Anovulyator uşaqlıq qanaxmaları

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1400

anovulyator uşaqlıq qanaxmaları nədir?Anovulyator uşaqlıq qanaxmaları – birfazalı (anovulyator) aybaşı sikli zamanı baş verən uşaqlıq qanaxmalarıdır.  Əsasən aybaşının gecikməsindən sonra yaranır, adi aybaşı qanaxmasından uzun müddətli olması və çoxlu miqdarda qan itirilməsı ilə fərqlənir. Anemiyanın yaranmasına gətirib çixarda bilər. Anovulyator uşaqlıq qanaxmaları infantilizm, inkişaf qüsurları, xroniki intoksikasiyalar, infeksiyalar, endokrin pozğunluqlar, stress və pis qidalanma fonunda yaranır. Diaqnoz şikayətlər, anmanez, ginekoloji və digər xüsusi müayinə metodlarının nəticələrinə əsasən qoyulur. Müalicə – farmakoterapiya, əsas patologiyanın aradan qaldırılması.

  • Anovulyator uşaqlıq qanaxmalarının yaranma səbəbləri
  • Anovulyator uşaqlıq qanaxmalarının əlamətləri
  • Anovulyator uşaqlıq qanaxmalarının diaqnostikası
  • Anovulyator uşaqlıq qanaxmalarının müalicəsi

Anovulyator uşaqlıq qanaxmaları barədə ümumi məlumat

Anovulyator uşaqlıq qanaxmaları – anovulyator siklin fonunda yaranan disfunksional qanaxmadır. Zərərli təsirlər nəticəsində inkişaf edir, bir çox xəstəliklərın və anadangəlmə anomaliyaların fonunda müşahidə olunur. Endometriumun səthi qatının siklik inkişafı və bu qatın çoxalıb, sonradan qopmasının pozulmasına səbəb olan yetişməmiş follikulun atreziyası və ya follikulun persistensiyası nəticəsində yaranır. Anovulyator uşaqlıq qanaxmaları əsasən pubertat və ya preklimakterik dövrdə müşahidə olunur. Adi aybaşıdan qeyri-müntəzəmliyi, uzun müddətli olması və çoxlu miqdarda qan itirilməsi ilə fərqlənir. Anovulyator uşaqlıq qanaxmalarına ovulyasiyanın olmaması səbəbindən yaranan sonsuzluqla müştərək şəkildə rast gəlinir. İkincili dəmir defisitli anemiyanın yaranmasına gətirib çıxarda bilər. Anovulyator uşaqlıq qanaxmalarının müalicəsi ginekologiya sahəsinin mütəxəssisləri tərəfindən aparılır.

Anovulyator aybaşı sikli  

Normal aybaşı sikli 2 fazadan ibarətdir. Birinci faza aybaşının ilk günündən başlayır. Endometriumun köhnə daxili qatı qopduqdan sonra proliferasiya prosesi- mayalanmış yumurtahüceyrəni qəbul etməyə hazır olan yeni daxil qatın yaranması başlayır. Eyni vaxtda yumurtalıqda follikul stimulə edici hormonun təsirindən yumurtahüceyrənin yetişməsi baş verir. Yumurtahüceyrə yetişdikdən sonra hipofizin ön payı qana külli miqdarda lüteinləşdirici hormon ifraz edir. Bu hormon ovulyasiyaya – yetişmiş follikulun partlaması və yumurtahüceyrənin fallopiya borusuna keçməsinə səbəb olur. Bundan sonra aybaşı siklinin ikinci fazası başlayır.

Partlamış follikulun yerində progesteron sintez edən sarı cisim yaranır. Endometriumun proliferasinın aktivliyi zəifləyir, səthi qatın hündürlüyü artır, yumurtahüceyrənin implantasiyası üçün əlverişli şəait yaranır. Aybaşının başlanmasından bir neçə gün qabaq endometriumun böyüməsi dayanır. Sarı cisim geriyə inkişaf edir, progesteronun səviyyəsi azalır. Endometriumun səthi qatında qan dövranı pozulur, hüceyrələr nekrozlaşır. Damarların spazmı onların paralitik genişlənməsilə əvəz olunur və ölmüş hüceyrələr aybaşı qanı ilə xaric olur.

Anovulyator sikl zamanı ikinci faza müşahidə olunmur,  ovulyasiya baş vermir, mayalanma mümkün deyildir. Bu zaman follikul geriyə inkişaf (atreziya) edə bilər və ya inkişafını davam etdirərək (persistensiya) kistayabənzər törəmə əmələ gətirə bilər.Sarı cisim əmələ gəlmir, progesteronun səviyyəsi yüksəlmir, endometrium hüceyrələri proliferaasiyaya davam edir. Damarların böyüməsi ləngidiyinə görə səthi qatın qidalanması pozulur, orada distrofik dəyişikliklər əmələ gəlir. Nekrozlaşmış epitel qatın qopub ayrılması damarların partlaması və gur qanaxma ilə müşayiət olunur.

Anovulyator uşaqlıq qanaxmalarının yaranma səbəbləri

Anovulyator uşaqlıq qanaxmalarının səbəbləriAnovulyator qanaxmaların birbaşa səbəbinə hipofizin fəaliyyətinin pozulması, follikul stimulə edici hormon və ya lüteinləşdirici hormonun səviyyəsinin azalması, o cümlədən hormonal balansın pozulması (estrogen, androgen, follikul stimulə edici hormon və lüteinləşdirici hormonun nisbətlərinin dəyişməsi) nəticəsində yaranan birfazalı sikl aiddir. Anovulyator uşaqlıq qanaxmaları ilə müşayiət olunan birfazalı sikl infantilizm, inkişaf qüsurları, maddələr mübadiləsinin pozulmaları, avitaminozlar, xroniki intoksikasiyalar, infeksion xəstəliklər və ağır stresslər nəticəsində baş verir.

Birfazalı sikl hər zaman patologiyanın olmasından xəbər vermir, belə sikllərdə baş verən menorragiyalar isə həmişə anovulyator uşaqlıq qanaxmaları kimi  qiymətləndirilmir.  Normada belə sikllər menarxedən 1-2 il ərzində, premenopauza və laktasiya dövründə yaranır. Bundan əlavə bəzi qadınlarda anovulyator sikl ovulyator sikllə növbələşir. Diaqnoz ancaq birfazalı sikl gur qanaxmalar, ümumi vəziyyət və əmək qabiliyyətinin pozulmaları ilə müşayiət olunduğu zaman qoyulur.

Anovulyator uşaqlıq qanaxmalarının əlamətləri

Anovulyator uşaqlıq qanaxmalarının əlamətləriAnovulyator uşaqlıq qanaxmalarınin 3 forması qeyd olunur: çoxsaylı follikulların atreziyası zamanı, follikulların qısamüddətli ritmik persistensiyası zamanı və follikulların uzunmüddətli persistensiyası zamanı. Çoxsaylı follikulların atreziyası yeniyetmə dövründə müşahidə olunur. Anovulyator uşaqlıq qanaxmaları aybaşının 15 gündən 6 aya kimi ləngiməsindən sonra başlayır.  Mülayim, lakin uzun müddətli (10-15 gündən çox) və ya qısa müddətdə anemiyaya səbəb olan gur xarakter daşıyır. Ağır hallarda anovulyator uşaqlıq qanaxmalarını ağırlaşdıran laxtalanmanın ikincili pozulmaları mümkündür.

Follikulların qısamüddətli ritmik persistensiyası hər bir yaş dövründə müşahidə olunur, lakin çox hallarda reproduktiv dövrdə müşahidə olunur. Adətən aybaşının bir neçə gündən bir necə həftəyə kimi ləngiməsindən sonra yaranan aybaşıyabənzər uşaqlıq qanaxmaları ilə müşayiət olunur.

Follikulların uzunmüddətli persistensiyasına adətən premenopauza dövründə rast gəlinir, ancaq digər yaş qrupuna aid qadınlarda da müşahidə oluna bilər. Qanaxmalar davamlı, gur olub, 1.5- 2 ay və ya daha cox müddətdən sonra təkrarlanır. Anemiyaya digər formalara nisbətən uzunmüddətli persistensiyalarda daha çox rast gəlinir. Anovulyator uşaqlıq qanaxmalarının bütün formalarında ikincili dəmirdefisitli anemiyanın qoşulması halsızlıq, yuxululuq, tez yorulma, başgicəllənmə, bayəlma, taxikardiya, tərləmə, dəri və selikli qişaların solğunluğu ilə müşayiət olunur.

Anovulyator uşaqlıq qanaxmalarının diaqnostikası 

Diaqnoz xəstənin şikayətləri, anamnez, ümumi və ginekoloji müayinələr və xüsusi tədqiqatların nəticələrinə əsasən qoyulur. Aybaşının ləngiməsindən dərhal sonra baş verən qeyri-adi gur və ya uzunmüddətli qanaxmalar bu patologiyanın olmasına dəlalət edir.

Anovulyator uşaqlıq qanaxmaları olan qadınların ginekoloji müayinəsı zamanı müsbət, ikinci fazada zəifləməyən və itməyən bəbək simptomuna rast gəlinir. Servikal kanaldan götürülmüş seliyin müayinəsi zamanı müsbət ayıdöşəyi fenomeni aşkar olunur. Rektal hərarət bütün sikl boyu stabil saxlanılır.

Anovulyator uşaqlıq qanaxmaları zamanı hissəvi diaqnostik qaşıma reproduktiv və ya premenopauza dövründə aparılır. Yeniyetmələrdə histoloji müayinə üçün material aspirasiya yolu ilə əldə edilir. Follikulların ritmik persistensiyası rast gəlinən qadınlarda materialın histoloji müayinəsi zamanı  endometriumun kəskin proliferasiyası və ya vəzili-kistoz hiperplaziyası; follikulların üzünmüddətli persistensiyası olan xəstələrdə – endometriumun vəzili- kistoz, adenomatoz, polipoz və ya atipik hiperplaziyası aşkar olunur.

Anovulyator uşaqlıq qanaxmalarının yaranma səbəblərinin təyini və analoji simptomlarla müşayiət olunan digər xəstəliklərin inkar edilməsi üçün hərtərəfli müayinə təyin olunur. Anovulyator uşaqlıq qanaxmaları qan xəstəlikləri, trombositopeniya, qaraciyərin funksiyasının pozulmaları, endokrin sistemi xəstəlikləri, reproduktiv sistemin orqanik və iltihabi xəstəlikləri ilə differensiyasiya edilir.

Şikayət və müayinələrin nəticələrindən asılı olaraq anovulyator uşaqlıq qanaxmaları olan xəstəni endokrinoloq, terapevt və ya infeksionist müayinəsinə yönətmək məsləhət görülür. Müayinə proqramına  qanın ümumi analizi, sidiyin ümumi analizi, qanın biokimyəvi analizi, qanda hormonların analizi, kiçik çanaq orqanlarını USM və digər müayinlər daxildir.

Anovulyator uşaqlıq qanaxmalarının müalicəsi

Bu patologiyanın müalicəsi ambulator və ya ginekoloji şobə şəraitində aparılır. Müalicə 3 mərhələdən ibarətdir: anovulyator uşaqlıq qanaxmalarının dayandirılması, aybaşı siklinin normallaşması və tənzimi. Mülicədə əsas məqsəd qanitirmənin azaldılması və qanaxmanın dayandırılmasıdır. İlkin müraciət zamanı hissəvi diaqnostik qaşıma həyata keçirilir. Təkrar müraciətlərdə konservativ terapiya təyin olunur.

Konservativ terapiyanın mütləq şərti USM  və müalicədən əvvəl 3 ay ərzində aparılmış histoloji müayinənin nəticələrində endometriumun hiperplaziyasının əlamətlərinin olmamasıdır. Anovulyator uşaqlıq qanaxmalarında damar divarını möhkəmləndirən və laxtalanmanı artıran vasitələrdən istifadə olunur, hormonal hemostaz aparılır. Çoxsaylı follikulların atreziyası hallarında estrogenlər, müntəzəm persistensiya zamanı –sintetik progestinlər, uzunmüddətli persistensiyalarda hestagenlər təyin olunur. Preparatlar fərdi olaraq xəstənin yaşı, anemiya və digər amilllərin olmasına əsasən seçilir. Anovulyator uşaqlıq qanaxmalarının əsas cərrahi müalicə üsulu eyni zamanda diaqnostik və müalicəvi məqsədlə aparılan qaşımadır. Prosedur premenopauza dövründə olan xəstələrin bütün qanaxmalarında və reproduktiv yaşda olan qadınların anovulyator uşaqlıq qanaxmalarının əksər hallarında mütləqdir.  Yeniyetmələrdə qaşıma ancaq həyati göstəriş olduqda aparılır. Müstəsna hallarda uşaqlığın supravaginal amputasıyası və ya histerektomiya aparılır. Premenopauza dövründə olan xəstələrə anovulyator uşaqlıq qanaxmalarını müşayiət edən uşaqlıq boyununun xərçəngönü xəstəlikləri və endometriumun atipik hiperlaziyası əməliyyata göstəriş sayılır. Digər hallarda uşaqlığın xaric edilməsi ancaq xəstənin həyati üçün təhlükə törədən ağır qanaxmalar zamanı həyata keçirilir.

Anovulyator uşaqlıq qanaxmaları nəticəsində yaranan ikincili dəmirdefisitli anemiyaların korreksiyası zamanı dəmir preparatlarından istifadə olunur. İnfeksion, somatik və endokrin xəstəliklərin müalicəsi aparılır. Xroniki intoksikasiyalar aradan qaldırırlır, balanslaşdırılmış pəhriz təyin olunur. Anovulyator aybaşı siklinin müalicəsi ginekoloq- endokrinoloq tərəfindən aparılır. Pasiyentlərə 3-6 ay ərzində siklin 11-14-cü günlərində qonadotropinlər təyin olunur. Aybaşının başlanmasından 6-8 gün əvvəl anovulyator uşaqlıq qanaxmaları olan xəstələrə əzələdaxilinə progestoron yeridilir.

Ovulyasiyanın stimulyasiyası üçün endonazal elektorfarez (hipotalomo-hipofizar nahiyəyə təsir), uşaqlıq boynunun elektrostimulyasiyası və digər fizioterpevtik prosedurlardan istifadə olunur.  Anovulyator uşaqlıq qanaxmaları zamanı hormonal terapiya və fizioterapiya  ümumi möhkəmləndirici müalicə fonunda aparılır. Bəzən aybaşı siklinin birinci fazasında follikulların yetişməsini  stimulyasiya edən vaqotrop preparatlar təyin olunur. İkinci fazada sarı cismin aktivliyini artıran simpatikotrop preparatlar qəbul edilir. Proqnozun ağırlığı  sistematik birfazalı aybaşı siklinin yaranma səbəbləri və  bu fonda yaranan anovulyator uşaqlıq qanaxmalarından asılıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: