Vulvovaginit
Vulvovaginit – xarici cinsiyyət orqanları və uşaqlıq yolunun selikli qışasının birincili qeyri-infeksion və ya infeksion-iltihabi xəstəliyidir. İstənilən etiologiyalı vulvovaginitlərin əsas əlamətləri vulvada hiperemiya, şişkinlik, göynəmə və qaşınma hissindən ibarət olur. Cinsi yollardan axan ifrazatın xarakteri vulvovaginitin yaranma səbəbindən, o cümlədən törədicinin növündən asılı olur. Xəstəliyin diaqnozu ginekoloji müayinə, yaxmanın bakterioskopik müayinəsi, mikrobioloji əkilmə, PZR–diaqnostikanın nəticələrinə əsasən qoyulur. Vulvovaginitin müalicəsində etiotrop terapiya, yerli prosedurlar (vanna, şırınqalama, vaginal şamlar) və uşaqlıq yolu mikroflorasını bərpa edən vasitələrdən istifadə olunur.
- Vulvovaginitin təsnifatı
- Vulvovaginitin yaranma səbəbləri
- Vulvovaginitin əlamətləri
- Vulvovaginitin diqnostikası
- Vulvovaginitin müalicəsi
Vulvovaginit barədə ümumi məlumat
Vulvovaginitlərlər – aşağı cinsiyyət yollarının ( vulva və uşaqlıq yolu) müxtəlif etiologiyalı iltihabi xəstəliklər qrupudur. Xəstəliyə ən çox 10 yaşdan kiçik qızlarda və postmenopauza dövründə olan qadınlarda rast gəlinir, bu da yaş fiziologiyasının xüsusiyyətləri ilə əlaqədardır. Farmakoterapiya sahəsinin əldə etdiyi uğurlara baxmayaraq iltihabi xəstəliklərin (vulvit, kolpit, vulvovaginit) yayılması stabil yüksək səviyyədə qalır. Ginekoloji xəstəliklərlə bağlı müraciətlərin 60-80%-ni vulvovaginitlər təşkil edir.
Xəstəliyin torpid gedişi, xronikləşmə və residişləşməyə meylliyi, qarışıq etiologiyası, sidik çıxarıcı yolların və cinsi traktın yuxarıda yerləşən hissələrinin prosesə cəlb olunması müasir ginekologiyada vulvovaginit probleminin aktuallığını sübut edir. İlk baxışdan təhlükəsiz görünən patologiyanın gecikmiş ağırlaşmaları reproduktiv sağlamlığa ciddi fəsadlar (uşaqlıqdan kənar hamiləlik, düşüklər, boru hamiləliyi və s.) törədə bilər.
Vulvovaginitlərin təşnifatı
Kliniki-etioloji prinsiplərə əsasən vulvaginitlərin 2 qrupu ayırd edilir: birincili qeyri-infeksion və biirncili-infeksion. Birincili qeyri-infeksion vulvovaginitlər travmatik, allergik, parazitar, dishormonal, dismetabolik mənşəli olur. Etiologiyadan asılı olaraq infeksion vulvovaginitlər aşağıdakı formalara bölünür:
- qeyri-spesifik (kokk-basillər)
- spesifik (kandidoz, ureaplazmoz, mikoplazmoz, xlamidioz, trixomoniaz, qonoreya, vərəm, difteriyanın törədiciləri, sitomeqalovirus, herpes visusu və s.).
Yaş kriteriyasına görə qızlar, reproduktiv yaşda və postmenopauza dövründə olan qadınların vulvovaginiti; xəstəliyin gedişinə görə kəskin (1 aya qədər), yarımkəskin (3 aya qədər) və xroniki (3 aydan çox davam edən); gedişin xarakterinə görə – persistə edən və residivləşən vaginitlər ayırd edilir.
Vulvovaginitlərin səbəbləri
İltihabi vulvovaginitlərin inkişafında infeksion amillər aparıcı rol oynayır. Yaşı 10-dan az olan qızlarda törədicilər arasında qeyri-spesifik bakterial mikrofloranın nümayəndələri: bağırsaq çöpləri (60%), qızılı stafilokokk (21%), diplokk (11%), enterokokk (7%), xlamidiya (13%) və anaeroblar (7%) üstünlük təşkil edir. Reproduktiv yaş dövründə olan qadınlarda vulvovaginitlər adətən genital kandidoz (30-45%) və qeyri-spesifik bakterial infeksiyanın törədiciləri tərəfindən yaranır. Xlamidioz, qonoreya, mikoplazmoz, ureaplazmoz, qonoreya, trixomoniaz, genital herpes və digər cinsi yolla ötürülən infeksiyalar zamanı qorunmamış cinsi əlaqələr vulvovaginitin inkişafına səbəb olur. Həmçinin genital vərəm və difteriya da uşaqlıq yolu və vulvanın zədələnməsi ilə müşayiət olunur. Soz zamanlar vulvovaginitlərin inkişafında mikrob assosiasiyasının etioloji rolunun artması müşahidə edilir.
Xəstəliyin birincili qeyri-infeksion formalarının yaranmasına uşaqlıq yolunda yad cisim, masturbasiya, qurd invaziyaları (enterobioz) səbəb ola bilər. Residivləşən vulvovaginitlər endokrin-mübadilə pozğunluqları (şəkərli diabet, piylənmə), sidik çıxarıcı yolların xəstəlikləri, bağırsaq disbakteriozu, allergik xəstəliklər, tez-tez təkrarlanan virus infeksiyalarından əziyyət çəkən şəxslərdə müşahidə olunur. Postmenstrual dövrdə atrofik vaginit üstünlük təşkil edir.
Uşaqlarda vulvovaginitin geniş yayılması hormonal sakitlik (yumurtalıqların hormonal aktivliyinin olmaması), anatomik xüsusiyətlər (anusun cinsi orqanlara yaxın yerləşməsi, nazik və kövşək selikli qışa), vaginal sekretin qələvi reaksiyası, gigiyena qaydalarına riayət olunmaması ilə əlaqədardır. Xəstəlik ən çox 3-7 yaşlı uşaqlarda aşkarlanır. Postmenopauza dövründə olan qadınlarda uşaqlıq yolu mikroflorasının dəyişiklikləri və yerli müdafiə mexanizmlərinin zəifləməsi estrogenlərin yaşla əlaqədar azalması fonunda baş verir.
Yaşdan asılı olmayaraq vulvovaginitlərin inkişafına təkan verən amil intim gigiyenaya əməl olunmamasıdır; bununla yanaşı yadda saxlamaq lazımdır ki, antiseptiklər və təmizləyici vasitələrlə tez-tez yuyunma və şırınqalama da eyni fəsada gətirib çıxarır. Antibiotikin nəzarətsiz qəbulu, qlükokortikoidlər, sitostatiklər, KOK –dan istifadə, şüa terapiyası vulvovaginal ekosistemin pozulması və sonradan infeksion-iltıhabi prosesin qoşulması ilə nəticələnə bilər. Həmçinin vulvovaginitin inkişafına hamiləlik, xarici cinsiyyət orqanının prolapsı, vulvanın travma və cızıqları, anus və aralıq dərisinin ekzeması, xroniki stresslər, uzunmüddətli uşaqlıq qanaxmaları səbəb ola bilər.
Sağlam orqanizmdə patogenlərin inkişafının və yanaşı toxumalara yayılmasının qarşısını alan, iltihabi prosesləri məhdudlaşdıran təbii yerli müdafiə mexanizmləri mövcuddur. Bu mexanizmlərə zədələnməmiş selikli qışa, uşaqlıq yolunun normal, balanslanmış mikroflorası, рН 4-4,5 aiddir. Vaginal ekosistemin müdafiə xüsusiyyətləri zəiflədikdə vulvovaginit inkişaf edir, infeksiyanın qalxan yolla daxili cinsiyyət orqanlarına yayılmasına şərait yaranır.
Vulvovaginitlərin əlamətləri
Vulvovaginitlərin etioloji amillərinin müxtəlifliyinə baxmayaraq, onun kliniki əlamətləri eynidir. Kəskin vulvovaginit yerli iltihabın ifadəli əlamətlərilə təzahür edir. Xəstələr sidik ifrazı, yerimə, cinsi əlaqə zamanı güclənən ağrı, göynəmə və qaşınmadan şıkayət edirlər. Xarici cinsiyyət orqanının müayinəsi zamanı cinsiyyət dodaqlarının ödemi, vulvanın hiperemiyası, aralıq və bud nahiyəsində dərinin maserasiyası və cızıqlar aşkarlanır. Vulvovaginitlərin ağır formaları xarici cinsiyyət orqanı nahiyəsində eroziyaların yaranması ilə müşayiət olunur. Uşaqlarda qaşıntı fonunda nevrotik reaksiyalar, qoxu pozğunluqları inkişaf edir. Ümumi infeksion simptomatika (bədən hərarətinin yüksəlməsi, regionar limfa düyünlərinin böyüməsi) nadir hallarda müşahidə olunur. Kəskin vulvovaginitdə ifrazat gur və ya az miqdarda olub, sulu, kəsmiyəbənzər, seroz-irinli, irinli, qanlı xarakter daşıya bilər. Çox zaman ifrazat spesifik iyə malik olur.
Vulvovaginitin xronikləşməsinın başlıca əlaməti cinsi yollardan axan patoloji ifrazat və vulva nahiyəsində qaşınma hissinin olmasıdır. Kəskinləşmə qeyri-sağlam qidalanma (qənnadı məmulatları, ədəvalı yeməklər, ektraaktiv məddələrdən sui istifadə), soyuqlama, interkurrent xəstəliklər fonunda baş verir. Uşaqlarda xəstəliyin bu forması sidik ifrazına mane olan kiçik cinsiyyət dodaqlarının sinexiyalarının yaranması ilə nəticələnir. Uzunmüddətli vulvovaginal iltihab uşaqlıq yolunda bitişmələrinin yaranmasına, bununla da cinsi həyatın çətinləşməsinə gətirib çıxarır.
İnfeksiyanın qalxan yolla yayılması zamanı əksər hallarda kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri (endometrit, salpingit, ooforit) inkişaf edir. Müxtəlif etiologiyalı vulvovaginitlər hamilələr üçün daha təhlükəli hesab olunur: hamiləliyin özbaşına pozulması, xorioamnionit, doğuşdan sonrakı endometrit, yenidoğulmuşun infeksiyalarına səbəb olur.
Vulvovaginitlərin diaqnostikası
Vulvavaginitin etioloji formasının aşkar olunması və dəqiqləşdirilməsi məqsədilə instrumental və laborator diaqnostika aparılır. Ümumi tədbirlər ginekoloqun qəbulu, ginekoliji kresloda müayinə və yaxmanın götürülməsindən ibarətdir. Göstərişlərə əsasən kolposkopiya (qızlarda vaginoskopiya) və servikoskopiya icra edılır. İltihab əlamətləri- selikli qışanın ödem və hiperemiyası, patoloji vaginal ifrazat müşahidə olunur. Bəzi hallarda ginekoloji güzgünün yeridilməsi xəstədə kəskin ağrı törədir. Etioloji diaqnoz laborator yolla- yaxmanın mikroskopiyası və cinsi yollardan götürülmüş materialın bakterioloji müayinəsi ilə müəyyənləşdirilir. Leykositlərin miqdarının artması, bakteriyaların olması patologiyanın iltihabı xarakter daşımasından xəbər verir. Spesifik floranın aşkarlanması məqsədilə yaxmanın urogenital infeksiyalara görə PZR-analizi aparılır. Flüoressent anticism şınağı yüksəkspesifikliyi ilə seçilir. Yuxarıda sadalanan metodlarla yanaşı sidiyin ümumi analizi və qızlarda yaxmanın enterobioza görə müayinəsi mütləq hesab olunur.
Spesifik və qeyri-spesifik vulvovaginitlərlə differensial diaqnostika aparılır. Uşaqlıq və artımlarının iltihabını istisna etmək üçün kiçik çanaq orqanlarının USM aparılır. Residivləşən vulvovaginitin etiologiyasının dəqiqləşdirilməsi üçün dar mütəxəssislərin (veneroloq, allerqoloq, endokrinoloq, uroloq, ftiziatr) müayinəsi tələb oluna bilər.
Vulvovaginitlərin müalicəsi
Vulvovaginit xəstəliyin etiologiya və forması, şikayətlərin ifadəliliyi, xəstənin yaşından asılı olmayaraq mütləq müalicə olunmalıdır. Müalicə taktikası etiotrop preparatların qəbulu, cinsiyyət orqanlarının dezinfeksiyaedici, antiseptik məhlullarla yerli işlənməsi, yaranma amillərinin aradann qaldırılması və uşaqlıq yolunun normal mikroflorasının bərpasına yönəldilmişdir.
Vulvovaginitin etiotrop müalicəsi birbaşa olaraq törədiciyə təsir edən dərman vasitələrinin qəbulundan ibarətdir. Bu məqsədlə flora və həssaslıq nəzərə alınmaqla yerli (vaginal tablet, şam, krem şəklində) və sistemli antibiotiklərdən istifadə olunur. Polimikrob etiologiyalı vulvovaginitlər yüksək sürətlə yayıldığından yerli antibakterial, antimikotik və antiprotozoy təsirli polikomponent preparatların təyini məqsədəuyğundur. Kandizov vulvovaginit zamanı yerli və sistemli göbələkəleyhinə preparatlardan (flukonazol, klotrimazol, natamisin və s.) istifadə olunur. Mikrobəleyhinə terapiyayanın sonunda probiotiklərdən istifadə etməklə (peroral və intravaginal) mikroflora bərpa edilir.
Vulvovaginitin əlamətlərini yüngülləşdirmək üçün ot dəmləmələri, antiseptik məhlullarla oturaq vanna və şırınqalama, vaginal şamlardan istifadə etmək məsləhət görülür. Fon xəstəliklərinin müalicəsi allergiya halının zəiflədilməsi, şəkərli diabet zamanı qlikemiyanın səviyyəsinin korreksiyası, infeksion ocaqların sanasiyası, atrofik vulvovaginitdə əvəzedici hormonal terapiya, enterobioz zamanı dehelmintizasiya aparılmasından ibarətdir. Spesifik vulvovaginit aşkarlandıqda cinsi partnyorun da müalicə olunması vacibdir. Müalicə prosesində cinsi əlaqə istisna olunmalıdır.
Bundan əlavə qidalanma xarakterinin korreksiyası, çəkiyə nəzarət, gigiyenik adətlərin dəyişdirilməsi tövsiyyə olunur. Bəzi hallarda vulvovaginitin yaranmasına səbəb olan amillərin aradan qaldırılması xəstəliyin residiv halları müşahidə olunmadan dayanıqlı sağalmasına səbəb olur. Müalicə kursu bitdikdən sonra sağalmanı yoxlamaq məqsədilə vaginal yaxmanın təkrar bakteriskopik və mikrobioloji müayinəsi aparılır.