Stomatoloq

Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 2909

Stomatoloq kimdir?Stomatoloq – diş, çənə və ağız boşluğunun xəstəlikləri ilə məşğul olan mütəxəssisdir. Bu peşə geniş sahəni əhatə edir: müalicə, profilaktika, protezlənmə, dişləmin düzəldilməsi və s. Ona görə də stomatoloqların hansı istiqamətdə fəaliyyət göstərməyindən asılı olaraq, müvafiq qruplar ayırd edilir.

Terapevt-stomatoloq

O, dişlərin standart müalicəsini yerinə yetirir – karies, ağız boşluğunun iltihabi və infeksion xəstəliklərini aradan qaldırır. Protez və ya breketə ehtiyac olduqda pasiyenti uyğun həkimə yönəldir. 

Ortoped-stomatoloq

Stomatoloq həkimlərBu mütəxəssis dişləmin deformasiyalarını korreksiya edir, diş qırasındakı qüsurları protezlə əvəzləyir. Ortoped-stomatoloq bu sahədə ixtisaslaşdığından protezlənmə (çıxan, çıxmayan, kombinəolunmuş) və mikroprotezlənmənin bütün incəliklərindən məlumatlıdır.  

Cərrah-stomatoloq

Bu sahədə çalışan stomatoloq qüsurları cərrahi yolla aradan götürür. O, dişlərin çəkilməsi və implantasiyası ilə məşğul olur. Həmçinin paradont üzərində əməliyyatlar aparır. 

Üz-çənə cərrahı

Bu mütəxəssis müxtəlif ağırlıqlı cərrahi müdaxilələr edir. Onların dərinliyi və mürəkkəbliyi cərrah-stomatoloqun gördüyü işlərlə müqayisədə çox ağırdır. Belə əməliyyatlar ümumi narkoz altında icra olunur və həkimdən xüsusi bilik, eləcə də bacarıq tələb edir.   

Uşaq stomatoloqu  

Stomatoloq ortodontSüd dişlərinin xüsusiyyətləri və onların düzgün müalicə üsulları haqqında hərtərəfli biliklərə malik olur. O, həm də yaxşı psixoloq sayılır, çünki uşaqları dilə tutmaq heç də asan iş deyil. 

Ortodont-stomatoloq

Bu mütəxəssis təbii proseslər (irsi meyillik, yaş, dişlərin itirilməsi, parodont xəstəlikləri) nəticəsində yaranan diş-çənə anomaliyalarını korreksiya edir. Ortoped-stomatoloqdan fərqli olaraq, travmalarla əlaqəli problemləri həll etmir. 

Sadalanan ixtisasların hamısı “stomatoloq” adı altında birləşmişdir. 

Geniş profilli stomatoloq

Müasir dövrdə əksər stomatoloqlar dar istiqamətlərdən çıxaraq, geniş sahədə çalışırlar. Belə ki, eyni həkim həm kariesin, pulpitin müalicəsi, həm də diş çəkmə və protezləmə ilə məşğul olur. 

Stomatoloqun konsultasiyası necə keçir? 

  1. Baxış və diaqnostika. Stomatoloq ilk növbədə diş və diş ətinə baxış keçirir. Bir sıra hallarda rentgen müayinəsi tələb olunur. Bu, həm də gizli gedən prosesləri üzə çıxarmağa imkan verir.  
  2. Müalicə planının tərtibi. Stomatoloq mövcud problemin həlli yolları, texnologiya və materiallar barədə pasiyentə ətraflı məlumat verir. Sonda hər 2 tərəf qarşılıqlı razılaşma əldə edir.
  3. Ağız boşluğunun sağlamlığına dair həkim məsləhəti. Profilaktik konsultasiya əsnasında heç bir patologiya aşkarlanmadıqda, stomatoloq pasiyentin fərdi xüsusiyyətlərini nəzərə almaqla, ağız boşluğunun gigiyenası ilə bağlı tövsiyələr verir.  

Sağlamlıq əvəzolunmaz bir nemətdir, onu itirməmək üçün yalnız peşəkar mütəxəssislərə müraciət edin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: