Hamiləlik dövründə qaşınma

Oxuma vaxtı: 15 dəq Oxunma sayı: 16930

Hamiləlik dövründə qaşınmanın müalicəsiHamiləlik dövründə qaşınma — patoloji hal olub, hestasiya zamanı yaranan və ya kəskinləşən müxtəlif xəstəliklərin əlamətidir. Qaşınma refleksi yaradan dəri və selikli qişaların ağrılı-gicişən xarakterli qıcıqlanma hissi ilə təzahür edir. Səpkilər, digər dəri simptomları, müxtəlif orqan və sistemlərin zədələnmə əlamətləri yarana bilər. Diaqnoz biokimyəvi, immunoloji, hormonal, allerqoloji, mikrobioloji müayinələrin nəticələrinə əsasən qoyulur. Qaşınmanın patogenetik və simptomatik müalicəsində antihistamin preparatlar, kortikosteroidlər, emolentlər, sedativ fitovasitələrdən istifadə olunur.

  • Hamiləlik dövründə qaşınmanın yaranma səbəbləri
  • Patogenez
  • Hamiləlik dövründə qaşınmanın əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Hamiləlik dövründə qaşınmanın müalicəsi
  • Proqnoz və profilaktika

Hamiləlik dövründə qaşınma barədə ümumi məlumat

Mama-ginekoloqların müşahidələrinə əsasən müxtəlif intensivlikli, müvəqqəti və daimi qaşınma hissi  hamilələrin yarıdan çox hissəsində rast gəlinir. 45-50% pasiyentlər genital (intim), 18-22%-dəri, 8-10% isə anal qaşınmalardan şikayətlənir. Bəzi qadınlarda hamiləlik dövtündə qaşınmanın eyni zamanda müxtəlif formaları müşahidə olunur. Adətən pozğunluq mövcud xəstəliyin kəskinləşməsi nəticəsində inkişaf edir. Bəzi hallarda xarakterik qaşınma ilə müşahidə olunan xəstəliklərin yaranmasına hamiləlik zamanı baş verən dəyişikliklər səbəb olur. Dəri və selikli qişalarda qaşınma törədən patologiyanın vaxtında diaqnostikasının aktuallığı bəzi xəstəliklər zamanı ciddi mamalıq ağırlaşmalarının yaranma riski ilə bağlıdır.

Hamiləlik dövründə qaşınmanın səbəbləri

Hamiləlik dövründə qaşınmanın səbəbləriDermatologiya, mamalıq və ginekologiya sahələrinin mütəxəssisləri tərəfindən hamilələrdə qaşınmaya səbəb olan çoxsaylı amillər qeyd olunmuşdur. Hestasiya dövründə yaranan və ya kəskinləşən xəstəliklər, ekzogen agentlər və endogen metabolitlərin təsirinə qarşı orqanizmin sistemli cavabı qaşınma ilə özünü büruzə verə bilər. Pozğunluğun geniş yayılmış səbəbləri aşağıdakılardır:

  • Dəri və göbələk xəstəlikləri. Qaşınma atopik və kontakt dermatit, dermatofitiya, sadə xroniki dəmrov, psoriaz, seboreya, ekzema zamanı müşahidə olunur. Qaşınma hissi dərinin parazitar zədələnmələrində – baş və qasıq pedikulyozu, qoturluq xəstəliyində xarakterik əlamət sayılır. Soyuq havalarda qaşınma kserozun inkişafını müşayiət edir. Əksər xəstələrdə bu pozğunluqlar hamiləlikdən əvvəl aşkar olunur, lakin dəri parazitlərinə yoluxma və ya patologiyanın manifestasiyası hestasiya dövründə də mümkündür.
  • Sistemli proseslər. Onkopatologiyanın bəzi formalarında (Hockin limfoması, həqiqi polisitemiya), xolestazla birgə müşahidə olunan qaraciyər patologiyalarında (virus hepatitləri, öd daşı xstəliyi, hepatozlarda), endokrinopatiyalarda (şəkərli diabet, hipertireoz, hipotireoz), dəmirdefisitli anemiya,  qlomerulonefrit, pielonefrit, hidronefroz, nefrolitiaz zamanı terminal böyrək çatışmazlığında təbii və patoloji metabolitlərlə endogen intoksikasiya qaşınma ilə müşayiət
  • Genital infeksiyalar. Adətən dəri deyil, toksinlər və patoloji ifrazatin (leykoreya) qıcıqlandırıcı təsirindən yaranan intim qaşınma ilə təzahür edir. Kandidoz, genital herpes, qardnerellyoz, xlamidioz, qonoreya zamanı bu əlamət daha qabarıq olur. Hamilələrə xas olan immunitet zəifliyi və hormonal dəyişikliklər bakterial vaginozun inkişafına gətirib çıxarır, cinsiyyət orqanları nahiyəsində qaşınma bu xəstəliyin əsas əlamətlərindən sayılır.
  • Uroloji və proktoloji xəstəliklər. Aralıq nahiyəsində qaşınma nəinki intensiv vaginal ifrazat, həmçinin uretritli, sistitli, pielonefritli hamilələrin tez-tez sidik ifrazı zamanı sidiklə qıcıqlanma, babasil, anal çatlar, lokal perianal dermatitlərə xarakterik olan patoloji dəyişikliklər nəticəsində yaranır. Anal qaşınmanın səbəblərindən biri enterobioz sayılır, bu qurd invaziyasında parazitin həyat siklinin bir hissəsi anus ətrafı dərinin zədələnməsi ilə bağlıdır.
  • Ekzogen təsirlər. Patoloji agentin təsiri xarici (dəri və selikli qişalardan) və daxili (MBT-da sorulmadan sonra) olur. Hər iki halda müxtəlif intensivlikli qaşınma ilə müşahidə olunan allergik və ya toksiki sistemli reaksiyanın inkişafı mümkündür. Əksər hallarda buna dərman preparatları (aspirin, antibiotiklər, anestetiklər), qida məhsulları, bitki tozcuqları, heyvan tükləri, tozlar, həşərat dişləməsi səbəb olur.
  • Nevroloji və psixi pozğunluqlar. İynəbatırma, paresteziya, fasilələrlə intensiv qaşınma, periferik sinir sistemində baş verən dəyişikliklər dağınıq sklerozun əsas nevroloji simptomatikasından əvvəl müşahidə olunan erkən əlamətləri sayılır. Neyrogen qaşınma stressin nəticəsi, postherpetik nevralgiyanın, baş beynin şişlərinin əlaməti ola bilər. Nadir hallarda qaşınma taktil hallüsinasiyalar zamanı təzahür edir.
  • Hamilələrin dermatozu. Adətən irsi meylliyi xəstələrin 1,5-3,0%-də hamiləlik zamanı baş verən fizioloji dəyişikliklər  (birləşdirici toxumanın zədələnməsi ilə gedən dəri dartılmaları, hiperestrogeniya, immun dəyişikliklər) allergik reaksiyalara və ya qaraciyərdaxili öd durğunluğuna səbəb olur. Nəticədə spesifik qaşınan hestasion dermatozların bir forması- atopik dermatit, pemfiqoid, hamilələrin xolestazı inkişaf edir.

Hamilələrdə müxtəlif xəstəliklər zamanı tez-tez baş verən qaşınmalar progesteronun səviyyəsinin azalması nəticəsində yaranan dəri quruluğu, hestasiyanın qorunmasına yönəldilmiş immunitetin fizioloji zəifləməsi, autoantigenlərin yaranması ilə müşayiət olunan birləşdirici toxuma liflərinin dartılma və cırılmaları, uşaqlıq yolunun təbii mikroflorasının pozulması ilə bağlı olur. Eləcə də hamiləlik qaşınma ilə müşayiət olunan bir sıra xəstəliklərin – hestasion diabet, doğuşdan sonra yaranan autoimmun tireoidit və s. inkişafı üçün trigger hesab olunur. Əlavə risk amillərinə piylənmə, sintetik alt paltarları, ətirli bezlər və dəri, selikli qışalara qulluq üçün nəzərdə tutulan qıcıqlandırıcı təsirli qələvi vasitələrin istifadəsi, şəxsi gigiyena qaydalarına əməl edilməməsi, ədəvalı kəskin qidaların qəbulu aiddir.

Hamiləlik dövründə qaşınmanın patogenezi

Hamiləlik dövründə qaşınmanın yaranma mexanizmi onu törədən səbəblərdən asılıdır, lakin bütün hallarda patogenezin əsas həlqəsi sinir impulslarını ötürən afferent yolların bu və ya digər hissələrinin qıcıqlnamasından ibarət olur. Əksər hallarda qaşınma periferik nosireseptorların stimulyasiyası nəticəsində baş verir. Reseptor aparatına adətən yerli iltihabi, allergik, autoimmun reaksiyalar, mikrob toksinləri, metabolitlər (öd turşuları, azot birləşmələri, qlükozanın yüksək konsentrasiyaları), dərman preparatları təsir göstərir.

İltihabi reaksiyanın ikincili xarakter daşıdığı zədələnmələr, daimi lokal təsirlər (həşərat dişləməsi, helmintlərin yerdəyişməsi, sidik və vaginal ifrazatla qıcıqlanmalar) nəticəsində qaşınma yarana bilər. Bəzən qaşınma üçün xarakterik olan patoloji afferentasiya mikrosirkulyator dəyişikliklər (məsələn, şəkərli diabet), hissi sinir liflərinin zədələnməsi (dağınıq skleroz) fonunda aşkar olunur. Baş beynin həcmli törəmələri, insult, nevrotik və psixi pozğunluqlar zamanı subyektiv olaraq qaşınma kimi qəbul olunan patoloji impulsasiya ocağı sinir sisteminin mərkəzi şöbələrində lokalizasiya olunur.

Hamiləlik dövründə qaşınmanın əlamətləri

Hamiləlik dövründə qaşınmanın ağırlaşmalarıPozğunluğun əsas əlaməti müxtəlif intensivlikli lokal və ya generalizə olunmuş qaşınma hissi (yüngül iynəbatırma və göynəmə hissindən tutmuş dəri və selikli qişaları dözülməz qaşıma və sürtmə istəyinə kimi) hesab olunur. Yaranma səbəblərindən asılı olaraq qaşınma daimi və periodik olur; xəstəliyin yeganə əlaməti sayıla və ya digər dəri əlamətləri ilə – qızartı, cızıqlar, makulyoz, papulyoz, vezikulyoz, pustulyoz səpgilərlə müşayiət oluna bilər. Ümumilikdə klinik şəkil ifadəli polimorfizmlə seçilir, dəri və ya intim qaşınmaya səbəb olan əsas patologiyaya əsasən müəyyən edilir.

Hamiləlik dövründə qaşınmanın ağırlaşmaları

İntensiv qaşınma ilə gedən xəstəliklər ekskoriasiya sahələrinin ikincili infeksiyalaşması ilə ağırlaşa bilər. Mamalıq ağırlaşmalarının yaranma ehtimalı əsas xəstəliyin hamiləliyə təsirindən asılıdır.  Dəri xəstəliklərinin, tranzitor allergik reaksiyaların, hamiləlik dermatozlarının əksəriyyəti diskomfort törədərək, qadının həyat keyfiyyətini pisləşdirir, lakin bu hallar ana və döl üçün ciddi təhlükə hesab olunmur. Hamiləlik xolestazının ağır gedişi, əksər sistemli proseslər zamanı hestoz, özbaşına düşük, vaxtından əvvəl doğuş, fetoplasentar çatışmazlıq, dölün inkişafının ləngiməsi, doğuş fəaliyyətinin anomaliyaları, koaqulopatik qanaxmalar, DDL-sindromunun ehtimalı yüksəlir. Qaşınma ilə gedən infeksion xəstəliklərin ehtimal olunan ağırlaşmalarına xorioamnionit, dölün bətndaxili infeksiyalaşması, doğuşdan sonrakı endometrit, mamalıq peritoniti aiddir.

Hamiləlik dövründə qaşınmanın diaqnostikası

Dəri, genital və perianal nahiyələrdə qaşınmadan şikayət zamanı diaqnostikanın əsas məqsədi pozğunluğun yaranma səbəbini aşkar etməkdən ibarətdir. Diaqnozun qoyulması üçün müxtəlif orqan və sistemlərin vəziyyətini, xəstəliyin biokimyəvi markerlərini təyin etməyə imkan verən  geniş spektrli laborator və instrumental üsullardan istifadə olunur. Ginekoloji baxış, qan və sidiyin ümumi analizindən əlavə hamiləlik zamanı aşağıdakı müayinələr məsləhət görülür:

  • Qanın biokimyəvi analizi. Bəzi xəstəliklər üçün qlükoza, öd turşuları, ümumi bilirubin, xolesterin, triqliseidlər, zərdab dəmiri, sidik cövhəri, kreatinin, fermentlərin (ALT, AST, QF) səviyyəsi, qanda zülal fraksiyalarının tərkibi haqqında məlumatlar səciyyəvi hesab olunur.
  • Hormonal analizlər. Dəri və selikli qişaların qaşınması ilə təzahür edən endokrinopatiyaları istisna etmək üçün insulinə qarşı rezistentlik indeksindən, qanda insulin, TTH, tiroksin, triyodtironin, tiroksin birləşdirici qlobulinin təyinindən istifadə olunur. Bir sıra hallarda cinsi hormonların səviyyəsi müəyyən edilir.
  • İmmunoloji və allergik statusun müayinəsi. Xəstəliyin atopik xarakterilı olmasına qanda İgE, histaminin yüksək konsentrasiyası dəlalət edir. Bəzi pozğunluqlar zamanı autoimmun proseslərin spesifik markerləri (kollagenə qarşı anticisimlər, AT-TPO, AT-rTTH) təyin olunur).
  • İnfeksiyaların diaqnostikası. İnfeksion xəstəliklərin aşkarlanmasında istifadə olunan yüksək həssaslıqlı müayinə üsullarına PZR, İFR, İFA aiddir. Onların köməyilə genital herpes, kandidoz, xlamidioz, mikoplazmoz, ureaplazmoz, digər urogenital xəstəliklərin əlamətlərini aşkar etmək mümkündür.
  • Urogenital yaxmanın əkilməsi. Mikrobioloji analiz nəinki infeksion xəstəliyin törədicisini, həm də onun antibakterial preparatlara qarşı həssaslığını təyin etməyə imkan verir. Bu üsul vulva, uşaqlıq yolu, sidik kanalının qaşınması zamanı göstəriş hesab olunur.

Səpki elementləri olduqda sıyrıntı və ya dəri izlərinin analizi aparılır. Müxtəlif orqanların morfoloji vəziyyətini qiymətləndirmək üçün döl üçün təhlükəsiz sayılan ultrasəs diaqnostika – böyrəklər, qaraciyər, öd kisəsi, kiçik çanağın USM tətbiq olunur. Əlavə olaraq kimyəvi-toksikoloji analizlər, bioptatların histoloji analizi, enterobioza görə sıyrıntı, nəcisin helmint yumurtalarına görə analizi məsləhət görülə bilər. Adətən hamiləlik dövründə qaşınmaya səbəb olan xəstəliklər arasında differensial diaqnostika aparılır.  Mama-ginekoloq və dermatoloqdan əlavə göstərişlərə əsasən xəstə veneroloq, infeksionist, endokrinoloq, qastroenteroloq, hepatoloq, uroloq, nevropatoloq, revmatoloq, immunoloq, allerqoloq, toksikoloq, hematoloq, onkoloq təərfindən konsultasiya edilir.

Hamiləlik dövründə qaşınmanın müalicəsi

Qaşınmadan əziyyət çəkən xəstənin müalicə taktikasının seçilməsi zamanı əsas xəstəliyin hestasiyaya təsiri nəzərə alınır. Əksər hallarda hamiləlik fizioloji doğuşa kimi uzadılır. Müalicə müvafiq pozğunluğa uyğun protokol üzrə aparılır, dölün inkişafına təsiri nəzərə alınmaqla antibiotik, hormonlar, göbələkəleyhinə, hormonal, antikonvulsiv preparatlar,  digər farmakoterapevtik qrupa aid olan vasitələr təyin oluna bilər. Patogenetik və ya simptomatik terapiya qaşınmanın azaldılması və ya  aradan qaldırılmasında effektiv təsir göstərir:

  • Antihistamin preparatlar. Histamin reseptorların blokadası hesabına C-tipli hissi liflər üzrə oyanıqlığın ötürülməsi azalır, tosqun hüceyrələr tərəfindən mediatorların ifrazı zəifləyir. Allergik reaksiyanın zəiflədilməsi qaşınmanın intensivliyinin əhəmiyyətli dərəcədə azalmasına və ya tamamilə dayanmasına gətirib çıxarır.
  • Qlükokortikoidlər. Kortikosteriod tərkibli məlhəm, krem, emulsiyaların lokal çəkilməsi ifadəli qaşınmaəeyhinə təsir göstərir. Məhdud dermatit və dermatozlar zamanı yerli müalicə daha yaxşı nəticələr verir. Dölə təsir ehtimalı nəzərə alınaraq sistemli kortikosteroidlər hestasiya zamanı məhdud dərəcədə istifadə olunur.
  • Emolentlər. Hamiləlik zamanı dəri quruluğu qaşınmanı daha da gücləndirdiyindən onun nəmləndirilməsi və yumşaldılması müsbət terapevtik təsir göstərir. Bu qrupa aid olan vasitələr həmçinin zədələnmiş epidermis və dərinin hüceyrəarası lipid strukturlarının bərpasını sürətləndirir.
  • Sedativ fitopreparatlar. Qaşınma və emosional pozğunluqlar (pis əhval-ruhiyyə, əsəbilik) zamanı sakitləşdirici vasitələrin təyini diskomfort hisslərin MSS səviyyəsində qəbulunun intensivliyini azaltmağa imkan verir. Eləcə də sedativ terapiya pozulmuş yuxunun normallaşmasına kömək edir.

Xəstəyə qida rasionundan qıcıqlanmanı artıran və ya allergiyaya səbəb olan məhsulları xaric etmək,  , su qəbulunu normallaşdırmaq, istirahət rejimini düzgün seçmək, stress hallarını istisna etmək  tövsiyə olunur. Qaşınmadan əziyyət çəkən xəstələrə adətən təbii doğuş məsləhət görülür. Qeysəriyyə əməliyyatı yalnız mamalıq göstərişləri olduqda icra edilir.

Hamiləlik dövründə qaşınmanın proqnoz və profilaktikası

Sistemli xəstəliklər müşahidə olunmadıqda proqnoz qənaətbəxş sayılır. Ciddi somatik xəstəliklər, endokrinopatiyalar zamanı proqnoz pisləşir.

Profilaktik məqsədlə dəri və digər patologiyalardan əziyyət çəkən qadınlar hamiləliyin planlaşdırılması zamanı dermatoloq və profilli mütəxəssislərin məsləhətlərini nəzərə almalıdır. Yanaşı patologiyaları olmayan hamilələrə şəxsi gigiyena qaydalarına əməl etmək, sintetik alt paltarlarından imtina etmək, təbii vasitələrlə dərini nəmləndirmək, tər ifrazının güclənməsinə səbəb olan hallardan (bürkülü otaq, isti havalarda günəş şüaları altında qalmaq) qaçmaq məsləhət görülür. Paltarları fosfat əlavələri olmayan neytral yuyucu tozla yumaq tövsiyyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: