Vulvar vestibulit

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 2088

Vulvar vestibulit nədir?Vulvar vestibulit — uşaqlıq yolu dəhlizində toxunma, təzyiq və ya sürtünmə nəticəsində baş verən ağrı, göynəmə və qaşınma ilə təzahür edən xroniki pozğunluqdur. Xəstəliyin diaqnostikasında ginekoloji kresloda müayinə, pambıq applikatorla test, vulvoskopiya, laborator üsullardan istifadə olunur. Müalicə sxemi vulvovestibuliti yaradan səbəblərə uyğun təyin olunur. Xəstəliyin müalicəsində hormonal, antibakterial, ağrıkəsici, anestetik, iltihabəleyhinə, sedativ, qıcolma əleyhinə və antidepressant preparatlardan istifadə olunur. Vulvovestibulitin ağır hallarında vestibulektomiya aparılır.

  • Vulvar vestibulitin əlamətləri
  • Patogenez
  • Təsnifat
  • Vulvar vestibulitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Vulvar vestibulitin müalicəsi
  • Proqnoz və profilaktika

Vulvar vestibulit barədə ümumi məlumat

Vulvar vestibulit (vulvovestibulit, induksiya olunmuş və ya qazanılmış vestibulodiniya, vulvanın lokal diesteziyası) vulvodiniyanın bir forması sayılır. Bəzi məlumatlara görə 18-65 yaşlı qadınların 15%-i həyatlarında ən azı bir dəfə cinsi əlaqə zamanı uşaqlıq yolu girəcəyində ağrı hiss etmiş, onların bir qismində bu halların davametmə müddəti 3 aydan çox olmuşdur. Bununla belə sorğuda iştirak edənlərin 50%-dən çoxu bu səbəblə həkimə müraciət etməmişdir. Vulvar vestibulitə adətən reproduktiv yaş dövründə olan qadınlarda (25-35 yaş) rast gəlinir. Son zamanlar vestibulodiniya daha çox vulvar üzük nahiyəsində dishormonal atrofik proseslərdən əziyyət çəkən, lakin cinsi aktivliyini itirməyən yetkin qadınlarda aşkarlanır. Bəzən vulvovestibulit xroniki ağrı ilə müşayiət olunan digər hallarla – qıcıqlanmış bağırsaq sindromu və s. müştərək inkişaf edir.

Vulvar vestibulitin səbəbləri

Vulvar vestibulitin etiologiyası tam müəyyənləşdirilməmişdir. Vulvodiniyanın digər formaları kimi bu patologiya bir neçə səbəblərin birgə təsirindən inkişaf edir. Uşaqlıq yolu dəhlizində təmas zamanı ağrı aşağıdakı amillərin təsirindən yarana bilər:

  • İnfeksion proses. Vulvar vestibulit adətən vaginitservisiti olan qadınlarda aşkarlanır. Əsas törədiciləri trixomonad, qonokokk, kandida, qardnerella, papillomavirus və genital herpes virusudur.
  • Steril kolpit. Uşaqlıq yolunun qeyri-infeksion iltihabı lubrikant, spermisid, lateks prevervativlərin, vaginal şamların təsirindən qıcıqlanma zamanı yaranır.  Eləcə də steril atrofik vestibulit hipoestrogenemiya və deskvamativ iltihablı vaginitin (DİV) fonunda inkişaf edir
  • Vulvanın distorifiyası və dermatozları. Vestibulit skleroatrofik dəmrov, selikli qişa pemfiqoidi, plazmahüceyrəli vulvit, leykoplagiya və krauroz zamanı aşkarlanır.
  • Sistemli xəstəliklər. İnduksiya olunmuş vestibulodiniya Bexçet xəstəliyi, sistemli qırmızı qurd eşənəyi, Kron xəstəliyi və immun sistemin fəaliyyətinin pozulması ilə əlaqəli olan digər xəstəliklərin kliniki şəklinin bir hissəsi ola bilər.
  • Allergik reaksiyalar. Uşaqlıq yolunun girəcəyinin həssaslığı intim gigiyena vasitələri, tampon, bez, tualet kağızınını hazırlanamsı zamanı istifadə olunan materialların təsirindən artır. Həmçinin allergiyaya yuyucu vasitə, paltar üçün kondisionerlər, hətta sperma səbəb ola bilər.
  • Medikamentoz terapiya. Kombinəolununmuş oral kontraseptivlər və estrogen sintezini zəiflədən preparatların qəbulu fonunda estrogenlərin səviyyəsinin azalması vulvovestibulitlə müşayiət oluna bilər.
  • Həssas neyronların hiperproliferasiyası. Sinir uclarının sərtliyinin artması birincili (anadangəlmə) və ikincili (müxtəlif qıcıqlandırıcıların təsirindən, xüsusən göbələkəleyhinə vaginal mazların təsirindən yaranan) olur.
  • Vaginizm. Uşaqlıq yolu dəhlizində qıcıqlanma və ağrı hissi ikincili olub, bərk sıxılmış və ağrılı çanaq dibi əzələrinin əlavə mexaniki yüklənməsi nəticəsində yaranır.

Bəzi hallarda vulvar vestibulit travmalardan sonra inkişaf edir. Bu tip travmalar adətən doğuş prosesi və ginekoloji manipulyasiyalar zamanı kobud müdaxilələr, bədbəxt hadisələr, avariya, cinsi təcavüzün nəticəsində yaranır.

Vulvar vestibulitin patogenezi

Vulvar vestibulitin səbəbləriGinekologiya sahəsinin bir çox mütəxəssislərinin fikrincə cinsi sinir uclarının həssaslığının pozulması və baş beynin qabıq maddəsinin uyğun nahiyəsinin reaktivliyinin artması vulvanın lokal disesteziyasının inkişafının əsas mərhələsi sayılır. Reseptorların sayı artır və ya dəyişilməz qalır, lakin qıcıqlandırıcı amillərin təsirindən onların hissiyat həddi  azalır və ya təhrif olunur. Nəticədə zəif və adi toxunmalar güclü ağrılarla nəticələnir (allodiniya). Bundan əlavə neyronlarda baş verən dəyişikliklər selikli qişanın hiperemiyası və göynəmə hissi ilə müşayiət olunan neyrogen mənşəli iltihabına gətirib çıxarırır.

Vulvar vestibulitin təsnifatı

İnduksiya olunmuş vestibulodiniyanın formalarını təyin etmək üçün seksual pozğunluqların yaranma müddəti nəzərə alınır. Hal –hazırda xəstəliyin aşağıdakı formaları ayırd edilir:

  • Birincili vestibulit— ilk cinsi əlaqədən sonra müşahidə olunan, adətən anadangəlmə xarakterli dayanıqlı pozulma sayılır. Çox nadir hallarda aşkar olunur.
  • İkincili vestibulit— xarici səbəblərin (kimyəvi və infeksion amillər, travma və s.) təsirindən yaranan patoloji vəziyyətdir. Patologiyanın əsas forması hesab olunur.

Vulvar vestibulitin əlamətləri  

Vulvar vestibulitin əlamətləri  Xəstəliyin əsas kliniki əlaməti səthi dispareuniyadır. Uşaqlıq yolu girəcəyində ağrı vulvar həlqə nahiyəsinə toxunduqda, təyziq və uşaqlıq yoluna kişi cinsi orqanı, falloimitator, barmaq, tampon və digər cisimlərin yeridilməsi zamanı meydana çıxır. Ağrı hissi tədricən güclənir, bəzi hallarda cinsi partnyorun friksiya və eyakulyasiyası zamanı dözülməz, kəskin, yandırıcı forma alır. Vestibulodiniya postkoital vulvodiniya və dizuritik pozğunluqlarla müşayiət oluna bilər. Qadınların bir qismində ağrı xarici cinsiyyət orqanlarına (klitor, böyük və kiçik cinsiyyət dodaqları) yayılaraq aralıq, düz bağırsaq, anus, sidik kanalı və budun daxili səthinə irradiasiya edir. Bəzən intim əlaqə, fiziki yüklənmələr, uzunmüddətli yerimə, sürtünmə, hətta sakit hallarda ağrıya ekvivalent olaraq göynəmə və ya qaşınma hissi müşahidə edilir.

Vulvar vestibulitin ağırlaşmaları

Vulvar vestibulit qadının həyatı üçün təhlükə törətmir, lakin onun həyat keyfiyyətini (xüsusən də cinsi həyat) əhəmiyyətli dərəcədə pisləşdirə bilər. Xəstədə tədricən cinsi əlaqədən qorxu hissi, müxtəlif növ emosional və davranış pozğunluqları (özünə qapanmadan tutmuş, məyusluq, ağlağanlıq, oyanıqlıq hallarından tutmuş depresiyanın kliniki təzahürlərinə kimi) inkişaf edir. Bir sıra hallarda yuxu pozulur, əmək qabiliyyəti azalır. Vulvanın lokal diesteziyası olan qadınların 90%-də xəstəlik vaginizmlə ağırlaşır.

Vulvar vestibulitin diaqnostikası

Vestibulodiniya zamanı müayinənin əsas məqsədi diaqnozun təsdiqi və xəstəliyi yaradan səbəblərin aşakr edilməsindən ibarətdir. Vulvovestibulitin diaqnostikasının əsas müayinə üsulları aşağıdakılardır:

  • Ginekoloji kresloda müayinə. Vulvar sahə hiperemiyalı və ödemlidir. Kiçik ölçülü qırmızı ləkələr rast gəlmək olar. Az hallarda vaginal ifrazat, seroz və ya irinli ərp izlənilir. Atrofiya zamanı selikli qışaların solğunluğu və quruluğu müşahidə olunur.
  • Pambıq çubuqla aparılan sınaq. Pambıq ucluqlu applikatorun uşaqlıq yolu dəhlizinin yumşaq toxumalarına toxunması zamanı ağrı hissiyatının yüksək olduğu sahələr təyin olunur.
  • Vulvoskopiya. Xüsusi mikroskopun köməyilə iltihab, atrofiya, qalınlaşmış epitel qat və neoplaziya sahələri aşkarlanır.
  • Mikrobioloji analizlər. Vestibulitin infeksion mənşəli olduğunu istisna etmək üçün vaginal yaxmanın müayinəsi, onun kandida və digər floraya görə əkilməsi həyata keçirilir.
  • PZRdiaqnostika. Bu üsul xlamidioz, genital herpes, papillopatoz infeksiya və digər cinsi yolla ötürülən xəstəliklərin törədicilərini təyin etməyə imkan verir.
  • Hormonal müayinələr. Vulvar vestibulit estrogenlərin səviyyəsinin azalması fonunda inkişaf etdikdə estradiol və FSH yoxlanılır.

Digər xəstəlikləri istisna etmək üçün çanaq orqanlarının USM, genişlənmiş kolposkopiya icra olunur, xəstə endokrinoloq, nevropatoloq, psixiatr, psixoterapevtin müayinəsinə yönəldilir. Cinsi orqanların atrofik və iltihabi xəstəlikləri, dermatoz, vaginoz, nevroz və psixi xəstəliklərlə differensial diaqnostika aparılır.

Vulvar vestibulitin müalicəsi

Əksər hallarda vestibulodiniya digər patoloji halların fonunda yarandığından xəstəlik aşkar olunduqda uyğun müalicə təyin olunur.  Adətən müalicə sxeminə aşağıdakı qrup preparatlar daxil olur:

  • Antibakterial preparatlar. Vulvanın kontakt diesteziyasısının infeksion amillərin təsirilə əlaqəli olduğu hallarda törədicinin həssaslığı nəzərə alınmaqla antibiotik, göbələk və virus əleyhinə vasitələrdən istifadə edilir.
  • Hormonal preparatlar. Hipoestrogeniya fonunda yaranan atrofik proseslər zamanı hormonal fonun korreksiyası mütləqdir. Medikamentoz vasitələr peroral yolla qəbul edilir və ya yerli olaraq ağrılı nahiyəyə çəkilir.

Ağrı hissi, göynəmə və qaşınmanın azaldılması məqsədilə qaşınma əleyhinə, antihistamin və iltihab əleyhinə preparatlar, eləcə də anestetiklər və ağrı hissiyatının blokatorları (maz, krem, gel, sprey) təyin olunur.  Paralel olaraq bitki tərkibli, yumşaq sedativ təsirli vasitələr məsləhət görülür. Bundan əlavə xəstəyə fizioterapevtik metodlar (cinsi sinirin dəridən stimulyasiyası, ultrasəslə təsir, manual texnika), iynəbatırma ilə refloksoterapiya, MBT kompleksləri, çanaq əzələlərini möhkəmlətmək üçün Kegel gimnastikası tövsiyyə olunur. Kalsium oksalat tərkibli məhsulların (kahı, şokolad və s.) qıda rasionundan çıxarılması yaxşı effekt verir.

Patoloji proses psixi pozğunluqlarla müşayiət olunduqda xəstəyə kiçik qruplarda psixoterapevtik seanslar, koqnitiv və koqnitiv-davranış psixoterapiyası təyin olunur. İfadəli ağrı sindromunun emosional pozğunluqlarla müşayiət olunduğu hallarda novokain blokadaları, triqqre nöqtələinə anestetik və steroidlərin inyeksyası, antidepressant, qıcolma əleyhinə preaparatlar göstəriş hesab olunur. Vulvar vestibulitin daha ağır formalarında vestibulektomiya (uşaqlıq yolu dəhlizində toxuma sahəsinin kəsilməsi) icra edilir.

Vulvar vestibulitin proqnoz və profilaktikası

Vulvavestibulit xroniki xəstəlik olub, terapiyaya rezistentliyi ilə fərqlənir. Müalicə aparılmadıqda ağrı sindromu illərlə davam edə bilər. Medikamentoz və qeyri-medikamentoz terapiyanın düzgün seçilməsi ağrı hissinin aradan qalxması və ya əhəmiyyətli dərəcədə azalması ilə nəticələnir. Xəstəliyin ağır formalarında aparılan cərrahi müalicənin effektivliyi təxminən 70% təşkil edir.

Vulvavestibulitin vaxtında aşkar olunması və patoloji proseslərin müalicəsi məqsədilə müntəzəm olaraq ginekoloq müayinəsindən keçmək lazımdır. Bundan əlavə peroral kontraseptivlərin əsaslı təyini, güclü təsirli gigiyenik vasitələrdən imtina, gigiyenik tamponların istifadə qaydasına əməl etmək, pambıqdan hazırlanmış alt paltarına üstünlük vermək məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: