Uşaqlıq və uşaqlıq yolunun sallanması

Oxuma vaxtı: 14 dəq Oxunma sayı: 20096

uşaqlıq və uşaqlıq yolunun sallanması nədən olur?Uşaqlıq və uşaqlıq yolunun sallanması – daxili cinsiyyət üzvlərinin hissəvi və ya tam şəkildə cinsi yarıqdan xaricə çıxması ilə xarakterizə olunur. Uşaqlığın sallanması zamanı oma nahiyəsində təzyiq, cinsi yarıqda yad cisim hiss olunur, sidik ifrazı və defekasiya aktı pozulur, cinsi əlaqə zamanı ağrı, yerimə zamanı diskomfort yaranır. Uşaqlıq və uşaqlıq yolunun sallanması ginekoloji müayinə zamanı aşkar edilir. Uşaqlığın sallanmasının müalicəsi prolapsın dərəcəsi və xəstənin yaşı nəzərə alınmaqla cərrahi yolla aparılır. Cərrahi müalicəyə əks-göstəriş olduqda uşaqlıq həlqəsindən (vaginal pessary) istifadə etmək məsləhət görülür.

  • Uşaqlıq və uşaqlıq yolunun yaranma səbəbləri
  • Uşaqlıq və uşaqlıq yolunun təsnifatı
  • Uşaqlıq və uşaqlıq yolunun əlamətləri
  • Uşaqlıq və uşaqlıq yolunun diaqnostikası
  • Uşaqlıq və uşaqlıq yolunun müalicəsi
  • Uşaqlıq və uşaqlıq yolunun proqnoz və profilaktikası

Uşaqlıq və uşaqlıq yolunun sallanması barədə ümumi məlumat

Uşaqlıq və uşaqlıq yolunun sallanması çanaq dibinin – bağ aparatının funksiyasının zəifləməsi nəticəsində yaranan yırtıq qabarı sayılır. Ginekologiya sahəsində aparılan müxtəlif tədqiqatların nəticələrinə əsasən cinsiyyət orqanlarının prolapsı ginekoloji patologiyaların təxminən 30%-ni təşkil edir. Uşaqlıq və uşaqlıq yolunun sallanması nadir hallarda izoləolunmuş şəkildə inkişaf edir: çanaq orqanlarının bağ aparatının anatomik yaxınlığı və ümumiliyi cinsiyyət orqanlarının sallanmasının sidik kisəsi (sistosele) və düz bağırsağın yerdəyişməsi (rektosele) ilə nəticələnməsinə səbəb olur.

Uşaqlığın sallanmasının 2 forması qeyd edilir: ancaq uşaqlıq boynunun xaricə yerdəyişməsi ilə xarakterizə olunan hissəvi (natamam) sallanma və uşaqlığın bütovlüklə cinsi dəlikdən çıxması ilə müşahidə olunan tam prolaps. Uşaqlıq sallanması zamanı uşaqlıq boynunun elonqasiyasi (uzanma) baş verir. Adətən uşaqlığın sallanmasına onun enməsi – orqanın çanaq boşluğu hüdudlarında normal anatomik səviyyədən aşağıya doğru yerdəyişməsi səbəb olur.  Uşaqlıq yolunun sallanması üçün cinsi dəlikdən onun ön, arxa və yuxarı divarının görünməsi xarakterikdir.

Uşaqlıq və uşaqlıq yolunun sallanmasının səbəbləri

Uşaqlıq və uşaqlıq yolunun sallanmasının səbəbləriUşaqlıq və uşaqlıq yolunun sallanmasının inkişafında diafraqma, çanaq dibi, qarnın ön divarının bağ və əzələlərinin zəifləməsi, onların çanaq orqanlarını öz anatomik vəziyyətlərində saxlamaq qabiliyyətlərinin pozulması aparıcı rol oynayır. Qarındaxili təzyiqin artması hallarında əzələlər adekvat müqavimət göstərə bilmir, bu da cinsiyyət orqanlarının tədricən yerdəyişməsi ilə nəticələnir.

Bağ və əzələ aparatının zəifləməsi doğuş travması, aralığın cırılması, çoxdöllü hamiləlik, iri çəkili uşaqların doğulması, çanaq orqanlarında aparılan radikal müdaxilələr nəticəsində inkişaf edir. Uşaqlığın sallanmasına menopauza dövründən sonra estrogenlərin səviyyəsinin yaşla əlaqədar azalması, uşaqlığın tonusunun zəifləməsi, tükənməsi səbəb olur.

Çəki artıqlığı, qarındaxili təzyiqin artması ilə müşayiət olunan hallar (öskürək, xroniki bronxit, assit, qəbizlik, çanaq şişləri və s.) zamanı çanaq əzələlərinin əlavə yüklənməsi baş verir. Ağır fiziki iş (xüsusən puberat dövrü, doğuşdan sonra, klimaks dövründə) uşaqlığın sallanmasının risk amili hesab olunur.  Əksər hallarda uşaqlıq və uşaqlıq yolunun sallanmasına ahıl yaşda rast gəlinir, lakin bəzən bu patologiya heç vaxt doğmayan cavan qadınlarda çanaq dibinin innervasiyasının anadangəlmə pozulmaları və ya əzələlərin hipoplaziyası fonunda inkişaf edir.

Cinsiyyət orqanlarının prolapsında uşaqlığın vəziyyəti böyük əhəmiyyət kəsb edir. Onun normal vəziyyətində (anteversiya-antefleksiya) çanaq dibi əzələləri, qasıq sümükləri, sidik kisəsinin divarları uşaqlıq üçün dayaq rolunu oynayır. Uşaqlığın retroversiya və retrofleksiyası yırtıq qapıları, uşaqlıq yolu divarlarının, sonra isə uşaqlığın artımlarla birgə sallanmasına şərait yaradır.  Bağ aparatının dartılması nəticəsində vaskulyarizasiya, trofika, limfa axımı pozulur. Uşaqlıq və uşaqlıq yolunun sallanmasından ən çox avropoid irgin nümayəndələri əziyyət çəkir; afroamerikalılar və asiya mənşəli qadınlarda bu patologiyaya nadir hallarda rast gəlinir.

Uşaqlıq və uşaqlıq yolunun sallanmasının təsnifatı

Uşaqlığın yerdəyişmə dərəcəsinə görə prolapsın 4 dərəcəsi ayırd edilir:

I dərəcədə (uşaqlığın enməsi) uşaqlıq cisminin bir qədər aşağıya doğru yerdəyişməsi müşahidə olunur, lakin boyun hissə uşaqlıq yolunda yerləşir.

II dərəcə (uşaqlığın ilkin və ya hissəvi sallanması) uşaqlıq boynunun xarici əsnəyinin uşaqlıq yolu dəhlizində, uşaqlığın cisminin isə uşaqlıq yolunda yerləşməsi ilə xarakterizə olunur. Gücvermə zamanı uşaqlıq boynu cinsi dəlikdən görünür.

III dərəcədə (uşaqlığın natamam sallanması) uşaqlıq boynu və cisminin bir hissəsi sakitlik halında uşaqlıq yolundan xaricə çıxır.

IV dərəcədə (uşaqlığın tam sallanması – prolapsus uteri) uşaqlığın bütün hissələri və uşaqlıq yolunun divarları cinsi yarıqdan xaricdə yerləşir.

Uşaqlıq və uşaqlıq yolunun sallanmasının əlamətləri

Uşaqlıq və uşaqlıq yolunun sallanmasının əlamətləriUşaqlıq və uşaqlıq yolunun sallanması yerimə zamanı diskomfort, ağırlıq hissi, oma nahiyəsində təzyiq və ağrı, aralıqda yad cisim hissiyyatı, ağrılı cinsi əlaqə ilə təzahür edir. Uşaqlıq sallanması zamanı qonşu orqanların – sidik kisəsi və bağırsağın topoqrafiya və funksiyaları pozulur.

Sistoselenin inkişafı gərginlik zamanı (öskürək, gülüş, ağırlıq qaldırma) qeyri-iradi sidik ifrazı ilə xarakterizə olunur. Daha ağır hallarda sidik ifrazı çətinləşir, ancaq uşaqlığın yerinə qaytarılmasından sonra mümkün olur.  Bəzən sidik kanalınıın əyilməsi nəticəsində kəskin sidik ləngiməsi yaranır. Sidik kisəsində daima qalıq sidiyin olması sistut, pielonefrit, sidik daşı xəstəliyinin inkişafı üçün əlverişli şərait yaradır.  Üzünmüddətli korreksiya olunmayan uşaqlıq sallanmaları hidronefrozla nəticələnə bilər.

Rektosele zamanı defekasiya aktı pozulur, bu duz bağırsağın natamam və ya çətinləşmiş boşalması ilə müşahidə olunur. Tədricən xəstələrdə kolit, babasil, anal sfinkterin çatışmazlığı, qaz və sidiyin saxlanılmaması inkişaf edə bilər.

Uşaqlıq və uşaqlıq yolunun sallanması cinsi yarığın aralanmasına gətirib çıxarır, bu da infeksiyanın daxil olması və endoservisitin inkişafı ilə nəticələnə bilər.  Uşaqlıq yolunun divarları quru olur, onların selikli qişası nazilir və ya əksinə hipertrofiyalaşır. Sallanmış cinsiyyət orqanlarının daimi zədələnməsi yataq yaraları, trofiki xora, psevdoeroziya, uşaqlıq boynu və uşaqlıq yolunun divarlarının ödemi, kontakt qanaxmaların yaranmasına səbəb olur.  Uşaqlığın ifadəli ödemi və iltihabi infiltrasiyası zamanı onun boğulması baş verə bilər.

Reproduvtiv yaşda olan qadınlarda uşaqlığın sallanması zamanı alqodismenoreyamenorragiya tipli aybaşı pozulmaları baş verir, bəzi hallarda sonsuzluq müşahidə olunur. Uşaqlıq sallanması zamanı cinsi həyat ancaq cinsiyyət orqanlarının yerinə qaytarılmasından sonra mümkün olur. Belə qadınlarda əksər hallarda venoz axımın pozulması ilə əlaqədar aşağı ətraf və kiçik çanaq venalarının varikozu inkişaf edir.

Uşaqlıq və uşaqlıq yolunun sallanmasının diaqnostikası

Uşaqlıq sallanmasını aşkar etmək heç bir çətinlik törətmir. Ginekoloji kresloda müayinə zamanı cinsi dəlikdən qabaran törəmə (sakitlik və ya güc vermə zamanı) müşahidə olunur. Sallanmış orqanalrın yerinə qaytarılmasından sonra ginekoloq uşaqlıq yolu-abdominal müayinə aparır, palpasiya yolu ilə  çanaq dibi, uşaqlıq artımları, qaldıran (levator) əzələlərin vəziyyəti qıymətləndirilir.

Sistosele diaqnozu sidik kisəsinin kateterizasiyası, rektosele isə barmaqla rektal müayinənin köməyilə təqdiqlənir. Uşaqlıq boynunun psevdoeroziya və xoralaşması zamanı prosesin bədxassəli olub-olmaması araşdırılmalıdır. Bu məqsədlə genişlənmiş kolposkopiya, uşaqlıq boynunun biopsiyası, yaxmanın sitoloji müayinəsi aparılır. Uşaqıq sallanmaları zamanı vaginal floranın xarakterini dəqiqləşdirmək üçün təmizlik dərəcəsinə görə yaxmanın müayinəsi və bakterioloji əkilmə icra edilir. Orqanqoruyucu plastik əməliyyatlara hazırlıq, o cümlədən yanaşı gedən uşaqlıq patologiyaları zamanı kiçik çanağın USM,  ultrasəs histerosalpinqoskopiya, diaqnostika qaşınma ilə aparılan histeroskopiya göstəriş hesab olunur.

Uşaqlıq və uşaqlıq yolunun sallanmalarının diaqnostikası zamanı uyğun mütəsəssislərin-uroloq və proktoloqun müayinəsi mütləqdir. Uşaqlığın sallanması olan qadınların uroloji müayinəsi sidiyin ümumi analizi, sidiyin bakterioloji əkilməsi, ekskretor uroqrafiya, böyrəklərin USM, xromosistoskopiya, urodinamik müayinələrdən ibarətdir. Proktoloji müayinələr zamanı rektosele, sfiktorun çatışmazlığı, babasil xəstəliyinin olması və ağırlıq dərəcələri dəqiqləşdirilir. Uşaqlığın sallanmasını uşaqlıq yolunun kistalarından, uşaqlıq boynunun dəyişməsini servikal xərçəngdən differensiasiya edirlər.

Uşaqlıq və uşaqlıq yolunun sallanmasının müalicəsi

Uşaqlıq və uşaqlıq yolunun sallanmasının aradan qaldırılmasının yeganə radikal üsulu cərrahi müdaxilədir. Əməliyyata hazırlıq zamanı selikli qişanın xoraları  müalicə olunur, uşaqlıq yolunun əsaslə sanasiyası aparılır. Uşaqlıq sallanması zamanı cərrahi taktika prolapsın dərəcəsin, qadının somatik statusu və yaşından asılıdır.

Uşaq doğan cavan qadınlarda uşaqlığın natamam sallanması zamanı «mançester» əməliyyatı -ön kolporafiya ilə kardinal bağların qısaldılması və kolpoperineolevatoroplastika; uşaqlıq boynunun elonqasiya və hipertrofiyası, cırılmalar, eroziyaları zamanı onun amputasiyası aparıla bilər.  Uşaqlıq sallanması olan reproduktiv yaşlı qadınlarda cərrahi müdaxilənin başqa üsulunu- ön kolporafiya, kolpoperineoplastika, uşaqlığın ventrosuspenziyası və ventrofisasiyasını (uşaqlığın qarnın ön divarına birləşdirilməsi) tətbiq etmək olar. Bağların ifadəli atrofiyasında onların alloplastik materiallarla bərkidilməsi yerinə yetirilir.

Yaşlı xəstələrdə uşaqlığın tam sallanması aşkar edildikdə histerektomiya (uşaqlığın tam çıxarılması) və kolpoperineoplastika və uşaqlıq bağlarının köməyilə çanaq dibinin plastikasının aparılması məqsədəuyğundur. Ağırlaşmış somatik anamnez zamanı (şəkərli diabet, zob, ateroskleroz, tremboflebitə meyllik, ağır ürək-damar sistemi xəstəlikləri, ağciyər, böyrək patologiyaları) və ahıl dövrdə həcmli əməliyyatların aparılması çətnlik törətdikdə,  orta kolporafiya əməliyyatı aparılır. Cərrahi müdaxilədən sonra əzələlərin möhkəmlənməsinə yönəldilmiş MBT təyin olunur, qəbizliyin profilaktikası aparılır, ağır fiziki əmək və yüklənmələr kənarlaşdırılır.

Uşaqlıq və uşaqlıq yolunun konservativ terapiyası simptomatik xarakterli olub, uşaqlıq həlqəsi (pessary), histerofor (bel nahiyəsində baglanan dəstəkləyici bandaj), iri ölçülü vaginal tamponların istifadəsindən ibarətdir. Bu metodlar yerinə qaytarılmış uşaqlıq yolu divarlarının əlavə gərilməsinə səbəb olaraq, uşaqlıq sallanmasının yaranma riskini artırır. Bundan əlavə uşaqlıq üzüyünün uzunmüddətli istifadəsi yataq yaralarının yaranmasına gətirib çıxara bilər. Uşaqlığın sallanması zamanı müxtəlif dəstəkləyici vasitələrin istifadəsi zamanı uşaqlıq yolunu gündəlik şırınqalamaq və müntəzəm olaraq ayda 2 dəfə ginekoloq müayinəsindən keçmək məsləhət görülür.

Uşaqlıq və uşaqlıq yolunun sallanmasının proqnoz və profilaktikası

Uşaqlığın sallanmasında vaxtında aparılan əməliyyatdan sonra proqnoz qənaətbəxş olur. Əksər qadınlarda sisal aktivlik və cinsi həyat bərpa olunur. Orqanqoruyucu əməliyyatdan sinra hamiləlik mümkündür. Uşaqlığın sallanması səbəbindən əməliyyat keçirmiş qadınlarda hamiləliyin aparılması əlavə risklərlə müşayiət olunduğundan ehtiyat tədbirlərinin görülməsi vacibdir. Bəzən uşaqlığın sallanması aradan qaldırıldıqdan sonra cinsiyyət orqanlarının təkrari prolapsı mümkündür. Çox zaman uşaqlığın sallanmasının palliativ müalicəsi zamanı (uşaqlıq üzüyünün istifadəsi) uşaqlıq yolu selikli qişasının qıcıqlanma və şişkinliyi, xoralaşması, yataq yaraları, infeksiyalar, üzüyün mənfəzində uşaqlıq boynunun boğulması, düz bağırsaq- və sidik kisəsi-uşaqlıq yolu fistulalarının  yaranması müşahidə olunur.

Uşaqlıq və uşaqlıq yolunun sallanmasının profilaktikası doğuş prosesində mama-ginekoloqun düzgün taktikasından, doğuş yolları və aralıq nahiyəsinin əsaslı tikilməsindən, xarici cinsiyyət orqanlarının yüngül dərəcəli enməsinin vaxtında cərrahi müalicəsindən ibarətdir. Doğuşdan sonra uşaqlığın sallanmasının qarşısını almaq üçün çanaq dibi əzələlərinin vəziyyəti tam bərpa olunmalıdır. Bu məqsədlə xüsusi gimnastika, lazeroterapiya, çanaq dibi əzələlərinin elektrostomulyasiyası təyin edilir. Fitneslə məşğul olmaq, MBT, rasional qidalanma, optimal bədən çəkisinə nəzarət, qəbizliyin aradan qaldırılması, ağır əməyin kənarlaşdırılması profilaktik məqsədlər daşıyır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: