Allergik kontakt dermatit

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 7370

allergik kontakt dermatit nədir?Allergik kontakt dermatit — dərinin allergenlə birbaşa kontaktı nəticəsində təmas nahiyəsində inkişaf edən iltihabi xəstəliyidir. İltihab ləng tipli allergik reaksiya ilə, daha doğrusu, allergen maddə ilə müntəzəm və kifayət qədər uzunmüddətli kontakt nəticəsində inkişaf edir. Bu kontakt müddətində orqanizm sensiblizasiya olunur və allergenə qarşı yüksək həssaslıq inkişaf edir. Allergik kontakt dermatit allergenlə kontaktda olduğu toxumaların ödemi və qızarması (hiperemiyası), qaşınma, papula və qovuqcuqların əmələ gəlməsi ilə xarakterizə olunur. Müalicədə əsas rol dermatitin inkişafına səbəb olmuş maddə ilə kontaktın aradan qaldırılmasına aiddir. Ödemin və qaşınmanın dəf edilməsi məqsədilə kortikosteroid tərkibli məlhəmlər, müasir antihistamin preparatlar tətbiq olunur.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Simptomları
  • Diaqostika
  • Allergik dermatitin müalicəsi
  • Proqnoz və profilaktikası

Аllergik kontakt dermatitin yaranma səbəbləri 

Müasir sənayə allergik kontakt dermatitə səbəb olan külli miqdarda kimyəvi maddə istehsal edir. Bunlara boyalar, dırnaq boyaları, yuyucu tozlar və məişətdə istifadə olunan başqa kimyəvi maddələr, ətir və kosmetikaların bəzi komponentləri, paltar istehsalında tətbiq olunan sintetik materiallar və paltarları rəngləmək üçün boyalar aiddir. İnsanın işdə daim kontaktda olduğu kimyəvi maddələr peşə dermatitinin inkişafına gətirib çıxarır. Allergik kontakt dermatit bəzi dərman preparatlarının tətbiqi nəticəsində də inkişaf edə bilər. Baldırğan, novruzçiçəyi, alışan (sədokimilər fəsiləsinə aid bitki cinsi) və s. bu kimi bitkilər də allergik kontakt dermatitin səbəbi ola bilər. Belə dermatitlər fitodermatitlərə aid edilir.

Allergen dəriyə təsir göstərir, lakin allergik dəyişikliklər bütün orqanizmi əhatə edir. Orqanizmin sensibilizasiyasının inkişafı və allergik reaksiyanın meydana çıxma müddəti allergenin dəriyə nə qədər güclü təsirindən asılıdır. Bu prosesdə orqanizmin öz vəziyyətinin – allergik reaksiyalara meyilliyi, xroniki iltihabi proseslər nəticəsində immunitetin zəifləməsi, dəri buynuz qişasının nazikləşməsi və sairin bu prosesdə rolu böyükdür. Məs., yüksək tərləmə zamanı dərinin rənglənmiş paltarla təşviqi nəticəsində  allergik kontakt dermatit müşahidə olunur.

Аllergik kontakt dermatitin simptomları

Kəskin allergik kontakt dermatitin dəri dəyişiklikləri həmişə allergenin dəri ilə kontaktda olduğu nahiyədə lokalizasiya olunur və bu kontaktın sərhədlərindən bir qədər kənara çıxır. Ocağın aydın konturlu olması patologiya üçün xarakterikdir. Başlanğıcda dərinin qızarması və toxumaların ödemi inkişaf edir. Sonra içərisi sürətlə maye ilə dolan və qovuq mərhələsinə keçən papulalar əmələ gəlir. Qovuqlar açıldıqdan sonra eroziyalar yaranır. Dərinin bu dəyişiklikləri güclü qaşınma ilə müşayiət olunur. proses pilinqlə sonlanır.

Artıq inkişaf etmiş allergik reaksiya fonunda allergenin təsiri davam etdikdə allergik kontakt dermatitin xroniki forması  inkişaf edir. Onun üçün aydın olmayan konturlara malik dəri zədələnməsi və iltihabi dəyişikliklərin dərinin allergenlə kontaktda olmayan nahiyələrinə yayılması xarakterikdir. Orqanizmin güclü sensibilizasiyası zamanı generalizə olunmuş proses müşahidə olunur. Xroniki allergik kontakt dermatitin dəri təzahürləri papula, quruluq və pilinqin inkişafı, dəri mənzərəsinin güclənməsilə dəri qalınlaşması (lixenizasiya) ilə xarakterizə olunur. Daimi qaşınma nəticəsində dərinin davamlı cızılması onun ikincili zədələnməsinə (ekskoriasiya) gətirib çıxarır.

Аllergik kontakt dermatitin diaqnostikası

Allergik kontakt dermatit özünəməxsus simptomları və potensial allergenlərin dəriyə təsirinin aşkarlanması ilə kifayət qədər asan diaqnostika olunur. Dermatitin yaranmasının səbəbinin dəqiq müəyyənləşdirilməsinə dəri sınaqları kömək edir. Onları allergen daşıyan xüsusi test-zolaqlarının köməyilə həyata keçirirlər. Zolaqlar əvvəlcədən təmizlənmiş dəriyə yapışdırılır. Allergik reaksiyanı zolağın yapışdırıldığı nahiyədə qızartı və ödemin əmələ gəlməsi müəyyənləşdirir.

Yanaşı gedən xəstəlikləri aşkarlamaq və allergik kontakt dermatitin differensial diaqnostikasını aparmaq üçün əlavə müayinələr – qanın və sidiyin kliniki və biokimyəvi analizi, qanda şəkərin təyini, nəcisin disbakterioza görə analizi həyata keçirilir. Ehtiyac olarsa, mədə-bağırsaq traktı və qalxanabənzər vəzin funksiyaları müayinə olunur.

Аllergik kontakt dermatitin müalicəsi

Allergik kontakt dermatitin uğurlu müalicəsinin başlıca şərti səbəbkar allergenin tamamilə aradan qaldırılmasıdır. Belə ki, allergiyalar zamanı məişət kimyası mühitində qoruyucu əlcəklər istifadə olunmalıdır. Sintetik materiallara qarşı allergiyalar zamanı pambıq alt paltarları geyinmək, alış-veriş zamanı parçanın tərkibini hərtərəfli öyrənmək lazımdır.  Metallara qarşı allergiyalar zamanı paltarın metallik hissəsi (zamok,  düymə, qarmaq və knopka) dəriyə toxunmamalı, bıçaq və başqa alətlərin dəstəyi plastik və ya taxta olmalı, metal bəzək əşyalarından istifadə olunmamalıdır.

Kəskin allergik kontakt dermatitin müalicəsində kortikosteroid məlhəmlərin istifadəsi effektlidir. Böyük qovuqlar əmələ gəldikdə onlar deşilir. Qaşınma və ödemin dəf edilməsi məqsədilə müasir antihistamin preparatlar – setirizin, loratadin, dezloratadin və s. təyin olunur. Ağır hallarda daxilə kortikosteroid preparatlar qəbul olunur.

Аllergik kontakt dermatitin proqnozu

Pasientin allergenlə kontaktı aradan qaldırıldıqdan sonra tam sağalma baş verir. Lakin allergenlə təkrari kontaktdan, xüsusilə də, söhbət əgər peşə fəaliyyətindən gedirsə, qaçılmazdır.  Belə hallarda allergik kontakt dermatit inkişaf etməkdə davam edir, proses generalizasiya olunur və kliniki təzahürlər bütün orqanizmi zəbt edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: