Uşaqlıq cismi xərçəngi

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 1568

uşaqlıq cismi xərçəngi nədən yaranır?Uşaqlıq cismi xərçəngi – uşaqlıq boşluğunu örtən endometriumun bədxassəli zədələnməsidir. Xəstəlik ağrı, cinsi yollardan qanlı ifrazat, leykorreya, asiklik və ya atipik uşaqlıq qanaxmaları ilə təzahür edir. Diaqnoz ginekoloji müayinə, aspiratların sitoloji analizi, USM, histeroskopiya, diaqnostik qaşınma, histologiyanın nəticələrinə əsasən qoyulur. Uşaqlıq cismi xərçənginin müalicəsi kombinəolunmuş yolla aparılır: cərrahi (panhisterektomiya), şüa, hormonal, kimyaterapiya.

  • Uşaqlıq cismi xərçənginin yaranma səbəbləri və inkişaf mərhələləri
  • Uşaqlıq cismi xərçənginin təsnifatı
  • Uşaqlıq cismi xərçənginin əlamətləri
  • Uşaqlıq cismi xərçənginin diaqnostikası
  • Uşaqlıq cismi xərçənginin müalicəsi
  • Uşaqlıq cismi xərçəngi zamanı proqnoz
  • Uşaqlıq cisminin xərçənginin profilaktikası

Uşaqlıq cismi xərçəngi barədə ümumi məlumat

Uşaqlıq cismi xərçəngi qadın cinsiyyət orqanlarının bədxassəli törəmələri arasında birinci, qadınlarda rast gəlinən onkopatologiyaların strukturunda isə süd vəzi xərçəngi ilə uşaqlıq boynu xərçəngi arasında aralıq yer tutur. Xəstəliyin artma tendensiyası orta ömür müddətinin uzanması, eləcə də bir sıra patologiyaların: xroniki hiperestrogeniya, anovulyasiya, sonsuzluq, uşaqlığın mioması, endometrioz və s. sürətlə çoxalması ilə izah olunur. Adətən uşaqlıq cismi xərçəngi perimenopauza və postmenopauza dövründə (orta yaş – 60-63)  inkişaf edir.

Uşaqlıq cismi xərçənginin yaranma səbəbləri və inkişaf mərhələləri

Uşaqlıq cismi xərçənginin səbəbləriOnkoginekologiyada uşaqlıq cismi xərçənginin etiologiyasını izah edən bir neçə hipotezlər mövcuddur. Onlardan biri (hormonal) uşaqlıq cismi xərçənginin yaranmasını 70% xəstələrdə qeydə alınan hiperestrogeniya, endokrin və metabolik pozğunluqlarla əlaqələndirir. Hiperestrogeniya anovulyator sikl və qanaxmalar, sonsuzluq, gecikmiş menopauza, yumurtalıqlar və uşaqlıqda şiş və hiperplastik proseslərlə xarakterizə olunur. Uşaqlıq cisminin hormondan asılı xərçəngi əksər hallarda anamnezində piylənmə, hipertoniya xəstəliyi, şəkərli diabet, yumurtalığın feminizəedici şişləri, çoxsaylı abortlar olan, estrogenlərlə ƏHT alan, yaxın qohumları arasında yumurtalıqlar, endometrium, süd vəzi, yoğun bağırsaq xərçəngi olan qadınlarda müşahidə edilir.

Uşaqlıq cismi xərçənginin fon xəstəliklərinə endometriumun hiperplaziyası, uşaqlığın polipləri aiddir. Hiperestrogeniya fonunda əsasən zəif sürətlə proqressivləşən və metastazlaşan, ümumilikdə nisbətən qənaətbəxş gedişlə səciyyələnən yüksək differensiasiyalı uşaqlıq cismi xərçəngi inkişaf edir. Endometrium xərçənginin bu növü gestagenlərin təsirinə qarşı yüksək həssaslığa malikdir.

Digər hipotez uşaqlıq cismi xərçəngindən əziyyət çəkən pasiyentlərin 30%-də endokrin-metabolik dəyişikliklər və ovulyasiya pozulmalarının olmamasını sübut edən məlumatlara əsaslanır. Belə hallarda onkopatologiya endometriumda atrofik proseslər və immunitetin ümumi depressiyası fonunda baş verir; aşağı differensiasiya və sürətli metastazlaşma qeyd edilir, gestagen preparatlarına qarşı həssaslıq olmur. Uşaqlıq cismi xərçənginin bu variantının gedişi daha az qənaətbəxşdir.

Üçüncü hipotezə görə endometriumun neoplaziyalarının yaranması genetik amillərlə bağlıdır.

Uşaqlıq cismi xərçənginin formalaşmasında aşağıdakı mərhələlər qeyd olunur:

Uşaqlıq cismi xərçənginin metastazlaşması limfogen, hematogen və implantasion yollarla baş verir. Limfogen variant zamanı qasıq, qalça, paraaortal limfa düyünləri zədələnir. Hematogen metastazlaşma hallarında şişin ağciyərlər, sümüklər,  qaraciyərə yayılması aşkar edilir. Uşaqlıq cismi xərçənginin impantasion yolla metastazlaşması zamanı şişin miometrium və perimetriuma sirayət etməsi, visseral periton və böyük piyliyin prosesə cəlb olunması mümkündür.

Uşaqlıq cismi xərçənginin təsnifatı

Histopatoloji təsnifata əsasən uşaqlıq cismi xərçənginin formaları arasında adenokarsinoma, mezonefroid (şəffaf hüceyrəli) adenokarsinoma; yastı hüceyrəli, seroz, vəzili yastı hüceyrəli, musinoz və differensiasiya olunmamış xərçəng ayırd edilir.

Böyümə tipinə görə ekzofit, endofit və qarışıq (endoekzofit) böyüyən şişlər qeydə alınır. Hüceyrələrin differensiasiya dərəcəsindən asılı olaraq uşaqlıq cismi xərçəngi yüksək differensiasiyalı (G1), mülayim differensiasiyalı (G2) və aşağı differensiasiyalı (G3) formalara bölünür. Uşaqlıq cismi xərçəngi daha çox dib nahiyəsində, az hallarda isə aşağı seqmentdə lokalizasiya olunur.

Kliniki onkologiyada birincili şişin yayılmasını (T), limfa düyünlərinin zədələnməsini (N) və uzaq metastazların (M) olmasını qiymətləndirməyə imkan verən TNM sistemi və mərhələlər (FIGO) üzrə təsnifatdan istifadə olunur.

0 mərhələsi (Tis) – uşaqlıq cisminin preinvaziv xərçəngi (in situ)

I mərhələ (Т1) – şiş uşaqlıq cisminin hüdudlarından kənara yayılmır

  • IA (T1а) –uşaqlıq cismi xərçəngi endometriumun qalınlığının ½-dən az hissəsini əhatə edir
  • IB (T1b) – uşaqlıq cismi xərçəngi endometriumun qalınlığının yarısını zədələyir
  • IC (T1с) – uşaqlıq cismi xərçəngi endometriumun qalınlığının ½-dən çox hissəsinə infiltrasiya edir

II mərhələ (T2) – şiş uşaqlıq boynuna keçir, lakin onun sərhədlərindən xaricə yayılmır

  • IIA (T2а) – prosesə endoserviks cəlb olunur
  • IIB (T2b) – xərçəng uşaqlıq boynunun stromasına invaziya edir

III стадия (T3) – şişin yerli və ya regionar yayılması ilə xarakterizə olunur

  • IIIA (T3a) – şişin yumurtalığa və ya seroz qişaya yayılması və ya metastazlaşması; ekssudatda atipik hüceyrələrin olması
  • IIIB (T3b) – şişin uşaqlıq yoluna yayılması və ya metastazlaşması
  • IIIC (N1) – uşaqlıq cismi xərçənginin çanaq və ya paraaortal limfa düyünlərinə metastazlaşması

IVA mərhələ (Т4) – şişin yoğun bağırsaq və ya sidik kisəsinin selikli qişasına yayılması

IVB mərhələ (М1) –uzaq limfa düyünləri və orqanlara metastazlaşma.

Uşaqlıq cismi xərçənginin əlamətləri

Uşaqlıq cismi xərçənginin əlamətləriAybaşı funksiyasının saxlanılması zamanı uşaqlıq cismi xərçəngi uzunmüddətli gur aybaşılar, asiklik qeyri-müntəzəm qanaxmalarla təzahür edir, bu əlamətlər çox vaxt qadının yanlış istiqamətdə – yumurtalıqların disfunksiyası və sonsuzluq üzrə müalicə olunmasına səbəb olur. Postmenopauza dövründə pasiyentlərdə qanlı ifrazatlar yaranır.

Qanaxmalarda əlavən uşaqlıq cismi xərçəngi zamanı leykorreyaya (mayeşəkilli gur ifrazat) müşahidə edilir; xəstəliyin son mərhələlərində ifrazatlar ət suyu rəngində ola və ya üfunətli irinli xarakter ala bilər.

Uşaqlıq cismi xərçənginin gecikmiş əlamətlərinə qarnın aşağı hissəsi, bel və oma nahiyəsində daimi və ya tutmaşəkilli ağrılar aiddir. Ağrı sindromu uşaqlığın seroz qişasının onkoprosesə qoşulması və sinir kələflərinin parametral infiltratlar tərəfindən sıxılması ilə əlaqədar baş verir.

Uşaqlıq cismi xərçənginin uşaqlıq boynuna enən yolla yayılması zamanı servikal kanalın stenozupiometranın inkişafı mümkündür. Şiş infiltratlarının sidik axarlarına təzyiq etdiyi hallarda bel nahiyəsində ağrılar, uremiya ilə müşayiət olunan hidronefroz; şişin sidik kisəsinə yayılması zamanı hematuriya qeyd edilir. Şiş düz və ya S-vari bağırsağa invaziya etdikdə qəbizlik yaranır, nəcisdə selik və qan müşahidə olunur. Çanaq orqanlarının zədələnməsi zamanı adətən assit formalaşır. Əksər hallarda uşaqlıq cismi xərçənginin gecikmiş mərhələlərində ağciyərlər, qaraciyərin metastatik (ikincili) xərçəngi inkişaf edir.

Uşaqlıq cismi xərçənginin diaqnostikası

Diaqnostik mərhələnin əsas məqsədi prosesin lokalizasiyası, mərhələsi, şişin morfoloji quruluşu və differensiasiya dərəcəsinin təyinindən ibarətdir. Histoloji müayinə uşaqlığın ölçülərininin artmasını, parametral və rektovaginal toxumalarda infiltratların olmasını, uşaqlıq artımlarının böyüməsini təyin etməyə  imkan verir.

Uşaqlıq cisminin xərçəngi zamanı servikal kanaldan götürülmuş yaxma və uşaqlıq boşluğundan aspirasion biopsiya vasitəsilə alınmış materialın sitoloji müayinəsi mühüm əhəmiyət kəsb edir. Histoloji müayinə üçün materiallar endometriumun biopsiyası və ya histeroskopiya zamanı diaqnostik qaşınma yolu ilə əldə edilir. Kiçik çanağın USM uşaqlıq cismi xərçəngi zamanı vacib diaqnostik skrininq test sayılır. USM prosesində uşaqlığın ölçüləri, onun sərhədləri, miometriumun quruluşu, şişin böyümə tipi, invaziyanın dərinliyi, lokalizasiya, yumurtalıqlar və kiçik çanağın limfa düyünlərində gedən metastatik proseslər müəyyən edilir.

Uşaqlıq cismi xərçənginin yayılmasının vizual qiymətləndirilməsi məqsədilə diaqnostik laparoskopiyadan istifadə olunur. Uzaq metastazları inkar etmək üçün qarın boşluğunun USM, döş qəfəsinin rentgenoqrafiyası, kolonoskopiya, sistoskopiya, ekskretor uroqrafiya, sidik-ifrazat sistemi və qarın boşluğunun KT tətbiq edilir. Uşaqlıq cismi xərçəngi endometriumun polipləri və hiperplaziyası, adenomatoz, uşaqlığın submukoz mioması ilə differensiasiya olunmalıdır.

Uşaqlıq cismi xərçənginin müalicəsi

Müalicə sxemi onkoprosesin mərhələsi, fon prosesləri, şişin patogenetik variantından asılıdır. Uşaqlıq cisminin xərçəngi zamanı  cərrahi, şüa, hormonal, kimyaterapevtik müalicə üsulları tətbiq edilir.

Xəstəliyin başlanğıc formasında endometriumun ablasiyası- bazal qatın və miometriumun ona bitişik hissəsinin destruksiyası həyata keçirilir. Uşaqlıq cismi xərçənginin digər operabel hallarında panhisterektomiya və ya genişlənmiş üsul- histerektomiya, ikitərəfli adneksektomiya və limfadenektomiya göstəriş sayılır. Piometranın formalaşması zamanı Geqar genişləndiricilər vasitəsilə servikal kanalın bujlanması və irinin evakuasiyası icra olunur.

Miometriuma invaziya və uşaqlıq cismi xərçənginin yayıldığı hallarda postoperasion dövrdə uşaqlıq yolu, kiçik çanaq, regionar metastazlaşma sahəsinə şüa terapiyası təyin edilir. Uşaqlıq cismi xərçənginin kompleks terapiyasına göstərişlərə əsasən sisplatin, doksorubisin, siklofosfoamidlə kimyaterapiya əlavə olunur. Şişin hormonal terapiyaya həssaslığı nəzərə alınmaqla antiestrogen, gestagen, estrogengestagen vasitələrlə kurs müalicələr tətbiq edilir. Uşaqlıq cismi xərçənginin orqanqoruyucu müalicəsi (endometriumun ablasiyası) zamanı sonralar kombinəolunmuş hormonal preparatlar vasitəsilə ovulyator aybaşı siklinin induksiyası aparılır.

Uşaqlıq cismi xərçənginin proqnozu

Xəstəliyin proqnozu uşaqlıq cismi xərçənginin mərhələsi, pasiyentin yaşı, şişin patogenetik variantı və differensiasiyası, metastazlaşma və disseminasiyanın olmasından asılıdır. Ən qənaətbəxş proqnoz yaşı 50-dən az olan pasiyentlərdə uşaqlıq cismi xərçənginin hormondan asılı forması zamanı metastazların aşkar edilmədiyi hallarda qeydə alınır: bu qrupda 5 illik sağqalma ehtimalı 90%-ə çatır. Uşaqlıq cismi xərçənginin 70 yaşdan yuxarı qadınlarda rast gəlinən avtonom forması ən pis proqnozla xarakterizə edilir- belə xəstələrdə 5 illik  sağqalma ehtimalı 60%-dən çox olmur. Limfa düyünlərinin metastatik zədələnməsi endometrium xərçənginin proqressivləşməsi ehtimalını 6 dəfə yüksəldir.

Uşaqlıq cismi xərçəngindən əziyyət çəkən bütün pasiyentlər onkoginekoloq və ginekoloq-endokrinoloqun dinamik müşahidəsi altında olur. Orqanqoruucu əməliyyat keçirmiş qadınlarda hormonal reabilitasiya və ovulyator sikllərin bərpasından sonra hamiləliyin baş tutması mümkündür, belə hallarda hamiləliyin aparılması zamanı mövcud ginekoloji vəziyyət nəzərə alınmalıdır. Uşaqlıq cismi xərçənginin radikal müalicəsindən sonra reproduktiv yaşda olan pasiyentlərdə posthisterektomik sindrom inkişaf edə bilər.

Uşaqlıq cismi xərçənginin profilaktikası

Preventiv tədbirlər kompleksinə hiperestrogeniyanın aradan qaldırılması: bədən çəkisi və şəkərli diabetin gedişinə nəzarət, aybaşı funksiyasının normaya salınması, kontrasepsiyanın düzgün seçilməsi, feminizəedici şişlərin vaxtında cərrahi yolla xaric edilməsi aiddir.

Uşaqlıq cismi xərçənginin ikincili profilaktikası fon və xərçəngönü proliferativ patologiyanın erkən diaqnostikası və müalicəsi, müntəzəm onkoskrininqlərin aparılması, endometriumun xərçəngi üzrə risk qrupuna daxil olan qadınların müşahidəsindən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: