Uşaqlıq boynunun ektopiyası

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 5601

uşaqlıq boynunun ektopiyası nədir?Uşaqlıq boynunun ektopiyası — normada yastı epitellə örtülü olan uşaqlıq boynunun vaginal hissəsində servikal kanalı daxildən bürüyən silindrik (kubşəkilli) epitelin atipik yerləşməsidir. Uşaqlıq boynunun ektopiyası heç bir klinik əlamətlə müşayiət olunmur; ağırlaşmalar baş verdikdə ifrazatlar, təmas qanaxmaları, cinsiyyət orqanları nahiyəsində qaşınma, dispareuniya müşahidə edilir. Uşaqlıq boynunun ektopiyası ginekoloji baxış zamanı aşkarlanır; diaqnoz genişlənmiş kolposkopiya, sıyrıntının sitoloji müayinəsinin köməyilə təsdiqlənir,  ehtiyac olduqda biopsiya aparılır. Ağırlaşmamış ektopiya müalicə tələb etmir; fəsadlar qeydə alındıqda etiotrop müalicə, dəyişilmiş ocaqların destruksiyası icra olunur.

  • Uşaqlıq boynunun ektopiyasının təsnifatı
  • Uşaqlıq boynunun ektopiyasının əlamətləri
  • Uşaqlıq boynunun ektopiyasının diaqnostikası
  • Uşaqlıq boynunun ektopiyasının müalicəsi
  • Uşaqlıq boynunun ektopiyasının profilaktika və proqnozu

Uşaqlıq boynunun ektopiyası barədə ümumi məlumat

Ginekologiyada uşaqlıq boynunun digər sinonimlərindən: psevdoeroziya, yalançı eroziya, endoservikoz, vəzili-əzələ hiperplaziyasından istifadə olunur. Uşaqlıq boynunun vaginal hissəsi xaricdən çoxqatlı yastı epitel, daxildən isə silindrik epitellə örtülüdür. Uşaqlıq boynunun ektopiyası zamanı bu sərhəd xarici əsnək nahiyəsinə doğru yerini dəyişərək, tam və ya hissəvi xarakter daşıyır.

Psevdoeroziya 40% qadınlarda rast gəlinir; 11,3% pasiyentlərdə anadangəlmə olur. Onun maksimal rast gəlmə tezliyi (40-50%) 30 yaşdan kiçik qadınlarda müşahidə edilir. Ektopiya uşaqlıq boynu xərçənginə çevrilmir, lakin onun fonunda bədxassəli prosesin yaranma riski artır.

Uşaqlıq boynunun ektopiyasının təsnifatı

Uşaqlıq boynunun ektopiyasının səbəbləriMənşəyinə əsasən uşaqlıq boynunun ektopiyası 2 formaya bölünür: anadangəlmə və qazanılmış. Psevdoeroziyanın gedişi residivləşən, klinik formaları isə ağırlaşmamış və ağırlaşmış olur. Müasir kolposkopik nomenklatura uşaqlıq boynunun ağırlaşmamış ektopiyasını fizioloji vəziyyətin bir variantı olaraq qəbul edir. Uşaqlıq boynunun ektopiyasının ağırlaşmamış gedişi adətən infeksiyalar tərəfindən törədilən kolpitservisitlərlə bağlı olur.

Uşaqlıq boynunun epitel və stroma elementləri arasındakı nisbətin pozulduğu hallarda ektopiya ektropion kimi qiymətləndirilir. Histoloji quruluşuna görə uşaqlıq boynunun vəzili, papillyar ektopiyaları və yastı hüceyrə metaplaziyalı psevdoeroziya ayırd edilir. Vəzili ektopiya zamanı şaxələnmiş vəzi yollarından ibarət vəzi yığınları, iltihab əlamətləri aşkarlanır. Papillyar ektopiya stroma komponentlərinin artması və silindrik epitellə örtülü məməciyəbənzər strukturların yaranamsı ilə xarakterizə olunur.

Uşaqlıq boynunun ektopiyasının sağalması silindrik epitelin yetkin yastı epitellə əvəz olunması – transformasiya sahəsinin formalaşması ilə müşayiət olunur. Bu prosesə differensiasiya nəticəsində əvvəlcə formalaşmamış, sonra isə yetkin metaplastik epitelə çevrilən ehtiyat hüceyrələri qoşulur.

Kolposkopiyanın aparılması sona çatan və çatmayan transformasiya sahələrini müəyyən etməyə imkan verir. Əlverişsiz təsirlərdən hüceyrə metaplaziyası pozularaq, uşaqlıq boynunun ektopiyasının residivinə gətirib çıxara bilər. Uşaqlıq boynu vəzilərinin dəlikləri  metaplastik qatla örtüldükdə uşaqlıq boynunun retension kistaları (naboti kistaları) yarana bilər.

Uşaqlıq boynunun ektopiyasının səbəbləri

Pubertat və erkən reproduktiv dövrdə uşaqlıq boynunun ektopiyası nisbi estrogeniya, hamiləlik dövründə isə yumurtalıqların hormonal funksiyasının pozulması nəticəsində baş verən fizioloji vəziyyət kimi qiymətləndirilir. Uşaqlıq boynunun ektopiyasının inkişafını izah edən müxtəlif nəzəriyyələr bu prosesi dishormonal, iltihabi, immunoloji, travmatik amillərlə əlaqələndirirlər.

İltihab nəzəriyyəsinin tərəfdaşları hesab edir ki, ektopiyanın yaranmasına streptokokk, bağırsaq çöpü, CYKİ (mikoplazmoz, qardnerellyoz, ureaplazmoz, xlamidioz, papilloma virus infeksiyası) törədiciləri tərəfindən törədilən residivləşən vaginitendoservisitlər səbəb olur. Patoloji ifrazatlar uşaqlıq boynunun vaginal hissəsinə təsir edərək, yastı epitelin deskvamasiyasına, onun yerində həqiqi eroziyanın formalaşmasına gətirib çıxarır. 1-2 həftə ərzində endoserviksin epiteli eroziyanın səthinə yayılaraq, onu örtür, nəticədə ektopiya sahəsi əmələ gəlir.

Uşaqlıq boynunun infeksiyalaşmasında doğuş travmaları, tibbi abortların yerinə yetirilməsi, baryer kontrasepsiya və spermisid vasitələrin istifadəsi zamanı uşaqlıq boynunun zədələnməsi mühüm rol oynayır. Hormonal konsepsiya uşaqlıq boynunun ektopiyasının inkişafını yumurtalıqların disfunksiyası ilə əlaqələndirir. Psevdoeroziyanın çox vaxt endometrioz, fibroma, yumurtalıqların stromasının hiperplaziyası, aybaşı siklinin pozğunluqları, erkən menarxe və hiperestrogeniyanın səbəb olduğu digər vəziyyətlərlə müştərəkliyi qeydə alınmışdır.

İmmunoloji nəzəriyyənin tərəfdaşları aparıcı etioloji kimi ümumi müdafiə funksiyalarının zəifləməsini irəli sürürlər. Uşaqlıq boynunun qazanılmış ektopiyasının risk amillərinə erkən cinsi həyat, cinsi partnyorların tez-tez dəyişdirilməsi, xroniki ekstragenital patologiyanın (şəkərli diabet və s.) olması, çoxsaylı doğuşlar, siqaretdən istifadə aiddir.

Uşaqlıq boynunun ektopiyasının əlamətləri

Uşaqlıq boynunun ektopiyasının əlamətləriUşaqlıq boynunun ağırlaşmamış ektopiyası heç bir əlamətlə təzahür etmir, adətən profilaktik ginekoloji baxış zamanı təsadüfən aşkarlanır. 80% hallarda uşaqlıq boynunun ektopiyasının ağırlaşmış formaları iltihab və ya xərçəngönü dəyişikliklərlə (uşaqlıq boynunun displaziyası, leykoplakiyası, polipləri) müşayiət olunur. Endoservisit və ya kolpit zamanı ifrazatlar, qaşınma, dispareuniya, təmas qanaxmaları izlənilir. Uşaqlıq boynunun ektopiyasına gətirib çıxaran birincili amillər aybaşı siklinin pozğunluqları və ya sonsuzluğa səbəb ola bilər.

Uşaqlıq boynunun ektopiyasının diaqnostikası

Uşaqlıq boynunun anadangəlmə ektopiyası ilkin ginekoloji müayinə zamanı aşkarlanır. Qazanılmış psevdoeroziyanın diaqnostikasında onun uşaqlıq boynunun əvvəllər dəyişilməmiş səthində yaranması nəzərə alınır. Ginekoloji kresloda baxış zamanı xarici əsnək nahiyəsində qeyri-düzgün sərhədli al-qırmızı ocaq görünür. Alətlə psevdoeroziya sahəsinə toxunduqda asanlıqla qanaxma baş verir.

Uşaqlıq boynunun ektopiyası aşkar edildikdə genişlənmiş kolposkopiyanın aparılması göstəriş sayılır. Müayinə prosesində silindrik epitel və transformasiya zonalarından ibarət atipiya sahəsi qeydə alınır. 40% hallarda Şiller sınağının aparılması zamanı anomal kolposkopik şəkil: leykoplakiya, mozaika, punktasiya, yodoneqativ sahələr müəyyən edilir. Bu əlamətlərin izlənilməsi pasiyentin daha geniş müayinəsini tələb edir.

Diaqnostika prosesində uşaqlıq boynundan götürülən yaxmanın mikroskopiya, bakterioloji əkilmə, PZR-diaqnostikası icra olunur. Uşaqlıq boynunun ektopiyası zamanı sıyrıntının sitoloji analizi mühüm əhəmiyyət kəsb edir, bu  üsul yastı və silindrik epitel hüceyrələrini, iltihab əlamətlərini təyin etməyə imkan verir. Anomal kolposkopik və sitoloji şəkil aşkarlandıqda uşaqlıq boynunun biopsiyası və ya diaqnostik qaşıma, histoloji müayinə aparılmalıdır.

Yumurtalqıların fəaliyyətini qiymətləndirmək üçün funksional testlər yerinə yetirilir, hormonal status təhlil edilir. Hormonal dəyişikliklər zamanı pasiyent ginekoloq-endokrinoloqun konsultasiyasına yönəldilir. Ektopiya uşaqlıq boynunun həqiqi eroziyası və xərçəngi ilə differensiasiya edilir.

Uşaqlıq boynunun ektopiyasının müalicəsi

Uşaqlıq boynunun ağırlaşmamış anadangəlmə ektopiyası zamanı heç bir müalicəvi tədbirlər aparılmir; psevdoeroziyanın inkişafında kənaraçıxmaları vaxtında müəyyən etmək üçün pasiyent dinamik müşahidə altına alınır. Uşaqlıq boynunun ağırlaşmış formalarının müalicəsində mövcud dəyişikliklər nəzərə alınır: etiotrop virus və iltihabəleyhinə terapiya, kontrasepsiya üsulu təyin olunur, immun və hormonal dəyişikliklər korreksiyası aparılır.

İnfeksion proses aradan qaldırıldıqdan sonra uşaqlıq boynunun ektopiya ocaqlarının kriogen təsirlər, radiocərrahi, lazer koaqulyasiya, diatermokoaqulyasiya, kimyəvi koaqulyasiya üsulları ilə destruksiyası həyata keçirilir. Naboti kistaları aşkar edildikdə uşaqlıq boynu kistaları kəsilir. Uşaqlıq boynunun leykoplagiyası, displaziyası, polipləri, endometrioz zamanı müvafiq müalicə tətbiq edilir.

Uşaqlıq boynunun ektopiyasının proqnoz və profilaktikası

Uşaqlıq boynunun ektopiyasının inkişafının qarşısını almaq üçün profilaktik tibbi baxışlar, immun və hormonal homeostazın pozulmalarının korreksiyası, cinsi infeksiyalar və iltihabın vaxtında müalicəsi, ginekoloji müayinələrin ehtiyatla aparılması tələb olunur.

Psevdoeroziyanın aşkarlanması zamanı patoloji xərçəngönü proseslərin inkişafını inkar etmək üçün müntəzəm kolpositoloji nəzarət aparılmalıdır. Uşaqlıq boynunun ektopiyasının proqnozu qənaətbəxşdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: