KOK qəbulunun fəsadları

Oxuma vaxtı: 16 dəq Oxunma sayı: 1791

KOK qəbulunun fəsadları nələrdir?KOK qəbulunun fəsadları — hormonal kontraseptivlərin istifadəsi zamanı yaranan arzuolunmaz və ya təhlükəli yan təsirlərdir. Emosional labillik, baş ağrıları, mastodiniya, leykorreya, qastrointestinal pozğunluqlar, cinsiyyət orqanları nahiyəsində qaşınma, hiperpiqmentasiya, virilizasiya əlamətləri, bir sıra xroniki xəstəliklərin kəskinləşməsi ilə təzahür edir. KOK qəbulunun fəsadları hemostazın vəziyyəti, piqment mübadiləsi, ferment sistemlərinin müayinəsi, instrumental üsulların (USM, KT, MRT, rentgenoqrafiya, endoskopiyanın) köməyilə təsdiq olunur. Müalicə zamanı gözləmə taktikası tətbiq edilir, təyinatların korreksiyası, preparatların qəbulunun dayandırılması, təxirəsalınmaz vəziyyətlərin terapiyası həyata keçirilir.

  • KOK qəbulunun fəsadlarının yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • KOK qəbulunun fəsadlarının əlamətləri
  • Diaqnostika
  • KOK qəbulunun fəsadlarının müalicəsi
  • Proqnoz və profilaktika

KOK qəbulunun fəsadları barədə ümumi məlumat

КОК (kombinəolunmuş oral kontraseptivlər) — arzuolunmaz hamiləliyin qarşısını alan effektiv və təhlükəsiz preparatlardır. Onların qoruyucu təsiri qonadotropinlərin sekresiyasının və ovulyasiyanın dayandırılmasına, servikal seliyin özlülüyünün artmasına, endometriumun reqressiyasına, fallopiya borularının yığılma aktivliyinin azalmasına əsaslanır. Estrogen-gestagen vasitələrin yan təsirlərinin tezliyi onların qəbulunun ilk aylarında 10-40%, sonralar isə  —5-10% təşkil edir. Müşahidələrə əsasən KOK-un qadınların sağlamlığı üçün təhlükəliyi hamiləlik, doğuş və abort zamanı yaranan risklərlə müqayisədə 10 dəfə azdır. Hormonal kontraseptivlərin istifadəsi zamanı planlaşdırılmamış hamiləlik riski  0,1%-i keçmir.

KOK qəbulunun fəsadlarının səbəbləri

KOK qəbulunun fəsadlarının səbəbləriKombinəolunmuş oral kontraseptivlərin yan təsirləri polietiolojidir. Onların yaranması və ağırlıq dərəcəsi əsasən qadının individual xüsusiyyətlərindən – konstitutsional meyllik, yaş, sağlamlıq vəziyyətindən asılıdır. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin fikrincə hormonal kontrasepsiyanın qəbulu zamanı yaranan ağırlaşmaların əsas səbəbləri aşağıdakılardır:

  • KOK komponentlərinin təsir mexanizmi. Oral kontraseptivlərin tərkibinə daxil olan estrogen və progestinlərə həssas reseptorlar təkcə reproduktiv orqanlar və hipotalamo-hipofizar nahiyədə yerləşmir. Onlar hormonal stimulyasiyanın təsirindən fəaliyyətini dəyişən müxtəlif toxumalarda aşkar olunmuşdur. Bu səbəbdən hormonların disbalansı zamanı tranzitor və ya dayanıqlı poliorqan dəyişiklikləri, müxtəlif orqan və sistemlərin müvəqqəti və yaxud daimi funksional çatışmazlıqları izlənilə bilər.
  • Aşkar və gizlin patologiyaların olması. KOK istifadəsinə nisbi və mütləq göstərişlər mövcuddur. Kontraseptivlərin tətbiqi anadangəlmə trombofiliya, qaraciyərin aşkar olunmayan patologiyalarını üzə çıxarmaqla yanaşı, həm də ürəyin işemik xəstəliyi, arterial hipertenziya, angiopatiyalar, ürəyin qapaq aparatının fəsadlaşmış xəstəlikləri, bədxassəli törəmələr, dərin venaların trombozu, ağırlaşmalarla müşayiət olunan şəkərli diabet, qaraciyər və böyrək xəstəliklərinin fəsadlaşmasına və proqnozun pisləşməsinə səbəb ola bilər.
  • İndividual həssaslıq. İmmun və ferment sisteminin anadangəlmə və qazanılmış xüsusiyyətləri, zərərli vərdişlər qadın orqanizminin KOK-un əsas komponentlərinin təsirinə qarşı həssaslığını artıra və atipik cavabın yaranmasına səbəb ola bilər. Kontraseptivlərin tərkibinə daxil olan istənilən maddəyə qarşı allergik reaksiya baş verə bilər. İndividual həssaslıq riski III-IV dərəcəli piylənmə, gün ərzində 15-dən artıq siqaret çəkmə, bəzi dərman vasitələrinin istifadəsi zamanı artır.

KOK qəbulunun fəsadlarının patogenezi

KOK qəbulunun fəsadlarının inkişaf mexanizmi estrogen və progestagenlərin hormonal effektləri,  eləcə də konkret xəstədə estrogen-gestagen balansın pozulması ilə əlaqədardır. Mama-ginekoloqların müşahidələrinə əsasən oral kontraseptivlərin qəbulu zamanı yaranan arzuolunmaz halların əksəriyyəti KOK-un tərkibinə daxil olan estrogenlər tərəfindən törədilir. Etinilestradiol prokoaqulyant təsir göstərir (qanın laxtalanmasını artırır), aldosteronun sintezinə səbəb olur, bu hormonun təsirindən natrium və su orqanizmdə ləngiyir, nəticədə AT yüksəlir, bədən çəkisi artır. Estrogenlərin süd vəzilərinə stimuləedici təsiri əksər hallarda mastodiniya, uşaqlıq yolunun selikli qişasına təsiri- vaginal ifrazatın artması, dəriyə təsiri isə melanositlərin stimulyasiyası və hiperpiqmentasiyanın yaranması ilə təzahür edir.

Hormonal kontrasepsiyanın ağırlaşmalarının patogenezində həmçinin progestinlər özünəməxsus rol oynayır. Onlar saya əzələlərın tonusunu azaldır, bu da qəbizliyə, qarında köpün yaranmasına, öd axımının pozulmasına gətirib çıxarır. I nəsil KOK-un tərkibinə daxil olan 19-nortesteronun törəmələrinin androgen aktivliyi anabolik proseslərin stimulyasiyası, virilizasiya əlamətlərinin yaranamsı ilə özünü büruzə verir. Progestinlərin qlükokortikoid reseptorları ilə rəqabətli qarşılıqlı əlaqəsi insulinorezistentliyin inkişafına, triqliseridlər və öd turşularının sintezinin artmasına gətirib çıxarır, bu da piylənmə ehtimalını yüksəldir. Estrogenlərin təsirindən uşaqlıq yolunun epitel qatının proliferasiyası və karnifikasiyasının inhibə olunması vaginal biosenezun pozulmasına və selikli qişanın kandidalarla kolonozasiyasına səbəb ola bilər. Atipik hallarda qonadotropinlərin sekresiyasının dayandırılması və anovulyasiya dayanıqlı olur, hətta preparatın qəbulunun dayandırılmasından sonra da müşahidə edilir.

KOK-un bəzi ağırlaşmaları preparatın düzgün seçilməməsi, həblərin qəbulunun buraxılması, qusma və ishal zamanı sorulmanın pozulması, bir sıra antibakterial, qıcolma əleyhinə vasitələr, adrenoblokatorlarla qarşılıqlı təsir nəticəsində inaktivasiyası zamanı hormonun aşağı dozaları ilə əlaqədar təsirin kifayət qədər olmaması ilə bağlıdır. Belə hallarda endometriumun yetişməsi pozulur, çox zaman yaxılan ifrazat və ya güclü qanaxma, aybaşıyabənzər güclü reaksiya yaranır. Adətən hədəf orqanlarda baş verən patoloji proseslər kontraseptiv hormonoterapiyanın əlavə təsirlərini gücləndirir. KOK komponentləri həmçinin hormondan asılı xərçəng hüceyrələrinin proliferasiyasını sürətləndirmək qabiliyyətinə malikdir.

KOK qəbulunun fəsadlarının təsnifatı

Oran kontraseptivlərin istifadəsi zamanı yaranan ağırlaşmaların sistematizasiyası yan təsirlərin yaranma vaxtına, pozğunluqların inkişaf mexanizmi, davamlılığı və xarakterinə əsaslanır. Erkən fəsadlar KOK qəbulunun ilk 3 ayında yaranır. Onlar tranzitor olub, adaptiv xarakter daşıyır. Üzvi pozğunluqlarla bağlı gecikmiş fəsadlar kontrasepsiyanın 3-6 ayında aşkarlanır. Hormonal kontraseptivlərin qəbulu dayandırıldıqdan sonra davam edən ağırlaşmalar uzaq fəsadlar hesab edilir. İnkişaf mexanizmindən asılı olaraq ağırlaşmalar estrogen-asılı və gestagen–asılı olur. Optimal həkim taktikasının seçilməsi üçün KOK qəbulunun yan təsirlərini aşağıdakı qruplara bölmək məqsədə uyğundur:

  • Ümumi klinik pozğunluqlar. Bu qrupa sistemli estrogen və progestin təsirlərdən yaranan geniş spektrli funksional və üzvi pozğunluqlar (yüngül vegetativ və emosional dəyişikliklərdən tutmuş yanaşı gedən xəstəliklərin ağır kompensasiyasına qədər) daxildir.
  • Aybaşı funksiyasının pozğunluqları. Adətən KOK-un hormonal komponentlərinin aşağı və ya yüksək dozaları və yaxud kontraseptivə qarşı atipik reaksiya nəticəsində yaranır. Aybaşıarası yaxılan ifrazatlar və ya güclü qanaxma, aybaşıyabənzər güclü reaksiya, amenoreya ilə təzahür edir.

KOK qəbulunun fəsadlarının əlamətləri

KOK qəbulunun fəsadlarının əlamətləriHormonal kontraseptivlərin istifadəsinin ilk 3 ayında qadınlarda baş ağrıları, başgicəllənmə, qıcıqlanma, əhvalın pisləşməsi, süd vəzilərinin sərtləşməsi və ağrılı olması, ödemlər, aybaşıarası qanaxmalar, ürəkbulanma, qusma, qarında köp, qəbizlik, dərinin hiperpiqmentasiyası (xloazma), uşaqlıq yolunda qaşınma, leykorreya yarana bilər. Bu əlamətlər əksər hallarda öz-özünə keçir. II nəsil KOK qəbulu çox zaman androgen təsirlərlə – dərinin yağlılığının artması, akne xəstəliyi, hirsutizm, bədən çəkisinin 4,5 kq və daha çox artması ilə müşayiət olunur.

Həzm sisteminin fəaliyyətinin dayanıqlı pozğunluqları, 3 aydan çox davam edən dəri təzahürləri, emosional pozulmalar, asteniya, cinsi həvəsin azalması, aybaşıyabənzər reaksiyaların ləngiməsi və ya olmaması adətən dozanın düzgün seçilməməsi, preparatın komponentlərinə qarşı yüksək həssaslıq və yanaşı gedən xəstəliklərlə bağlı olur. Estrogen-gestagen preparatlardan istifadə edən qadınların 2%-də sonsuzluğa gətirib çıxaran anovulyasiya və amenoreya kontrasepsiyanın qəbulu dayandırıldıqdan sonra da müşahidə edilir. Bəzi klinik əlamətlər somatik patologiyanın dekompensasiyasına dəlalət edir. Oral kontraseptivlərlə assosiasiyalı öd durğunluğu zamanı pasiyent güclü qaşınmadan əziyyət çəkir, bununla yanaşı dəri sarılığı və eskoriasiyaların yaranması da mümkündür.

KOK qəbulunun ən ağır fəsadlarına kəskin trombotik pozğunluqlar aiddir, belə hallarda təxirəsalınmaz tibbi yardım tələb olunur.

Ağciyər arteriyasının trombemboliyası üçün qəfil yaranan təngnəfəslik və qan qusma xarakterikdir. Qarın boşluğu damarlarının tutulması zamanı davamlı intensiv abdominal ağrılar izlənilir. Torlu qişanın damarlarının zədələnməsi görmənin qəfil pozulması və ya itirilməsi ilə müşayiət olunur. Ətrafların arteriya və venalarının keçiriciliyinin pozulması qasıq nahiyəsi, baldır əzələsində ağrı, keyimə, əzələ zəifliyi ilə təzahür edir. Kardial və beyin damarlarının kəskin formalı zədələnmələrinə miokard infarktı və insult aiddir.

KOK qəbulunun fəsadlarının diaqnostikası

KOK qəbul edən qadınlarda ağırlaşmaların inkişafına şübhə yarandıqda diaqnostik mərhələnin əsas məqsədi orqan dəyişikliklərinin xüsusiyyətlərinin qiymətləndirilməsindən və oxşar klinik simptomatikalı xəstəliklərin istisna edilməsindən ibarətdir. Müayinə sxeminin tərtib olunması zamanı hormonun yeridilməsinə qarşı ümumi reaksiyaya və ya konkret orqanın zədələnməsinə dəlalət edən klinik təzahürlərin xarakteri nəzərə alınır. Əsasən aşağıdakı skrininq üsullar məsləhət görülür:

  • Kiçik çanağın USM. Aybaşı funksiyasının pozulması, vaginal ifrazatlardan şikayət zamanı tətbiq olunur. Reproduktiv orqanların vəziyyətini qiymətləndirməyə, hamiləliyi, bəzi xəstəlikləri (submukoz mioma, endometriumun xərçəngi, uşaqlığın selikli qişasının polipləri və s.) aşkar etməyə imkan verir. Ehtiyac olduqda sonoqrafiya KT, MRT, kolposkopiya, servikoskopiya, histeroskopiya, diaqnostik laparoskopiya, yaxmanın floraya görə əkilməsi, digər instrumental və laborator ginekoloji müayinələrdən istifadə olunur.
  • Hemostaz sisteminin qiymətləndirilməsi. Ehtimal olunan tromboembolik ağırlaşmaların əlamətləri aşkarlandıqda aparılır. KOK qəbuluna həm damar-trombositar, həm də laxtalanma sisteminin koaqulyasion həlqəsi reaksiya verir. Antitrombin II aktivliyinin 50-60% azalması, plazmada fibrinin deqradasiya məhsullarının konsentrasiyasının 8-10 mqk/ml-ə qədər və daha çox artması təhlükəli ağırlaşmaların yaranmasına işarə edir.
  • Piqment mübadiləsinin və fermentlərin müayinəsi. Biokimyəvi göstəricilərin dəyişməsi KOK qəbulu zamanı baş verən qaraciyər patologiyalarının (xolestaz, xroniki persistə edən hepatit, öd yollarının diskineziyası) dekompensasiyası üçün xarakterikdir. Qanda öd turşularının, birbaşa bilirubinin səviyyəsi yüksəlir. Qələvi fosfataza, transaminazanın (ALT, AST) aktivliyinin artması mümkündür. Laborator analizlərinə qaraciyər və öd kisəsinin USM, xoledoxoskopiya, öd yollarının endosonoqrafiyası əlavə oluna bilər.
  • İcmal mammoqrafiya. KOK-un istifadəsindən 3 ay keçdikdən sonra yenə də davam edən mastodiniya zamanı tətbiq olunur. Süd vəzilərinin rentgenoloji müayinəsi estrogen-gestagen vasitələrin təsirindən proqressivləşə bilən süd vəzi xərçəngini vaxtında aşkar etməyə kömək edir. Neoplastik proseslərin əlamətləri müəyyən edildikdə hədəfli mammoqrafiya, duktoqrafiya, süd vəzisinin biopsiyası, onkomarker CA 15-3 təyini və digər müayinələr aparılır.

Oral kontraseptivlərin yan təsirləri qadın cinsiyyət orqanlarının iltihabi və şiş xəstəlikləri, digər mənşəli ikincili amenoreya, qaraciyər, öd yollarının patologiyaları, arterial və venoz tromboembolik pozğunluqlar, hipertoniya xəstəliyi, miqren və oxşar simptomatikalı digər patoloji vəziyyətlərlə differensiasiya edilir. Diaqnostik müayinə prosesinə endokrinoloq, qastroenteroloq, hepatoloq, fleboloq, nevropatoloq, mammoloq, oftalmoloq, pulmonoloq, onkoloq, damar cərrahı cəlb oluna bilər.

KOK qəbulunun fəsadlarının müalicəsi

Kombinəolunmuş peroral kontraseptivlərin törətdiyi patoloji təsirlər əksər xəstələrdə preparatın qəbulu fonunda və ya onun istifadəsi dayandırıldıqdan sonra öz-özünə keçb gedir. Bəzən pozğunluqların korreksiyası üçün medikamentoz terapiya və hətta cərrahi yardım təyin olunur. Hormonal kontrasepsiyanın fəsadları zamanı aşağıdakı terapevtik yanaşmalardan istifadə edilir:

  • Gözləmə taktikası. Adətən 3 ay ərzində qadın orqanizmi KOK qəbuluna tam adaptasiyalaşır. Erkən qeyri-spesifik pozğunluqlar xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirərsə, onların korreksiyası üçün simptomatik vasitələr – bitki tərkibli sedativ vasitələr, yumşaq işlədicilər, ödqovucu və sidikqovucu təsirə malik fitoqarışıqlar tətbiq oluna bilər.
  • Preparatın əvəz olunması. Oral kontraseptivin hormonal komponentinin zəif və ya çox yüksək təsiri zamanı adətən aybaşı funksiyasının pozulması müşahidə olunur. Bu problemin optimal həlli preparatın digər nəslin nümayəndəsi ilə əvəz olunmasından ibarətdir. Androgen ağırlaşmaların aşkarkanması zamanı analoji yanaşma məsləhət görülür.
  • KOK qəbulunun dayandırılması. Davamlı gecikmiş ağırlaşmalar, aşkar qlükokortikoid təsir, somatik xəstəliklərin dekompensasiyası, onkoloji patologiyanın inkişafı oral kontraseptivlərin qəbulunun dayandırılmasına və alternativ kontrasepsiya üsulunun seçilməsinə əsas verir. Belə hallarda yaranan ağırlaşmaların müalicəsinə mütəxəssislər cəlb edilir.
  • Təxirəsalınmaz vəziyyətlərlə mübarizə. Ciddi somatik pozğunluqların (xüsusən tromboemboliyalarla bağlı) yaranması zamanı təzirəsalınmaz intensiv terapiyanın, bir sıra hallarda isə cərrahi müdaxilələrin aparılması (trombların xaric edilməsi, damarların stentlənməsi) tələb olunur. Müalicə sxemi kəskin patologiyanın növünə əsasən tərtib edilir.

KOK qəbulunun fəsadlarının proqnoz və profilaktikası

KOK qəbulunun təxirəsalınmaz vəziyyətlərin inkişafı ilə bağlı olmayan erkən fəsadlarının əksəriyyəti və gecikmiş yan təsirlərinin bir hissəsinın proqnozu qənaətbəxşdir. Hormonal kontrasepsiyanı təyin etməzdən əvvəl əks-göstərişlərin aşkarlanması üçün qadın profilaktik məqsədlə hərtərəfli müayinə olunur. Əldə olunmuş məlumatlara əsasən qadın müvafiq təhlükəsizlik sinfinə aid edilir. К1 sinfinə (təhlükəsizliyin I sinfi) daxil olan qadinlara kontraseptivlər heç bir məhdudiyyət olmadan təyin olunur. Təhlükəsizliyin II sinfində (К2) KOK qəbuluna icazə verilir, çünki onun üstünlükləri potensial riski üstələyir. К3 (təhlükəsizliyin III sinfi) qrupundan olan qadınlara estrogen-gestagen vasitələr yalnız kontrasepsiyanın digər üsullarının tətbiqinin mümkün olmadığı hallarda məsləhət görülür.  Təhlükəsizliyin IV sinfi (К4) KOK istifadəsinə əks-göstəriş hesab olunur. Ehtimal olunan fəsadların riskini azaltmaq məqsədilə mikro və aşağı dozalı 2-4-cü nəsil preparatlara üstünlük verilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: