Kiçik çanaq venalarının varikoz genişlənməsi

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 11090

Kiçik çanaq venalarının varikoz genişlənməsi nədir?Kiçik çanaq venalarının varikoz genişlənməsi (KÇVVG) – kiçik çanaq venoz sisteminin damarlarının ektaziyası olub, xarici və daxili cinsiyyət orqanlarından qan axınının pozulması ilə xarakterizə olunur.  Aralıq və vulvar venaların nəzərəçarpan genişlənməsi, yerli ödem, ağırlıq hissi, dartıcı ağrılar, qanaxmalarla təzahür edir. Çanaq ağrıları, dismenoreya, dispareuniya və s. əlamətlər patologiya üçün xarakterik sayılır.  Kiçik çanaq venalarının varikoz genişlənməsi zamanı diaqnoz ginekoloji müayinə, USM və rəngli doppleroqrafiya, fleboqrafiya, KT, laparoskopiyanın köməyilə təqdiqlənir. Sindromun müalicəsi konservativ (venotonik preparatların qəbulu, MBT) və ya cərrahi (yumurtalıq venalarının skleroobliterasiyası/embolizasiyası, flebektomiya və s.) yolla aparılır.

  • Kiçik çanaq venalarının varikoz genişlənməsinın yaranma səbəbləri
  • Kiçik çanaq venalarının varikoz genişlənməsinın təsnifatı
  • Kiçik çanaq venalarının varikoz genişlənməsinın əlamətləri
  • Kiçik çanaq venalarının varikoz genişlənməsinın diaqnostikası
  • Kiçik çanaq venalarının varikoz genişlənməsinın müalicəsi

Kiçik çanaq venalarının varikoz genişlənməsi barədə ümumi məlumat

Kiçik çanaq venalarının varikoz genişlənməsi– çanaq venalarının arxitektonikasının pozulması və kiçik çanaqda venoz qanın durğunluğu nəticəsində yaranan xəstəlikdir. Tibb ədəbiyyatında kiçik çanaq venalarının varikoz genişlənməsinın «venoz durğunluq sindromu», «qadınlarda varikosele», «xroniki çanaq ağrıları sindromu» kimi terminlərlə qeyd olunmasına rast gəlmək olar. Kiçik çanaq venalarının varikoz genişlənməsinın yayılması yaşa proporsional artır: 17 yaşdan kiçik qızların 19.4%, perimenopauza dövründə olan qadınların 80%. Çanaq venalarının patologiyasına daha çox reproduktiv dövrdə olan 25-45 yaşlı qadınlarda rast gəlinir. Əksər hallarda (80%) varikoz transformasiya yumurtalıq venalarında, nadir hallarda (1%) uşaqlığın enli bağının venalarında müşahidə olunur. Müasir tibbi yanaşmalara əsasən KÇVVGnin müalicəsi ilk növbədə fleboloqlar tərəfindən aparılmalıdır.

Kiçik çanaq venalarının varikoz genişlənməsinın səbəbləri

Kiçik çanaq venalarının varikoz genişlənməsinın səbəbləriKiçik çanaq venalarının varikoz genişlənməsinin patomorfoloji əsası praktiki sağlam insanların 35%-də rast gəlinən birləşdirici toxuma displaziyasıdır. Bu hal anadangəlmə olub, birləşdirici toxumanın möhkəmliyini azaldan, eləcə də damar divarını təşkil edən kollagenin bir neçə növünün miqdarının azalması ilə xarakterizə olunur. Bu patologiyanın ən ağır forması damar divarının hər hansı morfoloji komponentinin natamam inkişafı və ya olmamasıdır. Birləşdirici toxumanın sistemli zədələnməsi KÇVVG-nın aşağı ətraf venalarının varikozu və babasil xəstəliyi ilə müştərək şəkildə inkişafı ilə izah olunur. Birləşdirici toxuma displaziyasından əlavə, cinsi hormonlar (xüsusən progesteron), kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, çanaq venalarının trombozu da qadınlarda kiçik çanağın venoz sisteminin tonusuna  zəiflədici təsir göstərir.

Kiçik çanaq venalarının varikoz genişlənməsinin yaranma səbəblərinə uzunmüddətli məcburi ayaqüstə və ya oturaq vəziyyətli iş şəraiti; hamiləlik və doğuş, çanaq travmaları, qadınlarda orqazm hissinin olmaması aiddir. Ginekoloji xəstəliklərdən – endometrioz, uşaqlıq yolu və uşaqlığın sallanması, uşaqlıq və yumurtalıqların şişləri, uşaqlığın retrofleksiyası KÇVVG-nın yaranma riskini artırır. Patologiyanın yaranmasında hormonal kontrasepsiya və əvəzedici hormonal terapiyanın da rolu istisna deyil.

Kiçik çanaq venalarının varikoz genişlənməsinin təsnifatı

Kiçik çanaq venalarının varikoz genişlənməsi 2 formada təzahür edir: xarici cinsiyyət orqanı və aralıq venalarının varikozu və venoz durğunluq sindromu. Demək olar ki, 50%-dən çox hallarda bu formaların biri digərinin inkişafına və ağırlaşmasına səbəb olur.  Adətən izoləolunmuş vulvar və aralıq varikoz böyük dərialtı venanın şaxələri və xarici boş venanın zədələnməsi ilə əlaqədar safenofemoral dəlikdən qanın reflüksu nəticəsində inkişaf edir.  Bu patologiya hamilələrin 30% -də aşkar olunur, 2-10% qadınlarda doğuşdan sonra da davam edir. Aralıq və vulva venalarının varikoz genişlənməsinin əsas təkanverici amili böyüyən uşaqlığın qalça və aşağı boş venaya təzyiqi hesab olunur. Kiçik çanaq orqanlarının varikoz genişlənməsinin əsas patomorfoloji səbəbi yumurtalıq venası ilə qanın reflüksu sayılır.

Venoz ektaziyanın diametri və lokalizasiyasına əsasən kiçik çanaq venalarının varikoz genişlənməsinin 3 ağırlıq dərəcəsi qeyd olunur:

I dərəcə – genişlənmiş damarların qıvrılmış və diametri 0.5sm-dən kiçik olur;  zədələnmə kiçik çanağın istənilən venoz kələfini əhatə edə bilər.

II dərəcə – genişlənmiş damarların diametri 0,6-1 sm olur; zədələnmə total xarakter daşıya və ya yumurtalıq kələfi , parametral venaları və ya miometriumun arkuat venalarında rast gəlinə bilər.

III dərəcə – genəlmiş damarların diametri 1 sm-dən çox olur, zədələnmə total və ya magistral (parametral lokalizasiya) xarakter daşıyır.

Kiçik çanaq venalarının varikoz genişlənməsinin əlamətləri

Kiçik çanaq venalarının varikoz genişlənməsinin əlamətləriVulva və aralıq venalarının varikoz genişlənməsinin klinik şəklinin əsasını həmin nahiyədə venoz damarların gözlə görünən genəlməsi təşkil edir. Subyektiv əlamətlərə qaşınma, diskomfort hissi, xarici cinsiyyət üzvü nahiyəsində dartıcı ağrılar aiddir. Müayinə zamanı cinsiyyət dodaqlarının ödemi aşkar olunur. Cinsi əlaqə və ya doğuş zamanı spontan və ya posttravmatik qanaxmalar müşahidə oluna bilər. Venoz divarın nazilməsi və varikoz damarlarda yüksək təzyiqlə əlaqədar qanaxmaların dayandırılması böyük çətiniklər törədir. Belə lokalizasiyalı varikozun daha bir ağırlaşması aralıq venalarının kəskin tromboflebitidir. Bu zaman intensiv ağrı, hiperemiya və aralıq dərisinin şişkinliyi müşahidə olunur. Varikoz venalar palpasiya zamanı bərk və ağrılı olur. Hipertermik sindrom– bədən hərarətinin 37,5-38,0°С–yə yüksəlməsi baş verir.

Kiçik çanaq venalarının varikoz genişlənməsinin digər forması – venoz durğunluq sindromu – polimorf kliniki gedişə malik olduğundan çox zaman cinsiyyət sisteminin iltihabi xəstəlikləri, kolit, sistit, bel-oma radikuliti  və s. xəstəliklərlə səhv salınır. Xəstəliyin əsas əlaməti– qarnın aşağı hissəsində müxtəlif intensivlik, xarakter və irradiasiyalı ağrı sayılır. Əksər hallarda xəstələr bel-oma nahiyəsi, qasıq və ya aralığa yayılan sızıltılı ağrılardan şikayət edirlər. Kiçik çanaq venalarının varikoz genişlənməsi rast gəlinən qadınların təxminən 50%-i aybaşı siklinin II fazasında ağrı sindromunun gücləndiyini qeyd edirlər. Ağrı adətən cinsi əlaqə, uzunmüddətli oturaq və ya ayaqüstü vəziyyət, fiziki yüklənmə zamanı yaranır. Kiçik çanağın venoz durğunluq sindromu üçün ifadəli predmenstrual sindrom, alqodismenoreya, dispareuniya, dizuritik pozğunluqlar xarakterikdir.

Kiçik çanaq venalarının varikoz genişlənməsinin diaqnostikası

Kiçik çanaq venalarının varikoz genişlənməsi zamanı diaqnoz ginekoloji müayinə, kiçik çanaq orqanları və aşağı ətraf venalarının USM, çanaq fleboqrafiyası, kiçik çanağın KT, laparoskopiyanın nəticələrinə əsasən qoyulur.  Kiçik çanaq venalarının varikoz genişlənməsinə şübhə olduqda müayinədə ginekoloqla yanaşı fleboloq da iştirak etməlidir.

Xarici cinsiyyət üzvlərinin müayinəsi zamanı vulva və aralıq nahiyəsində səthi venaların genişlənməsi, vaginal müayinədə uşaqlıq yolu divarlarının sianozu müşahidə olunur, qarnın palpasiya zamanı ağrı aşkar olunur. KÇVVG diaqnozunu təqdiq etmək üçün kiçik çanaq orqanlarının sonoqrafiyası və daha informativ üsul sayılan USM TA+TV aparılır. Müayinələr nəinki orqanik patologiyanı aşkar etməyə, həm də rəngli doppleroqrafiya vasitəsilə qanın patoloji reflüksu və varikoz venadakı konqlomeratları aşkar etməyə şərait yaradır. Damarların ultrasəs doppleroqrafiyası uşaqlıq, yumurtalıq və daxili bud venalarında qan axınının zirvə sürətini təyin edir. Xəstənin fleboloji statusunu qiymətləndirmək üçün aşağı ətraf venalarının ultrasəs angioskanlama müayinə üsulundan istifadə etmək məqsədəuyğundur.

Kiçik çanaq venalarının varikoz genişlənməsinin lokalizasiya və yayılması, qapaq sistemi və venoz anastomozların vəziyyətinin öyrənməsı, o cümlədən trombların aşkar olunması məqsədilə uşaqlıq fleboqrafiyadan istifadə olunur. Venoz durğunluq sindromu zamanı kontrast maddənin birbaşa yumurtalıq venasına yeridilməsi ilə selektiv ovarikoqrafiya tətbiq edilə bilər. İzoləolunmuş vulvar-aralıq varikozunda varikoqrafiyadan-aralıq venaların kontrastlaşdırılmasından istifadə olunur. Hal-hazırda rentgenokontrast müayinələr onlardan daha informativ olan kiçik çanaq orqanlarının KT ilə əvəz olunur. Differensial diaqnostika məqsədi, eləcə də yuxarıda sadalanan müayinə üsullarının az informativliyi zamanı diaqnostik laparoskopiya icra edilir.

Kiçik çanaq venalarının varikoz genişlənməsinin müalicəsi

Hamiləlik dövründə kiçik çanaq venalarının varikoz genişlənməsinin yalnız simptomatik terapiyası mümkündür. Damar cərraahının məsləhəti ilə kompression corablar və flebotoniklərdən (diosmin, hesperidin) istifadə olunur. Hestasiyanın II-III trimestrində aralığın varikoz venalarının flebosklerozlaşmasına rast gəlmək olar. Əgər təbii yolla doğuş zamanı varikozla əlaqədar qanaxma riski yüksəkdirsə, hamiləlik cərrahi yolla başa çatdırılır.

Konservativ müalicə I və II dərəcəli KÇVVG zamanı effektiv ola bilər. Venoaktiv və antiaqreqant preparatların, QSİƏP-ın kurs şəklində qəbulu, MBT, qalxan kontrast duş, əmək şəraiti və fiziki aktivliyin normaya salınması, kompression corabların istifadəsi və digər tədbirlər varikozun proqressivləşməsinin qarşısını alır, ümumi əhval-ruhiyyənin yaxşılaşmasına səbəb olur. Disfunksional uşaqlıq qanaxmalarında hemostatik terapiya təyin olunur. Bir sira hallarda psixoterapevtin köməyinə ehtiyac olur.

Müalicəyə tabe olmayan ağrı sindromu, III dərəcəli KÇVVG cərrahi müdaxiləyə göstəriş sayılır. Müasir az invaziv cərrahi metodlara angioqrafik nəzarət altında aparılan yumurtalıq venalarının skleroobliterasiya və ya embolizasiya aiddir. Müdaxilə zamanı yerli ağrısızlaşdırma ilə damar daxilinə sklerozant yeridilir və ya embolizasiyaedici spiral qoyulur, nəticədə yumurtalıq venasının obliterasiyası/okklüziyası əldə edilir. Alternativ variant kimi laparotomiya və ya retroperitoneal üsulla yumurtalıq venalarının rezeksiyası və ya endoskopik kliplənmə icra edilir. KÇVVG-nin yaranma səbəbi uşaqlığın retrofleksiyası ilə əlaqədar olarsa, bu zaman onun bağ aparatının plastikası aparılır.

Izoləolunmuş vulvar və aralıq varikozunda aralıq nahiyədə miniflebektomiya və ya flebektomiya icra edilir. Əməliyyata cox zaman kiçik və ya böyük cinsiyyət dodaqlarının rezeksiyası əlavə olunur. Aralıq və aşağı ətraf venalarının varikoz genişlənməsinin müştərək hallarında krossektomiya tətbiq edilir.

Kiçik çanaq venalarının varikoz genişlənməsinin profilaktikası

Kiçikk çanaq venalarının varikoz genişlənməsinin yaranma və proqressivləşmə riskinın azaldılmasına yönəlmiş profilaktik tədbirlər əsasən  həyat tərzinin yaxşılaşdırılmasından – uzunmüddətli statik və ağır fiziki yüklənmə, spirtli içkilər və siqaretdən imtina, qida rasionunun korreksiyasından (meyvə və tərəvəzlərin bol istifadəsi) ibarətdir. Varikozun ilkin əlamətləri zamanı müalicəvi və tənəffüs gimnastikası, kompression corablar, profilaktik və residivləşmə əleyhinə konservativ terapiya məsləhət görülür. Bu halda uzunmüddətli remissiyaya və xəstənin həyat keyfiyyətinin yaxşılaşmasına nail olmaq olar.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: