Hipertonik retinopatiya

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2519

hipertenziv retinopatiya nədir?Hipertonik retinopatiya – arterial hipertenziyalı xəstələrdə təzyiqin davamlı yüksəlməsi fonunda torlu qişa damarlarının zədələnməsidir. Onun əsas əlamətlərinə görmənin pisləşməsi, gözlərin qızarması və yorulması, göz önündə uçuşan qara nöqtələr və ləkələr, baş ağrıları aiddir. Diaqnoz  oftalmoskopiya, vizometriya, tonometriya, biomikroskopiyanın nəticələri arasında qoyulur. Pasiyentlərə ümumi hipotenziv terapiya və hipolipidemik vasitələr təyin edilir. Əlavə olaraq, retinoprotektorlar retrobulbar yeridilir, C, A və B qrup vitaminlərdən istifadə edilir.

  • Hipertonik retinopatiyanın yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Hipertonik retinopatiyanın əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Hipertonik retinopatiyanın müalicəsi
  • Proqnoz və profilaktika

Hipertonik retinopatiya barədə ümumi məlumat

Hipertonik retinopatiya – geniş yayılmış patologiyadır. Xəstəlik ilk dəfə 1898-ci ildə ingilis oftalmoloqu Markus Qunn tərəfindən təsvir olunmuşdur. Torlu qişa damarlarının zədələnməsinin mikroskopik əlamətləri hətta anamnezində arterial hipertenziyanın olmadığı 40 yaşdan yuxarı şəxslərdə aşkarlanır. Xəstəliyin III-IV mərhələləri hipertoniyadan əziyyət çəkən xəstələrin 2-15%-də müşahidə edilir. Arterial hipertenziyalı uşaqlarda oftalmoskopiya aparıldıqda 3-5% hallarda spesifik dəyişikliklər izlənilir. Patologiya hər iki cinsin nümayəndələri arasında eyni tezliklə yayılır.

Hipertonik retinopatiyanın yaranma səbəbləri

Hipertonik retinopatiyanın səbəbləriPatologiya essensial və simptomatik arterial hipertenziya ilə əlaqədar yaranır. Əsas trigger amillərə artıq çəki, stress, aşağı səviyyəli fiziki aktivlik, spirtli içki və siqaretdən istifadə aiddir. Xəstəliyin etioloji amilləri arasında irsi meyllik də qeyd edilir. Risk qrupuna dekompensasiya olunmuş hipertenziya, ürək xəstəlikləri, ateroskleroz, şəkərli diabetdən əziyyət çəkən şəxslər daxildir.

Hipertonik retinopatiyanın patogenezi

Retinal hemosirkulyasiyanın xüsusiyyətləri əsasən sistemli AT-nin göstəricilərindən asılıdır. Başlanğıc (vazokonstriktor) mərhələnin patogenezində torlu qişanın arteriolalarının tonusunun artması ilə müşayiət olunan vazospazm mühüm rol oynayır. Arteriospazmın əsasında yerli autorequlyator reaksiyalar dayanır. Morfoloji olaraq, arteriolaların fokal daralması müəyyən edilir. Bir müddətdən sonra daralma generalizəolunmuş formaya keçir. Təzyiqin davamlı daralması daxili qişanın (intima) qalınlaşmasına və orta qatın hiperplaziyasına səbəb olur. İntima-media kompleksində gedən patoloji dəyişikliklər sürətlə proqressivləşir.

Sklerotik mərhələnin patogenezində hialin liflərin degenerasiyası ön plana çıxır. Bəzi sahələrdə arteriolaların daralması və venaların genişlənməsi arteriovenoz çarpazlaşmaya (Salyus-Qun əlaməti)  gətirib çıxarır. Bu əlamətin I dərəcəsində arteriovenoz kəsişmədə vena içəriyə batır. II dərəcədə vena kəsişmə nöqtəsindən öndə qövs əmələ gətirir və arteriyanın alt hissəsinə keçdikdə isə kəskin şəkildə nazilir. III dərəcədə qövsşəkilli əyriliyin mərkəzində vena görünməz olur. Struktur dəyişiklikləri ilə əlaqədar arterio-venoz çarpazlaşmada işıq refleksi genişlənir.

İlvolyusion skleroz arteriolaların kəskin daralmasına səbəb olur. Damarlar solğunlaşır və qıvrılır – «gümüş naqili» xatırladır (müsbət Qvist əlaməti). Miosit və endoteliositlərin nekrozu torlu qişanın işemiyasına və hematoretinal baryerin keçiricilityinin yüksəlməsinə təkan verir. Xəstəliyin atipik gedişində prosesin mərhələliyi pozulur. Erkən dövrlərdə normada yalnız ifadəli arteriovenoz çarpazlaşmalarda rast gəlinən bir sıra dəyişikliklər (mikroanevrizma, hemorragiya) aşkar olunur.

Hipertonik retinopatiyanın təsnifatı

Hipertonik retinopatiya zamanı göz dibində yaranan dəyişikliklərin müxtəlif təsnifatları mövcuddur. Lakin arterial hipertenziya ilə torlu qişanın zədələnməsi arasındakı ən dəqiq asılılıq Keyt Vagener Barkerin (KWB) təsnifatında qeyd olunmuşdur. Klinik əlamətlərə əsasən xəstəliyin 4 mərhələsi ayırd edilir:

  • I mərhələPatoloji proses yalnız torlu qişanın damarlarına yayılır. Dəyişikliklər geridönən olur. Arteriyaların daralması onlarla venaların diametrləri arasındakı nisbətin pozulmasına gətirib çıxarır. Tək-tək arteriovenoz çarpazlaşmalara rast gəlinir. Salyus əlaməti müsbət olur.
  • II mərhələTorlu qişanın üzvi zədələnməsinin ilkin əlamətləri aşkarlanır. Retinal damarların divarları qalınlaşır, işıq refleksi genişlənir. Damar divarının qalınlaşması nəticəsində oftalmoskopiya zamanı arteriyalar mis və ya gümüş naqilə bənzəyir. Məhdud sahələrdə arteriolaların hissəvi və ya tam obliterasiya zonası müşahidə edilir.
  • III mərhələSadalanan təzahürlərə sinir liflərinin zədələnməsini ifadə edən əlamətlər də qoşulur. Oftalmoskopiyada şüşəyəbənzər cismin arxa hissələrinə yayılan hemorragiya və plazmorragiya vizuzalizasiya olunur. Lipid yığıntıları sarımtıl «bərk» eksudat şəklində, zülal transudatı isə boz rəngli və «yumşaq» konsistensiyalı olur. Torlu qişanın işemik infarkt zonasında pambığabənzər ocaqlar əmələ gəlir.
  • IV mərhələDəyişikliklər geridönən olmur. Damarların ifadəli proqressiv sklerotik zədələnməsi xarakterikdir. Oftalmoskopiyada görmə sinirinin diskinin ödemi müəyyən olunur. Göz almasının daxili qişasında degenerativ dəyişikliklər izlənilir. Makulyar ödemin və torlu qişanın ayrılma riski yüksək olur.

Hipertonik retinopatiyanın əlamətləri

Hipertonik retinopatiyanın əlamətləriXəstəlik üçün uzunmüddətli simptomsuz gediş səciyyəvidir. Patologiyanın proqressivləşməsi görmənin pisləşməsi, gözlərin qızarması ilə nəticələnir. Pasiyentlər əsasən baş ağrılarından, vizual yüklənmələr zamanı (kitab oxuduqda, televizora baxdıqda, kompüterdə işlədikdə) gözlərin həddindən artıq yorulmasından şikayət edirlər. Hipertonik retinopatiyanın III-IV mərhələlərində göz önündə uçuşan qara nöqtələr və ləkələr yarana bilər. Arterial təzyiq kəskin artdıqda fotopsiya və metamorfopsiya müşahidə edilir. Xəstələr onları hipertenziv krizdən əvvəl «auranın» əlamətləri kimi qəbul edirlər.

Hipertonik retinopatiyanın ağırlaşmaları

Xəstəlik əksər hallarda subretinal qansızma ilə ağırlaşır. Bu da gələcəkdə torlu qişanın ayrılması ilə nəticələnə bilər. Xoriopatiya və görmə sinirinin neyropatiyası adətən proqressivləşir. Kəskin işemik neyropatiya zamanı görmə sinirinin diskinin ödemi inkişaf edir. Ağır formalarda görmə sinirinin subatrofiyasının əlamətlərinə rast gəlinir. İfadəli eksudasiya hallarında patoloji proses şüşəyəbənzər cismə yayılmaqla, onun bulanmasına gətirib çıxarır. Hipertonik retinopatiyalı pasiyentlər göz miqreninə və oftalmohipertenziyaya meylli olur.

Hipertonik retinopatiyanın diaqnostikası

Hipertonik retinopatiya əksər hallarda ağırlaşmış anamnezli şəxslərin müayinəsi zamanı təsadüfən aşkarlanır. İfadəli klinik əlamətlər yalnız uzunmüddət arterial hiperteniyadan və ya senil demensiyadan əziyyət çəkən pasiyentlərdə müşahidə edilir. Fizikal müayinə zamanı gözlərdə heç bir dəyişikliyk nəzərə çarpmır. Hipertonik retinopatiyanın əsas diaqnostik üsulları aşağıdakılardır:

  • Oftalmoskopiya. Göz dibinə baxış keçirərkən görmə sinirinin diskində damarların damarlması vizualizasiya olunur. Zədələnmə sahəsinin ölçüsü diskin diametrinin 1/2 hissəsinə bərabərdir. Müsbət Qvist və Salyus I-III əlamətləri qeydə alınır.
  • Gözdaxili təzyiqin ölçülməsi. Tonometriyanın nəticələri referent göstəricilərdən bir qədər yüksək olur. Bundan əlavə gözdaxili təzyiqin sutka ərzində dəyişməsinə nəzarət edilir.
  • VizometriyaXəstəliyin I-II mərhələlərində görmə funksiyası dəyişmir. III-IV mərhələlərdə görmə itiliyi azala bilər. Lakin bu pozğunluq torlu qişanın üzvi zədələnməsi və ikincili ağırlaşmaların inkişafı ilə bağlı olur.
  • Gözün ön seqmentinə baxışGöz almasının biomikroskopiyasında konyunktiva damarlarının genişlənməsinə rast gəlinir. Arterial təzyiqin davamlı yüksəlməsi və tez-tez təkrarlanan hipertonik krizlər subkonyunktival qansızmalara gətirib çıxarır.

Hipertonik krizin müalicəsi

Etiotrop terapiya sistemli hipotenziv vasitələrin köməyilə aparılır. Onların qəbulu arterial təzyiqin normallaşmasına səbəb olur. Aşağı sıxlıqlı lipoproteidlərin və xolesterinin səviyyəsi artdıqda lipodoqrammaya nəzarət etməklə hipolipidemik vasitələrdən istifadə olunur. Müalicə sxeminə angioprotektorlar əlavə edilə bilər. Onlar retinal hemodinamikanı yaxşılaşdırır, işemiyanın qarşısını alır. Torlu qişanın neyronlarının regenerasiya prosesini sürətləndirmək məqsədilə retinoprotektorların retrobulbar inyeksiyaları təyin edilir. Əlavə olaraq, retinoprotektor xüsusiyyətlərə malik A, C və B qrup vitaminlər məsləhət görülür.

Hipertonik retinopatiyanın proqnoz və profilaktikası

Xəstəliyin proqnozu prosesin mərhələsindən asılıdır. Vaxtında müalicə aparıldıqda retinopatiyanın simptomatikası 1 il ərzində geriyə inkişaf edir. Sklerotik dəyişikliklər mərhələsində retinal qan dövranına təsir etmək mümkün deyil

Spesifik preventiv tədbirlər işlənilib hazırlanmamışdır. Qeyri-spesifik profilaktika sistemli arterial və gözdaxili təzyiqin, qandakı lipidlərin norma səviyyəsində saxlanılmasından ibarətdir. Provokasiyaedici amillər müşahidə edildikdə ildə 4 dəfə oftalmoloqun müayinəsindən (oftalmoskopiya, vizometriya, gözdaxili təzyiqin ölçülməsi) keçilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: