın həcmi artır; xronik hipoksiya fonunda yaranan asfiksiya hipovolemiya ilə müşayiət olunur. Bu qanın qatılaşmasına, trombosit və erotrositlərin aqreqasiyasının artmasına səbəb olur. Bu cür mikrosirkulyator pozğunluqlar nəticəsində baş beyin, boyrəklər, ürək, qaraciyər, böyrəküstü vəzi və toxumalarda ödem, işemiya, qansizma və hipoksiya yaranır. Nəticədə mərkəzi və perferik hemodinamik pozulmalar gəlir, AT aşağı düşür.

 Yenidoğulmuşun asfiksiyasının təsnifatı

Yenidoğulmuşun asfiksiyasının əsas amili hemodinamika, ürək fəaliyyəti, əzələ tonusu və reflekslərin pozulmasına səbəb olan tənəffüs pozulmasıdır. Əlamətlər ağırlığına görə mamaliq və ginekologiyada doğuşun ilk dəqiqəsində 10 ballıq Apqar şkalası ilə qıymətləndirilir: yüngül asfiksiya -6-7 bal, orta asfiksiya –4-5 bal, ağır asfiksiya – 1-3 bal. Apqar şkalazı üzrə 0 bal klinik ölüm sayılır. Yenidoğulmuşda asfiksiyasının ağırlıq dərəcəsinin amillərinə ürəkdöyünmə, tənəffüs, dərinin rəngi, əzələ tonusunun artması və reflektor qıcıqlanma (pəncə refleksi) aiddir.

Asfiksiyanın yüngül dərəcəsində yenidoğulmuşun ilk nəfəs alması doğuşdan sonra ilk dəqiqədə baş verir, uşaqda zəif tənəffüs eşidilir, akrosianoz, burun-dodaq nahiyəsinin sianozu,  əzələ tonusunun azalması müşahidə olunur. Asfiksiyanın orta dərəcəsində ilkin dəqiqədə nəfəsalma baş verir, zəif ritmik və ya qeyri-ritmik tənəffüs, alçaq səslə ağlama, bradikardiya, əzələ tonusu və reflekslərin azalması, üz dərisi, pəncə və əllərin göyərməsi, göbək ciyəsinin pulsasiyası müşahidə olunur.

Yenidoğulmuşun asfiksiyasının ağır dərəcəsi zamanı qeyri-ritmik tənəffüs və apnoe, ağlamanın olmaması, nadir ürəkdöyünmə, arefleksiya, əzələlərin atoniya və  ya ifadəli hipotoniyası, dərinin avazıması, göbək ciyəsinin pulsasiyasının olmaması, böyrəküstü vəzi çatmamazlığının yaranması qeyd edilir. Asfiksiyalı yenidoğulmuşların həyatının ilk günündə mərkəzi sinir siteminin zədələnməsi  (beyin qan dövranı və likvorodinamikanın pozulması) ilə özünü büruzə verən posthipoksik sindrom yarana bilər.

Yenidoğulmuşun asfiksiyasının diaqnostikası

Asfiksiyanın diaqnozu yenidoğulmuşun heyatının ilk dəqiqəsində əzələ tonusu, refloktor qıcıqlanma, dərinin rəngi, ürəkdöyünmə, tənəffüsün adekvatlığı ve tezliyine esasen qoyulur. Xarici baxış və yenidoğulmuşun vəziyyətini qiymətləndirən Apqar şkalasından başqa asfiksiyanın diaqnozu qanın turşu-qələvi tərkibinin yoxlanılması əsasında da təsdiqlənir.

Nevroloji müayinə metodları və baş beynin ultrasəs müayinəsi (ultrasonoqrafiya) baş beynin hipoksik və travmatik (yayılmış subdural, subaraxnoidal və mədəcikdaxili qansızma və s.) zədələnmələrini differensiasiya etmək üçün aparılır. Mərkəzi sinir sisteminin hipoksik zədələnməsi olan yenidoğulmuşlarda yüksəlmiş sinir-reflektor qıcıqlanmanın olduğu halda (ağır asfiksiyada mərkəzi sinir sisteminin zəifləməsi) ümumi beyin əlamətləri müşahidə edilmir.

Yenidoğulmuşun asfiksiyasının müalicəsi 

Asfiksiyalı yenidoğulmuşlara ürək-tənəffüs fəaliyyətinin,elekrolit mübadiləsi, metabolizm, hemodinamik pozulmaların bərpasına yönəldilmiş təcili reanimasion tədbirler aparılmalıdır. Yüngül və ortadərəcəli asfiksiyalı yenidoğulmuşa mədə, ağız boşluğu,burun udlaq möhtə viyyatının aspirasiyası; ağciyərlərin maskalı üsulla yardımçı ventilyasiyası; göbek venasına çəkiye görə 20 %-li  qlükoza məhluəu ve kokarboksilaza yeridilməsi ilə  aparılır.

Əgər orta ağırlıqda asfiksiyalı körpənin aparılan yardımlardan sonra spontan tənəffüsü bərpa olmazsa, traxeyanın intubasiyası və tənəffüs yollarından möhtəviyyatın aspirasiyası yerinə yetirilir və xəstə süni tənəffüs aparatına qoşulur. Əlavə olaraq natrium- hidrokarbonat məhlulu venadaxili yeridilir. Ağır dərəcəli asfiksiya zamanında da həmçinin körpə süni tənəffüs aparatına qoşulur, asistoliya və bradikardiya zamanı ürəyin dolayı yolla massajı aparılır, qlükoza, kokarboksilaza, prednizolon, adrenalin,  kalsium qlükonat məhlulu yeridilir. Asfiksiyalı yarımçıq doğulmuş körpələrin reanimasion tədbirləri digərlərindən fərqlənir. Sonralar asfiksiya ile doğulmuş körpələr lazımi müalicə və diqqət tələb edir: oksigen yardımı, kranioserebral hipotermiya, vitamin və məhlulların köçürülməsi, simptomatik müalicə .Yüngül asfiksiyalı yenidoğulmuşlar xüsusi oksigenli palataya, orta ve ağır dərəcəliler ise küvezə yerləşdirilir. Qidalanmanın növü körpənin vəziyyetinden asılıdır. Xəstəxanadan evə yazıldıqdan sonra körpəyə nevroloqun nəzareti lazımdır.

Yenidoğulmuşun asfiksiyası zamanı proqnoz                                           

Proqnoz körpənin asfiksiyasının ağırlıq dərəcəsindən, aparılan müalicənin tamlığından və vaxtında aparılmasından asılıdır. Birincili asfiksiyanın proqnozunu qiymətləndirmək üçün doğuşdan 5 dəqiqə  sonra Apqar şkalası ilə körpənin vəziyyətini qiymətləndirmək lazımdır.

Əgər bal artmışsa proqnoz qənaetbexş kimi qiymətləndirilir. Asfiksiya ilə doğulmuş uşaqlarda çox zaman həyatın ilk ilində hiper- və hipooyanıqlıq, hipertenzion-hidrosefal və ya perinatal ensefalopatiyanın qıcolma forması, diensefal (hipotalamik) dəyişikliklər müşahidə olunur. Uşaqların bir qismində asfiksiyanın ağırlaşmaları ölümlə nəticələnir.

Yenidoğulmuşun asfiksiyasının profilaktikası

Hal-hazırda mama-ginekoloqlar yenidoğulmuşların patologiyaları, o cümlədən asfiksiyaların profilaktik tədbirlərinə böyük diqqət yetirirlər. Yenidoğulmuşlarda asfiksiyanın qarşısını almaq üçün hamilələrdə ekstragenital xəstəliklər vaxtında müalicə olunmalı, hamiləlik risk amilləri nəzərə alinmaqla aparılmalı, ciftin və dölün vəziyyəti (uşaqliq-plasentar qan dövranının doppleroqrafiyası, USM)  yoxlanılmalıdır.  Bundan əlavə hamilə qadınlar zərərli vərdişlərdən imtina etməli, düzgün qıdalanmalı və mama-ginekoloqun təyinatlarına əməl etməlidirlər. Doğuş zamanı dölün hipoksiyanın qarşısının alınması, doğuşdan dərhal sonra uşağın yuxarı tənəffüs yollarının təmizlənməsi də profilaktik tədbirlərə aiddir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: