Varikosele əməliyyatı
Statistik məlumatlara əsasən varikosele tez-tez rast gəlinən patologiyalardandır. Bu xəstəliyin geniş yayılması onun aradan qaldırılmasına yönəldilən çoxsaylı (təxminən 120) cərrahi texnikanın yaranmasına səbəb olmuşdur. Varikosele əməliyyatı qasıq, qasıqaltı və peritonarxası kəsiklə aparılır. Açıq üsulla icra olunan müdaxilələrdən İvanisseviç, Palomo və Marmar üsulu ilə əməlyyatlara üstünlük verilir. Sadalanan metodlarla yanaşı yumurtalıq venasının laparoskopik kəsilməsi də prioritet üsullardandır. Son zamanlar xayanın mikrocərrahi revaskulyarizasiyası uğurla tətbiq edilir.
Varikosele əməliyyatına göstərişlər
Spermatogenezin pozulması (spermatozoidlərin sayının azalması, hərəkiliyinin zəifləməsi), uzunmüddətli ağrı sindromu, xayada atrofiya əlamətlərinin aşkarlanması varikosele əməliyyatı üçün göstəriş sayılır. Sadalanan hallara rast gəlinmədikdə əməliyyatın zəruriliyi barədə mütəxəssislər arasında fikir ayrılığı vardır. Belə vəziyyətlərdə müalicə taktikası proqressivləşmə və residivləşmə ehtimalı nəzərə alınmaqla fərdi qaydada seçilir.
Varikosele əməliyyatına əks-göstərişlər
Varikoselenin cərrahi üsulla müalicəsinə əks-göstərişlərə dekompensasiya mərhələsində olan somatik xəstəliklər, ağır formalı şəkərli diabet, qanın laxtalanma sisteminin korreksiyaya tabe olmayan pozğunluqları, ümumi kəskin infeksiyalar, yerli iltihabi proseslər aiddir.
Varikosele əməliyyatı öncəsi hazırlıq
Başlanğıc mərhələdə baxış, xayanın diafanoskopiyası aparılır. Diaqnostika planına xayalığın USM, spermoqramma, testosteron səviyyəsinin yoxlanılması və digər müayinələr daxildir. Əməliyyat acqarnına icra olunur.
Varikosele əməliyyatının aparılma qaydası
Müasir andrologiyada varikosele əməliyyatının aşağıdakı formaları ayırd edilir:
- Yumurtalıq venasının, onun əlavə şaxələrinin və kollateralların açıq üsulla bağlanılması və kəsilməsi. İvanisseviç və Palamo əməliyyatları ilə yanaşı bu qrupa Kondakov, Bernardi və digər üsullar da aiddir. Sadəcə axırıncı sadalananlar az tətbiq olunur.
- Açıq üsulla yumurtalıq venasının mikrəcərrahi liqaturlanması. Bura Marmar əməliyyatı və Qolşteyn texnikası aiddir.
- Yumurtalıq venasının laparoskopik kəsilməsi
- Rentgenoendovaskulyar üsullar: endovaskulyar koaqulyasiya, embolizasiya, skleroterapiya
- Venoz axının alternativ yolunun formalaşdırılması məqsədilə damar anastomozunun (testikulosafen, spermatikoepiqastral, proksimal testikulolilikal) yaradılması.
Varikosele əməliyyatından sonra
Sarğı adətən əməliyyatdan 1 gün sonra aparılır, tikişlər 7-10-cu sutkada sökülür. Bərpa dövrü orta hesabla 1 ay çəkir. Bu müddət ərzində cinsi əlaqədən, sauna, hamam xidmətlərindən, ağır yül qaldırmaqdan imtina edilməlidir. Alt paltarı boş olmalıdır. Əməliyyatdan sonra ağırlaşmalara nadir hallarda rast gəlinir. Erkən fəsadlara qanaxma, ödem, yaranın infeksiyalaşması aiddir. Gecikmiş ağırlaşmalara isə limfostaz və xayanın hidropsu – hidroseleni misal göstərmək olar.