Kondiloma

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 13342

itiuclu kondilomanın müalicəsi

Kondiloma (itiuclu kondiloma) – viral ziyillərin bir növü olub, ayaqcıq üzərində yerləşən, qruplaşmaya meyilli, yumşaq, məməciyəbənzər törəmədir. Bir-birilə birləşərək xaricən gül kələminə bənzəyən koloniyalar əmələ gətirir. Anogenital nahiyədə daha çox rastlanır. Cinsi orqanlar nahiyəsində diskomfort, psixoloji narahatlıq, seksual problemlərə səbəb olur. Kondilomanın zədələnməsi virusla yoluxmaya gətirib çıxarır; xoşagəlməz qoxu, qaşınma və ağrı ilə müşayiət olunur. Residivləşə, bədxassəli formaya keçə bilər. Virus cinsi yolla ötürülür. Müalicə sistemli virus əleyhinə müalicə fonunda kondilomanın lazer, maye azot, radio-bıçaq və ya adi skalpel vasitəsilə kəsilib kənarlaşdırılmasından ibarətdir.

  • İtiuclu kondilomalara yoluxmanın risk amilləri
  • İPV (itiuclu kondiloma) infeksiyasının inkişaf yolları
  • İtiuclu kondilomaların patogenez və təzahürləri
  • İPV (itiuclu kondiloma) infeksiyasının diaqnostikası
  • İtiuclu kondilomaların müalicə üsulları
  • İPV (itiuclu kondiloma) infeksiyasının profilaktikası

Kondiloma barədə ümumi məlumat

İnsan papilloma virusu – filtrasiya olunan virusdur. İnsanın dəri və selikli qişalarında kiçik, adətən, çoxsaylı, şişəbənzər, xoşxassəli törəmələrin əmələ gəlməsinə səbəb olur. Viral ziyillər və ya itiuclu kondiloma şəklində təzahür edir. İnsanın papilloma virusu (İPV)  üçün xroniki residivləşən kliniki gedişat, geniş yayılma və yüksək həssaslıq xarakterikdir. Cinsi yolların papillomavirus infeksiyaları cinsi orqanların bədxassəli törəmələrinin və qanaxmanın inkişafında risk qrupunu təşkil edir.

İtiuclu kondiloma insanın papilloma virusu (İPV) tərəfindən törədilən, tez-tez cinsi ziyillər adlandırılan cinsi orqanların dəri və selikli qişalarının törəmələridir. Bu, papillomavirus infeksiyalarının daha çox rastlanan növlərindən biridir. Patologiya uzunmüddətli, xroniki, residivləşən gedişatı ilə xarakterizə olunur. Adətən, kondilomalar dəri rəngində, paylı quruluşulu və ayaqcıqlı papulalardır. Lakin böyüyərək gül kələmini xatırladan massiv törəmələrədək inkişaf edə bilər.

Kondiloma daha çox cinsi orqanlarda (qadınlarda – cinsiyyət dodaqlarında, uşaqlıq yolu, uşaqlıq boynu; kişilərdə – cinsi üzvün başında, pülükdə), həmçinin anal dəlik və aralıq nahiyəsində, nadir hallarda isə ağızda lokalizasiya olunur.

İtiuclu kondiloma cinsi yolla yoluxan infeksion xəstəliklər (CYYX) qrupuna aiddir. Buna görə də onların diaqnostikası və müalicəsi ilə əsasən venerologiya məşğul olur. Lakin qadınlar, bir qayda olaraq, bu problemlə ginekoloq konsultasiyasına gəlir və onun müalicəsini alırlar. Kişilər isə uroloqa müraciət edirlər. Anal kondilomalı pasientlərlə isə proktoloq daha çox qarşılaşır.

İPV infeksiyasının əsas yayılması, adətən, artıq infeksiyaya yoluxmuş partnyorla vaginal, oral və anal cinsi kontakt zamanı baş verə bilər. İtiuclu kondiloma, adətən, cinsi əlaqə zamanı travmaya məruz qalmış nahiyələrdə meydana çıxır. İPV cinsi əlaqə zamanı kondilomanın pulcuqlarının pilinqi, qadınlarda isə menstruasiya zamanı gigiyenik tamponların istifadəsi vasitəsilə xarici cinsi orqanlardan uşaqlıq yoluna və uşaqlıq boynuna düşə bilər.

Həmçinin yoluxmuş anadan dölə bətndaxili ötürülmə də mümkündür. Uşaq hamilə qadınının genital orqanlarının selikli qişalarında olan aktiv İPV və kondilomalarından doğuş zamanı da yoluxa bilər.

İtiuclu kondilomaya yoluxmanın risk faktorları

İnsanın papilloma virusu geniş yayılıb və yüksək kontagiozluğa malikdir. Cinsi aktiv insanların yarıdan çoxu İPV-nin bir və ya bir neçə ştamı ilə yoluxub. İPV insan orqanizmində toxumaların böyüməsinin xarakterini dəyişərək dəri və selikli qişaların xəstəliklərinə (itiuclu kondiloma, ziyillər, papilloma, uşaqlıq boynunun displaziyası və karsinoması) gətirib çıxarır.  İPV-nin 100-dən artıq ştamı məlumdur; hər bir ştam ayrı bir patologiyanın, həmçinin xərçəngönü xəstəliyin inkişafına səbəb olur. İPV ştamları (6 və 11) əsasən urogenital traktı zədələyir və itiuclu anogenital kondilomanın inkişafına səbəb olur.

Papillomavirus infeksiyasının yaranması və onun sonrakı inkişafı immun sisteminin zəifləməsi ilə əlaqədardır. Bu infeksiya üçün simptomsuz gedişat xarakterikdir; o, yoluxmuş insanların əksəriyyətində heç bir şəkildə təzahür etmir. İPV ştamlarının daşıyıcısı olan əksər insanlar itiuclu kondiloma ilə xəstələnmir. İtiuclu kondilomaya yoluxma riskini yüksəldən faktorlara aşağıdakılar aiddir:

  • keçirilmiş CYYX (xlamidyoz, qonoreya, trixomoniaz, herpes, kandidoz və s.);
  • sərbəst seksual davranış (partnyorların tez-tez dəyişilməsi zamanı, əvvəl İPV daşıyıcısı ilə cinsi əlaqədə olmuş partnyor vasitəsilə);
  • orqanizmin daxili faktorları (zəifləmiş immunitet, vitamin çatışmazlığı, stressə qarşı həssaslıq);
  • hamiləlik;
  • vaginal disbakterioz

İPV (insanın papilloma virusu, itiuclu kondiloma) infeksiyasının inkişaf yolları

İPV infeksiyasının inkişafı orqanizmin immun sisteminin vəziyyətindən asılıdır. Papillomavirusun infeksiyasının (həmçinin kondilomanın) mümkün inkişaf variantları aşağıdakılardır:

  • Özünü müalicə, kondilomanın reqresi (daha çox hamiləlik zamanı meydan çıxan) ;
  • Uzun müddət hər hansı bir dinamikanın yoxluğu;
  • Kondilomanın tədricən və ya sürətlə böyüməsi (ölçülərinin, miqdarının artması);
  • Kondilomanın bədxassəli formaya keçməsi (maliqnizasiyası).

Onkoloji prosesin inkişaf riskinin dərəcəsindən asılı olaraq İPV ştamlarının bir neçə qrupu ayırd olunur:

  • qeyri-onkogen
  • aşağı dərəcəli risk
  • orta dərəcəli risk
  • yüksək dərəcəli risk

Yüksək və orta riskli İPV ştamları (başlıca olaraq 16, 18, 31, 33 və 35) uşaqlıq boynunun displaziyasının inkişafı və uşaqlıq boynunun xərçəngi ilə xəstələnmə riskini yüksəldir; lakin itiuclu kondilomanın yaranmasına səbəb olmur. Aşağı riskli  İPV ştamları (ilk növbədə 6 və 11) itiuclu kondilomanın yaranmasını provokasiya edir, lakin uşaqlıq boynunun displaziyasına səbəb olmur. Yüksək riskli İPV ilə yoluxmuş qadınlar uşaqlıq boynunun displaziyasını vaxtında təyin etmək üçün müntəzəm olaraq müayinədən (onkositologiya) keçməlidirlər.

Anogenital kondilomanın ağırlaşmış forması  kondilomaların travmaya məruz qalması və infeksiyalaşması nəticəsində baş verə, qanaxma müşahidə oluna bilər.  Bundan başqa, genital nahiyənin kondilomaları normal seksual həyat və normal doğuşa mane olur, kosmetik defekt olduğundan psixoloji diskomfort hissi yaradır.

İtiuclu kondilomanın patogenezi və təzahürü

Papillomavirus insandan insana keçir; eyni zamanda virusun bir neçə tipinə yoluxmaq mümkündür. İPV dəri və selikli qişa hüceyrələrində yaşayır. Papillomavirus infeksiyası uzun müddət gizli (latent) gedə bilər. Papillomavirus infeksiyasının klinikasının təzahür edə bilməsi üçün hüceyrələrdə kifayət qədər virus toplanmalıdır. İPV-nin çoxalması və onun orqanizmdə miqdarı immun müdafiənin səviyyəsindən asılıdır. Müxtəlif faktorların təsiri altında yerli və ümumi immunitet zəifləyir, virusların aktivasiyası, onların çoxalması və dəri təzahürlərinin yaranması baş verir.

Orqanizmə düşən İPV epitelial hüceyrələri (xüsusən çoxqatlı yastı epitelin silindrik epitelə keçdiyi nahiyəni) zədələyir. Virus daxil olduğu hüceyrədə 2 formada yerləşir: episomal (hüceyrədən kənar xromosom – xoşxassəli forma) və introsomal (hüceyrə genomunun tərkibində – bədxassəli forma).

İnfeksiyanın latent gedişində İPV episomal formada mövcud olur. Hüceyrələrdə patoloji dəyişikliklərə və kliniki təzahürlərə gətirib çıxarmır.

İPV-nin geniş şəkildə çoxalması epitel hüceyrələrin böyümə və inkişafını dəyişir. Onlar sürətlə və kontrolsuz bölünməyə başlayır; dəri və selikli qişanın bir hissəsinin böyüməsi və itiuclu kondilomanın yaranması baş verir. Onlar bir neçə ədəd, bəzən onlarla yarana bilər. Anogenital kondiloma, adətən, bir dəfəlik, nadir hallarda isə bir neçə gün ərzində əmələ gəlir.

Kişilərdə itiuclu kondiloma daha çox cinsi üzvün başında (tac şırımları) və pülük (yüyəni və daxili səhifəsi), nadir hallarda isə cinsi üzvün gövdəsində, xayalıqda, anus ətrafında və uretranın dəliyi nahiyəsində yerləşir. Kondilomanın sidikçıxarıcı kanalda yerləşməsi xoşagəlməz hiss, çətinləşmiş sidik ifrazı, sidik axınının sıçraması ilə təzahür edir.

Qadınlarda kondiloma daha çox kiçik cinsiyyət dodaqları (yüyən, klitor), nadir hallarda isə uşaqlıq yolu, böyük cinsiyyət dodaqları, uşaqlıq boynu, anus nahiyəsi, aralıq və uretranın dəliyi nahiyəsində əmələ gəlir. Uşaqlıq yolu və uşaqlıq boynunun itiuclu kondiloması yalnız ginekoloji baxış zamanı aşkar oluna bilər.

Çox nadir hallarda itiuclu kondiloma ağız boşluğunda inkişaf edir. Daimi mexaniki zədələnmələr zamanı kondilomanın diametri 3-5 sm-ə qədər böyüyə bilər.

Anogenitaldan başqa itiuclu kondilomanın başqa növlərinə də rastlanır:

  1. Papulyoz ziyillər – tünd-qırmızı rəngli, qübbəli forma və hamar səthə malikdir; tamamilə buynuzlaşan epiteldə yerləşir.
  2. Keratotik ziyillər – xaricən gül kələmini xatırladır, adətən, cinsi üzvün gövdəsində, xayalıqda, cinsiyyət dodaqlarında yerləşir.
  3. Giqant kondiloma – hamiləlik zamanı immun sistemi zəifləmiş insanlarda inkişaf edir.
  4. Endouretral kondiloma – uretrada lokalizasiya olunur, adətən, kişilərdə rast gəlinir.
  5. Uşaqlıq boynunun kondiloması:
  • Ekzofit (xarici) kondilomalar – anogenital kondilomadan, demək olar ki, fərqlənmir.
  • Endofit (daxili) yastı kondilomalar – vaginanın və uşaqlıq boynunun epitel toxumasının bütün qalınlığında yerləşir. Onları adi inspeksiya zamanı aşkarlamaq mümkün deyil. Kolposkopiya zamanı aşkar olunurlar; tez-tez uşaqlıq boynunun displaziyası və bəzən malignizasiya təhlükəsi olan uşaqlıq boynunun preinvaziv karsinoması ilə yanaşı gedir.
  • Ziyiləbənzər epidermodisplaziya – ziyilli səthi olan çoxsaylı çəhrayı-qırmızı rəngli, polimorf yastı papulalar.

İPV (itiuclu kondiloma) infeksiyasının diaqnostikası

Papillomavirus infeksiyalarının diaqnostikası aşağıdakıları özündə cəmləyir:

  • kliniki baxış

Tipik itiuclu kondiloma zamanı İPV ştamının təyini mütləq deyil. Kişilərdə itiuclu kondiloma ilə cinsi üzvün papulyoz boyunbağını (norma) heç də az dəyişik salmırlar.  Qadınlarda isə itiuclu kondiloması bəzən cinsiyyət dodaqlarının mikropapillomatozu (norma) dəyişik salınır.  İtiuclu kondilomaya şübhə olduqda başqa xəstəliklər (kontagioz molyusk, sifilisdə geniş kondilomalar) inkar olunmalıdır.

  • Genişmiqyaslı kolposkopiya, uretroskopiya (endouretral kondilomalara şübhə olduqda) aparılır;
  • Uşaqlıq boynunun displaziyasını inkar etmək məqsədilə servikal kanaldan götürülmüş yaxmada atipik hüceyrələrin istisna olunması üçün sitoloji müayinəsi;
  • Histoloji müayinə;
  • PZR-diaqnostika (İPV-nin müəyyənləşdirilməsi və tipləşdirilməsi);
  • İmmunoloji müayinə (qanda İPV-ə qarşı antitellərin təyini).

İtiuclu kondilomalar sifilis, İİV və digər CYYX-ə qarşı mütləq müayinə olunmalıdır.

İtiuclu kondilomanın müalicə metodları

Təəssüf ki, müasir müalicə metodlarının köməyilə İPV-dən tamamilə azad olmaq mümkün deyil; həmçinin kondilomanın residivlərinin yaranmayacağına da zəmanət vermək olmaz.  Kondilomaların özlərinin yayılmasını, dərinin və ya selikli qişaların başqa nahiyələrində yeni ocaqların meydana çıxmasını inkar etmək olmaz.

İPV-ə qarşı daimi immunitet yaranmır. Əgər partnyor müalicə olunmayıbsa və ya təhlükəsiz cinsi əlaqə qaydalarına riayət olunmazsa, kondilomalarla təkrar yoluxmaq və xəstələnmək olar.

Əsas müalicə müxtəlif metodlarla kondilomanın kəsilməsidir. Onların hər birinin öz göstərişləri, əks-göstərişləri, məhdudiyyətləri var. Kondilomaların müalicəsi yerli anesteziya altında, demək olar ki, ağrısız həyata keçirilir.

Lazerokoaqulyasiya (neodim və ya karbondioksid lazerlə) zamanı kondiloma toxuması buxarlanır, yerində quru qabıqcıqlar yaranır.  Radiodalğa metodu və ya radio-bıçaqla kondilomalar tez və demək olar ki, ağrısız kəsilir. Kriodestruksiya (maye azot) ilə kondiloma “dondurulur”, lakin bu metod uşaq dünyaya gətirməmiş qadınlara tövsiyə olunmur. Elektrokoaqulyasiya elektrodlar (elektro-bıçaq) vasitəsilə yüksək tezlikli elektrik cərəyanının kondilomaya təsirinə əsaslanır.

Kondilomanın destruksiyası və kənarlaşdırılması məqsədilə kimyəvi maddələr – sitotoksik preparatlar – podofillinotoksin, podofillin, imikvimod, ferezol, ftorurasil yerli təyin olunur.

İstənilən müalicə üsulunda papillomavirus infeksiyasının residivləşmə riski yüksəkdir (30%); belə ki, virus dəri və selikli qişanın başqa hüceyrələrində saxlanılır. Buna görə də anogenital kondilomanın kompleks müalicəsi İPV-nin residivləşmə əleyhinə (antivirus) müalicəsindən ibarətdir. İmmuniteti yüksəldən (meqlumin akridonasetat, likopid, panavir, immunomaks) preparatlar qəbul olunur. Herpesin və papillomavirus infeksiyasının müalicəsi məqsədilə alloferon əsaslı (inyeksiya şəklində) yerli virusəleyhinə preparat işlənib hazırlanıb.

Kondilomanın müalicə olunmasını təyin etmək məqsədilə virusoloji kontrolun aparılması mühümdür. İtiuclu kondiloması olan qadınlara hər il histoloji müayinədən keçmək tövsiyə olunur.

İPV (itiuclu kondiloma) infeksiyasının profilaktikası

Papillomavirus infeksiyasının (əksərən itiuclu kondiloma) profilaktikası aşağıdakıları özündə cəmləyir:

  • baryer kontraseptivlərin istifadəsi (prezervativlər);
  • immunitetin azalmasına səbəb olan faktorların (avitaminoz, soyuqdəymə, siqaretçəkmə, alkoqoldan sui istifadə, stress, həddən artıq işləmə) likvidasiyası.
  • uşaqlıq boynu xərçənginə qarşı vaksinasiya. Vaksinasiya 11-12 yaşlı qızlarda, 3 dəfə olmaqla həyata keçirilir.
Bu yazını paylaşın:
Yazını qiymətləndirin: