Doğuşdan sonrakı psixoz

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2955

doğuşdan sonra psixoz nədir?Doğuşdan sonrakı psixoz – doğuşun ilk həftələrində yaranan kəskin psixi pozğunluqdur. Depressiya, yuxusuzluq, huşun pozulması, uşağın sağalmaz xəstəliyə tutulması barədə sayıqlamalar, hallüsinasiyalarla təzahür edir. Pasiyentin davranışı qeyri-adekvat olur: yenidoğulmuşa qulluq etmək istəmədiyini bildirir, ona zərər yetirir, intihara cəhd edir. Diaqnostika psixiatr tərəfindən aparılır, əsas üsulları klinik müsahibə və müşahidədən ibarətdir. Müalicə medikamentoz yolla icra olunur, neyroleptiklər, antidepressantlar, trankvilizatorlardan istifadə edilir. Qadının vəziyyətinin yaxşılaşdıqda psixoterapiya seansları təşkil edilir.

  • Doğuşdan sonrakı psixozun səbəbləri
  • Patogenez
  • Doğuşdan sonrakı psixozun əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Doğuşdan sonrakı psixozun müalicəsi
  • Proqnoz və profilaktika

Doğuşdan sonrakı psixoz barədə ümumi məlumat

Doğuşdan sonrakı psixoz həm də postnatal adlandırılır. Bu pozğunluq ilk dəfə eramizdan əvvəl 460-cı ildə Hippokrat tərəfindən «doğuş qarabasması» kimi təsvir edilmişdir. Onun yaranması doğuş zamanı iri həcmli qan itirmələrlə izah olunurdu. Daha dəqiq tədqiqatlar XIX əsrin ortalarına təsadüf edir. Fransız psixiatrları J.E.Eskirol və L.V.Marse cavan anaların psixozunu doğuşun somatik ağırlaşmalarının nəticəsi kimi qələmə vermişdir. Hazırda psixi pozğunluqların yayılması xeyli azalmışdır. İnkişaf etmiş ölkələrdə doğuş prosesindən 3 aydan az vaxt keçən hər 1000 qadına 1-2 pozğunluq halı qeydə alınmışdır. Xəstəliyə ən çox doğuşdan sonra ilk 30 gün ərzində rast gəlinir.

Doğuşdan sonrakı psixozun yaranma səbəbləri

Doğuşdan sonrakı psixozun səbəbləriStatistik məlumatlara əsasən postnatal psixozlu qadınların 50%-dən çoxunda psixi pozğunluqlar (şizofreniya, depressiya, MDP) və ya onlara irsi meyllilik aşkarlanır. Patologiyanın etiologiyası dəqiq müəyyən edilməsə də onun debütünə təsir edən bir neçə trigger-amillər qeyd edilir:

  • Hamiləlik və doğuşun ağırlaşmaları. Kəskin psixotik vəziyyət əksər hallarda yenidoğulmuşun ölümü, vaxtından əvvəl doğuşlar, düşük təhdidləri ilə əlaqədar yaranır. Pozğunluğun massiv qanaxmalar və sepsislə bağlılığı barədə hələ qədim dövrlərdən irəli sürülən fikirlər öz təsdiqini tapmışdır.
  • Hormonal pozğunluqlar. Hamiləliyin başa çatması hər zaman hormonların səviyyəsinin dəyişməsi ilə müşayiət olunur. Psixi pozğunluqlar progesteron, estrogen, tiroksin sintezinin kəskin azalması fonunda inkişaf edir.
  • MSS-nin zədələnmələriPsixoz çox vaxt nevroloji zədələnmələr zamanı, baş beynin travması, neyroinfeksiyalar, intoksikasiyalardan sonra yaranır. Bəzən pozğunluğa doğuş prosesində ağrısızlaşdırma məqsədilə tətbiq edilən skopolaminin lidolla kombinasiyası səbəb olur.
  • Həyəcanlı-vəsvəsəli aksentuasiya. Adaptasiya qabiliyyəti zəif olan, emosional gərgin  qadınlar depressiyaya və sayıqlama hallarının formalaşmasına daha çox meylli olur. Doğuş prosesi onlar üçün psixi pozğunluqları yaradan stress rolunu oynayır.
  • Qeyri-qənaətbəxş psixososial şərait. Risk amillərinə arzuolunmaz hamiləlik, maddi çətinliklər, boşanmalar aiddir. Psixozlar çox zaman asosial həyat tərzi (narkomaniya, alkoqolizm, fahişəlik) keçirən qadınlarda müşahidə edilir.

Doğuşdan sonrakı psixozun patogenezi

Doğuşdan sonrakı psixoz yaranma mexanizminə görə reaktiv hesab olunur. O, psixotravmatik hadisələrə-doğuşa cavb olaraq inkişaf edir. Pozğunluğun əsasında ölüm qorxusunu yaşama, azadlığın məhdudlaşması, sevgi azlığı (ətrafdakı insanların diqqətinin uşağa yönəlməsi) dayanır. Psixofizioloji astenizasiya- enerjinin tükənməsi, stress amillərə qarşı müqavimətin azalması psixozun inkişafı üçün qeyri-qənaətbəxş fon hesab olunur. Adaptasiya mexanizmlərinin dekompensə olunmuş vəziyyəti yaranır.

Neyrofizioloji səviyyədə beynin qabıq və qabıqaltı maddələri, vegetativ funksiyalar və emosiyaların ali tənzim mexanizmləri sayılan hipotalamusun ön və arxa şöbələri  arasında resiprok tormozlanma proseslərinin pozulması baş verir. Simpatik və parasimpatik sinir sistemlərinin aktivləşməsinin balansı, əsas neyrotrasmitterlərin (serotonin, noradrenalin, dofamin, QAYT) nisbəti dəyişir. Psixodinamik nəzəriyyəyə əsasən doğuşdan sonrakı psixoz qadının istəkləri ilə real vəziyyət arasında uyğunsuzluğun nəticəsində inkişaf edir.

Doğuşdan sonrakı psixozun əlamətləri

Doğuşdan sonrakı psixozun əlamətləriPsixoz doğuşdan 2-3 gün sonra – qadının öz həyatında baş verən dəyişiklikləri anladığı zaman təzahür edir. Əlamətlər tədricən və ya sürətlə yarana bilər. İlkin simptomlara yuxusuzluq, həyəcan, narahatlıq, yorğunluq aiddir. Emosional fon stabil aşağı olur. Sonrakı mərhələlərdə şübhələr, tərəddüdlər, özünün və ya uşağın xəstə olması barədə sayıqlamalar formalaşır. Huşun pozulması, nitqin ardıcıl və məntiqli olmaması qeyd edilir

Şübhə hissləri daima artır. Əksər hallarda analar körpə yatdıqda və qidalandıqda ona xüsusi diqqət yetirir, uşağın ürək döyüntüsü və tənəffüsünü izləyərək, «sağalmaz, ölümcül» xəstəliyin olmasını bildirirlər. Pasiyentlər həkimləri və yaxın qohumları uşağın vəziyyətinə qarşı etinasızlıqda günahlandırırlar. Hamıdan gizlin körpəyə müxtəlif dərmanlar içizdirir, uşağa zərər verə biləcək «prosedurlardan» istifadə edirlər (yenidoğulmuşu soyuq suya salır, soyundururlar).

Psixozun digər formasında ana uşağa qarşı heç bir sevgi və qayğı hissi olmur. Hədsiz qayğı nifrət hissi ilə əvəz olunur. Uşağın dəyişdirilməsi, bədəninə cinin keçməsi, ölümün təcili və qaçılmaz olması barədə fikirlər yaranır.  Ağır hallarda səs hallüsinasiyaları qeyd olunur. Səslər qadını uşağı öldürməyə təhrik edir, ana dəfələrlə övladını boğmağa cəhd edir.  Xəstəlik müddətində qadının öz vəziyyətinə qarşı tənqidi pozulur- sayıqlama və hallüsinasiyalar patoloji hal kimi qəbul edilmir.

Doğuşdan sonrakı psixozun ağırlaşmaları

Vaxtında diaqnostika və müalicə aparılmadıqda doğuşdan sonrakı psixoz ana və uşağın sağlamlığı, həyatı üçün təhlükə daşıyır. Qallüsinasiyalar və sayıqlamaların əsasında qeyri-adekvat davranış formalaşır- qadın əvvəlcə uşağı öldürməklə intihar etməyə cəhd göstərir. Ləng gedişli psixotik proseslərdə biganəlik hissi tədricən artdıqca körpə diqqətdən kənarda qalır, fiziki və psixi inkişafı ləngiyir, erkən yaşlardan nevrotik pozğunluqlardan (enurez, fobiyalar) əziyyət çəkir.

Doğuşdan sonrakı psixozun diaqnostikası

Doğuşdan sonrakı psixoz kəskin psixopatologiyanın klassik əlamətləri ilə təzahür etdiyindən onun diaqnostikası çətinliklər törədir. Psixi pozğunluğun aşkar olunmasında xəstənin yaxın qoyumları mühüm rol otnayır, çünki məhz onlar cavan ananın emosional reaksiyalarından, davranış pozğunluqlarından xəbərdar olur. Peşəkar diaqnostika həkim-psixiatr tərəfindən aparılır, postnatal psixozun  şizofreniya, bipolyar affektiv pozğunluq, depressiya, hipotireoz, Kuşinq sindromundan differensiasiyası məqsədilə əlavə olaraq  patopsixoloji, ginekoloji və nevroloji müayinələr tələb oluna  bilər. Spesifik diaqnostik üsullara aşağıdakılar aiddir:

  • Anamnezin toplanmasıHəkim doğuşun və hamiləliyin gedişi barədə sənədlərlə tanış olur, psixi pozğunluqlara irsi meylliliyi, pasiyentdə psixiatrik diaqnozun, keçmiş hamiləliklərdən sonra depressiyanın, psixozların olmasını müəyyən edir. Məişət şəraiti, maddi vəziyyət, ailənin tamlığı, qadının mayalanma, hamiləlik, uşağın doğulmasına münasibəti nəzərə alınır.
  • Kliniki müsahibə. Xəstə ilə birbaşa ünsiyyət zamanı psixiatr əlaqənin produktivliyini, təfəkkür və nitqin məqsədəyönlülüyü, mülahizələrin məntiqə uyğunluğu qiymətləndirilir. Psixotik pozğunluqlar zamanı qadınlar öz hallarını, fikirlərini ətraflı izah edir, bütün diqqətlərini ancaq şəxsi narahatlıqlar üzərində cəmləyərək, mütəxəssisin suallarına çox zaman fikir vermirlər.
  • Müşahidə. Müsahibə zamanı həkim pasiyentin davranış və emosiyalarını müşahidə edir, onların adekvat olmasını, motivasiyanın saxlanılmasını müəyyən edir. Psixozun xarakterik əlamətlərinə  inamsızlıq hissi, həddindən artıq ehtiyatlılıq, reaksiyaların vəziyyətə uyğunsuzluğu, disforik və /və ya depressiv affektin üstünlük təşkil etməsi, qadının öz davranışlarına tənqidi yanaşmaması aiddir.

Doğuşdan sonrakı psixozun müalicəsi

Kəskin vəziyyətin müalicəsi stasionar şəraitdə aparılır. Bir sıra hallarda qadın doğum evindən birbaşa  psixiatrik şöbəyə və ya psixonevroloji dispanserə göndərilir. İntensiv müalicə zamanı uşaq anadan ayrılaraq, qohumlara verilir. Kompleks şəkilli yardım aşağıdakı istiqamətlərdə aparılır:

  • Farmakoterapiya. Pozğunluğun kəskin mərhələsində əsas məqsəd psixosomatik simptomatikanın aradan qaldırılmasından ibarətdir. Neyroleptiklər, normotimiklər, trankvilizatorlar, antidepressantlar təyin olunur. Medikamentoz müalicə zamanı ana südu ilə qidalandırma dayandırılmalıdır.
  • Psixoterapiya. Psixozun əlamətləri aradan qaldırıldıqdan sonra qadın öz hərəkətlərini, hisslərini, xəstəliyin olmasını qəbul edir. Bu da depressiyanın və  özünə  nifrət hissinin formalaşmasına səbəb olur. Emosional vəziyyətin stabilləşməsi üçün koqnitiv-bixevorial istiqamətli texnika,  psixoanaliz aparılır.
  • Ailəvi konsultasiya və reabilitasiya. Ailə üzvlərinin dəstəyi və gündəlik rejimin düzgün təşkili çox vacibdir. Yaxın qohumlar ana ilə yanaşı körpəyə də qulluq etməli, qadını mənfi fikirlərdən uzaqlaşdırmalı, psixiatrın təyin etdiyi preparatların müntəzəm qəbuluna diqqət yetirməlidir.

Doğuşdan sonrakı psixozun proqnoz və profilaktikası

Psixi xəstəliklərin olmaması, depressiyanın aradan qaldırılması zamanı və eləcə də yaxın qohumların dəstəyi altında doğuşdan sonrakı psixoz qənaətbəxş sonluqla nəticələnir.

Profilaktika qadının hamiləlik və doğuş prosesinə düzgün fiziki və psixoloji hazırlığına əsaslanır. Uşağa qulluq kurslarına yazılmaq, doğuş prosesində tənəffüs və relaksasiya texnikasına yiyələnmək, öz narahatlıqlarını həyat yoldaşı, valideynlər, yaxın dostlarla bölüşmək, ifadəli həyəcan zamanı psixoloqa müraciət etmək tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: