Atrofik kolpit

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 2840

atrofik kolpit nədir?Atrofik kolpit – uşaqlıq yolunun hipoestrogeniya və çoxqatlı epitelin nazikləşməsi nəticəsində yaranan involyutiv distrofik və iltihab mənşəli toxuma dəyişikliyidir.  Bu patologiya uşaqlıq yolunun selikli qışasının quruluğu, qaşınma, dispareuniya, residivləşən iltihab, cinsi yollardan axan, yayılan qanlı ifrazatla təzahür edir. Xəstəliyin diaqnozu ginekoloji müayinə, kolposkopiya, yaxmanın müayinəsi əsasınnda qoyulur. Atrofik kolpitin müalicəsi yerli və ümumi hormonoterapiyadan ibarətdir.

  • Atrofik kolpitin etiologiya və patogenezi
  • Atrofik kolpitinin əlamətləri
  • Atrofik kolpitin diaqnostikası
  • Atrofik kolpitin müalicəsi

Atrofik kolpit barədə ümumi məlumat

Atrofik kolpit postmenopauza dövründə olan qadınlar və süni yaradılmış menopauzalı xəstələr üçün xarakterikdir. Bu patologiya ginekoloji  xəstəliklərin təxminən 40%-ni təşkil edir. Atrofik kolpit fizioloji və ya süni menopauzanın inkişafından 5-6-il sonra müşahidə olunur. Xəstəlik zamanı estrogenlərin səviyyəsinin azalması fonunda uşaqlıq yolunda quruluq, qaşınma, diskomfort hissi, residivləşən vaginal axıntı, cinsi akt zamanı yaranan ağrı və qanlı ifrazatla xarakterizə olunan patoloji simptomokompleks yaranır.

Atrofik kolpitin etiologiya və patogenezi

Atrofik kolpitin səbəbləriAfrofik kolpitin inkişafı təbii menopauza dövrünün yaranması, ooforektomiya, adneksektomiya, yumurtalıqların şüalanması fonunda inkişaf edir. Əsas yaranma səbəbi uşaqlıq yolu epitelinin proliferasiyasının dayanması, vəzilərin sekresiyasının azalması, selikli qışanın nazilməsi, onun yüksək həssaslığı və quruluğu ilə müşayiət olunan hipoestrogeniya – estrogen çatışmazlığı sayılır.

Qlikogenin olmaması, laktobasillərin azalması və pH səviyyəsinin yüksəlməsi ilə əlaqədar uşaqlıq yolunun biosenozunun dəyişilməsi yerli şərti-patogen  mikroorqanizmlərin aktivləşməsinə və orqanizmə xaricdən bakteriyaların daxil olmasına səbəb olur. Selikli qişanın ginekoloji müdaxilələr və cinsi əlaqə zamanı yaranan mikrotravmaları infeksiyalar üçün giriş qapısı sayılır.  Zəifləmiş ümümi immunitet və xroniki ekstragenital xəstəliklər fonunda uşaqlıq yolunun seliki qışasının yerli qeyri-spesifik iltıhabi reaksiyası yaranır.

Xəstəliyin risk qrupuna hər iki yumurtalığı çıxarılmiş və ya fəaliyyətdən qalmış, klimaksı erkən başlamış və anamnezində endokrinopatiya (şəkərli diabet, hipotireoz) olan qadınlar daxildir. Qeyri-qənaətbəxş intim gigiyena, sintetik alt paltarlardan, aromatlaşdırılmış sabun və gellərdən istifadə xəstəliyin yaranmasına təkan verir.

Atrofik kolpitin əlamətləri  

Atrofik kolpitin əlamətləriƏksər hallarda atrofik kolpit zəif gedişə malik olduğundan qadınlarda heç bir narahatçılıq müşahidə olunmur.  Xəstəlik zamanı vaxtaşırı müşahidə olunan az miqdarda selikli ifrazat, bəzi hallarda xarici cinsiyyət orqanı nahiyəsində sidik ifrazı və sabunla yuyunduqdan sonra güclənən yandırıcı ağrı və qaşınma  hissi yaranır. Çox vaxt  selikli qişanın həsaslığı cinsi əlaqə, defekasiya aktı, yaxma götürülməsi zamanı açıq-çəhrayı rəngli ifrazatın yaranmasına səbəb olur.

Mikroçatlar və  qanaxma əvvəlcə aseptik iltihabla müşayiət olunur, lakin sonradan bu fonda asanlıqıa  ikincili infeksiya inkişaf edir. Sidik kisəsi və çanaq dibi əzələlərinin atrofiyası nəticəsində  sidik ifrazı tezləşir, bəzi hallarda fiziki gərginlik zamanı sidiyi saxlaya bilməmək müşahidə olunur. Atrofik kolpit zamanı uşaqlıq yolunun quruluğu dispareuniyanın (cinsi əlaqə zamanı diskomfort və ağrı hissi) yaranmasına səbəb olur.

Atrofik kolpitin diaqnostikası  

Atrofik kolpitin əsas diaqnostik metodlarına ginekoloji müayinə, yaxmanın mikroskopik və sitoloji analzi, uşaqlıq yolunun pH səviyyəsinin təyini, genişləndirilmiş kolposkopiya aiddir. Vaginal güzgülərinin köməyilə aparılan müayinədə mikroçatlar və təmas zamanı asanlıqla qanayan, epitel toxuması olmayan sahələrlə müşahidə olunan atrofik, solğun selikli qışa aşkar edilir. İkincili infeksiyalaşma zamanı uşaqlıq yolunun ocaqlı və ya diffuz hiperemiyası, boz ərpli, irinəbənzər ifrazat müşahidə olunur. Uşaqlıq boynu və cisminin bir-birinə nisbəti uşaq dövrü üçün xarakterik ölçüdə olub, 2:1 təşkil edir. İfadəli degenerativ proseslər zamanı uşaqlıq yolu tağlarının tam və ya hissəvi bitişməsinə rast gəlinir.

Kolposkopiya zamanı nazilmiş solğun selikli qişalarda petixiyalar və genişlənmiş kapilyarlar aşkar edilir. Atrofk kolpit zamanı Şiller sınağı qeyri-bərabər zəif rənglənmə ilə müşahidə olunur. İndikator zolağı ilə uşaqlıq yolunun pH səviyəsinin 5.5-7-yə bərabər olan indeksi təyin edilir (reproduktiv dövrdə pH səviyyəsi 3.5-5.5 olur). Atrofik kolpit üçün səciyyəvi sayılan yaxmanın sitoloji müayinəsi parabazal və bazal qat hüceyrələrinin çoxluğu ilə xarakterizə olunur. Vaginal yaxmanın mikroskopiyası zamanı uşaqlıq yolu çöplərinin titrinin kəskin azalması, leykositlərin sayının artması, müxtəlif şərti-patogen mikroorqanizmlərin olması qeyd olunur.  Spesifik vaginitlərlə differensial diaqnostika zamanı polimeraz zəncir reaksiyası (PZR) aparılır. Cinsi yolla ötürülən infeksiyalar (qonoreya, herpes infeksiyası, sifilis və s.) zamanı veneroloqun müayinəsi mütləqdir.

Atrofik kolpitin müalicəsi  

Atrofik kolpit zamanı müalicənin əsas məqsədi uşaqlıq yolunun epitel qatının trofikasının bərpası və vaginitin residivlərinin aradan qaldırılmasından ibarətdir.  Əksər hallarda əvəzedici hormonoterapiya (yerli və ya sistemli) təyin olunur.

Atrofik kolpitin müalicəsində istifadə olunan yerli preparatlar (estriol) 2 həftə müddətində maz və ya şam şəklində  uşaqlıq yoluna yeridilir.  Sistem təsirli vasitələr  (estradiol, medroksiprogesteron, dienogest, noretisteron) tablet və ya plastır şəklində istifadə olunur. Sistemli əvəzedici hormonoterapiya faziləsiz, uzunmüddətli (5 il) aparılır. Atrofik kolpitli xəstələrə fitoestrogenlərin –bitki mənşəli preparatların da təyini mümkündür. Spesifik kolpitli xəstələrdə törədici nəzərə alınmaqla əlavə yerli etiortop müalicə aparılır. Sidik ifrazının tezləşməsi və sidiyi saxlaya bilməmək zamanı uroseptiklərdən istifadə olunur

Atrofik kolpitin müalicəsinin effektivliyi dinamik kolposkopiya, sitoloji müayinə, vaginal pH-metriya vasitəsilə izlənilir. Estrogenin istifadəsinin mümkünsüzlüyü hallarında (süd vəzilərinin xərçəngi, endometriumun xərçəngi, qanaxmalar, arterial və ya venoz tromboemboliyalar, qaraciyər xəstəlikləri, stenokardiya, miokard infarktı və s.) atrofik kolpitin müalicəsində yerli antiseptik, iltihabəleyhinə və reparativ təsirli gülümbahar, çobanyastığı, dazıotu məhlulları ilə şırınqalar və vanna qəbulu aparılır.

Atrofik kolpitin profilaktika və proqnozu   

Atrofik kolpitin inkişafının qarşısını almaq üçün vaxtaşırı ginekoloq müayinəsi və menopauza dövrü başlandıqdan sonra  əvəzedici hormonoterapiya aparılmalıdır. Hormonal preparatlar uşaqlıq yolunun epitel qatına təsir etməklə yanaşı, həm də klimaksın  əlamətlərini zəiflədir, osteoporoz və ürək-damar sistemi xəstəliklərinin yaranmasının qarşısını alır.

Atrofik kolpitin qeyri-spesifik profilaktikasına erkən klimaksın qarşısını almaq üçün siqaret və stressdən uzaq olmaq, sağlam qidalanma və normal fiziki aktivlik məsləhət görülür. Atrofik kolpitə meylli şəxslərə immuniteti gücləndirmək, intim gigiyenaya riayət etmək, pambıq tərkibli alt paltarlardan istifadə etmək məsləhət görülür.  Xəstəliyin həyati proqnozu əsasən qənaətbəxşdir, lakin əksər hallarda həyat keyfiyyətinin enməsi ilə müşayiət olan residivlər də mümkündür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: