İntim plastika

Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 2241

İntim plastika nədir?İntim plastika – müxtəlif növ əməliyyatlarla qadın cinsiyyət orqanının xarici görünüşünün, quruluşunun, ölçü və funksiyasının yaxşılaşdırılmasından ibarətdir.  İntim plastika qadının fiziki və psixoloji rahatlığının bərpasına səbəb olur. Onun köməyilə cinsiyyət orqanının həm anadangəlmə, həm də yaşlı bağlı dəyişiklikləri korreksiya edilir. 

İntim plastika haqqında ümumi məlumat

İntim plastika üsullarıİntim plastika 2 cür olur: estetik və funksional. Estetik əməliyyatlar cinsi orqanın yalnız xarici görünüşünü dəyişir. Funksional plastika isə orqanın yaşla və ya xəstəliklə əlaqədar itirilmiş funksiyalarını geri qaytarır. Cinsiyyət orqanının forma və ya ölçüsünün diskomfort törətməsi intim plastika üçün göstərişdir:

  • Kiçik cinsiyyət dodaqlarının izafi piqmentasiyası, elonqasiya (uzanma), assimmetriyası;
  • Böyük cinsiyyət dodaqlarının atrofiya və ptozu;
  • Qasıqüstü nahiyədə toxumaların həddindən artıq və ya əksinə, zəif inkişaf etməsi. 

Bərpaedici intim plastika uşaqlıq yolunda əzələ boşalmasını, doğuşdan sonrakı çapıqları, sidik saxlamazlığı aradan qaldırır. Bura həmçinin klitoroplastika da daxildir. O cümlədən intim cərrahiyyə qızlıq pərdəsinin plastikasını (himenoplastika) və ya ehtiyac yarandıqda onun kəsilməsini (deflorasiya) yerinə yetirir.   

Qadında kəskin genital infeksiya, vulvanın xərçəngi, dekompensasiya olunan urək-ağciyər xəstəlikləri, ağır formalı varikoz aşkarlandıqda, imtim plastika qadağandır.  

İntim plastika necə aparılır?

İntim plastika həkimiƏməliyyatdan əvvəl klinik-laborator analizlər verilməli, ginekoloq və terapevt tərəfindən xəstə müayinə olunmalıdır. Cərrahi müdaxilə adətən aybaşı bitən kimi təyin olunur. Əməliyyatlar yerli və ya ümumi anesteziya altında icra olunur. Radiobıçaq və yalazerin tətbiqi travma, qanaxma və əməliyyatdan sonrakı şişkinliyi xeyli azaldır. İntim cərrahiyyədə nazik tikiş materiallarının istifadəsi çapıqlaşma ehtimalını yox edir.  

Əməliyyatdan sonra ilk günlərdə yarımyataq rejiminə riayət olunmalıdır. Əks halda vulva və aralıq nahiyəsində ağrı, qansızma, ödem yarana bilər. 3-4 həftə ərzində cinsi həyat, aktiv idman və isti prosedurlar təxirə salınmalıdır.  

İntim plastikanın fəsadlarına infeksiyalaşma, tromboz, kobud çapıqlar, sinirlərin zədələnməsi ilə əlaqədar həssaslığın itməsi aiddir. Belə vəziyyətlə qarşılaşmamaq üçün yalnız peşəkar həkimlərə müraciət edin.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: