Uşaqlıq yolunun cırılmaları
Uşaqlıq yolunun cırılmaları – doğuş və ya cinsi akt zamanı uşaqlıq yolu divarlarının travmatik zədələnmələridir. Kəskin ağrı, cinsi orqanlardan qanaxma, cinsiyyət dodaqlarının böyüməsi, çanaq nahiyəsində ağırlıq və dartılma hissi ilə təzahür edir. Klinik əlamətlərin kombinasiyası və ifadəliliyi uşaqlıq yolunun cırılmalarının ağırlıq dərəcəsi və lokalizasiyasından asılıdır. Diaqnostika anamnestik məlumatlar, əlamətlər və cinsi yollara vizual baxışın nəticələrinə əsaslanır. Müalicə taktikası travmaların dərinliyinə əsasən təyin edilir. Massiv hematomalar və divarların ifadəli cırılmaları zamanı cərrahi müdaxilələr: yaranın tikilməsi və ya hematomanın drenajlanması tələb olunur.
- Uşaqlıq yolunun cırılmalarının səbəbləri
- Uşaqlıq yolunun cırılmalarının əlamətləri
- Uşaqlıq yolunun cırılmalarının diaqnostika və müalicəsi
- Uşaqlıq yolunun cırılmalarının proqnoz və profilaktikası
Uşaqlıq yolunun cırılmaları barədə ümumi məlumat
Uşaqlıq yolunun cırılmaları – uşaqlıq yolu divarının zədələnməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir. Ağrı sindromu, qanaxma və ya hematomaların yaranması ilə müşayiət edilir. Əsasən orqanın yuxarı və aşağı 1/3 hissəsinin zədələnmələri qeydə alınır, bu da uşaqlıq yolunun cırılmalarının adətən uşaqlıq və aralığın cırılması fonunda baş verməsi ilə izah olunur. Orta hissənin izoləolunmuş zədələnmələri və cırılmalarına az hallarda rast gəlinir, çünki bu sahə daha çox elastikliyə malik olub, ətraf toxumalarla az əlaqəlidir. Çox vaxt uşaqlıq yolunun cırılmaları mamalıq patologiyaları və ya kobud cinsi akt səbəb olur.
Uşaqlıq yolunun cırılmalarının səbəbləri
Uşaqlıq yolunun cırılmaları intim yaxınlıq zamanı qadının qeyri-fizioloji vəziyyəti, aqressiv və ya təcavüz xarakterli cinsi əlaqə, cinsi partnyorların qeyri-adekvatlığı (alkoqol, narkotik sərxoşluq), intim aksessuarların kobud yeridilməsi nəticəsində yaranır. Eləcə də uşaqlıq yolunun cırılmaları çanaq nahiyəsinin ağır travmaları zamanı baş verə və doğuş zamanı uşaqlıq və aralığın cırılmaları ilə müşayiət oluna bilər. Axırıncı halda onlar mamalıq üsullarının tətbiqi, mama-ginekoloqun yanlış doğuş taktikası, ana və dölün anatomo-fizioloji xüsusiyytələri, doğuş yolları ilə uşağın gəliş hissəsinin uyğunsuzluğu ilə əlaqədar əmələ gəlir. Yuxarıda sadalananlar bütün hallar aralığın travmatik cırılmaları hesab olunur.
Həmçinin cinsi yolların toxumalarının aşağı elastikliyi ilə bağlı normal cinsi akt və ya fizioloji doğuş zamanı yaranan spontan cırılmalar da qeyd olunur. Belə zədələnmələrin ehtimalını artıran amillərə uşaqlıq yolunun əvvəllər inkişaf edən cırılmaları, çapıqlar, kolpit, infantilizm, ilk doğuşun 35-yaşdan sonra baş verməsi aiddir.
Uşaqlıq yolunun cırılmalarının əlamətləri
Uşaqlıq yolunun cırılmalarının klinik təzahürləri zədələnmənin ağırlıq dərəcəsi və lokalizasiyasından asılıdır. Bu patoloji vəziyyətin spesifik əlamətləri olmur. Əksər hallarda uşaqlıq yolunun doğuş prosesində baş verən cırılmalarına uşaqlıq və aralığın cırılmaları ilə müştərək şəkildə rast gəlinir. Kiçik ölçülü cırılmalar heç bir klinik simptomlar olmadan gedə bilər. Uşaqlıq yolunun ifadəli cırılmalarının ilkin əlaməti cinsiyyət orqanları nahiyəsində yaranan kəskin ağrıdır.
Onun intensivliyi zədələnmənin dərəcəsi ilə düz mütənasibdir. Bəzən hərarətin subfebril rəqəmlərə qədər yüksəlməsi müşahidə olunur. Uşaqlıq yolunun cırılmalarının digər təzahürü selikli qişanın tamlığının pozulması nəticəsində cinsi yollardan qanın axmasıdır. Qanaxmanın dərəcəsi uşaqlıq yolu və aralığın zədələnmələrinin lokalizasiyasından asılıdır: klitor nahiyəsinin cırılması zamanı güclü, tağların travmalarında isə mülayim qanaxmalar aşkar edilir.
Təbii doğuş prosesində uşaqlıq yolu divarlarının zədələnməsi zamanı gücvermə dövründə və ya uşaq doğulduqdan sonra qanaxma inkişaf edir. Uşaqlıq yolunun selikaltı qatda lokalizasiya olunan və venoz və ya arterial damarların zədələnməsi ilə xarakterizə edilən cırılmalarında aparıcı əlamət cinsi yolların hematoması sayılır. O, vizual olaraq uşaqlıq yolu divarının qabarması, kicik və böyük cinsiyyət dodaqlarının ölçülərinin artması, bəzən sianozla təzahür edir. Bu zaman qadınlar aralıq nahiyəsində ağırlıq və dartılma hissindən şikayətlənir.
Adətən vaxtında tibbi yardım göstərildikdə ağırlaşmalar müşahidə olunmur. Uşaqlıq yolunun cırılmalarının ən geniş yayılmış fəsadlarına massiv qanaxmalar, rektovaginal və ya vezikovaginal fistulalar, eləcə də infeksion ağırlaşmalar aiddir.
Uşaqlıq yolunun cırılmalarının diaqnostika və müalicəsi
Uşaqlıq yolunun cırılmalarının diaqnostikası anamnezin toplanması, obyektiv baxış və laborator müayinələrin nəticələrinə əsaslanır. Bir qayda olaraq, diaqnozun qoyulması üçün anamnestik məlumatlar və cinsi yollara baxış kifayət edir. Aqressiv və ya təcavuz xarakterli cinsi əlaqələr, keçirilmiş politravmalar, doğuş zamanı mamalıq üsullarının tətbiqi, uşaqlıq və aralığın yanaşı gedən cırılmaları barədə informasiya uşaqlıq yolunun cırılmalarının diaqnostikasına kömək edir. Xarici cinsiyyət orqanlarına vizual baxış zamanı cinsiyyət dodaqlarının ölçülərinin artması və göyərməsi, uşaqlıq yolundan qanaxma müəyyən edilir.
Vaginal müayinədə uşaqlığın cırılmasının əlamətləri: selikli qişanın qüsurları və ya selikaltı hematoma ilə əlaqədar divarın qabarması aşkarlanır. Uşaqlığın distal 1/3 hissəsi və tağa keçdiyi nahiyənin cırıldığı hallarda uşaqlığın aşağı seqmentlərinin cırılmalarını istisna etmək üçün orqan əllə müayinə edilir. Laborator məlumatatlar az informativ olur. Massiv qanitirmə zamanı qanın ümumi analizində hemorragik anemiyanın əlamətləri (hemoqlobin və eritrositlərin səviyyəsinin azalması), infeksion ağırlaşmalarda isə neytrofil leykositoz və EÇS-nin yüksəlməsi qeyd olunur.
Uşaqlıq yolunun cırılmaları zamanı terapevtik taktika zədələnmənin xarakteri və ağırlıq dərəcəsindən asılıdır. Kiçik selikaltı hematomalarda adətən tibbi müdaxilə tələb olunmur-qansızma öz-özünə sorulur. Eləcə də uşaqlıq yolu divarlarının heç bir klinik əlamətlə təzahür etməyən yüngül zədələnmələri özbaşına sağalır. Massiv hematomalar və ya divarların ifadəli cırılmaları cərrahi müdaxiləyə göstəriş sayılır. Ağrısızlaşdırmanın əsas üsulu epidural anesteziya və ya damardaxili narkozdur. Massiv hematomalar yarılır və boşaldırlır, zədələnmiş arterial və ya venoz damarların hemostazı aparılır. Uşaqlıq yolunun qanaxma ilə müşayiət olunmayan iri ölçülü cırılmalarında ayrıca və ya fasiləsiz ketqut tikişlər qoyulur. Belə hallarda yaranın infeksiyalaşmasının profilaktikası məqsədlə antibakterial preparatlar təyin edilir.
Uşaqlıq yolunun cırılmalarının proqnoz və profilaktikası
Uşaqlıq yolunun izoləolunmuş cırılmaları zamanı proqnoz qənaətbəxşdir, uşaqlıq və aralığın cırılmaları ilə birgə rast gəlindiyi hallarda isə nəticə cinsiyyət orqanlarının zədələnmələrinin ağırlığından asılı olur. Vaxtında tibbi yardım göstərildikdə ağırlaşmalar müşahidə edilmir. Hamiləliyin planlaşdırılması barədə qərar mama-ginekoloqla birgə qəbul olunur. Uşaqlıq yolunun izoləolunmuş cırılmaları adətən hamiləliyə əks-göstəriş sayılmır.
Uşaqlıq yolunun cırılmalarının profilaktikası bütün potensial etioloji amillərin (nizamslz cinsi əlaqələr, intim yaxınlıq zamanı aqressiya və s.) istisna olunmasından, intim aksessuarların düzgün istifadəsindən ibarətdir. Aralıq və ya uşaqlığın cırılmalarının ağırlaşması qismində baş verən uşaqlıq yolu cırılmalarının profilaktikası məqsədilə əsas patologiyanı aradan qaldıran tədbirlər görülməlidir. Onlara qadın məsləhətxanasında qeydiyyata düşmə, cinsi yolların müayinəsi, dölün anatomo-fizioloji xüsusiyyətlərinin təhlili, optimal doğuş üsulunun seçilməsi aiddir.